Məhkəmə qərarları › İş №2(108)-137/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-137/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-137/2023 28.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin və İddiaçı İB tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadında İddiaçı İB-yə ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. İşin halları: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçınə dəymiş 360.77 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 390.77 manat məbləğində pulun tutularaq İddiaçı İB-in bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-841/2 023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Şikayətin dəlilləri: Məhkəmənin qərardadından narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə 30 avqust 2023-cü ildə şikayət ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadının ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. 01 sentyabr 2023-cü il tarixdə Şərur Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı İB Cavabdeh qarşı kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 360.77 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 390.77 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-ın Azərbaycan Beynəlxalq Bankının Azerigaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, lakin Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadı əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geriyə qaytarıldığını, qərardadda mülki prosessual qanunvericiliyin normalarına əsasən iddiaçının cavabdehə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsini “Elektron məhkəmə” informa siya sistemində yaradılmış elektron kabinet vasitəsilə vermədiyini, iddia ərizəsini imzalamış Nümayəndə İddiaçı İB adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış Ruslan Əliyevin iddiaçı təşkilatın Baş direktoru olmasını təsdiq edən sənəd, eyni zamanda iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı yerə dair hər hansı sübut (DİN MAPS arayışı, qeydiyyatda olduğu yeri üzrə İƏDÜ nümayəndəlikdən arayış və.s) əlavə etmədiyinin müəyyən olunduğunun göstərildiyini, məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 saylı qərardadın qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olduğunu hesab etdiyini, həmçinin məhkəmə hakiminin icraatında olan digər işlərlə də müqayisədə ayrı seçkiliyə yol verilmədən iddia ərizələrini icraata qəbul etmə li olduğunu, məhkəmə hakiminin tək 2023-cü ilin avqust ayında icraatına daxil olmuş onlarla (ailə və aliment mübahisələri, torpaq mübahisəsi, vərəsəlik mübahisəsi, hüquqi əhəmiyyət kəsb edən fakta dair və s.), işlər üzrə iddia ərizələrinin elektron qaydada Şərur Rayon Məhkəməsinə göndərilmədiyini, lakin məhkəmənin hakimi Seymur Qarayev tərəfindən icraata qəbul edilərək baxılması üçün gün də təyin edildiyini, məhkəmənin hakimi Seymur Qarayev tərəfindən digər həmin işlərin bu kimi əsasla heç geriyə qaytarılmadığını, Bakı şəhərində və Azərbaycanın digər rayon bölgələrində elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu bütün məhkəmələrin hələ də poçt vasitəsilə ümumi qaydada məhkəməyə göndərilmiş iddia ərizələrini icraata qəbul etməyə davam etdiyini, məhkəmə hakiminin icraatında olan digər işlərlə müqayisədə İddiaçı İB-yə qarşı ayrı-seçkiliyə yol verdiyini, belə ki, elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilməyən, lakin icraata qəbul edərək həmin işlərə baxılması üçün gün də təyin edən məhkəmənin hakimi Seymur Qarayevin İddiaçı İB-yə münasibətdə kiçik iddianın mütləq qaydada elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilməsinin zəruriliyini qeyd etməsini qanunsuz və əsassız hesab etdiyini, iddia ərizəsini imzalamış Nümayəndə İddiaçı İB adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış Ruslan Əliyevin iddiaçı təşkilatın Baş direktoru olmasını təsdiq edən sənədin iş materiallarına əlavə olunmamasına görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geriyə qaytarılmasının əsassız olduğunu, Azərbaycanda qazpaylayıcı hüquqi şəx s qismində bir İddiaçı İB-in fəaliyyət göstərdiyini, həmin təşkilatın da Baş direktorunun Ruslan Əliyev olduğunu, bunun hamıya bəlli olan hal olduğunu, hazırda müasir və çağdaş dövrdə yaşama nəzərə alınsa internet və digər sosial resurslar vasitəsi ilə də məhkəmə tərəfindən İddiaçı İB-ın Baş direktorunun Ruslan Əliyev olmasının müəyyən edilə biləcəyini, məhkəmənin qəbul edilmiş müvafiq qərardadda göstərdiyi prosessual əsası heç bir hüquq norması ilə də əlaqələndirmədiyini göstərərək, Şərur Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə k imi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi ərazisində üçüncü şəxs “Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-yə məxsus “Mitsubişi Fuso” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını yol vərəqəsi əsasında idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməklə qaz təsərrüfatına maddi ziyan vurmasını göstərərək Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 360.77 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 390.77 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-in Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriq az İB, VÖEN **********, İBAN AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya iddiaçının nümayəndəsinin şikayətdə göstərdiyi məhkəmənin hakiminin ailə və aliment mübahisələri, torpaq mübahisəsi, vərəsəlik mübahisəsi, hüquqi əhəmiyyət kəsb edən fakta dair və sair işlər üzrə iddia ərizələrin elektron qaydada göndərilməməsi, lakin məhkəmənin hakimi tərəfindən icraata qəbul edilərək baxılması üçün gün təyin edilməsi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu bütün məhkəmələrin hələ də poçt vasitəsilə ümumi qaydada məhkəməyə göndərilmiş iddia ərizələrini icraata qəbul etməyə davam etməsi, hakimin icraatında olan digər işlərlə müqayisədə İddiaçı İByə qarşı ayrı-seçkiliyə yol verməsi və kiçik iddianın mütləq qaydada ele ktron kabinet vasitəsi ilə məhkəməyə göndərilməsinin zəruriliyini qeyd etməsinin qanunsuz və əsassız olması, iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış Ruslan Əliyevin iddiaçı təşkilatın Baş direktoru olmasını təsdiq edən sənədin iş materiallarına əlavə olunmamasına görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının əsassız olması, internet və digər sosial resurslar vasitəsilə məhkəmə tərəfindən İddiaçı İB-in baş direktorunun Ruslan Əliyev olmasının məhkəmə tərəfindən müəyyən edilə bilməsi ilə əlaqədar dəlilləri ilə razılaşmır. Kollegiya qeyd edir ki, şikayətin dəlillərində iddiaçının nümayəndəsinin göstərdiyi qeyd olunan həmin işlərə sadələşdirilmiş icraat qaydasında baxılması nəzərdə tutulmur və həmin işlərə münasibətdə iddia əriz əsinin forması və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən edilmiş şəkildə verilir. Hazırda iddiaçının nümayəndəsinin şikayətində bu işə aidiyyəti olmayan yuxarıda qeyd olunan həmin hallara istinad etməsinin heç bir əsası yoxdur və göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 69.3-cü maddəsinin tələbinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 150.1.3-cü maddəsinin mənasına görə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan işlər üzrə ərizənin forması və məzmununu müəyyən edən Azərbaycan Respublikası MPM-in 2843.1-ci maddəsinin tələbinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış e lektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-3.5-cü maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi qanunun sadalanan normalarının tələblərinə əməl etməmiş, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməmişdir. Kollegiya işin yuxarı da şərh olunmuş hallarına əsasən iddiaçının nümayəndəsinin şikayətdə göstərilmiş dəlillərini əsassız hesab edir. Kollegiya işin araşdırılmış hallarına əsasən belə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə şikayətində göstərdiyi dəlilləri Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsinin şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı nümayəndəsi Nüma yəndə şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(110)-841/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar