Məhkəmə qərarları › İş №2(108)-136/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-136/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-136/2023 29.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Şərur Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(110)-840/2023 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-840/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdc əsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadında İddiaçı İB-yə ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Məhkəmənin qərardadından narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə 30 avqust 2023-cü il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək 18 avqust 2023-cü il tarixli, 2(110)-840/2023 nömrəli qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. 01 sentyabr 2023-cü il tarixdə Şərur Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə b axılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, MPM-in 152.1-ci maddəsində göstərilən, iddia ərizəsinin geri qaytarılması əsasları sırasında ərizənin elektron qaydada verilməməsinə görə geri qaytarılması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin hakiminin nəzərinə çatdırmaq istəyir ki, tək 2023-cü ilin avqust ayında onun icraatına daxil olmuş onlarla iş varki (ailə və aliment mübahisələri, torpaq mübahisəsi, vərəsəlik mübahisəsi, hüquqi əhəmiyyət kəsb edən fakta dair və s.), həmin işlər üzrə iddia ərizələri elektron qaydada Şərur Rayon Məhkəməsinə göndərilməmiş, lakin məhkəmənin hakimi Seymur Qarayev tərəfindən icraata qəbul edilərək baxılması üçün gün də təyin edilmişdir. Məhkəmənin hakimi Seymur Qarayev tərəfindən digər həmin işlər bu kimi əsasla heç geriyə qaytarılmamışdır. Əlavə olaraq bildirir ki, Bakı şəhərində və Azərbaycanın digər rayon və bölgələrində elektron məhkəmə informasiya sisteminin tədbiq olunduğu bütün məhkəmələr hələ də poçt vasitəsilə ümumi qaydada məhkəməyə göndərilmiş iddia ərizələrini icraata qəbul etməyə davam edir. Məhkəmə hakimi icraatında olan digər işlərlə müqayisədə İddiaçı İB-yə qarşı ayrı-seçkiliyə yol vermişdir. Belə ki, elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilməyən, lakin icraata qəbul edərək həmin işlərə baxılması üçün gün də təyin edən məhkəmənin hakimi Seymur Qarayevin İddiaçı İB-yə münasibətdə kiçik iddianın mütləq qaydada elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilməsinin zəruriliyini qeyd etməsi qanunsuz və əsassız dır. İddia ərizəsini imzalamış Nümayəndə İddiaçı İB adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış Ruslan Əliyevin iddiaçı təşkilatın Baş direktoru olmasını təsdiq edən sənədin iş materiallarına əlavə olunmamasına görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geriyə qaytarılması əsassızdır. Belə ki, Azərbaycanda qazpaylayıcı hüquqi şəxs qismində bir İddiaçı İB var. Həmin təşkilatın da Baş direktoru Ruslan Əliyevdir. Bu hamıya bəlli olan haldır. Bundan əlavə, hazırda müasir və çağdaş dövrdə yaşadığımız nəzərə alınsa, internet və digər sosial resurslar vasitəsi ilə də məhkəmə tərəfindən İddiaçı İB-nın Baş direktorunun Ruslan Əliyev olması müəyyən edilə bilərdi. Məhkəmə, qəbul edilmiş müvafiq qərardadda göstərdiyi prosessual əsası heç bir hüquq no rması ilə də əlaqələndirməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında cavabdehin sürücülük vəsiqəsi və Sabunçu DYPŞ-in elektron qərarı var. Həmin sənədlərdən də müəyyən olunur ki, cavabdeh şəxs Naxçıvan MR-in Şərur rayonunda Axura kəndində qeydiyyatdadır. Həmin sənədlərin (sürücülük vəsiqəsi, elektron qərar) iş materiallarında olduğu təqdirdə isə, DİN-in MAPS arayışına və İƏÜD nümayəndəliyinin arayışına ehtiyac yoxdur. MPM-də MAPS arayışının və İƏÜD nümayəndəliyi arayışının da iddia ərizəsinə mütləq əlavə edilməli olduğu göstərilməmişdir. Sadəcə cavabdehin poçt ünvanının göstərilməli olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən İddiaçı İB tərəfindən verilmiş şikayətin təmin olunmasını, 18 avqust 2023-cü il tarixli, 2(110)-840/2023 nömrəli qərardadın ləğv edilərək iddia əriz əsinin icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiy a daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahislərinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə XXİİİ-İ fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Kollegiya qeyd edir ki, şikayətin dəlillərində iddiaçının nümayəndəsinin göstərdiyi ailə və aliment mübahisələri, torpaq mübahisəsi, vərəsəlik mübahisəsi, hüquqi əhəmiyyət kəsb edən fakta dair və s. işlərə sadələşdirilmiş icraat qaydasında baxılması nəzərdə tutulmur və həmin işlərə münasibətdə iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən edilmiş şəkildə verilir. Hazırda iddiaçının nümayəndəsinin şikayətində bu işə aidiyyəti olmayan yuxarıda qeyd olunan həmin hallara istinad etməsinin heç bir əsası yoxdur və göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Kiçik iddialara dair işlər üzrə əriz ə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməlidir. Buna baxmayaraq, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən belə məlum olur ki, iddiaçının nümayəndəsi Nümayəndə vermiş olduğu şikayət elektron qaydada göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Buna baxmayaraq, Azəriqaz” İB-nın nümayəndəsi tərəfindən iş materiallarına X2” İB-nın Baş direktoru olmasını təsdiqləyən hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddi a ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-cü maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən İddiaçı nümayəndəsi Nümayəndə şikayətdə göstərilmiş dəlillərini əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, İddiaçı nümayəndəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kollegiya işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi Nümayəndə verdiyi şikayətində göstərdiyi dəlillər Şərur Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(110)-840/2023 nömrəli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də İddiaçı nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(110)-840/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(110) -840/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar