Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-123/2025 21.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi üsulunun dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-522/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq 16 noyabr 2009-cu il təvəllüdlü X1 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanıl maları üçün ona ödənilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)167/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi üsulunu dəyişərək, hər uşağa hər ay sabit məbləğdə 246 manat olmaqla, ümumilikdə 492 manat miqdarında alimentin Cavabdeh (sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş, minimum əmək haqqının misli həddində sabit pul məbləğində) tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-522/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-167/2023 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulması qaydasının dəyişdirilməsi, 24 fevral 2025-c i il tarixindən başlayaraq 16 noyabr 2009-cu il təvəllüdlü X1 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentə dair qalmış hissədə rədd edilməsi və X2 66 (altmış altı) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-522/2025 nömrəli qətnaməsinin alimentin indeksasiyası həddinin müəyyən olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmiş müddət keçdikdən sonra verilmiş və buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, nəticədə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmədən apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin; -128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. -129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. -130.1 və 130.3-cü maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. -363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. -363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instan siya məhkəməsi tərəfindən geri qaytarılır. -364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. - 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü ü zrə məhkəmə qərardad çıxarır. Mülki iş materialları nəzərdən keçirilərkən aydın olmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq 16 noyabr 2009-cu il təvəllüdlü X1 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona ödənilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-167/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi üsulunun dəyişdirilərək, hər uşağa hər ay sabit məbləğdə 246 manat olmaqla, ümumilikdə 492 manat miqdarında alimentin Cavabdeh (sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş, minimum əmək haqqının misli həddində sabit pul məbləğində) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-522/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)167/2023 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulması qaydasının dəyişdirilməsi, 24 fevral 2025-ci il tarixindən başlayaraq 16 noyabr 2009-cu il təvəllüdlü X1 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentə dair qalmış hissədə rədd edilməsi və X2 66 (altmış altı) manat dövlət rüsumunun tutul araq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş məktubdan (iş vərəqə səh.50) göründüyü kimi həmin iş üzrə yekun məhkəmə qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının yaşayış yeri üzrə Naxçıvan şəhəri, Hacıniyyət kəndinə göndərilmiş, iş materiallarına əlavə olunmuş F.119-dan (iş vərəqə səh.52) isə məlum olmuşdur ki, yekun məhkəmə qərarı xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imza edilərək qəbul edilmişdir. Mülki iş materiallarından və elektron məhkəmə sistemindən isə məlum olur ki, qətnamənin qəbul olunmasından 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə iddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən şikayət verilərkən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki kollegiya hesab edir ki, mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbinə uyğun olaraq hazırki qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair şikayətə ərizə əlavə olunmalı, müddətin bərpasına dair apellyatorun dəlilləri araşdırılmalı, buraxılmış müddətin üzrlü hesab olunması üçün əsaslar mövcud olduğu halda hüq uqi dəyərləndirmə aparılaraq müvafiq prosessual hərəkətlər olunmalı idi. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 360-cı maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətin i qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi üsulunun dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-522/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şə xslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-123/2025
Ali Məhkəmə Qərardad — İş №2(108)-123/2025
21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver