Məhkəmə qərarları › İş №2(108)-131/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-131/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-131/2024 26.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), X2 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Babək Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qərardadından Cavabdeh vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdehin pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə 13 mart 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək C avabdeh İddiaçı ASC-in xeyrinə 9125.89 AZN əsas, 1167.9 AZN faiz borcu olmaqla cəmi 10293.79 AZN pul vəsaitinin və 120.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 aprel 2024-cü ildə Babək Rayon Məhkəməsində məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə baxılarkən Cavabdeh vəkil-nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə göndərdiyi vəsatətində cavabdehin iddianı qismən qəbul etdiyini və tələb olunan ümumi borc məbləği ilə razı olmadıqlarını bildirərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini və ekspert qarşısında iddia qaldırılan tarixə real əsas və faiz borcunun nə qədər təşkil etməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq eksp ertizası təyin edilməklə Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 may 2023-cü il tarixli, GTZK1484871B226 nömrəli kredit müqaviləsinə müvafiq olaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixinə ayrı-ayrılıqda nə qədər məbləğdə əsas, faiz və ümumi borcu olmasının aydınlaşdırılması üçün mülki iş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. “03” iyun 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli, 3-16-33-3/2-504/2024 nömrəli məktubu ilə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi Babək Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə baxışına hazırlığı n icraatı təzələnərək məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh vəkil-nümayəndəsi Vəkil 14 iyun 2024-cü il tarixli vəsatəti ilə məhkəməyə müraciət edərək əsas borcla faiz borcunun silinməsinin düzgün aparılmadığını və nəticədə əsas borcun qalıq məbləğinin faiz borcuna hesablandığını göstərərək əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmənin 14 iyun 2024-cü il tarixli qərardadı ilə cavabdehin vəkilnümayəndəsinin vəsatəti təmin edilməmiş və mülki iş 20 iyun 2024-cü il tarixinə məhkəmə baxışında baxılmağa təyin edilmişdir. Cavabdeh vəkil-nümayəndəsi Vəkil 20 iyun 2024-cü ildə Babək Rayon Məhkəməsinə qarşılıqlı iddia verərək Cavabdeh öhdəliyini mübahisəyə qədər qismən də olsa yerinə yetirdiyini, əsas borcun bir hissəsini və həmin vaxta qədər əsas borca hesablanmış faizləri tam şəkildə ödəsə də bankın ödənişlər üzrə əsas və faiz borcunu düzgün silmədiyini və nəticədə real olmayan tələblə iddia qaldırdığını, aparılmış ekspertiza tədqiqatı nəticəsində tərtib olunmuş rəydə bankın ödənişlər üzrə əsas borcla faiz borcunun silinməsini düzgün aparmadığını və nəticədə 963.83 manat ödənişin ümumiyyətlə borcun silinməsinə yönəldilməməsini, bu səbəbdən də Cavabdeh faiz altında ödədiyi 963.83 manatın bankdan tutulması üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, bu halın ekspert rəyindən sonra onlara məlum olduğunu və qarşılıqlı iddianın verilməsi üçün əsas yarandığını, işin halları və qanunvericiliyin tələbini nəzərə alaraq ümumi borcdan 963,83 manat çıxılmaqİa ilkin iddianın qismən və q arşılıqlı iddianın isə tam təmin edilməli olmasını göstərərək İddiaçı ASC-dən 963,83 manat pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdehin pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Şikayətin dəlilləri: Məhkəmənin qərardadından narazı qalan Cavabdeh vəkil-nümayəndəsi Vəkil şikayət verərək qərardadın ləğv olunmaqla qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. 01 iyul 2024-cü il tarixdə Babək Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qayda da işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh vəkil-nümayəndəsi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, hazırki qərardadla İddiaçı ASC-in Cavabdeh qarşı “borc tutulması tələbinə” dair mülki iş üzrə qarşılıqlı iddia ərizələrinin geri qaytarılması qərara alınmışdır. Hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qərardadı ləğv etməli, qarşılıqlı iddia icraata qəbul edilməlidir. Belə ki, qarşılıqli iddianın yaranma əsası iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasından sonra yaranmışdır. Məhkəmə isə bu halı nəzərə almayaraq qarşılıqlı iddianı icraata qəbul etməmişdir. Məhkəmə qarşılıqli iddia üzrə bankdan tələb etdiyi məbləğin keçirilmiş ekspertiza zamanı müəyyən edilmə faktını aydınlaşdırmayıb səhv nəticəyə gələrək qarşılıqlı iddianı icraata qəbul etməmişdir. Qarşılıqlı iddia üzrə bankdan tələb etdiyi məbləğ ilkin iddia üzrə sübut edilməmişdir. Göstərilənlərə əsasən Babək Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e2(079)-272/2024 nömrəli qərardadının ləğv edilərək qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Az ərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 9125.89 AZN əsas, 1167.9 AZN faiz borcu olmaqla cəmi 10293.79 AZN pul vəsaitinin və 120.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya ca vabdehin vəkil-nümayəndəsinin şikayətdə göstərdiyi məhkəmənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qərardadı ləğv etməli və qarşılıqlı iddianı icraata qəbul etməli olması, qarşılıqli iddianın yaranma əsasının iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasından sonra yaranması, məhkəmənin isə bu halı nəzərə almayaraq qarşılıqlı iddianı icraata qəbul etməməsi, məhkəmənin qarşılıqli iddia üzrə bankdan tələb etdiyi məbləğin keçirilmiş ekspertiza zamanı müəyyən edilmə faktını aydınlaşdırmayıb səhv nəticəyə gələrək qarşılıqlı iddianı icraata qəbul etməməsi, qarşılıqlı iddia üzrə bankdan tələb etdiyi məbləğin ilkin iddia üzrə sübut edilməməsi barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ə rizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə görə bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bundan əlavə MPM-in 155.3-cü maddəsi qarşılıqlı iddianın verilməsini iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsində hakimin qarşılıqlı iddianı qəbul etməli olduğu hallar aşağıdakı qaydada dəqiq müəyyən edilmişdir: - 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; - 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticə lənərsə. Kollegiya qeyd edir ki, hazırkı işdə qanunun yuxarıda sadalanan normasında göstərilən hallar mövcud deyil. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh vəkilnümayəndəsi Vəkil iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyi Babək Rayon Məhkəməsinə daxil olduqdan sonra ekspertin rəyini mübahisələndirməklə 14 iyun 2024-cü ildə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Cavabdehin vəkil-nümayəndəsi məhkəmənin həmin tarixli qərardadı ilə vəsatəti təmin olunmadığından MPM-də müəyyən olunmuş iddia verilməsinin ümumi qaydalarına əməl etməyərək qarşılıqlı iddia vermişdir. Yəni Cavabdeh vəkil-nümayəndəsi Vəkil 963.83 manat məbləğində pul tələbi mahiyyət etibari ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh q arşı borcun tutulması tələbinə dair iddiasının əsası kimi istinad etdiyi hallara dair sübutların etibarlılığı ilə bağlı olduğundan və sübutların etibarlılığı o cümlədən ekspertin rəyinin əsaslılığı məsələsi isə digər sübutlarla yanaşı mütləq qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinə baxılarkən qanunun tələblərinə müvafiq olaraq yoxlanılmalı olduğundan, həmin sübutların etibarlılığı ilə bağlı məsələyə ayrıca iddia icraatı qaydasında baxılması yolverilməzdir. Kollegiya qeyd edir ki, eyni zamanda hazırkı qarşılıqlı iddia faktiki olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiasına cavabdehin etirazının əsası kimi çıxış edir və iddiaya etirazın əsası da həmin iddia çərçivəsində qiymət verilməli olan məsələ olduğu üçün əlavə məhkəmə icraatı başlamağa zərurət yoxdur. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən cavabdehin vəkilnümayəndəsinin şikayətində göstərilmiş dəlillərini əsassız hesab edir. Kollegiya işin araşdırılmış hallarına əsasən belə hesab edir ki, Cavabdeh vəkilnümayəndəsi Vəkil şikayətində göstərdiyi dəlilləri Babək Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin vəkil-nümayəndəsinin şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin bu iş üzrə qəbul etdiyi 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 40 2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh vəkil-nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar