Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-129/2024 14.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X3 (sədrlik edən və məruzəçi), X5 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı “müəyyən olunmuş alimentin məbləğinin artırılması” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-528/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 23 fevral 2024-cü il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2023-ci il tarixli, 2(078)1369/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 10 aprel 2008-ci il təvəllüdlü X7, 1 aprel 2010-cu il təvəllüdlü X10 və 28 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 7 iyun 2007-ci il tarixdə rəsmi ailə qurmuş və həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2010-cu il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Manaf adlı 3 nəfər övladları doğulmuşdur. Aralarında olan nikah 16 aprel 2021-ci il tarixli, 2(078)-12/2021 saylı qətnamə ilə pozulmuş, Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinə əsasən hər üç uşağın onun yanında saxlanılması barədə qərar qəbul edilmiş və 16 noyabr 2023-cü il tarixli, 2(078)-1369/2023 saylı qətnamə ilə hər bir uşaq üçün 150 manat olmaqla, 3 uşağa görə cəmi 450 manat aliment qət olunmuşdur. Cavabdeh alimenti vaxtlı-vaxtında məqsədli şəkildə ödəmir. Bakı şəhərində həm evdə fərdi qaydada, həm də ingilis dili hazırlığı kursunda İFLTS proqramı üzrə instruktor işləyir və SOCAR şirkətindən tərcümə işləri qəbul edərək yüksək məbləğdə qazanc əldə edir. Bundan başqa, cavabdehin məhkəmə tərəfindən maddi vəziyyəti zənginləşdirilmiş və birgə nikah müddətində əldə etdikləri əmlakda payları müəyyən olunduğundan adına daşınmaz əmlakı da vardır. İddiaçı heç bir yerdə işləmir, son bir il ərzində iki dəfə əməliyyat olunmuşdur və əmək qabiliyyətini qismən itirmişdir. DİO-dan pensiyaya çıxmışdır, aldığı pensiya ilə uşaqlara sərf olunan xərclərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Hər bir əşyanın, qida məhsullarının və dərman vasitələrinin qiymətində davamlı artım müşahidə olunur, bu da onların ailə büdcələrinə təsir edir. Belə ki, böyük qızı Fatimənin qanazlığı, “Reynoud sindromu”, ayaqlarında revmatizma və allergiya xəstəliyindən, qızı Aysunun yastıpəncəlikdən və oğlu Manafın sağ gözündə yara olduğuna görə müalicə almaları, onların repetitor xərclərinin artması səbəblərindən övladlarının müayinə və müalicə xərcləri, saxlanmaları, inkişafı və gələcəyi üçün cavabdehin ödəyəcəyi alimentin məbləğinin artırılmasını istəyir. İddiaçı id dia ərizəsində Azərbaycan Respublikası Konstitysiyasının (bundan sonra Konstitusiya) 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 75.1, 78.1 və 78.2-ci, “Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra "Uşaq hüquqları haqqında” Qanun) 5, 8 və 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 2023-cü il 5 dekabr tarixli Azərbaycan Respublikası Qanununa və Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Şəhər Məhkəməsinin (hakim Gülnar Səfərəliyeva) 2(078)-528/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “müəyyən olunmuş aliment məbləğinin artırılması” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər... Məhkəmə hesab edir ki, iddiaçının aliment məbləğinin artırılması ilə bağlı tələblə müraciət etmək üçün əsası olmamışdır. Məhkəmə qeyd edir ki, 2023-cü il tarixdə aliment təyin edilən zaman uşaqlar üçün minimum dolanacaq xərci 220 manat olması halı və iddiaçının qazancı, diqqətəlayiq digər hallar nəzərə alınmaqla aliment məbləği bir uşaq üçün 80 manatdan 150 manata qədər artırılmış, üç uşaq üçün ümumilikdə 450 manat müəyyən edilmişdir. Hazırda bir uşaq üçün minimum dolanacaq xərcinin 235 manat olması, 2023-cü ilin noyabr ayından 2024-cü ilin may ayına qədər keçən az müddət ərzində maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı sübut təqdim edilmədiyi halda ümumi izahatlar əsasında aliment məbləğinin artırılmasını məhkəmə qanuni və ədalətli hesab etmir. Məhkəmə bildirir ki, hər bir uşağın saxlanılmasında, onun tərbiyə edilməsində, qayğıları ilə məşğul olmaqda hə r iki valideyn eyni qaydada məsuliyyət daşımaqla, bərabər iştirak etməlidir. Aliment uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün onunla birlikdə yaşamayan və ya saxlanılmasında iştirak etməyən valideyndən alınan maddi vəsaitdir. Təbii ki, uşağın qeyd edilən qayğıları ilə məşğul olmaq hər iki valideynin üzərinə düşür və alimentin miqdarı da hər bir valideynin üzərinə düşən hissədə müəyyən edilir. Bu vəzifəni bir valideynin üzərinə qoymaq olmaz. Həmin qayğılar himayəsində olduğu vaxt ərzində uşağın yanında qaldığı valideynin üzərinə düşdüyündən və digər valideyn daimi uşaqla birlikdə yaşamadığından, həmin qayğılardan tam və ya qismən uzaq olduğundan alimentin miqdarı qeyd edilən qayğılar nəzərə alınmaqla təyin edilir. Yəni alimentin miqdarı özündə müəyyə n mənada bu qayğıları əks etdirir. Məhkəmə iddianı rədd edərkən uşaqların saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə qoyulduğunu əsas gətirərək, iddiaçının öz izahatına əsasən hər ay 1100 manat təqaüd almasını, mülkiyyətində birgə mülkiyyət olaraq 2 yaşayış evi və 1 maşın, 1 torpaq sahəsinin olmasını, öz izahatına əsasən evini kirayə verməklə əlavə gəlir əldə etməsini, həmçinin cavabdehin iddia tələbində artırılması tələb edilən miqdarda qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Həmçinin məhkəmə cavabdehin adına əmlakların, avtomobilin, torpaq sahəsinin olması barədə iddiaçının izahatına münasibətdə qeyd edir ki, sözügedən əmlaklarda iddiaçının və cavabdehin pay hüququnun olması qanuni qüvvədə olan qətnamələrdə öz təsdiqini tapsa da, haz ırkı vəziyyətdə cavabdeh real şəkildə həmin əmlaklar barəsində mülkiyyət hüquqlarını həyata keçirmir. Bunun təsdiqi isə həmin əmlakların paylı mülkiyyəti olmasına dair əlavə məhkəmə aktlarının mövcud olmadığına, bu gün həmin əmlaklara bütövlükdə sahibliyi və istifadəni iddiaçının həyata keçirməsinə dair iddiaçının məhkəmənin suallarına cavab olaraq bildirdiyi hallar təşkil edir. Şəxsin barəsində müvafiq qətnamələrlə əmlaklarda pay hüququnun müəyyən edilməsi onun aylıq kifayət qədər gəlir əldə etməsini təsdiq etmir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin (bundan sonra Mülki-Prosessual Məcəllə) 14.2, 77.1, 217.3, 217.4, 217.5 və 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bu ndan sonra Konstitusiya Məhkəməsi Plenumu) "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 2016-cı il 27 iyul və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarlarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına, "Uşaq hüquqları haqqında” Qanunun 9 və 13-cü maddələrinə, “Azərbayc an Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-528/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd olunan eyni dəlillərə əsaslanmış və əlavə olaraq göstərmişdir ki, “qətnamə ilə aşağıdakı əsaslara görə razılaşmır. Cavabdeh alimenti vaxtında ödəmir. Bunu isə onunla əlaqələndirir ki, birgə nikah dövründə əldə olunmuş əmlakdan ona çatası paydan ödəyəcəkdir. Cavabdeh uşaqlardan ayrı yaşadığı müddətdə bir dəfə də olsun uşaqlarla görüşüb, onlarla ü nsiyyətdə olmamışdır. İddiaçı dəfələrlə cavabdehin valideynlərinə və vəkilinə uşaqlarla görüşüb ünsiyyətdə olması barədə təklif versə də, o bundan tamamilə imtina etmişdir. Cavabdeh faktiki olaraq küllü miqdarda gəlir əldə edir, qazancını, onların birgə nikah dövründə əldə etdikləri əmlaklardakı ½ payının olmasını gizlədir. Cavabdeh yalandan mağazada satıcı işlədiyini göstərir. Bundan başqa məhkəməyə və digər qurumlara hədə-qorxu gələrək onları şantaj edir, hətta keçirilmiş məhkəmə proseslərinə gəlməsə də, onun ziyanına qərar çıxarılarsa, özünü öldürəcəyini və ölümünə səbəb kimi hakimi də ölümünə səbəb olan şəxslərin siyahısına əlavə edəcəyini bildirərək məhkəmənin normal gedişinə və ədalətli qərar çıxarılmasına psixoloji təsir göstərmişdir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübu tları) tam, hərtərəfli araşdırmadan nəticəyə gələrək onun ziyanına qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, işin faktiki halları aydınlaşdırılmamışdır. Uşağı saxlamaq hər iki valideynin vəzifəsidir ki, məhkəmə qətnamə qəbul edilən zaman bunu nəzərə almamışdır. Məhkəmə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməyərək nəticədə qanunsuz qərar qəbul etmişdir”. Apellyator maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində dəlil kimi Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə, Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Şəlalə Nəsirova 19 iyul 2024-cü il tarixli apellyasiya şikayətinə etirazda göstərmişdir ki, iddiaçının indiyədək ona etmədiyi zü lm qalmamışdır, indi də özünü məzlum kimi göstərməyə cəhd edir. Bir tərəfdən bildirir ki, o alimenti vaxtı-vaxtında ödəmir, digər tərəfdən deyir uşaqlarını görmək istəmir, o biri tərəfdən isə ½ hissəsi ona məxsus olan mənzilləri onun razılığı olmadan kirayə verməklə həm vergidən yayınır, həm də külli miqdarda gəlir əldə edir... O, uşaqlarını görmək, onlarla əlaqə saxlaya bilmək üçün dəfələrlə dövlət orqanlarına rəsmi ərizələrlə müraciət etmiş, aliment öhdəliyini icra etsə də, Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru onun icradan yayınmamağına baxmayaraq onu məhkəmə qarşısına çıxararaq barəsində qanunsuz tənbeh tətbiqinin qəbul edilməsinə nail olmuş, məhkəmə onu 500 manat cərimə etmişdir... O, həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 3(103)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 25 yanvar 2024-cü il tarixli, 3(007)-338/2024 nömrəli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında göstərmişdir ki, “X1 daimi iş yeri olmasa belə, icra sənədi üzrə dövri olaraq ödənişlər etdiyini nəzərə alaraq hesab edir ki, Şəlalə Nəsirovanın əməlində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı olmamışdır”. Hazırda o, mağazalarda satıcı fəaliyyəti göstərir və tək qayəsi övladlarına maddi yardım göstərə bilmək və gələcəkdə övladlarını iddiaçıdan ala bilməkdir. İddiaçı bugün ədək onun hər hansı bir yerdə işlədiyini təsdiqləyən bir dənə belə olsun sübutu məhkəməyə təqdim etməmiş, bu yalanlarını sadəcə şifahi şəkildə məhkəməyə bildirmiş və məhkəmə yolu ilə qanunsuz olaraq alimentin artırılmasına nail olmuşdur. Əmlaklara gələndə bildirir ki, məhkəmə həmin əmlaklarda olan paylarına dair hüququnu təsdiq etmişdir. Lakin payının müəyyən edilməsi hələ həmin əmlakın onun sahibliyi və istifadəsində olması demək deyil. O, iddia tələbi ilə məhkəməyə müraciət edərək, iki mənzilin iddiaçı tərəfindən kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirin ½ hissəsinin iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir və həmin iş Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır. Məhkəməyə təsir etməsi məsələsinə gəldikdə isə, o, heç vaxt bunu etməmiş, ədalətli qərarın qəbul olunmasına iddiaçının təzyiqinin qarşısını almaq üçün Prezidentə və Məhkəmə-Hüquq Şurasına müraciətlər etmişdir. Qeyd etdiklərini və etiraza əlavə etdiyi sənədləri nəzərə alaraq, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İddiaçı kollegiyaya göndərilmiş 21 iyul 2024-cü il tarixli yazılı izahatında iddia ərizəsi və apellyasiya şikayətində qeyd olunan faktiki hallara istinad etmiş, əlavə olaraq göstərmişdir ki, “cavabdeh qısa müddət ərzində özünə ** XG *** nömrə nişanlı, İX35 markalı avtomobil alıb və zəngin həyatı sürür,... elektron hökumət portalından da göründüyü kimi hazırlıq kursunda ingilis dili müəllimi işlədiyi məlum olmuşdur”. Məhkəmə baxışı iclasında iddiaçı izahatında hazırkı mübahisə ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlillərə əsaslanmaqla həmin şikayətinin təmin olunmasını xahiş etdi. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. İddiaçı və cavabdeh tərəfindən apellyasiya baxışı zamanı kollegiyaya göndərilmiş sənədlər Mülki-Prosessual Məcəllənin 372.2-ci maddəsinə müvafiq olaraq qəbul edilmir və tədqiq olunmur. Tətbiq edilən hüquq Ailə Məcəlləsi; Maddə 75.1. Valid eynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxs in xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment öd əməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanun; Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar... Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Yaşayış minimumu haqqında” Qanun); Maddə 4.3. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 1. 2023-cü il üçün yaşayış minimumu... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 1. 2024-cü il üçün yaşayış minimumu... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla,... Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. “Əlavə 2 - Apellyasiya şikayətinin forması”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh e dilməsinə dair” 2016-cı il 27 iyul və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarları. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilmə yən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersi ya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin və həmin şikayətə etirazın dəlilləri, iddiaçının yazılı və şifahi izahatları ilə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəmə sinin qətnamədə gəldiyi nəticə (mövqe) ilə tamamilə razılaşır və mülki işin həlli ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd edir. Apellyasiya şikayəti üzrə mübahisə iddiaçı və cavabdehin 3 nəfər uşaqlarının - 10 aprel 2008-ci il tarixdə doğulmuş Fatimənin, 1 aprel 2010-cu il tarixdə doğulmuş Aysunun və 28 mart 2014-cü il tarixdə doğulmuş Manafın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Ailə Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq ailə üzvlərinin (ər-arvad, valideynlər və uşaqlar) aliment öhdəlikləri ailə münasibətlərindən irəli gələn mübahisədir. Aliment latın dilində “alimentium” (yemək, qidalanma) sözündən götürülərək saxlama üçün vəsa it, öhdədə olmaq deməkdir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, 34-cü maddəsinin İV hissəsinə görə isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 16-cı il 27 iyul tarixli Qərarında isə göstərilmişdir ki, “... nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli 8-2/2016 № -li qərarının 8.2-ci bəndində göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Qanuna istinad olunmasa da, “Uşaq hüquql arı haqqında” Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minimumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. 9 dekabr 2022-cı il tarixli “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, 5 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən isə 2024-cü ildə həmi n məbləğ artırılaraq 235 manata çatdırılmışdır. Qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin “Əlavə 2 - Apellyasiya şikayətinin forması”nın 6 və 7-ci hissələrində “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin apellyator tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nəd ən ibarət olduğuna dair heç bir mövqeni ifadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 2016-cı il 27 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “ Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır”. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya baxışı zamanı iddiaçının izahatı və iş materiallarından isə tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması müəyyən edilmir. Ailə Məcəlləsinin qeyd olunan maddəsində göstərilən məsələlərin araşdırılması məh kəmənin vəzifəsidir. Lakin həmin məsələlər üzrə müvafiq sübutların təqdim edilməsi tərəflərin üzərinə düşür. Belə ki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nə ticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın digər dəlilləri (həmçinin hazırkı mübahisəyə aid olmayan fikirləri) iddiaçı və cavabdehin subyektiv mülahizələri kimi dəyərləndirilir. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riay ət etmiş və iddiaçının cavabdehə qarşı “müəyyən olunmuş alimentin məbləğinin artırılması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. 2(078)-528/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnamə qanuni, əsaslı və ədalətlidir. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ona görə də hazırkı iş üzrə qəbul edilən qətnamənin mübahisələndirilməsi üzrə iddianın qiyməti (255 manat x12 ay) 3060 manat təşkil etdiyindən Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Nəticə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İddiaçı cavabdeh X2 qarşı “müəyyən olunmuş alimentin məbləğinin artırılması” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-528/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətində mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.