Məhkəmə qərarları › İş №2(108)-129/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-129/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-129/2021 16.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(078)-261/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5872.5 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması zamanı İdd iaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh “Çənlibel” firmasında işlədiyi 2014-cü ilin fevral ayının 1-dən 2020-ci ilin fevral ayının 1-dək, yəni 72 ay ərzində əmək haqqısından vergi və sosial sığorta adı ilə saxladığı, lakin sığorta hesabına ödəmədiyi 5832.5 manat pulun və vəkilə ödədiyi 200 manatın, cəmi 6032.5 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə iddia tələbinə “Cavabdeh “Çənlibel” firmasında işlədiyi 2014-cü ilin fevral ayının 1-dən 2020-ci ilin fevral ayının 1-dək, yəni 72 ay ərzində əmək haqqısından vergi və sosial sığorta adı ilə saxladığı, lakin sığorta hesabına ödəmədiyi 5832.5 manat pulun və vəkilə ödədiyi 200 manatın, cəmi 6032.5 manat pulun alınaraq iddiaçıya verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən Q.N.Məmmədov) 27 aprel 2021-ci il tarixli, 2(078)-261/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(078)-261/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü il fevralın 1-dən 2020-ci il fevralın 1-dək Cavabdehova məxsus “Çənlibel” firmasında müqavilə əsasında işləmiş, işlədiyi müddətdə Cavabdeh hər ay əmək haqqından onun sosial sığorta hesabına ödəniş adı ilə 95 manat, 2019-cu ilin dekabr ayında 85 manat, 2021 -ci ilin yanvar ayında isə 65 manat pul saxlayaraq işlədiyi müddətdə ümumilikdə 50 ay ərzində sığorta hesabına 1 manat da olsun pul ödəməmişdir. 2017-ci ilin 12 ayı ərzində cəmi 1140 manat əmək haqqından pul saxlamış, həmin məbləğdən 405 manat ödəmiş, 2019-cu ilin aprel-noyabr aylarında, yəni 8 ay ərzində 760 manat, dekabr ayında isə 85 manat saxlamaqla 9 ay ərzində cəmi 845 manat saxlamış, DSMF-dən təqdim olunan rəsmi cədvəl üzrə 500 manat sığorta hesabına pul ödəmişdir. Cavabdeh həmin firmada işlədiyi 72 ay ərzində sığorta hesabına ödəmə adı altında əmək haqqından ümumilikdə 6800 manat saxladığı puldan cəmi 967.50 manatını ödəmiş, qalan 5832.5 manatını isə mənimsəmişdir. Onun qeyd etdiyi faktlar Naxçıvan MR DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən ona verilmiş və tərəfindən iddia əriz əsi ilə məhkəməyə göndərilmiş rəsmi cədvəldə də öz təsdiqini tapır. Lakin məhkəmə qətnamə qəbul edərkən konkret və mötəbər sübutlara əsaslanmaq əvəzinə cavabdeh tərəfdən məhkəməyə təqdim olunmuş əmək haqqı kitabının surətinə və onun tərəfindən DSMF-nin Naxçıvan şəhər şöbəsində kiminsə hesabına edilmiş ödəmələrin qəbzlərinə əsaslanmışdır. Məhkəmə qətnamənin 5-ci və 6-cı səhifələrində işlədiyi illər və aylar üzrə əmək haqqından saxlanan ödənişlərin faizlərini göstərmiş, 6-cı səhifənin 2-ci abzasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinin surətlərinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh 2015-ci il tarixdə 2020-ci ilin yanvar tarixi də daxil olmaqla sosial müdafiə fonduna ödəmələr aparmışdır. Bununla bağlı bildirir ki, hər hansı bir hüquqi və ya fiziki şəxs öz adında n və ya firması adından istənilən şəxsin adına sosial müdafiə fonduna istənilən məbləğdə ödəmələr edə bilər və həmin ödəmələr əsasında da qəbzlər alır. Onun iddiası ondan ibarətdir ki, DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş rəsmi cədvəldən göründüyü kimi qeyd olunan illər üzrə Cavabdeh tərəfindən onun sığorta hesabına müxtəlif illərdə 1 manat da olsun pul ödənməmiş, müxtəlif illərdə isə az ödənişlər edilmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında qeyd etmişdir ki, 2014-cü il fevralın 1-dən 2017-ci il may ayının 1-dək onun aylıq əmək haqqı 150 manat, 2017-ci ilin may ayının 1-dən 2019-cu ilin sentyabr ayının 1-dək 200 manat olmuşdur. Lakin DSMF-nin şəhər şöbəsi tərəfindən təqdim olunmuş rəsmi cədvəldə 2017-ci ildə onun əmək haqqı 135 manat göstərilmişdir. Cədvəldən də göründüy ü kimi Cavabdeh 2017-ci ildə DSMF-yə onun əmək haqqının 135 manat olması barədə sənəd vermiş, 15 manat isə əmək haqqından gizlətmişdir. Məhkəmə qətnaməsini 7-ci səhifəsinin 2-ci abzası, yəni məhkəmənin illər üzrə əmək haqqından tutulan sosial ödənişlə bağlı hesablamaları başa düşülən formada yazılmamışdır. Bundan başqa məhkəmə həmin səhifədə şahid X3 4 ay yarım onunla həmin şirkətdə işləməyini bildirərək 95 manat pulun ondan hər ay əmək haqqından tutulmasını bildirsə də E.Hümbətovun həmin pulun tutulma təyinatını tam olaraq göstərə bilməməsini və 72 ay onunla həmin firmada işləməməsini əsas götürərək həmin şahid ifadəsini tam əsassız olaraq cavabdehin xeyrinə şərh etmişdir. X9 Cavabdeh tərəfindən hər ay onun əmək haqqından saxladığı məbləğin ödənilmə yerini bilməyə bilər. İddiasında araşdı rılmalı olan əsas hal ondan ibarətdir ki, Cavabdeh hər ay 95 manat əmək haqqısından sosial sığorta adı ilə pul saxlamışdırmı? Pulun cavabdeh tərəfindən ondan saxlanması şahidlər tərəfindən təsdiq edilmişdir. Həmin vəsaitin sosial sığorta hesabına iddiasında qeyd etdiyi illər üzrə ödənilməməsi isə DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş cədvəldən təsdiqini tapır. Qətnamə ilə razılaşmadığı digər hal ondan ibarətdir ki, şahid X1 verdiyi ifadə də Elnur Hümbətovun ifadəsi kimi eyni məzmunda cavabdehin xeyrinə şərh edilmişdir. Məhkəmə qətnamənin yenə həmin səhifəsində Mülki Məcəllənin 6-cı və 16.1 -ci maddələrinə istinad etmiş, guya onun iddia qaldırmaqda məqsədi malik olduğu mülki hüququndan sui istifadə etməklə cavabdehə ziyan vurmaq olmuşdur. Naxçıvan MR DSMF-nin şəhər şöbəsi tərəf indən rəsmi məktubla onun sığorta hesabı barədə verilmiş yazılı cədvəl mötəbər danılmaz sübutdur. Cavabdeh tərəf həmin sənədi sübut növü qəbul etmədiyi kimi məhkəmə də qəbul etdiyi qətnamədən göründüyü kimi həmin sənədi sübut növü kimi qəbul etməmiş, həmin sənədlə bağlı öz hüquqi mövqeyini bildirməmişdir. Həmin sənəd elə sənəddir ki, orada əks olunanların əlavə sübuta ehtiyacı yoxdur. Sonra məhkəmə məhkəmələr və hakimlər haqqında qanunun 100-cü maddəsinin 3-cü bəndinə istinad edərək göstərmişdir ki, “məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır”. Bu işlə bağlı məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlinin surətlərini və bir neçə ödəmə qəbzlərini əsas götürmüşdür. Həmin qəbzlərdə isə onun sığorta hesabına vəsaitin ödənilməsi və həmin vəsaitin məbləği göstərilməmişdir. Göründüyü kimi məhkəmə iddiaçı tərəfdən təqdim olunmuş yazılı mötəbər sübutu araşdırmamış, yalnız sərbəst daxili inamını və cavabdeh tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlinin surətini və hansısa ödəniş qəbzlərini əsas götürərək qərar qəbul etmişdir. Mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh tərəfindən ona vurulan ziyanın ödənilməsi üçün məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanır. İddiaçı apellyasiya şikayətində həmçinin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 62.1, 77.1, 88, 89.1, 89.4 və 217.1, 217.3 və 217.4 maddələrinin tələblərinə riayət olunmamasını göstərmiş, apellyasiya şikayətini əsaslandırarkən həmin normalara, həmçinin Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarına istinad etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı etiraz daxil olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının vəkili Vəkil1 Əfsəl oğlu məhkəmə iclasında iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışında İddiaçı apelyasiya şikayəti ilə eyni məzmunlu izahatında apelyasiya şikayəti təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışında əvvəl iştirak etmiş iddiaçının vəkili Vəkil1 apelyasiya şikayəti ilə eyni məzm unlu izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışında Cavabdeh izahatında apelyasiya şikayətini qəbul etmədiyini, apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib apelyasiya şikayətinin təmin olunmamasını, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеs publikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əla və edilmiş: Əmək Müqaviləsinin surətinə əsasən, İddiaçı 01 fevral 2014-cü il tarixdə “Çənlibel” firmasında 150 manat əmək haqqı müqabilində işə qəbul edilmişdir. 0020584 nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı 01 fevral 2014-cü il tarixdən 01 fevral 2020-ci il tarixədək “Çənlibel” firmasında ərzaq mallarının satışı işində satıcı vəzifəsində işləmişdir. Əmək haqqı kitabının surətinə əsasən İddiaçı əmək haqqısından fevral 2014-noyabr 2014-cü il tarixləri aralığında hər ay cəmi 8 manat olmaqla gəlir vergisi üçün 3.50 manat, sosial fonda 4.50 manat, dekabr 2014-cü il tarixdə isə sosial fonda cəmi 3.10 manat, yanvar 2015-noyabr 2015-ci il tarixləri aralığında hər ay cəmi 8 manat olmaqla gəlir vergisi üçün 3.50 manat, sosial fonda 4.50 manat, dekabr 2015-ci il tarixdə isə sosial fonda cəmi 3.10 manat, yanvar 2016-noyabr 2016-cı il tarixləri aralığında hər ay cəmi 8 manat olmaqla gəlir vergisi üçün 3.50 manat, sosial fonda 4.50 manat, dekabr 2016-cı il tarixdə isə sosial fonda 3.10 manat, yanvar 2017-aprel 2017-ci il tarixləri aralığında hər ay cəmi 8 manat olmaqla gəlir vergisi üçün 3.50 manat, sosial fonda 4.50 manat, may 2017-oktyabr 2017-ci il tarixləri aralığında hər ay cəmi 15.10 manat olmaqla gəlir vergisi üçün 9.10 manat, sosial fonda 6 manat, noyabr 2017-ci il tarixdə sosial fonda 1.20 manat, dekabr 2017-ci il tarixdə isə cəmi 15.10 manat olmaqla gəlir vergisi üçün 9.10 manat, sosial fonda 6 manat, yanvar 2018oktyabr 2018-ci il tarixləri aralığında hər ay cəmi 15.10 manat olmaqla gəlir vergisi üçün 9.10 manat, sosial fonda 6 manat, noyabr 2018-ci il tarixdə cə mi 8.50 manat olmaqla gəlir vergisi üçün 3.70 manat, sosial fonda 4.80 manat, dekabr 2018-ci il tarixdə isə cəmi 15.10 manat olmaqla gəlir vergisi üçün 9.10 manat, sosial fonda 6 manat, yanvar-avqust 2019-cu il tarixləri aralığında hər ay sosial fonda 6 manat, sentyabr 2019-cu il tarixdə sosial fonda 13 manat, oktyabr 2019-cu il tarixdə sosial fonda 1.70 manat, noyabr-dekabr 2019-cu il tarixlərdə sosial fonda 11 manat, yanvar 2020-ci il tarixdə sosial fonda 11 manat pulun tutulması müəyyən edilir. İddiaçının təqdim etdiyi, iş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 29.12.2020ci il tarixli, 02/1089 nömrəli arayışdan aydın olur ki, iddiaçının fiziki şəxs Cavabdeh (VÖEN **********) məxsus “Çənlibel” f irmasında işlədiyi dövrdə 2017-ci il, 2019-cu ilin aprel-dekabr ayları, 2020-ci ilin yanvar ayı üzrə adına 967.50 manat vəsait ödənmişdir. İddiaçı Cavabdeh məxsus “Çənlibel” firmasında müqavilə əsasında işlədiyi müddətdə 2014-cü il fevralın 1-dən 2019-cu ilin dekabr ayınadək cavabdehin hər ay əmək haqqısından vergi və sosial sığorta hesabına ödəniş adı ilə 95 manat, 2019-cu ilin dekabr ayında 85 manat, 2021-ci ilin yanvar ayında isə 65 manat pul saxlamasını iddia etsə də həmin halları sübut edə bilməmişdir. İddiaçı apelyasiya şikayətində tələbinin birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri, həmçinin Naxçıvan MR DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən ona verilmiş rəsmi cədvəllə də sübuta yetirildiyini göstərsə də kollegiya həmin dəlilləri əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dindirilmiş şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, şahid qismində dindirilmiş X5 ifadəsində həmin firmada dörd ay yarım işləməsini, iddiaçı ilə eyni vaxtda əmək haqqı almasını, əmək haqqı aldıqda onun yanında iddiaçıdan 95 manat pul tutulmasını göstərsə də cavabdehin izahatına görə Elnur Hümbətov təcrübə müddətində 20-30 gün orada işləmiş, təcrübədən çıxmadığına görə işdən getmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Kollegiya qeyd edir ki, göstərilən şahid dindirilərkən konkret olaraq nə vaxt həmin firmada işləməsini belə göstərə bilməmiş, işdə olan 2014-cü ilin fevral ayından 2021-ci il yanvar ayını əhatə edən əmək haqqı cədvəllərində də onun adı qeyd olunmamışdır. Digər şahid X4 ifadəsində pul tutulmasını yalnız eşitdiyini göstərmişdir. Kollegiya hesab edir ki, belə vəziyyətdə həmin şahid ifadələri əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, Naxçıvan MR DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən iddiaçıya verilmiş rəsmi cədvəl iddiaçının cavabdehdən tələb etdiyi məbləğin tutulmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddənin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qə tnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq sübut etmək yü kü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin həmin məhkəmənin “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06 mart 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən kollegiya iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmiş və iddiaçının apelyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 62.1, 77.1, 88, 89.1, 89.4 və 217.1, 217.3 və 217.4 maddələrinin tələblərinə əməl etmişdir. Bununla yanaşı Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan əmək haqqı cədvəlləri nə əsasən tutulan və Naxçıvan MR DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş arayışda göstərilməyən müddətlərə aid vergi və məcburi dövlət sosial sığota haqqının cavabdehdən alınaraq ona ödənilməsi qanunvericiliyin tələblərinə zidd hesab edilir. Belə ki, “Sosial Sığorta haqqında “Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaiti hesab edilir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir,sığorta edənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6-cı maddəsində fiziki şəxslərin gəlir vergisi dövlət vergilərinə aid edilmişdir. Bunları nəzərə alaraq Kollegiya qeyd edir ki, göstərilə n hallarla bağlı müvafiq orqanlara “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 98-ci maddəsinə əsasən təqdimat verilməsi qərara alınmışdır. Kollegiya belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(078)-261/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(078)-261 /2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar