Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-131/2023 15.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(089)-185/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(089)-185/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 97800 (doxsan yeddi min səkkiz yüz) manat borc pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 386 manat dövlət rüsumunu n 383.26 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilməsi, 2.74 manat hissəsinin özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(089)185/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasl ar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. İş materiallarından aydın olur ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən “vəkil ərizəsi”nə əlavə edilən apellyasiya şikayəti yuxarıda qeyd edilən qaydada, yəni elektron qaydada imzalanmamış və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzə rdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əsaslar ol madan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə mülki işə baxılması üçün prosessual əsaslar yoxdur. Ona görə də, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Göstərilənləri və Azə rbaycan Respublikası MPM-in 358.0.3, 366.2, 366.4, 400, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(089)-185/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-131/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-131/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver