Məhkəmə qərarları › İş №2(108)-133/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-133/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-133/2024 29.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X3 və X1 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)-111/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 15000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)-111/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, C avabdeh 15000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, Cavabdeh 135 manat alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdehin nümayəndəsi Nümayəndə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin e-2(089)-111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilərək və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 739-cu maddəsi həm borcverən, həm də borcalan üçün öhdəlik müəyyən etmişdir. Belə ki, borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi, borcalan isə ald ıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi hazırki borc müqaviləsi üzrə Cavabdeh borc verilmiş vəsaiti qaytarmaq öhdəliyi olsa da, İddiaçı da müqavilə ilə borc kimi verilməsi nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermək öhdəliyi mövcuddur. Aydındır ki, Cavabdeh borc kimi alınmış vəsaiti qaytarmaq öhdəliyinin yaranması üçün ilkin olaraq o həmin vəsaiti almalıdır, yəni İddiaçı həmin vəsaiti ona verməlidir. Lakin Cavabdeh belə bir öhdəliyi yaranmamışdır. Belə ki, məhkəmə tərəfindən sadəcə tərəflərin müqavilə bağlaması faktına istinad olunmuş və bununla da İddiaçı 15000 (on min) manat məbləğində pulu Cavabdeh verdiyi qeyd olunmuşdur. Göründüyü kimi, bu hal məhkəmə tərəfindən məhkəmə araşdırmasının, qanunvericiliyin şərhi və tətbiqinin qeyri-peşəkarcasına həyata keçirildiyini göstərir. Tərəflər arasında borc müqaviləsinin bağlanması onların müqavilə şərtləri ilə bağlı razılığını ifadə etməklə hazırki iş üzrə sadəcə onların müqavilə ilə və qanunvericiliklə üzərlərinə qoyulmuş vəzifələri qəbul etməsini ifadə edir. Bu vəzifələrin müqavilənin tərəfləri tərəfindən yerinə yetirilməsi isə ancaq onlar tərəfindən bunu təsdiq edən sübutlar və iş materiallarında olan digər sənədlərlə təsdiq oluna bilər. Qeyd olunanlardan məlum olduğu kimi birinci instansiya məhkəməsi qanunvericiliyin şərhi və tətbiqi üzrə kobud pozuntulara yol vermiş və əsassız olaraq İddiaçı müqavilə şərti ilə bağlı razılığını bildirməsini onun tərəfindən bu şərtin icra olunması kimi qiymətl əndirmişdir. İddiaçı 15000 (on min) manat məbləğində pulun Cavabdeh verilməsi vəzifəsini yerinə yetirmədiyi və onun tərəfindən pulun verilməsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün Cavabdeh bu vəsaiti ona qaytarmaq öhdəliyi də yaranmamışdır. Buna görə də, Cavabdeh 15000 (on min) manat məbləğində pulun tutulması qanunsuz, əsassız və qərəzlidir. Həm qanunvericilikdə, həm də məhkəmə praktikasında mülki prosesdə iştirak edən tərəflərin sübutetmə yükü aydın şəkildə müəyyən olunmuşdur. Buna görə İddiaçı tərəfindən 15000 (on min) manat pulun Cavabdeh tələb edilə bilməsi üçün ilkin olaraq onun tərəfindən bu pul verilməli, bu fakt onun tərəfindən təqdim edilmiş sübutlarla öz təsdiqini tapmalı idi. Lakin iddiaçı tərəfindən qeyd olunan pul vəsaitinin verilməsi faktını təsdiq edən heç bir sü but məhkəməyə təqdim olunmamış, bu hal digər iş materiallarında da öz əksini tapmamışdır. Bununla belə məhkəmə həm qanunvericilik, həm də mövcud məhkəmə praktikasına zidd olaraq pulun verilməsi faktı heç bir halda təsdiq olunmamasına baxmayaraq bu faktın mövcudluğu qənaətinə gəlmiş və iddiaçı tərəfindən cavabdehə borc məbləğinin verildiyini necə və nə ilə təsbit etdiyi ilə bağlı heç bir əsaslandırma aparmamış, bununla da iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması, sübutların qiymətləndirilməsi və ədalət mühakiməsinin tam, hərtərəfli və obyektiv həyata keçirilməsi üçün zəruri olan digər prosessual institutlardan yanlış istifadə etmiş, bu isə əsassız və qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Apellyator sonda Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)111/ 2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına istinad etmişdir. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin nümayəndəsi X4 şikayətini müdafiə edərək Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)111/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya heç bir məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. H əmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkə mə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, müəyyən etmişdir ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış qəbzdə “Mən Cavabdeh AZE ******** Goranboy rayonunun Meşəli qəsəbəsində kirayəşin yaşayıram. N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində işləyirəm. Bu qəbzi verirəm İddiaçı ondan ötəri ki, həqiqətən 1 il müddətinə xx.xx.2022-ci il tarixdə ondan 15000 (on beş) min manat borc pul aldım, əgər pulu vaxtında qaytarmasam məsuliyyət daşıyacağım mənə məlumdur. Hansısa bir girov, zaloq qoymadım. Q əbzi özüm yazmışam, doğrudur, onun doğruluğunu imzamla təsdiq edirəm. xx.xx.2022-ci il. İmza Cavabdeh **********” qeyd edilmişdir. Mülki işin yuxarıda qeyd olunan qəbzlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı 07 yanvar 2022-ci il tarixdə cavabdehə 15000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin borc məbləğini bir il müddətində, yəni 01 yanvar 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş və borcunun olmasını etiraf etməsi barədə qəbz yazmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya qeyd edir ki, hazırki işdə öhdəliyin yaranma əsası k imi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış qəbzə istinad edildiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət vermişdir. Kollegiya cavabdeh tərəfin diqqətinə çatdırır ki, Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plen umunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edil məli olan bütün şərtlər daxildir. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir (Mülki Məcəllənin 417.1-ci maddəsi). İddiaçı tələbinin əsaslarını təsdiq edən sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi “borc müqaviləsi”nin (qəbzin) məzmunundan müəyyən edilir ki, iddiaçı 07 yanvar 2022-ci il tarixdə cavabdehə 15000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin borc məbləğini bir il müddətində, yəni 01 yanvar 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, həmin borcalan yəni Cavabdeh tərəfindən imzalanmışdır. Qeyd olunanlar a əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçıya 15000 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq edilir. Cavabdeh tərəfindən imza edilərək təsdiqlənən 07 yanvar 2022-ci il tarixli qəbzə şübhə ilə yanaşmaq və etibarsız hesab etmək üçün heç bir əsas yoxdur. Belə ki, cavabdeh qəbzə imza etməklə borc aldığını, həmin məbləğdə borcunun olduğunu könüllü şəkildə etiraf etmiş, həmin qəbzin aldatma, zorakılıq, hədə-qorxu və digər bu kimi halların təsiri altında imzalandığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, borcun qaytarılması barədə iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi əsaslı olan bu tələbi təmin etməkdə haqlı olmuşdur. Qətnamənin müzakirə edilən bu hissəsinə aid apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...Mülki Məcəllənin 739-cu maddəsinin həm borcverən, həm də borcalan üçün öhdəlik müəyyən etdiyini, borcverənin pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi, borcalanın isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, göründüyü kimi hazırki borc müqaviləsi üzrə Cavabdeh borc verilmiş vəsaiti qaytarmaq öhdəliyi olsa da, İddiaçı da müqavilə ilə borc kimi verilməsi nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermək öhdəliyinin mövcud olduğunu, Cavabdeh borc kimi alınmış vəs aiti qaytarmaq öhdəliyinin yaranması üçün ilkin olaraq onun həmin vəsaiti almalı olduğunu, yəni İddiaçı həmin vəsaiti ona verməli olduğunu, lakin Cavabdeh belə bir öhdəliyi yaranmadığını, məhkəmə tərəfindən sadəcə tərəflərin müqavilə bağlaması faktına istinad olunduğunu və bununla da İddiaçı 15000 (on min) manat məbləğində pulu Cavabdeh verdiyinin qeyd olunduğunu, göründüyü kimi, bu halın məhkəmə tərəfindən məhkəmə araşdırmasının, qanunvericiliyin şərhi və tətbiqinin qeyripeşəkarcasına həyata keçirildiyini göstərdiyini, tərəflər arasında borc müqaviləsinin bağlanmasının onların müqavilə şərtləri ilə bağlı razılığını ifadə etməklə hazırki iş üzrə sadəcə onların müqavilə ilə və qanunvericiliklə üzərlərinə qoyulmuş vəzifələri qəbul etməsini ifadə etdiyini, bu vəzifələrin müqavilənin tərəfləri tərəfindən yerinə yetirilməsinin isə ancaq onlar tərəfindən bunu təsdiq edən sübutlar və iş materiallarında olan digər sənədlərlə təsdiq oluna biləcəyini, qeyd olunanlardan məlum olduğu kimi birinci instansiya məhkəməsinin qanunvericiliyin şərhi və tətbiqi üzrə kobud pozuntulara yol verdiyini və əsassız olaraq İddiaçı müqavilə şərti ilə bağlı razılığını bildirməsini onun tərəfindən bu şərtin icra olunması kimi qiymətləndirdiyini, İddiaçı 15000 (on min) manat məbləğində pulun Cavabdeh verilməsi vəzifəsini yerinə yetirmədiyi və onun tərəfindən pulun verilməsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün Cavabdeh bu vəsaiti ona qaytarmaq öhdəliyi də yaranmadığını, buna görə də Cavabdeh 15000 (on min) manat məbləğində pulun tutulmasının qanunsuz, əsassız və qərəzli olduğunu, iddiaçı tərəfi ndən qeyd olunan pul vəsaitinin verilməsi faktını təsdiq edən heç bir sübutun məhkəməyə təqdim olunmadığını, bu halın digər iş materiallarında da öz əksini tapmadığını, bununla belə məhkəmənin həm qanunvericilik, həm də mövcud məhkəmə praktikasına zidd olaraq pulun verilməsi faktının heç bir halda təsdiq olunmamasına baxmayaraq bu faktın mövcudluğu qənaətinə gəldiyini və iddiaçı tərəfindən cavabdehə borc məbləğinin verildiyini necə və nə ilə təsbit etdiyi ilə bağlı heç bir əsaslandırma aparmadığını, bununla da iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması, sübutların qiymətləndirilməsi və ədalət mühakiməsinin tam, hərtərəfli və obyektiv həyata keçirilməsi üçün zəruri olan digər prosessual institutlardan yanlış istifadə etdiyini, bunun isə əsassız və qanunsuz qətnamənin çıxarılması ilə nəticələndiyini” göstərmiş və Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)-111/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən bu dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Kollegiya apellyasiya şikayətində göstərilən dəlilləri işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq həmin dəlillərin formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmaması qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini sübut etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, cavabdehin iddiaçıya 15000 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdehin əlyazma ilə yazdığı 07 yanvar 2022-ci il tarixli qəbzlə təsdiqlənmişd ir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi kimi göstərmişdir ki,: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Buna baxmayaraq cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, hətta apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi verdiyi izahatında oğlunun iddiaçıdan yalnız 800 manat borc pul aldığını və bu məbləğin müqabilində 15000 manata dair hazırki qəbzi yazdığını iddia etsə də, ver ilən sualları cavablandırarkən aldığını iddia etdiyi 800 manat pulu belə cavabdehin hazıradək geri qaytarmadığını bildirmişdir. Göründüyü kimi, işdə olan sübutlarla (sadə yazılı formada tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmış qəbz) işin müəyyən olunmuş halları araşdırılmaqla, cavabdehin iddiaçıya 15000 manat pul ödəməli olması müəyyən olunur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilmiş qəbzin məzmunundan da görünür ki, borcun mövcudluğunu təsdiq edən həmin qəbzdə Cavabdeh xx.xx.2022-ci il tarixdə 1 il müddətinə iddiaçıdan 15000 (on beş) min manat borc pul “aldım” ifadəsini yazmışdır ki, buda onu deməyə əsas verir ki, cavabdeh həmin məbləği iddiaçı dan aldığını artıq təsdiq etmişdir və belə olan halda pulun cavabdehə təhvil verilməsini təsdiq edəcək hər hansı əlavə sübut növünün tələb olunmasına zərurət qalmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz ox şar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv e dilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)-111/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)-111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən ed ilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)-111/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(089)-111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müd dətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar