Məhkəmə qərarları › İş №2(108)-133/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-133/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-133/2021 30.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(078)-376/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.S.Səfərəliyeva) 28 aprel 2021-ci il tarixli, 2(078)-376/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 6050 (altı min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 26.02.2021-ci il tarixdə 7288 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(078)-376/2021 nömrəli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaxından tanıdığı Naxçıvan şəhər sakini İddiaçı 25 yanvar 2020-ci il tarixində 7550 (yeddi min beş yüz əlli) manat sələm almış, hər ay vaxtı vaxtında aldığı pulun sələmini ödəmiş, sələm ilə birlikdə iddiaçıya 19575 (on doqquz min beş yüz yetmiş beş) manat pul vermişdir. İddiaçının sələm verdiyi adamlardan pulu və sələmi kifayət qədər aldığını, sələm götürəni müflis vəziyyətə saldıqdan sonra əlində olan sadə yazılı formadakı qəbz ilə sələm götürəni məhkəməyə verdiyini, qəbzdə göstərilən məbləği borc götürəndən qəpiyinə qədər aldığını, şəhərdə hamının Məlahəti sələmçi kimi tanıdığını, bütün məhkəmələrdə sələmçi kimi tanınan iddiaçının cavabdehləri udduğunu, onun xeyrinə qətnamə çıxardıldığını, mülki işdə hakimin işi birtərəfli apardığını, onun şahidlərini tam şəkildə dindirilmədiyini, şahidlərin sözlərini olduğu kimi yazılmadığını, təqdim etdiyi sübutları, o cümlədən cd-ləri işə almadığını, bəhanə olaraq cd-lərin məhkəmədə keçərsiz olduğunu göstərmişdir. Bütün ifadələrin hakimin təhriki ilə iddiaçının xeyrinə alındığını, hakimin çıxardı ğı qətnamənin ədalətsiz olduğunu, obyektiv reallıqdan kənar olduğunu, hüquqi dayağa söykənmədiyini, qərəzli olduğunu, iddiaçının mövqeyinin müdafiə olunduğunu, iddiaçının sələmçi olmasının nəzərə alınmadığını, iddiaçını tanıyanların hamısının onun sələmçi kimi tanımasının nəzərə almadığını qeyd edərək Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixdə çıxardığı qətnamənin ləğv olunmasını xahiş etmişdir. İddiaçı 02 iyul 2021-ci il tarixində apellyasiya şikayətinə qarşı etirazla Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(078)376/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İşə baxılmas ının vaxtı və yeri haqqında Cavabdeh dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 25 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(078)-376/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiyada işə baxılarkən şahid qismində dindirilmiş Şahid1 Cavabdeh ondan iş yerində satmaq üçün nisyə telefon almasını, lakin bir müddət sonra Tofiqin ondan aldığı telefonla rı aparıb qazancına deyil, daha ucuz qiymətə satmasını görüb səbəbini soruşduqda Məlahətə olan borcunu qaytarmaq üçün belə etdiyini dediyini, 6300 manat olan borcu almaq üçün evlərinə getdikdə Tofiqin müxtəlif şəxslərə olan borcunun 38 000 manatdan çox olmasını öyrəndiyini, Tofiqi günü 10 manata işlədib əmək haqqını borcuna çıxaraq borcu 3000 manata qədər azaltmasını, onun valideynlərindən ayda 300 manat olmaqla borcun qaytarılması üçün razılaşmasını, İddiaçı isə ondan telefon aldığı üçün tanımasını, Məlahətin Tofiqə hansı şərtlə nə qədər borc pul verməsini, aralarında faiz söhbəti olub-olmamasını bilmədiyini göstərdi. Kollegiyada işə baxılarkən şahid qismində dindirilmiş X2 Cavabdeh ondan Məlahət adlı şəxsə olan borcunu qaytarmaq üçün 40 manat borc almasını və qaytarmasını, iş yerində ara larında bəzən belə borc alıb qaytarmaların olmasını, İddiaçı isə əvvəllər tanımadığını göstərdi. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(078)-376/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi yaxından tanıdığı Naxçıvan şəhər sakini İddiaçı 25 yanvar 2020-ci il tarixində 7550 (yeddi min beş yüz əlli) manat sələm alması, hər ay vaxtı vaxtında aldığı pulun sələmini ödəməsi, sələm ilə birlikdə iddiaçıya 19575 (on doqquz min beş yüz yetmiş beş) manat pul verməsi, iddiaçının sələm verdiyi adamlardan pulu və sələmi kifayət qədər alması, sələm götürəni müflis vəziyyətə saldıqdan sonra əlində olan sadə yazılı formadakı qəbz ilə sələm götürəni məhkəməyə verməsi, qəbzdə göstərilən məbləği borc götürəndən qəpiyinə qədər alması, şəhərdə hamının Məlahəti sələmçi kimi tanıması, bütün məhkəmələrdə sələmçi kimi tanınan iddiaçının cavabdehləri udması, onun xeyrinə qətnamə çıxarılması, mülki işdə hakimin işi birtərəfli aparması, onun şahidlərini tam şəkildə dindirməməsi, şahidlərin sözlərini olduğu kimi yazmaması, təqdim etdiyi sübutları, o cümlədən cd-ləri işə almaması, bəhanə olaraq cd-lərin məhkəmədə keçərsiz olduğunu göstərməsi. bütün ifadələrin hakimin təhriki ilə iddiaçının xeyrinə alınması, hakimin çıxardığı qətnamənin ədalətsiz, obyektiv reallı qdan kənar olub hüquqi dayağa söykənməməsi, qərəzli, iddiaçının mövqeyinin müdafiə olunması, iddiaçının sələmçi olmasının nəzərə alınmaması, iddiaçını tanıyanların hamısının onun sələmçi kimi tanımasının nəzərə almaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda İddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutu birinci instansiya məhkəməsinə təqdim etdiyindən Cavabdeh göstərdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, kollegiyada işə baxılarkən Cavabdeh birinci instansiya məhkəməsində təqdim etdiyi şa hidlər yenidən dindirilmiş və onlar birinci instansiya məhkəməsində verdikləri ifadələrlə eyni məzmunlu ifadələr verərək Cavabdeh çox adama o cümlədən də Məlahətə borclu olmasını, lakin nə vaxt nə qədər və hansı şərtlə borc almasını bilmədiklərini göstərmişlər. Bundan kollegiyada işə baxılarkən Cavabdeh sübut kimi təqdim edilən cd dinlənilərkən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan Təranə adlı şəxsin qızıllarının ona verilməsini xahiş etdiyini, məqsədinin həmin qızılları satıb borcunu ödəmək olmasını, bu məqsədlə iddiaçıya yalan dediyini, iddiaçıya olan borcunu danmadığını, iddiaçıya 3 dəfəyə cəmi 1300 manat pul qaytarmasını, nə qədər pul götürməsinin verdiyi kağızda yazılmasını, 6200 manatın az pul olmamasını, iddiaçıya bundan belə hər ayın 15-i 200 manat olmaqla pul ödəyib ona qalan 6200 manat pulu ödəyib qurtaracağını, Eldar adlı şəxsin borcunu istəmək üçün iş yerinə gəlməsindən sonra müdiri Eminin onu dələduz olmasını deyərək işdən çıxarmasını, hazırda heç bir yerdə iş tapa bilməməsini və hətta 28 000 manat borcu olduğu üçün valideynlərinin onu evdən qovduqları üçün padyezdə yatmasını, Nurlan adlı dükançıdan satmaq adı ilə aldığı telefonları başqa dükanlara aldığından ucuz qiymətə satıb vəziyyətdən çıxmaq istəsə də buna nail olmadığını, ona da 6400 manat borcu olmasını, qapıya borc üçün gələnlərdən sonra ata-anasının təzyiq və şəkərlərinin qalxmasını, peşman olmasını, özünü asmaq istəməsini, iddiaçının ona bir ildir ki, kömək etməsini etiraf edir, iddiaçı isə ondan faizsiz olaraq ayda azı 200 manat olmaqla ödəmə aparması üçün xahiş edir və əgər pulu qaytarmazsa şik ayət edəcəyini və cavabdehə qarğış edəcəyini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Mülki işin materiallarından aydın olur ki, iddiaçı Qafarova X1 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6050 (altı min əlli) manat məbləğində pul un alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan cavabdehin öz əl yazısı ilə şəxsiyyət vəsiqəsinin arxasına borcun götürülməsinə dair yazdığı qeyd və cavabdehin təqdim etdiyi cd pulun alınmasına dair əsas sübutdur. Kollegiya qeyd edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və onların arasında qarşılıqlı hüquq və vəzifələr müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmi n Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 740-cı mаddəsinə əsаsən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəl lənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Kollegiya qeyd edir ki, hazırki işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 7550 manat məbləğində borc pul vermiş, cavabdeh iddiaçıdan 7550 manat borc pul aldığını, iddiaçıya 7550 manat borcunun olmasını etiraf etməsi barədə qəbz yazmışdır. 7550 manat pulun borc verilməsi yazılı qaydada tərtib olunmuş qəbz ilə təsdiq olunur. İş materiallarından aydın olur ki, pulun qaytarılması üçün göstərilən icra müddəti (pulun qaytarılması tarixi) çatmış, lakin cavabdeh tərəfindən borcun müəyyən bir hissəsini qaytarmış, qalan 6050 manat hissəsi geri ödənilməmişdir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş 6050 manat pulun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı iddia ərizəsində cavabdehin borcun etirafı barədə qəbzdə qeyd edilmiş borc məbləğini qaytarmadığını bildirsə də cavabdeh qeyd edilən borc məbləğini qaytardığını iddia etsə də tələblərinin və etirazlarının əsası kimi göstərdiyi faktları təsdiq edəcək sübut növü məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh məhkəməyə sübut kimi təqdim etdiyi cd-də 6200 manat bo rclu olmasını və həmin borcu ayda 200 manat olmaqla qaytaracağını bildirir. Kollegiya belə nəticəyə gəlir ki, iş materialları ilə cavabdehin borc müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sübut olunduğundan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaçıya olan əsas borcunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaya qarşı etirazının əsasını sübut edə bilməmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasə n müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаl lаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Kоllеgiyа yuxarıda qeyd olunanları nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, birinci instаnsiyа məhkəməsi mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərinə düzgün əməl еtməklə iddia tələbi ilə bağlı düzgün qənаətə gəlmişdir. Оnа görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun оlduğundаn apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(078)-376/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа inst аnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 402, 403.1, 404.1.1, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(078)-376/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Az ərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar