Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-130/2024 26.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X5 və X1 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ordubad Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(080)- 214/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərə k 21 may 2022ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ordubad Rayon Məhkəməsinin 2(080)214/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, 21 may 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 160 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 39.20 manatın alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin h əmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, tələb olunmuş aliment məbləğinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, məhkəmə uşağın saxlanılması üçün müəyyən olunmuş aliment miqdarını az kəsməsini onunla əsaslandırmışdır ki, valideynlərin hər ikisi uşaqları saxlamağa borcludurlar. Qeyd etmək istəyir ki, uşaq balaca olduğu üçün bütün gücünü övladının baxımına ayırır, övladına baxdığı üçün o heç bir yerdə işləmir, lakin cavabdeh öz ifadəsində qeyd edir ki, ö zünə aid maşın təmiri sexi açıb işlədir. Əlavə olaraq Cavabdeh yük maşını işlədir ümumi qazancı var. Məhkəmə hazırki halda yaşayış minimumu məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişaflarını və digər xərclərini nəzərə almayaraq aşağı həddə aliment kəsmişdir. Uşağın maddi vəziyyəti nəzərə alınmaqla 235 manat aliment tutulmalıdır. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. İşin faktiki halları ay dınlaşdırılmamışdır. Belə ki, bir uşağın təminatını 160 (bir yüz altmış) manat alimentlə qarşılamaq mümkün deyil. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Apellyator sonda Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)127/2024 nömrəli qətnaməsinin dəyişdirilməsini və tələb olunmuş aliment məbləğinin təmin olunması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh tərəfindən kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə edərək Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsinin dəyişdirilməsini və tələb etdiyi aliment məbləğinin təmin olunması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraa tının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məc əllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəm ə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflə rin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Beləliklə, yuxarıda da qeyd olunduğu kimi cavabdeh İddiaçı apellyasiya şikayətinin əsas dəlilləri kimi “Uşağın balaca olduğu üçün bütün gücünü övladının baxımına ayırdığını, övladına baxdığı üçün heç bir yerdə işləmədiyini, lakin cavabdehin öz ifadəsində qeyd etdiyi kimi özünə aid maşın təmiri sexi açıb işlətdiyini, əlavə olaraq Cavabdeh yük maşını işlədərək ümumi qazancı olduğunu, məhkəmənin hazırki halda yaşayış minimum məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, qida rasionlarına uyğun şəkildə qidalanması nı, fiziki cəhətdən inkişaflarını və digər xərclərini nəzərə almayaraq aşağı həddə aliment kəsdiyini, uşağın maddi vəziyyəti nəzərə alınmaqla 235 manat aliment tutulmalı olduğunu” göstərmişdir ki, kollegiya iddiaçının yuxarıda göstərdiyi bütün bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, müəyyən olunmuş aliment miqdarının artırılması üçün əsas hesab etmir və qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən ilk növbədə tərəfin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Belə ki, mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı müəyyən olunmuş hallarından aydın olmuşdur ki, tərəflər 05 iyul 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, bu nikahdan 21 may 2022-ci il tarixdə övlad ları X6 doğulmuş, sonralar ailəni saxlamaq mümkün olmamış, Ordubad Rayon Məhkəməsinin 2(080)-214/2013 saylı, xx.xx.2023-cü nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, X3 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 140 manatın hər ay tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, İddiaçı vəkili və nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ordubad Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(080)- 214/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 21 may 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsi ilə sözügedən qərar qəbul edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götü rür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyasının 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Konvensiyasının 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və di gər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola b ilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur k i, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, e ləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığ ı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının m ənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən təl əblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya həmçinin bu nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçı aliment təyin olunan sonuncu məhkəmə qətnaməsinin qəbul olunmasından qısa müddət sonra iddia qaldırmaqla ö zünün və ya cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin mövcud olmasını sübut etməmişdir. Buna görə də məhkəmə uşaqların mənafelərini nəzərə alarkən paralel olaraq cavabdehin də əmlak mənafelərini nəzərə almalı və iddianı həll edərkən bütün diqqətəlayiq halları məcmu halında qiymətləndirməlidir. Bundan əlavə, kollegiya hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılmaları üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini bir uşaq üçün 235 manatadək artırmaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə də uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ik isinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Kollegiya yuxarıda qeyd edilən halları və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment göstərilən halların məcmusu baxımından ədalətlidir və həmin məbləğin artırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, kollegiya iddiaçının yuxarıda göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, kəsilmiş aliment miqdarının artırılması üçün əsas hesab etmir və qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi alimentin ödəniş forması və məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutu lmasını müəyyən etmişdir. Məhkəmə alimentin ödəniş qaydasını və miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini, həmçinin digər diqqətəlayiq olan halları nəzərə almalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Göründüyü kimi Ordubad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(080)127/2024 nömrəli qətnaməsi ilə hər iki tərəfin mənafeyini nəzərə almış və məhz mübahisənin diqqətəlayiq hallarını nəzərə almaqla iddia tələbini tam deyil, qismən təmin etməklə ədalətli nəticəyə gəlmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin fakti ki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq “ Mülki işlə r üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 06 may 2 024-cü il tarixli, 2(080)-127/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-130/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-130/2024
26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver