Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-130/2021 26.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Şərur Şəhər Əfsanə Özəl Müalicə və Diaqnostika Müəssisəsinə qarşı 02 oktyabr 2020-ci il tarixdə sağlamlığın pozulmasına görə (çəkilən xərcin) v urulmuş zərərin əvəzinin və çəkiləcək xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək oğlu X1 vurulmuş 26000 (iyirmi altı min) manat maddi və 35000 (otuz beş min) manat mənəvi zərərin, ümumilikdə 61000 (altmış bir min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14 yanvar 2021-ci il tarixdə ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdeh qismində Şəfa X12 cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə baxışı iclasında əsl olmayan tərəf Şərur Şəhər Əfsanə Özəl Müalicə və Diaqnostika Müəssisəsinin Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır. Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsi ilə (sədr lik edən X9) İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 26 may 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə təkrar məhkəmə tibbi ekspertizasının keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlunun keysəriyyə əməliyyatı nəticəsində doğulması, doğuş zamanı həkimin səhvi ucbatından alın nahiyəsində deformasiyanın yaranması, uşağın xəstəliyi barədə sonradan məlumatlarının olması məhkəmə tərəfindən araşdırılmamış, yanlış nəticəy ə gəlinmiş, təkrar məhkəmə tibb ekspertizasının keçirilməsi barədə məhkəmə qarşısında qaldırdığı vəsatəti əsassız hesab olunaraq rədd edilmiş, məhkəmə həmçinin iddia tələbini rədd edərkən o nəticəyə gəlmişdir ki, onun tələb irəli sürdüyü hüquqi şəxs mövcud deyil, əgər həmin hüquqi şəxs mövcud deyildirsə, deməli, onun hüquqi varisi vardır. Məhkəmə yalnız bu əsasa söykənərək tələbi rədd etmişdir. Məhz buna görə də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Əgər bu əsasa görə iddia tələbi rədd olunacaqdırsa onda nəyə görə məhkəmətibbi ekspertizası təyin olunub rəy alınmalı idi. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 1, 2 və 8-ci bəndlərinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kollegiyadakı izahatında İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını, Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması üzrə keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh nümayən dəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamaqla Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olu nmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir: Apellyasiya şikayətinə baxılması üzrə keçirilmiş 13 iyul 2021-ci il tarixli məhkəmə baxışı iclasında zərurət yarandığından Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə Şərur Şəhər X12 hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydi yyata alınıbalınmaması, vergi ödəyicisidirsə, hansı tarixdən vergi ödəyicisi olması barədə müvafiq sənədlərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi barədə sorğu ünvanlanmışdır. Belə ki, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldırmış, lakin məhkəmə araşdırması zamanı “Şərur Şəhər Özəl Tibb Mərkəzi” adlı hüquqi şəxsin mövcud olmadığı, X2 fiziki şəxs kimi qeydiyyatdan keçərək fərdi sahibkar kimi tibb sahəsində fəaliyyət göstərdiyi müəyyən olunduğundan və əsl olmayan tərəfin əvəz edilməsi təklifi ilə iddiaçı razılaşmadığından iddianın rədd edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sözügedən sorğuya 17 iyul 2021-ci il tarixli cavab məktubunda Cavabdeh bu günədək Naxçıvan Mu xtar Respublikasının vergi orqanlarında vergi uçotuna durmadığından hər hansı bir fəaliyyəti və təsis sənədləri barədə məlumatın təqdim edilə bilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Kollegiya qeyd edir ki, İddiaçı əsl olmayan tərəfin əvəz edilməsinin təklif olunması, iddiaçının isə əsl olmayan tərəfin əvəz edilməsinə razı olmaması birinci instansiya məhkəməsinin 22 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolu ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Buna görə də məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Bütün bunlara əsasən kollegiya birinci intansiya məhkəməsinin gəldiyi iddiaçının tələb irəli sürdüyü cavabdehin hüquqi şəxs olmaması, buna görə də iddia mövcud olmayan mülki hüquq subyektinə qarşı qaldırıldığından iddianın öz-özlüyündə əsassız olması və rədd olunmalı olm ası nəticəsi ilə razılaşır və belə hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas təşkil etmir. Həmçinin mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsi dəyişdirilməd ən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 393, 403.1, 404.1.1, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhk əməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-130/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-130/2021
26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver