Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-137/2021 22.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 12 aprel 2021-ci il tarixdə alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-07/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 12 sentyabr 2012-ci ildə anadan olmuş X2 və 12 yanvar 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən olunmuş hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnaməsində alimentin miqdarında dəyişiklik edilərək hər uşağa hər ay sabit məbləğdə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq övladlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07 /2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydasının dəyişdirilməsi, 12 aprel 2021-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 12 sentyabr 2012-ci il təvəllüdlü X2 və 12 yanvar 2015-ci il tarixli X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat miqdarında alimentin tutulmaqla uşaqların anası İddiaçı ödənilməsi, Cavabdeh 17 (on yeddi) manat, 10 (on) qəpik miqdarında rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra olunması və iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsindən narazı qa lan Cavabdeh 03 iyun 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini, 12 sentyabr 2012-ci il təvəllüdlü X2 və 12 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən təyin olunmuş alimentin məbləğinin azaldılaraq hər bir uşağın saxlanılmasına ayda 60 (altmış) manatın təyin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-də fəhlə kimi çalışmaqla ayda 250 (iki yüz əlli) manat əmək haqqı alır. Həmin əmək haqqı onun özünün belə həyati tələbatlarını qarşılaya bilmir. Bunda n başqa uşaqları saxlamaq və böyütmək həm onun, həm də ananın borcudur. Məhkəmə tərəfindən alimentin miqdarı dəyişdirilərkən onun əmək haqqısı nəzərə alınmamış, daha artıq aliment məbləği təyin olunmuşdur. Cavabdeh məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini, 12 sentyabr 2012-ci il təvəllüdlü X2 və 12 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən təyin olunmuş alimentin məbləğinin azaldılaraq hər bir uşağın saxlanılmasına ayda 60 (altmış) manatın təyin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qay dada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predme ti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya apellyasiya şikayətində qeyd olunan Cavabdeh "xxxx" MMC-də fəhlə kimi çalışmaqla ayda 250 (iki yüz əlli) manat əmək haqqı alması, həmin əmək haqqının onun özünün belə həyati tələbatlarını qarşılaya bilməməsi, bundan başqa uşaqları saxlamağın və böyütməyin həm onun, həm də ananın borcu olması, məhkəmə tərəfindən ali mentin miqdarı dəyişdirilərkən onun əmək haqqısının nəzərə alınmaması, daha artıq aliment məbləği təyin olunması dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə da ir işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.5-ci bəndinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). İş üzrə materiallarda olan 26 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolundan Cavabdeh arıçılıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, məhkəmə iclasında sədrlik edən hakimin sualına cavabında cavabdeh arı ailəsinin özünə yox, atasına məxsus olduğunu, əvvəllər 80 arı ailəsinin o lduğunu, hazırda isə 45 yeşik arılarının olduğunu bildirmişdir. Həmçinin bu faktı cavabdeh 18 may 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasındakı izahatında sədrlik edən hakimin sualına cavabında təkrar bildirmişdir. Sözügedən Qərarın 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dol anacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İş materiallarında olan AZ-İ İ 852889 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin surətindən məlum olur ki, X4 12 sentyabr 2012-ci il tarixdə, AZ-İİİ 530166 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin surətindən məlum olur ki, X5 12 yanvar 2015-ci il tarixdə doğulmuşlar. İş materiallarında olan 18 may 2021-ci il tarixli məhkəmə iclas protokolundakı iddiaçının izahatından məlum olur ki, X4 hazırda 3-cü sinifdə oxuyur, X5 isə məktəbəqədər təhsil müəssisəsinə gedir. Birinci instansiya məhkəməsinin iki uşaq üçün müəyyən etdiyi 200 (iki yüz) manat məbləğində aliment qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin hədləri daxilində, cavabdehin maddi vəziyyətini nəzərə almaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsinin dəyişdirilərək aliment miqdarının azadılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilərək məhkəmə tərəfindən təyin olunmuş alimentin məbləğinin azaldılaraq hər bir uşağın saxlanılmasına ayda 60 (altmış) manatın təyin olunması üçün əsas təşkil etmir. Kollegiya yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı a limentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 18 may 2021ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(079)-203/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-137/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-137/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver