Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-128/2025 20.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması barədə qərardadından şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(090)-184/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. İdd iaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Şahbuz Rayon Məhkəməsinin 2(090)-184/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur.
3. Həmin qərardaddan İddiaçı 25 iyul 2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Şikayətin əsası kimi qeyd edilmişdir k i, cavabdeh Ağalarov X1 Muxtar Respublikası, Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. Cavabehə qarşı iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
5. Şahbuz Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 2(090)-184/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
8. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269..., 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.
9. Maddə 149.2.3. Ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onl arın hər birinə qarşı yönələn tələb göstərilməlidir.
10. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
11. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
12. Maddə 397.2. Apelyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.
13. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ va rdır.
14. Maddə
400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İİİ. Məhkəmə Kollegiyasının mövqeyi
15. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Mülki-Prosessua l Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə bir birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. İddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Bu normanın mülki prosessual qanunvericiliyə sonradan əlavə olunması məhkəməyə təqdim olunan sübutların sistemli, aydın və ardıcıl təqdimini təmin etmək, bununla da prosessual qənaət prinsipinə əməl etmək məqsədi daşıyır və iddia ərizəsinin prosessual baxımdan tamlığının şərti kimi çıxış edir. İddiaçı iddia ərizəsində müvafiq sübutların əlavə olunduğunu qeyd etsə də, onların siyahısını iddia ərizəsində göstərməmişdir. İddia ərizəsinə sadəcə olaraq sənədlərin əlavə edilməsi, lakin siyahısının təqdim edilməməsi, məhkəməyə və tərəflərə sübutların hüquqi qiymətləndirməsini aparmaqda çətinlik yaradır. Sübutların siyahısı iddianın hüquqi əsaslarının düzgün formalaşması üçün əhəmiyyətlidir.
16. Kollegiya iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin MülkiProsessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Bütün sadalananlarla bərabər qeyd olunmalıdır ki, Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur və bu hüquq birinci instansiya məhkəməsinin qərardadında iddiaçıya izah olunmuşdur.
17. Kollegiya əlavə olaraq qeyd edir ki, qanunun aliliyi prinsipi hüququn üstünlüyünü təmin edir və məhkəmələrin normativ aktlara əsaslanaraq qərar çıxarmasını tələb edir. İddiaçı qanunun tələb etdiyi formanı yerinə yetirmədiyinə görə bu, məcburi normanın pozulmasıdır və qanunun aliliyi naminə birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmalıdır.
18. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(090)-184/2025 nömrəli qərardadının nəticə hissəsində iddiaçı “X2” kimi qeyd olunmuşdur ki, kollegiya bu halı texniki səhvlik kimi qiymətləndirmişdir.
19. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən İddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət oluna bilər. Buna görə də verilmiş şikayət təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(090)-184/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara al dı: Şikayət təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(090)-184/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.