Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-136/2024 09.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-466/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsindən cavabehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 09 aprel 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı idd ia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 22500 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 157.50 manatın, cəmi 22657.50 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2002-ci ildən tanıyır. Onlar həmin vaxt birlikdə Veysəloğlu şirkətində işləmişlər. Təqribən 2014-cü ilin mart ayında cavabdeh iddiaçıya zəng edərək görüşmək istədiyini bildirmiş və onlar Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çay evində görüşmüşlər. Söhbət zamanı cavabdeh “Lotos” firmasında satış müdiri işlədiyini, firmada ucuz qiymətə Rusiya istehsalı olan spirtli içkilər olduğunu, spirtli içkiləri ucuz qiymətə alaraq baha qiymətə mağazalara paylayıb qazanc əldə edə biləcəklərini, nə qədər pul çox olarsa, bir o qədər çox qazanc əldə edəcəklərini, bunun üçün də nağd pul lazım olduğunu” bildirərək ona pul verməsini və şərikli işləmələrini təklif etmişdir. İddiaçı da cavabdehin “Lotos” firmasında satış müdiri vəzifəsində işlədiyinə görə ona inanaraq onunla şərik işləməyə razı olmuşdur. Təqribən 2014-cü ilin aprel ayının əvvəlində cavabdehlə yenidən Xətai rayonu, Zığ yolu küçəsində yerləşən “Tac Mahal”ın qarşısında yolda görüşərək maşının içində cavabdehə 22500 manat pul vermişdir. Bir müddət sonra cavabdehin onu aldatdığını və heç bir iş görmədiyini anlayaraq ondan verdiyi pulu geri qaytarmasını tələb etmiş, cavabdeh “pulu olmadığını, bir az gözləməyini, ondan aldığı pulu tezliklə qaytaracağını” bildirmişdir. Sonra dəfələrlə cavabdehə telefonla zəng edərək ona olan borcun u qaytarmasını bildirsə də, cavabdeh hər dəfə pulu olmadığını bildirərək ona olan borcunu qaytarmaqdan yayınmış, sonralar isə cavabdehə zəng etdikdə sonuncu iddiaçının zənglərinə cavab verməmiş və ya telefonu bağlı olmuşdur. İddiaçı məcbur qalıb bu barədə rəsmi olaraq Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət etməklə cavabdehin aldadaraq ondan aldığı 22500 manat pulun alınıb ona qaytarılmsına köməklik göstərilməsini xahiş etmiş, polis idarəsində cavabdehin başqa adamları da aldadaraq pulunu aldığını öyrənmiş və cavabdehin barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq barəsində qanuni qərar qəbul edilməsi üçün cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cavabdeh həmin məhkəmənin xx.xx.2014-cü il tarixli, 1(101 )-1180/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və iddiaçı cavabdehin cinayət əməli nəticəsində zərərçəkmiş şəxs qismində tanınaraq ona 22500 manat maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh hələ də iddiaçıya olan borcunu qaytarmamışdır, onun isə həmin pula çox ehtiyacı var. İddiaçı bu müddət ərzində dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ona olan borcunu qaytarmasını bildirsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmış, ona görə də cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır”. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 107-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 740-cı maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şərur Rayon Məhkəməsinin (hakim Seymur Qarayev) 2(110)-466/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 22500 manat borc və 157.50 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 22657.50 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “... Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli, 1(101 )1180/2014 saylı hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ndə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni zamanda həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin həmin hökmdə zərərçəkmiş şəxs İddiaçı Cavabdeh cinayət əməlini törətməsi nəticəsində vurulmuş 22500 manat maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya 22500 manat məbləğində ziyan vurması həmin cinayət işi üzrə təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. Cavabdehin dələduzluq etməsi nəticəsində iddiaçıya maddi zərər vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir və Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən həmin hallar üzrə preyudisial əhəmiy yətə malikdir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci, Mülki-Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 82.4, 119.1, 217.3 və 217.4-cü maddələrinə və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində Şərur Rayon Məhkəməsinin 2(110)-466/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qətnamə ilə razı deyillər, hesab edirlər ki, qətnamə qanunsuz və əsassız qəbul edilmişdir. Qətnamədə sözügedən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 20 14-cu il tarixli 1(101)-1180/2014 nömrəli hökmü 2014-cü ildə qəbul edilmişdir. İddiaçı həmin hökmdən 9 il keçdikdən sonra məhkəməyə müraciət etmiş və qanunla bu tələblər üçün müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Cavabdeh Şərur Rayon Məhkəməsində iştirak edə bilməmiş, həmin zaman Türkiyə Cümhuriyyətində yaşamış, onun və ya nümayəndəsinin həmin məhkəmə iclaslarında iştirakı mümkün olmamışdır. Çünki cavabdeh 2018-ci il tarixdən Türkiyə Cümhuriyyətinə getmiş və orada qanunsuz yaşamışdır. 2020-ci ildə orada yaşamaq üçün qanuni şəkildə icazə almış, 2021-ci ildə həmin icazənin müddəti bitdiyi üçün o heç kimə etibarnamə verə bilməmişdir. Ona gorə də məhkəmədə iştirak etmək və iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanı olmamışdır. Cavabdehin nümayəndəsi maddi hüquq normalarının po zulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 373.2 və 373.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında; Cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, o, apelyasiya şikayətini müdafiə edir. Birinci instansiya məhkəməsində məktubu atası almış, onlar da bu barədə qardaşı cavabdehə məlumat vermişlər. Cavabdeh Türkiyədə qeyri-qanuni yaşadığına görə Naxçıvana gəlməsi mümkün olmamışdır, çünki cavabdeh Naxçıvana gələrsə, ölkədən deportasiya oluna bilər. İkinci bildirişlə bağlı da cavabdehə məlumat vermişlər. Atasının da sənədi olmadığına görə cavabdehin birinci instansiya məhkəməsindəki iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə prosesi başlayandan sonra onlar cavabdehlə etibarnamənin göndərilməsi üçün əlaqə saxlamışlar. Cavabdehin göndərdiyi etibarnamə də gec gəldiyi üçün birinci instansiya məhkəməsində müddət ilə bağlı heç nə deyə bilmədiklərindən apelyasiya şikayəti vermək qərarına gəlmişlər. İddiaçı ilə danışıqlar olmamış, bu hadisənin üstündən təxminən 10 ilə yaxın bir müddət ötmüşdür. O isə maraqlanmışdır ki, iddia müddəti keçmişdir. Cavabdeh tutulduğ u vaxt iddiaçıya pulun aylıq hissə-hissə ödənilməsini təklif etmişlər, ancaq iddiaçı bununla razılaşmadığından, onlar da həmin məbləği ödəyə bilməmişlər. Cavabdeh 2014-cü ildə həbsə düşmüş və bundan sonra ailəsində problemlər yaranmağa başlamış, 2018-ci ilin mart ayı əfv olunmuş, cəzası 7 ildən 4 ilə düşmüşdür. Həbsdən çıxandan sonra cavabdeh iddiaçı ilə görüşə bilməmiş, bir müddət Bakıda işləməyə çalışmış, amma alınmamışdır. Cavabdehi həm əlilliyi, həm də məhkum olunması ilə bağlı işə götürməmişlər. O da özünə iş tapa bilmədiyi üçün Türkiyə Respublikasına getmişdir, hazırda Türkiyədə qalıb öz başını dolandırır. Cavabdeh pulun məbləğindən çox tərəfə faiz qaytarımışdır, ancaq pulun verilməsini təsdiq edən sənəd yoxdur. Ödənişlər barədə onu deyə bilər ki, cavabdeh pul alarkən ödəmişdir. Tərə flər arasında kredit və ya borc müqaviləsi olmamışdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, apelyasiya şikayətini qəbul etmir. O, cavabdehin nümayəndəsinin izahat verərkən nahaq, vicdansız danışdığını bildirir, çünki həmin məsələdə bir qəpik belə faiz məsələsi olmamışdır. Cavabdehlə “Veysəloğlu” şirkətində birgə işləmişlər, sonra cavabdeh qəzaya düşmüş, xəstəxanada yatıb çıxdıqdan sonra “Lotos” firmasında işləmişdir. Cavabdeh xeyli vaxt sonra ona zəng vurub, “yaxşı, qazanclı iş olduğunu” demiş, onu Bakıda çayxanaya çağırmış, orada oturub söhbət etdikdə cavabdeh ona demişdir ki, “başını burada qatma, yaxşı işlər var”. Cavabdeh ona həm qayınatası, həm də bacanağı tərəfdən qohum olduğuna gö rə o, cavabdehə inanıb onun təklifi ilə razılaşmış, sonra cavabdeh ona “Bakıda vəzifədə işlədiyini, Rusiyadan araq, “gillette” gətirdiyini, həmin işin yaxşı qazanclı iş olduğunu, həmin malları müştəriyə topdan qiymətə verib mallardan gələn 20 faiz qazancdan ona verəcəyini, onun adına da iş yazacağını, oradan da faiz verəcəyini” demişdir. O, bu məsələni cavabdehlə danışdıqdan sonra gedib bankdan 22500 manat pul götürərək cavabdehin evinin qabağında sonuncuya vermişdir. Bu məsələnin üstündən 10-15 gün keçmiş və o, cavabdehə zəng vurmuşdur ki, vəziyyət nə yerdədir? Cavabdeh ona demişdir ki, “malların hamısı gəlir, gömrükdədir”. O demişdir ki, nə gömrük, bəs demişdin mallar hazırdır? Cavabdeh isə demişdir ki, “yox, elə gömrükdən keçən kimi sənə deyəcəyəm”. Hətta cavabdeh ondan əlavə 5000 manat da malları gömrükdən keçirtmək üçün istəmiş və o, cavabdehə cavabında onda pul olmadığını, özünün həll etməsini, yaxud da şirkətin adından format etməsini bildirmişdir. Cavabdeh onunla razılaşdıqdan sonra işin üstündən 3-4 gün keçmiş və o görmüşdür ki, cavabdehdən səs-səda yoxdur. O, cavabdehə neçə dəfə zəng vursa da, onu məşğula atmış, axırda o, cavabdehə yazmışdır ki, vəziyyət nə yerdədir? Cavabdeh ilk dəfə danışan zaman ona rayonda olduğunu, sonra da gömrükdə olduğunu bildirmişdir. O baxmışdır ki, belə olmayacaq, artıq 1 ay tamam olur, cavabdehi axtarmağa başlamışdır. Gedib cavabdehin qapısını döymüş, ancaq açmamışlar. Zəng vurmuş, içəridən telefon səsi gəlsə də, telefonu da açmamışdır. Sonra zəng edib cavabdehin qardaşını (yəni cavabdehin nümayəndəsi Nümayəndə) çağırmış, cavabdehin qa rdaşı həyətdə binanın qabağına gəlmiş, oturub söhbət etdikdə sonuncu ona demişdir ki, “bizim onunla işimiz yoxdur, hələ məni də Mingəçevirdə işləyəndə aldadıb, eyni sənə olduğu kimi mənə də dedi ki, “qazanclı iş var”, o adla 3000 manat da məndən aldı və o gedən getdi. Mən bilirdim ki, Yusif məni aldadacaq, ona görə pulu ona vermək istəmirdim, sadəcə atam verməyimi istədiyi üçün verdim, 3000 manat dişimlə- dırnağımla Şərurdan gedib Mingəçevirdə işləyib pul yığmışdım, onu da gəlib Yusif əlimdən aldı. Gedin neyləyirsiniz edin, nə atam, nə də mən ona cavabdeh deyilik”. O da axtarıb cavabdehi tapa bilmədiyinə görə məcbur qalıb 102-yə zəng vurmuş və gedib 36-cı polis bölməsində ərizəsini vermişdir. Cavabdeh qaçıb ortadan yox olmuş, camaatdan eşitdiyinə görə bilmişdir ki, cavabdeh rayonda işlərin i düzəltməyə və uşaqları ilə birlikdə Türkiyəyə getməyə hazırlaşır. Cavabdeh axtarışa verilmiş, notariusa gedib uşaqlarını yoldaşının Türkiyəyə aparması üçün etibarnamə verəndə saxlanmış və ona xəbər etmişlər ki, cavabdeh tutulmuşdur. Sonra istintaq aparılıb, iş məhkəməyə verilmişdir. Cavabdehin birinci məhkəməsindən sonra eşitmişdir ki, cavabdehin atası gəlib ki, ona pul versin və cavabdeh tutulmasın. O, bu barədə bir nəticə olsun deyə gözləmiş, ancaq cavabdehin atasından səs çıxmamışdır. Məhkəməyə 3-4 gün qalmış, məhkəmədən zəng gəlmiş və orada ona deyilmişdir ki, “Yusif tutulmasın deyə atası 5000 manat pul gətirib, qalan pulu da Yusif işləyib ayda 300-500 manat ödəyər”. O, həmin təkliflə həm yaxın qohumluqları, həm də cavabdehin körpə uşaqları olduğu üçün razılaşmışdır ki, onun ziyanını ödəsin, tutulmasın. Ancaq məhkəmə olan zaman pul barəsində heç bir söhbət getmədiyi üçün cavabdehə 7 il həbs verilmiş, cavabdeh 4 il həbsdə yatıb, qalan 3 ilini isə çöldə olmuş, heç onun bundan belə xəbəri olmamışdır. Bu insan 3 ildə bir dəfə olsun belə ona zəng vurmamış, ona heç nə deyilməmişdir. O, vicdansız bir insan deyil, onun 3 uşağı var və təhsil alırlar, çətinlik çəkir və hələ də cavabdehə görə banklara kredit ödəyir. 3 uşağının oxumağına başı qarışdığından, həmçinin cavabdeh 2014-cü ildə tutulduğundan həbsdə olduğu üçün, bu səbəblərə görə o iddia qaldıra bilməmişdir. Rayona qayınatasının yasına gəlmiş və 2024-cü ilin aprel ayının 9-u cavabdehə qarşı iddia qaldırmışdır. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsi ndə tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi v ə ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gəti rib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məh kəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə
393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Ma ddə 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsı Plenumu) “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli, “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şər h edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli və “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarları. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edil məsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddə sinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda cavabdehin nümayən dəsi - apelyator apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçı və cavabdehin nümayəndəsinin izahatları üzrə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə iddiaçı tərəfindən cavabdehə verilmiş 22500 manat pulla bağlıdır. Həmin məbləğdə pulu iddiaçının cavabdehə verməsi və cavabdehin həmin məbləğdə pulu iddiaçıdan alması iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1180/2014 nömrəli, 8 dekabr 2014-cü il tarixli hökmü (iş v. 3-5), apelyasiya şikayəti və cavabdehin nümayəndəsinin izahatı ilə etiraf və təsdiq edilmişdir. Cavab deh tərəf apelyasiya şikayətində iddiaçıdan alınan pulu borc kimi qiymətləndirmiş və bununla bağlı Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə istinad edərək “iddiaçının qeyd olunan hökmdən 9 il keçdikdən sonra məhkəməyə müraciət etdiyini, qanunla bu tələblər üçün müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü”, iddiaçı isə cavabdeh ona “Bakıda vəzifədə işlədiyini, Rusiyadan araq, “gillette” (təraş bıçağı) gətirdiyini, həmin işin yaxşı qazanclı iş olduğunu, həmin malları müştəriyə topdan qiymətə verib mallardan gələn 20 faiz qazancdan ona verəcəyini, onun adına da iş yazacağını, oradan da faiz verəcəyini” dediyinə görə ona inanıb bankdan 22500 manat pul götürərək cavabdehə verdiyini” göstərmişlər. Qanuni qüvvəsini alaraq icra olunmuş 1(101)-1180/2014 nömrəli, 8 dekabr 2014-cü il tarix li hökmdən göründüyü kimi, “Cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə tanışı İddiaçı göstərilən zaman satış meneceri kimi işlədiyi “Lotos” şirkətindən ucuz qiymətə Rusiya istehsalı olan spirtli içkiləri verib daha baha qiymətə sataraq gəlir əldə edəcəyi barədə yalandan vəd etmiş, sonuncunu inandırmaqla özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin aprelin 7-də saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən “Tac Mahal” şadlıq evinin qarşısındakı yerüstü piyada keçidinin yaxınlığında İddiaçı 22500 manat alıb aldadaraq götürdüyü pulun müqabilində heç bir iş görməmiş, bununla da zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir”. Yəni konkret olaraq tərəflər arasında hər hansı b ir (borc, kredit və s.) müqavilə üzrə öhdəlik münasibətlərinin olması və ya yaranması tamamilə rədd olunmuşdur. Qeyd olunduğu kimi, cavabdehin iddiaçıya məxsus 22500 manatı dələduzluq yolu ilə ələ keçirməsi 1(101)-1180/2014 nömrəli, 8 dekabr 2014-cü il tarixli hökmlə təsdiq olunmuş və cavabdehə həmin “maddi ziyan ilə əlaqədar mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmişdir”. Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, “preyudisiallıq məhkəmə aktının qanuni qü vvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir... Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldı ğı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır... Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcə lləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarında isə göstərilmişdir ki, “Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar... Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan m əhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir”. Apellyasiya baxışında cavabdehin nümayəndəsinin izahatında göstərdiyi “cavabdeh pulun məbləğindən çox tərəfə faiz qaytarmışdır, cavabdeh pul alarkən ödəmişdir” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, bu barədə cavabdeh tərəfdən hər hansı məbləğin iddiaçıya ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin iş materialları ilə cavabdehin dələduzluq yolu ilə iddiaçıdan aldığı pulun müqabilində ona hər hansı ödənişi etməsi təkzib olunur. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyat orun “qətnamədə sözügedən hökmün 2014-cü ildə qəbul edilməsi, iddiaçının həmin hökmdən 9 il keçdikdən sonra məhkəməyə müraciət etməsi və qanunla bu tələblər üçün müəyyən edilmiş iddia müddətinin ötürülməsi, cavabdehin Turkiyə Cümhuriyyətində qanunsuz yaşadığına görə etibarnamə verə bilməməsi səbəbindən onun və ya nümayəndəsinin Şərur Rayon Məhkəməsində məhkəmə iclaslarında iştirak edə bilməməsi, ona gorə də məhkəmədə iştirak etmək və iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanının olmaması” dəlilləri ilə bağlı kollegiya öncə qeyd edir ki, hazırkı işin hüquqi əsasını Mülki-Pprosessual Məcəllənin 1096.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt (latınca “delictun” - hüquq pozuntusu) təşkil edir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edil ən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquq zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya bildirir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən ödənilməsi tələbləri üzrə ümumi iddia müddəti tətbiq olunur. Mülki-Prosessual Məcəllənin 373.1-ci maddəsinə görə isə ümumi id dia müddəti on il təşkil edir. Ümumi iddia müddəti odur ki, bu müddət, barəsində xüsusi müddət müəyyənləşdirilən, habelə haqqında, ümumiyyətlə, iddia mnüddəti tətbiq edilməyən hüquq münasibətləri və tələblər istisna olmaqla, bütün hüquq münasibətlərinə və tələblərə tətbiq edilir. Bu halın kollegiya tərəfindən qiymətləndirilməsi aparılmır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. “İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıd ır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir”. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Şərh olunanlardan göründüyü kimi iddiaçı heç bir istisna hal olmadan “cavabdehdən 22500 manat borcun alınaraq onun xeyrinə ödənilməsi” barədə subyektiv hüquqa malik olmuşdur. “İddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir”. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 -ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarı). Kollegiya qeyd edir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvana (Şərur rayonu, Siyaqut kəndi) məhkəmə bildirişləri göndərilmiş, xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclası barədə bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehin atası Əyyub Əliyev tərəfindən (iş v. 20), xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası barədə bildiriş isə xx.xx.2024-cü il tarixdə cavabdehin anası Südabə Əliyeva tərəfindən (iş v. 32) alınmış, cavabdehin nümayəndəsinin apelyasiya baxışında bildirdiyinə görə həmin məhkəmə iclasları barədə cavabdehə əvvəldən məlumat verilmiş, yəni lazımi qaydada xəbərdar ed ilməsinə baxmayaraq, cavabdehin özü və ya nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Konstıtusıya Məhkəməsı Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “apelyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apelyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarş ı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”. Mülki işin materiallarından görünür ki, cavabdeh tərəf iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinə heç bir ərizə ilə müraciət etməmiş, həmçinin apelyasiya şikayətində “iddia müddətinin tətbiqi” mübahisələndirilsə də, həmin şikayətə cavabdeh və ya onun nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə əlavə olunmamışdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir və Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə ziddir. Şərh olunanlardan aşkar göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin (maddi hüquq normasının) pozulması və ya düzgün tətbiq edilməməsinə istinad etməkdə cavabdeh tərəf haqlı olmamışdır. Kollegiya apelyasiya şikayətində göstərilən digər dəlilləri (cavabdehin Türkiyə Cümhuriyyətində yaşamasına görə 2020-ci ildə aldığı qanuni icazənin müddəti 2021-ci ildə bitdiyi üçün onun heç kimə etibarnamə verə bilməməsi və s.) cavabdeh tərəfin subyektiv mülahizələri kimi qiymətləndirməklə əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual hüquq normalarına riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci in stansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şikayətinə müvafiq olaraq yoxlanıldığından və cavabdeh tərəfdən birinci instansiya məhkəməsinə iddianın təmin olunmasının əsassızlığına dair sübutlar təqdim edilmədiyindən, apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiasını təmin etməklə cavabdehdən 22500 manat borcun və 157.50 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 22657.50 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsində düzgün nəticəyə gəlmişdir. Nəticə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 2(110)-466/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi Nümayəndə apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir