Məhkəmə qərarları › İş №2(108)-13/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-13/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-13/2022 10.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və kredit müqaviləsinin ləğvi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(079)-306/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Babək Rayon Məhkəmə sinə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.07.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 7780.16 manat əsas, 1530.23 manat faiz, cəmi 9310.39 manat borcun, həmçinin ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, işə birinci instansiya məhkəməsi tərəfindən baxılması zamanı iddiaçı məhkəməyə iddianın həcminin artırılması barədə ərizə vermiş, Babək Rayon Məhkəməsi tərəfindən ərizəyə baxılaraq işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 7780.16 manat əsas, 2111.77 manat faiz, cəmi 9891.93 manat borcun müştərək qaydada alınıb iddiaçıya ödənilməsi tələbi həcmində baxılması qəra ra alınmışdır. Babək Rayon Məhkəməsinin (sədrlik edən Z.X.Əliyev) 28 sentyabr 2021-ci il tarixli, 2(079)-306/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 17 iyul 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə 6749.92 (altı min yeddi yüz qırx doqquz manat doxsan iki qəpik) manat əsas, 2111.77 (iki min yüz on bir manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8861.69 (səkkiz min səkkiz yüz altmış bir manat altmış doqquz qəpik) manat məbləğində kredit borcunun, həmçinin 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli ******* saylı kredit müqaviləsin in ləğv edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 2(078)-306/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin əsas borcun tutulması hissəsində ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə 7780.16 manat əsas, 2111.77 manat faiz, cəmi 9891.93 manat pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də ekspert rəyini digər sübutlarla yanaşı qiymətlən dirməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, kredit hesabından çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə araşdırması zamanı faiz borc məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən də tam olaraq təsdiqini tapmışdır. Lakin yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə məhkəmə təqdim olunmuş tələb artırma ərizəsini nəzərə almayaraq bankın tələbini qismən təmin etmişdir. Belə ki, məhkəmənin 2(079)-306/2021 saylı 09.07 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə- mühasibatlıq ekspertizası keçirilmiş, ekspert qarşıs ında 17.07.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin şərtlərinə əsasən əsas və faiz borcun nə qədər təşkil etməsinə dair sual qoyulmuşdur. Ekspertin (Rasim Quluzadə) 30.08.2021-ci il tarixli 219 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 17.07.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 25.05.2021-ci il tarixinə əsas borcu 6749.92 manat, faiz borcu 2252.90 manat, cəmi 9002.82 manat borcu var. Lakin təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, borc 9891.93 manat təşkil edir. Ekspert öz rəyində qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 tərəfindən banka ümumilikdə 4274,80 manat məbləğində ödənişlər aparılmışdır ki, həmin məbləğin 3257,08 manatı əsas borca, 1030,72 manatı isə faiz borcuna sili nmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarışa əsasən 4274,80 manat ödənişin 2219.84 manatın əsas borca, 2053.98 manatın isə faiz borcuna silindiyi müəyyən edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi isin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, sadəcə ilkin iddia tələbindəki ekspertin rəyində olan məbləğə istinad etmiş, verilən tələb artırma ərizəsini nəzərə almamış, 22.09.2021-ci il tarixə olan əsas borcun təmin edilməməsini əsaslandırmamışdır. Məhkəmə tərəfindən sadə riyazi hesablama aparılsa idi iddia tələbinin artırılması barədə ərizədə qeyd edilən 7780.16 (yeddi min yeddi yüz səksən manat 16 qəpik) manat əsas borcun, 2111.77 (iki min yüz on bir manat 77 qəpik) manat faiz borcunun düzgün hesablandığı müəyyən edilə bilərdi. Ekspert tərəfindən gündəlik faiz borcu 6.39 manat (10000 x 23%:360 gün) müəyyən edilmişdir. Həmin faizlərin hesablanmalı olduğu günlərin sayı isə 120 gün (25.05.2021- 22.09.2021) təşkil etdiyi nəzərə alınsa 22.09.2021-ci il tarixə faiz borcunun 2286.23 manat (10000 x 23%: 360gün x 120 gün) təşkil etdiyi müəyyən edilir. Məhkəməyə təqdim olunmuş kredit hesabından çıxarışlardan da göründüyü kimi cavabdeh tərəfindən sonuncu ödəniş 20 iyul 2020-ci il tarixində olmuş və iş məhkəmədə olduğu müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya şikayətinə baxılarkən Naxçıvan MR Ali Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə -mühasibatlıq ekspertizası təyin edilərək apellyasiya icraatı dayandırılmış, 21 fevral 2022-ci il tarixli qərardadla işin dayandırılmasına səbəb olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmiş və apellyasiya şikayətinə baxılmışdır. Apellyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında İddiaçı ASC-nin nümayəndəsi X3 аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 2(078)-306/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin əsas borcun tutulması hissəsində ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə 7780.16 manat əsas, 2111.77 manat faiz, cəmi 9891.93 manat pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsi edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 60-cı bəndində göstərilmişdir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edild iyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidir. Apellyasiya şikayətindən aydın olur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini kredit müqaviləsi üzrə əsas borcun məbləğinə aid hissədə mübahisələndirməklə qətnamənin əsas borcun tutulması hissəsində ləğv edilməsini və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7780.16 manat əsas, 2111.77 manat faiz borcu olmaqla cəmi 9891.93 manat tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədə kredit müqaviləsi üzrə 2111.77 manat faiz borcu qət olunmuş, lakin iddiaçı faiz borcunu mübahisələndirməmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini n əsaslılığı kredit müqaviləsi üzrə əsas borcun məbləğinə aid hissədə yoxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qətnamədə qeyd olunmuş kredit müqaviləsi üzrə əsas borcun məbləği ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, şikayətin əsası kimi isə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək tələbin həcmini artırdıqlarını, lakin məhkəmənin bunu nəzərə almayaraq yanlış olaraq ekspert rəyinə istinad etdiyini göstərmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində 7780.16 manat əsas, 1530.23 manat faiz, cəmi 9310.39 manat borcun tutulmasını xahiş etsə də işə birinci instansiya məhkəməsi tərəfindən baxılması zamanı məhkəməyə iddianın həcminin artırılması barədə ərizə vermiş, Babək Rayon Məhkəməsi tərəfindən ərizəyə baxılaraq işə İddiaçı Açı q Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 7780.16 manat əsas, 2111.77 manat faiz, cəmi 9891.93 manat borcun müştərək qaydada alınıb iddiaçıya ödənilməsi tələbi həcmində baxılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsindən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik 23 faizlə 36 ay müddətində 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17 iyul 2019-cu il tarixli, 1018663/16926 və 1018663/16927 nömrəli zaminlik müqavilələrindən görünür ki, eyni tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək tutulmasını və Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 17 avqust 2019-cu ildən başlamaqla 17 iyun 2022-ci ilədək hər ay 387.10 (üç yüz səksən yeddi manat, on qəpik) manat, sonuncu ay, yəni 17 iyul 2022ci il tarixədək isə 386.98 (üç yüz səksən altı manat, doxsan səkkiz qəpik) manat ödəməli olması aydın olur. Mülki iş materiallarına əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc dan 2219.84 manat, faiz borcundan isə 2054.96 manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun 7780.16 manat məbləğində əsas, 2111.77 manat məbləğində faiz borcunun, ümumilikdə isə 9891.93 manat məbləğində kredit borcunun olması göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2021-ci il tarixli, 219 nömrəli rəyində Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya 25 may 2021-ci il tarixə olan əsas borcunun miqdarı 6749.92 manat, faiz borcunun isə 2252.90 manat olmaqla, ümumi borcunun 9002.82 manat təşkil etməsi göstərilmişdir. Apellyasiya şikayətinə baxılarkən kredit müqaviləsi üzrə əsas borcun məbləğinin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 15 fevral 2022-ci il tarixli 13 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ”Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 17 iyul 2019cu il tarixli,1018663 nömrəli kredit müqaviləsi şərtlərinə və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 cədvəl məlumatlarında görüldüyü kimi 22 sentyabr 2021-ci il tarixə əsas borcu 7779.18 (yeddi min yeddi yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat, faiz borcu 2111.58 (iki min yüz on bir manat əlli səkkiz qəpik) manat təşkil edir. Cavabdeh1 kredit müqaviləsi üzrə 0.98 manat məbləğində cərimə hesablanması hesabdan çıxarış məlumatlarında öz əksini tapmışdır. Azərbaycan Republikası Mülki Prosessuаl Məcə lləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən təkrar məhkəmə- mühasibatlıq ekspertizasının rəyi sübut kimi qəbul edilməli, ekspert rəyinə əsasən 17 iyul 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcunun məbləği 7779.18 (yeddi min yeddi yüz yetmiş doqquz manat, on səkkiz qəpik) manat müəyyən edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, ekspert rəyində Cavabdeh1 kredit müqaviləsi üzrə 0.98 manat məbləğində cərimə hesablanması göstərilsə də bu barədə tələbin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəl iyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsa sən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) i sə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(079)-306/2021 nömrəli qətnaməsi mübahisələnd irilən hissədə dəyişdirilməli, tutulmalı olan dövlət rüsumu ödənilmiş tələbin məbləğinə mütənasib olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 402.1. –ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (7780.16 manat-6749.92 manat =1030.24 manat) qanu nvericiliyin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 393, 402.1-ci maddələrini rəhbər tutub kollegiya qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(079)-306/2021 nömrəli qətnaməsi “17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 6749.92 (altı min yeddi yüz qırx doqquz manat doxsan iki qəpik) manat əsas borc olmaqla ümumilikdə 8861.69 (səkkiz min səkkiz yüz altmış bir manat altmış doqquz qəpik) manat məbləğində kredit borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə” aid mübahisələndirilən hissədə dəyişdirilsin. İddia qismən təmin edilsin. 17 iyul 2019 -cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 7779.18 (yeddi min yeddi yüz yetmiş doqquz manat, on səkkiz qəpik) məbləğində əsas borc olmaqla ümumilikdə 9890.95 (doqquz min səkkiz yüz doxsan manat, doxsan beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş tələbə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar