Məhkəmə qərarları › İş №2(108)-126/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-126/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-126/2023 15.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair Şahbuz Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(090)-236/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.000 (on min) manat məbləğində pulun və məhkəmə rüsumu qismində ödədiyi 120 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şa hbuz Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(090)-236/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmış, həmçinin həmin qərarla İddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(090)-236/2023 nömrəli qərardadının ləğv edilməklə ərizəyə mahiyyətinə görə baxılıb təmin edilməsini xahiş etmişdir. 28 avqust 2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işl ə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pulun ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar mövqeyi ilə razı deyillər o səbəbdən ki, sözügedən müqavilənin 7ci bəndində göstərilmiş şərt iddiaçı üçün imperativ norma daşımır və iddiaçıya birbaşa məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Eyni zamanda qeyd edir ki, gələcəkdə icra qeydinin təmin edilməməsi üçün İcra Haqqında Qanunun 84-1 maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra tədbirlərində görülə bilməz və bu onların icra qeydlərini məhdudlaşdıracaq və çətinləşdirəcək. Daha sonra Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2004-cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli qərarına istinad edərək şikayətin təmin edilməklə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməklə ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işin materialları ilə müəyyən edilmişdir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aldığı borcu müxtəlif bəhanələrlə bu günədək qaytarmaqdan boyun qaçırdığını göstərərək 10.000 (on min) manat məbləğində pulun və ödədiyi 120 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məh kəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşin 8-9-cu vərəqinə əlavə edilmiş müraciət və sürətli poçt xidmətinin yol qaiməsinin surətindən göründüyü kimi, iddiaçının Cavabdeh sürətli poçt xidməti ilə xx.xx.2023-cü ildə göndərdiyi pretenziya qaydasında müraciəti xx.xx.2023-cü ildə cavabdehin Şahbuz Rayon Sələsüz kəndindəki ünvanında qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməsinə dair sənəd təqdim etməməsi və bununla əlaqədar MPMin 152.1.6-cı maddəsinin tələbinə iddiaçı tərəfindən əməl olunmaması və əlaqədar gəldiyi nəticəni əsassız hesab edir. İşin 5-ci vərəqində olan xx.xx.202 2-ci il tarixli kredit müqaviləsinin 9-cu maddəsində göstərilir ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 152.1.8-ci maddəsinə görə cavabdehdən borcun alınmasına dair iddialarda, əg ər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə qanunun sadalanan bu normasının tətbiqi üçün prosessual əsaslar olmamış və işə baxan məhkəmə düzgün olmayaraq qanunun həmin normasına istinad etmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul olunarkən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması ilə əlaqədar gəldiyi nəticə qanuni v ə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pulun ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair Şahbuz Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(090)-236/2023 nömrəli qərardadı tam ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.2, 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pulun ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair Şahbuz Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(090)236/2023 nömrəli qərardadı tam ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar