Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-126/2024 30.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X2 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və X3 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1104/2022 nömrəli qətnaməsi ilə 11 aprel 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxla nılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq 11 aprel 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq uşağın anası İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi, iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 32 (otuz iki) manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il ta rixli, 2(078)-1104/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 11 aprel 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində alimentin və iş üzrə ödəmiş olduğu 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 26 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2 024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 tarixli qətnaməsi ilə İddiaçı ilə nikahları pozulmuş, həmin nikahdan olan övladları 11 aprel 2021-ci il təvəllüdlü X6 anasının yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 140 (bir yüz qırx) manat miqdarında alimentin ondan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı yenidən Naxçıvan Şəhər Məhkəməsinə iddia əriz əsi ilə müraciət etmiş, nəticədə Naxçıvan Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(078)-485/2024 qətnaməsi ilə aliment miqdarı artırılaraq 200 (iki yüz) manat olmuşdur. Lakin o, bu qətnamə ilə razı deyil, çünki yenidən ailə qurmuş və 13 mart 2023cü il təvəllüdlü övladı X11 və xx.xx.2024-cü il təvəllüdlü X12 doğulmuşdur. Onun himayəsində iki övladı var. O heç yerdə işləmir. Anası 2-ci qrup əlildir anasının aldığı müavinətlə ailəsini saxlayır. Aliment də məhz həmin müavinətdən tutulur. Qızını həftədə bir dəfə görür və imkanı olduqca alimentdən əlavə də onun ehtiyaclarını qarşılamağa çalışır. İddiaçının alimentin artırılması tələbi onun maddi vəziyyətini ağırlaşdırır. İddiaçı valideynləri ilə birlikdə yaşayır himayələrində yalnız bir uşaq var və onların gəlirləri qızının ehtiyaclarını ödəməyə kifayət edir. İddiaçı müəllimdir. İngilis dili fənnini tədris edir, valideynləri də əmək haqqı alır. Həmçinin qardaşı da işləyir. Bir evdə bu qədər şəxsin aldığı əmək haqqı bir uşağın ehtiyacını ödəməyə bəs edər. Aliment məbləğinin 60 manat artırılması isə heç də ağlabatan deyil. Bir ata kimi alimenti ödəməkdən yayınmır, lakin hazırda işsiz olduğu üçün onun üçün çətindir. Göstərilənlərin nəzərə alınaraq Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında iddiaçının iddia ərizəsində 140 manat aliment pulu ilə uşağı saxlamağın, onun maddi təlabatlarını qarşılamağın mümkün olmadığını, bu səbəbdən də a liment məbləğinin artırılmasının zəruri olduğunu qeyd etdiyini, məhkəmənin də iddiaçının tələbini təmin etməklə aliment məbləğini artırdığını, 140 manat aliment pulunun belə onun üçün yüksək məbləğ olduğunu, övladının saxlanılması üçün müəyyən olunmuş aliment pulunu anasına İİ qrup əlil kimi dövlət tərəfindən təyin edilmiş 360 manat pensiya pulu ilə hər ay vaxtlı-vaxtında ödəsə də, maddi vəziyyətinə görə daha artıq aliment ödəməyə imkanının çatmadığını, qızını həftədə bir dəfə görən zaman imkanı olduqca alimentdən əlavə də onun ehtiyaclarını qarşılamağa çalışdığını, iddiaçının alimenti artırılması onun maddi vəziyyətini ağırlaşdırdığını, hazırda heç bir yerdə işləmədiyini, orta təhsilli olduğundan iş tapmaqda çətinlik çəkdiyini, onun iş tapmadığı üçün məşğulluq xidmətinə müraciət edib işsi z kimi qeydiyyata alındığını, onun iddiaçı ilə olan nikahından Nazlı adlı bir qız övladının olduğunu, lakin aralarında olan nikah pozulduqdan sonra onun ikinci dəfə nikaha daxil olduğunu, onun həmin nikahdan da Əli və Tuncay adlı 2 övladının doğulduğunu, Tuncay adlı övladının yeni doğulduğunu, yəni 2 aylıq olduğunu, onun qidalanması üçün bir neçə gün ara ilə 25 manata hazır uşaq yeməyi və təxminən bir o qədər xərcləməklə uşaq bezi alınmalı olduğunu, maddi qazancı yaxşı olmadığından bu tələbatları qarşılamaqda çətinlik çəkdiyini, onun heç bir yerdə işləmədiyini, istifadəsində VAZ 2106 markalı avtomobili olsa da həmin avtomobildən taksi kimi deyil, öz ailəsinin nəqliyyat ehtiyaclarını ödəmək üçün istifadə etdiyini, onun ikinci nikahdan olan arvadının heç bir yerdə işləmədiyini, Nazlının onun övladı olduğunu, bir valideyn kimi övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməyə etiraz etmədiyini, ancaq qət olunmuş 200 manat aliment məbləğini ödəməyə maddi imkanının çatmadığını, onların Babək rayonu, Yuxarı Uzunoba kəndində atası, anası, arvadı, özü, 2 övladı və 2 bacısı olmaqla birgə yaşadıqlarını, anasının pensiya aldığını, atasının isə ildə təxminən 2-3 dəfə Türkiyə Respublikasına gedib işləməklə hər dəfə 1000-1500 manat civarında qazanc əldə etdiyini, bundan başqa heç bir qazanc və ya gəlirlərinin olmadığını, onun övladının saxlanılması üçün müəyyən edilmiş 140 manat alimenti çətinliklə ödədiyini, əlavə olaraq 3-cü övladı doğulduğu üçün maddi vəziyyətinin daha da çətinləşdiyini, bu səbəbdən də hazırki aliment məbləğinin azaldılmalı olduğunu hesab etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsini ləğv edərək alimentin miqdarının artırılmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında onun keçən aya qədər Şərur rayonu, Qarahəsənli kəndində İngilis dili müəlliməsi işləməklə qazanc əldə etdiyini, Qarahəsənli kəndinin onun yaşadığı ərazidən yol olaraq 1 saatlıq məsafədə yerləşdiyini, onun 2020-ci ildə cavabdeh tanıdığı zaman da işləmədiyini, onlar ailə qurandan sonrakı dövrdə də işləmədiyini və hazırda da işləmədiyini, ata və anasının ona bir yerə qədər maddi dəstək olsalar da, həmişə işləyib övladının maddi təlabatlarını özünün qarşılamağa çalışdığını, hazırki vəzi yyətdə cavabdehin övladı üçün yeganə edə biləcəyinin onun saxlanılması üçün aliment ödəməsi olduğunu, ancaq cavabdehin qət olunmuş aliment pulunu müxtəlif bəhanələr gətirərək ödəmək istəmədiyini, əgər cavabdehin övladını onun valdeynləri saxlayacaqlarsa, bir valideyn kimi Məmmədin vəzifəsinin nədən ibarət olduğunu, doğurdanda cavabdehin maddi imkanı yox idisə, 2-ci uşağı niyə dünyaya gətirdiyini başa düşə bilmədiyini, onun belə nəticəyə gələrək Məmmədin yaxşı qazancı və imkanının olduğunu, ancaq qızı Nazlıya münasibətdə həmin imkanından istifadə etməyərək onun maddi təlabatlarını qəsdən qarşılamaq istəmədiyini düşündüyünü, cavabdehin həftədə bir dəfə gəlib uşağı aparıb əlinə çöçə, banan alıb verməklə öz valideynlik borcunu yerinə yetirdiyini hesab etdiyini, ancaq uşağın maddi tələbatlarını n bununla bitmədiyini başa düşmədiyini, onun övladının danışığında problem olduğu üçün həftədə 3 dəfə hər seansı 10 manat olmaqla ümumilikdə 120 manat ödəməklə loqoped yanına apardığını, bunların heç birindən cavabdehin məlumatının olmadığını, 140 manat aliment pulu ilə uşaqda danışıq vərdişi formalaşdırmaq üçün loqoped yanına getməklə bərabər uşağın maddi tələbatlarını qarşılamağın mümkün olmadığını, hazırda uşaq geyimləri və qidalarının yaşca böyük insanların geyim və qida məhsullarına olan tələbatdan daha baha qiymətə təklif olunduğunu, onun alimentin azaldılmasını istədiyini, cavabdehlə aliment məbləğinin azaldılması barədə hər hansı formada razılığa gəlmələrinin qeyri-mümkün olduğunu, hazırda ailədə 5 nəfər olduqlarını, atası, anası və qardaşının işlədiklərini, onun övladına baxdığını, qardaşının ailə qurmadığını, valideynlərinin və qardaşının qazancı ilə dolandıqlarını, onun Şərur rayonu, Qarahəsənli kənd tam orta məktəbində müqavilə əsasında müəllimə işlədiyini, müqavilə müddəti bitdiyindən, həmçinin yolun uzaqlığına görə Naxçıvan şəhərində işləmək üçün imtahan verdiyini və hazırda məktəb seçimlərini gözlədiyini, onun 200 manat aliment pulunun dəyişdirilməsini istəmədiyini bildirərək, apellyasiya şikayətinin təmin olunmaması və Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarını n dəyişdirilərək 11 aprel 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində alimentin və iş üzrə ödəmiş olduğu 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 06 iyul 2020-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 11 aprel 2021-ci ildə X10 adlı uşağı doğulmuş, tərəflər arasındakı nikah Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qətnaməsi ilə pozulmaqla 11 aprel 2021-ci ildə doğulmuş X6 anası X7 yanında saxlanılması və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1104/2022 nömrəli qətnaməsi ilə 11 aprel 2021-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 140 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşa qların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara nikahın pozu lması, uşaqların onun yanında saxlanılması və aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağ lam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib- keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inki şafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerd ə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarix li, 8-2/2016 nömrəli qərarının 8.3-cü yarımbəndində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmin qərarın 8.13-cü yarımbəndində müəyyən olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyy ən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu 235 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini ödəyir. Hazırkı işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi i ddiaçının üzərinə düşür. Hazırki işdə uşağın minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşağın zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşağın himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən halla r işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunması üçün əsas ola bilməz. Kollegiya Cavabdeh apellyasiya şikayətinin təmin edilməklə alimentin miqdarının 140 manat sabit pul məbləğində saxlanılmasına dair kollegiyadakı izahatında və apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, onun izahatında və apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(078)-485/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-126/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-126/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver