Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-138/2024 09.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), X9 və X5 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim M.F.Məmmədov) 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 97800 (doxsan yeddi min səkkiz yüz) manat borc pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödən ilmiş 386 manat dövlət rüsumunun 383.26 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi, 2.74 manat hissəsinin özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 98500 manat borcun, əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş cərimənin və 386 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(108)-4/2024 nömrəli qətnaməsi i lə Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil3 kassasiya şikayəti verərək Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(102)1858/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(108)4/2024 nömrəli qətnaməsi ləğv edilərək iş mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 28 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan MR Culfa Rayon Məhkəməsinin (sədrlik edən Mehrab Məmmədov) e-2(089)-185/2023 saylı, xx.xx.2023-cü il tarixli, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “...cavabdeh ilə aralarında yaranmış borc münasibətinə dair 21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, “Borcverən” “Borcalana” 150000 (yüz əlli min) manat məbləğində borc verir. Müqavilənin 2-ci bəndinə əsasən, “Borcalan” krediti xx.xx.2016-cı il tarixədək “Borcverənə” qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında bağlanılmış müqavilə üzrə borc öhdəliyi cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 21-dək icra ediləcəyi müqavilədə qeyd edilməsinə baxmayaraq, lakin bu günə kimi borc öhdəliyinin bir hissəsi icra edilsə də, digər hissəsinin ödənilməsindən 2023-cü ilin fevral ayından birmənalı şəkildə imtina edilməkdədir. Cavabdeh tərəfindən 21 oktyabr 2 015-ci il tarixdə kredit müqaviləsi üzrə 150000 (yüz əlli min) manat məbləğində götürmüş olduğu borc öhdəliyindən aşağıda qeyd edəcəyi aylar üzrə qeyd edilən vəsaitlər ona qaytarılmışdır. 2016-cı ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək qaytarılmış borc vəsaiti aylar üzrə aşağıdakı ardıcıllıqla olmuşdur: 1. 2016-cı ilin oktyabr ayının 9-da 13600 (on üç min altı yüz) manat; 2. 2016-cı ilin dekabr ayının 12-də 2500 (iki min beş yüz) manat; 3. 2017-ci ilin yanvar ayının 14-də 2500 (iki min beş yüz) manat; 4. 2017-ci ilin may ayının 15-də 1500 (bir min beş yüz) manat; 5. 2017-ci ilin oktyabr ayının 8-də 3000 (üç min) manat; 6. 2018-ci ilin yanvar ayının 13-də 6000 (altı min) manat; 7. 2018-ci ilin fevral ayının 24-də 3000 (üç min) manat; 8. 2018-ci ilin aprel ayının 10-da 2200 (iki mi n iki yüz) manat; 9. 2018-ci ilin aprel ayının 25-də 1200 (bir min iki yüz) manat; 10. 2018-ci ilin may ayının 03-də 600 (altı yüz) manat; 11. 2018-ci ilin iyun ayının 8-də 400 (dörd yüz) manat; 12. 2018-ci ilin oktyabr ayının 11-də 3000 (üç min) manat; 13. 2019-cu ilin yanvar ayının 4-də 1000 (bir min) manat; 14. 2019-cu ilin fevral ayının 17-də 1000 (bir min) manat; 15. 2022-ci ilin aprel ayının 6-da 3000 (üç min) manat; 16. 2022-ci ilin may ayının 19-da 1000 (bir min) manat; 17. 2022-ci ilin iyun ayının 15-də 2000 (iki min) manat; 18. 2022-ci ilin oktyabr ayının 8-də 2000 (iki min) manat; 19. 2023-cü ilin yanvar ayının 18-də 2000 (iki min) manat. O, iddia tələbinə dair məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, “...İddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliyi ni müqavilədə göstərilən müddətdə tam olaraq ödəmişdir. Onun həmin müqavilə üzrə iddiaçıya borcu qalmayıbdır. Əgər olsa idi, aradan keçən bu səkkiz il ərzində, iddiaçı tərəfindən mübahisələndirilərdi. Onun maddi vəziyyəti isə, heç vaxt pis olmayıb ki, İddiaçı iddiasında yazdığı kimi ona güzəşt eləsin. Onun həmin müqavilə üzrə iddiaçıya heç bir borcu qalmayıb, borc müqavilədə göstərilən müddət ərzində ödənilib və bitibdir. Səkkiz ildən sonra həmin müqavilə üzrə iddia tələbi qaldırmaq absurddur. İddiaçı ona qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə hazırki mübahisəyə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarına əsasən, iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir”. Məhkəmə isə, öz qətnaməsinin 5-ci səhifəsində yazmışdır ki, “Mülki işin araşdırılan hallarından müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı kredit müqaviləsi əsasında Cavabdeh 150000 manat məbləğində borc pul vermişdir. İddiaçı həmin məbləğdən 97800 manatın Cavabdeh tərəfindən ona qaytarılmadığını, Cavabdeh isə 150000 manatın İddiaçı qaytardığını bildirir. Məhkəmə hesab edir ki, necə ki, borc məbləği olan 150000 manat cavabdehə kredit müqaviləsi üzrə verilmiş, borc məbləğini tərəflər mübahisələndirmir, borc məbləğinin qaytarılmasını sübut etmək vəzifəsi iddiaçının deyil, Cavabdeh üzərinə düşür. Məhk əmə araşdırması zamanı Cavabdeh 150000 manat borc məbləğinin 52200 manat hissəsinin iddiaçıya qaytarılması cavabdeh tərəfindən sübut təqdim edilməsə də, iddiaçının etirafı ilə sübut olunur, 97800 manat borc məbləğinin İddiaçı qaytarması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi vəkili 97800 manatın iddiaçıya qaytarılması barədə təqdim ediləsi sübutun olmadığını bildirmişdir. Məhkəmə həmçinin cavabdehin, cavabdehin nümayəndəsinin borc qaytarılmamışdırsa iddiaçının səkkiz il ərzində məhkəməyə müraciət etməməsi barədə bildirdikləri ilə bağlı belə nəticəyə gələrkən, buna səbəb cavabdehin borc məbləğindən 19 dəfə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, cəmi 52200 manatın iddiaçıya qaytarması olmuşdur ki, borc məbləğindən 52200 manatın qaytarılmasını sadəcə iddiaçı etiraf etmişdir”. İddiaçı ərizəsinin 2-ci səhifəsinin 2-ci abzasında yazır ki, “21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi üzrə 150000 (yüz əlli min) manat borc məbləğindən bu günə kimi cavabdeh tərəfindən nəğd və köçürmə qaydasında 51500 (əlli bir min beş yüz) manat pul vəsaiti ona qaytarılsa da, hazırda sözügedən borc üzrə cavabdehin 98500 (doxsan səkkiz min beş yüz) manat ödənilməmiş borcu mövcuddur”. Lakin, iddiaçı öz yazdığı kimi 2016-cı ilin oktyabr ayından başlayaraq (müqavilədə göstərilən müddət bitdikdən sonra) “nəğd və köçürmə qaydasında” ödənilən 51500 manat pulun ödənilməsi barədə “səmimi etiraf” dan başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. 19 dəfə ödənilmiş pulun hansı qaydada ödənilməsi, ya xud, hansı bir yazılı sənədə istinad etməsi məlum deyil. Bundan başqa, iddiaçı məhkəməyə sübut qismində bir-bir bank qəbzi təqdim etmişdir. Həmin qəbzdə təyinat olaraq “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılıb və X3 tərəfindən, İddiaçı adına 1000 ABŞ dolları, banka xidmət haqqı olaraq 30 ABŞ dollarının ödənildiyi qeyd olunubdur. Məhkəmə bununla bağlı qətnaməsinin 5-ci səhifəsində qeyd etmişdr ki, “Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də sübut növü kimi qəbul edir. Belə ki, Şahid1 ifadəsində atasının Ukrayna Respublikasında olduğunu, iddia ərizəsində qeyd edilən vaxtlarda pul məbləğlərini cavabdehdən götürdüyünü, 19 may 2022-ci il tarixdə cavabdehin oğlu Ziyadxan Hacıyevin cavabdehin borc məbləğindən 1000 ABŞ dollarının iddiaçıya göndərdiyini, həmin vaxt cavabde hin oğlu ilə bir yerdə olduğunu bildirmiş, şahidin ifadəsini təkzib edən hər hansı bir sübut və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir”. Göründüyü kimi məhkəmə Ziyadxan Hacıyevlə, İddiaçı arasında borc müqaviləsi üzrə öhdəlik münasibəti olub-olmaması məsələsinə toxunsa da, bununla bağlı cavabdehdən sübut gözləmişdir. Halbuki, məhkəməyə də aydındır ki, borc müqaviləsi üzrə tərəflər məlumdur və həmin müqavilə üzrə oğlu Ziyadxan Hacıyevin heç bir öhdəliyi yoxdur və ola da bilməz. Eyni zamanda o oğlu Ziyadxana onun əvəzindən hər hansı bir müqavilə üzrə pul ödəmək kimi bir səlahiyyət, həmçinin, etibarnamə verməmişdir. Ona görə də həmin qəbzdə göstərilən hər hansı bir məbləğ ona aid olan müqavilə üzrə ödəniş məbləği sayıla bilməz. Oğlu tərəfindən göndərilən 1000 dollara gəldikdə isə, oğlu ilə İddiaçı oğlu Pərvizin arasında dost münasibəti olmuşdur. Həmin vaxt Ukraynadakı gərgin vəziyyətlə əlaqədar Pərviz Ziyadxana deyib ki, “atasının vəziyyəti pisdir ona pul göndərməlidir. Lakin 1000 dollardan artıq göndərə bilmir və xahiş edib ki, “mənimlə banka gedək, sənin adından da 1000 dollar göndərək”. Yəni həmin 1000 dolların 30 dollar da bank xidməti ödənilməklə İddiaçı göndərilməsi yalnız bu səbəbdən olmuşdur. Pulun göndərilməsini təsdiq edən qəbzdə “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılması isə, görünür iddiaçının məkrli niyyətindən irəli gəlib və özlüyündə gələcəkdəki planını həyata keçirməsi üçün əvvəlcədən zəmin hazırlayıb. Bundan başqa, əgər doğrudan da onun İddiaçı borcu o lsaydı və onun oğlu da onun borcuna görə pul ödəsəydi, ona görə banka getməyə, 30 dollar da əlavə ödəməklə Teyyuba pul göndərməyə nə ehtiyac var idi ki? Elə Azərbaycan manatı ilə oğlu Pərvizə verərdi, oğlu da istədiyi qaydada, istədiyi valyuta ilə atasına göndərərdi, əlavə 30 dollar da ödəyib, ziyana düşməyə nə gərək vardı? Bundan başqa, doğrudan da həmin müqavilə üzrə oğlu pul ödəyirdisə onda həmin qəbz onlarda olmalıydı, qarşı tərəfdə yox. Məhkəməyə də məlumdur ki, onlar həmin “Qəbz”lə məhkəmədə tanış olmuşlar. Hətta onda mübahisə olunan müqavilə belə yox idi. Çünki, 8 il ərzində, nəyisə saxlamağa lüzum görmürdü. Məhkəmə isə səkkiz ildən sonra ondan “sübut” tələb edir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də sübut növü kimi qəbul edir. Lakin hazırkı işdə yaxın qohumların şahidliyinin məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməsi də absurd haldır. Həmçinin,məhkəmə bu qənaətə gəlmişdir ki, “...Cavabdeh məhkəməyə gəlməməsini, cavabdehin nümayəndəsinin izahatında sadəcə cavabdehin ona borc məbləğini qaytarmasını deməsi, bununla bağlı məhkəməyə təqdim ediləsi hər hansı bir sübutun olmamasını bildirməsi tələb edilən borc məbləğinin Cavabdeh tərəfindən İddiaçı qaytarılmaması barədə nəticəsinə gəlməyə əsas verir”. Məhkəmənin bu qənaəti ilə əlaqədar bildirir ki, AR Müki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil oluna bilər, necə ki, iddiaçı da məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunurdu. Nəhayət, məhkəmə qət namənin sonuncu səhifəsinin 1-ci abzasında yazıb ki, “xx.xx.2022-ci il tarixdə isə cavabdehin oğlu iddiaçıya 270 nömrəli kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində pul göndərmişdir ki, 270 nömrəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin reyestr nömrəsidir. Həmçinin Z.Hacıyev və İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edirki, mübahisə ilə bağlı iddia müddəti tətbiq edilə və iddia rədd edilə bilməz”. Məhkəmənin bu fikirlərinə yuxarıda aydınlıq gətirmiş, lakin Ziyadxan Hacıyevlə İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməsi fikri anlaşılan deyil. Ona görə ki, onun oğlu ilə Teyyubun arasında heç bir öhdəlik, müqavilə olmayıb, yoxdur. Əgər iddiaçının belə b ir sübutu varsa məhkəməyə o təqdim etməli idi. Digər halda, həmin müqavilə üzrə ödənişləri ilə bağlı məhkəməyə sübut təqdim edə bilməməyi həmin vaxtdan 8 ilə yaxın bir müddətin keçməsi ilə bağlıdır. (Hər kəsə məlumdur ki, hətta dövlət idarələrində belə sənədlər 5 ildən bir yandırılır, ya da arxivə verilir). Məhkəmə sübutlara obyektiv, qərəzsiz qiymət verməmişdir. Belə ki, iddiaçı heç bir ağlabatan, mötəbər sübut təqdim etməmişdir. Belə olan halda qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmalıydı. Məhkəmə iddiaçı tərəfindən verilmiş və yazılmış heç bir hüquqi əsası olmayan halları mötəbər sübut kimi qəbul etmiş, qətnaməni iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Hazırki, mübahisələnən məhkəmə qətnaməsi h al-hazırda qüvvədə olan və mübahisənin həllinə uyğun olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayıb. Məhkəmə iş üzrə bütün halların aydınlaşdırmasının vacıb olmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş heç bir əsası olmayan “sübutlarla” kifayətlənmiş, bütün faktiki halların aydınlaşdırılmasında və qiymət verilməsində maraqlı olmamışdır. Sübutlar tam və əsaslı olmadığı üçün iş üzrə əhəmiyyətli olan hallar da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, həmçinin sübut edilməmişdir. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticə, yəni, onun müqavilə üzrə səkkiz il ərzində borclu qalmağı, oğlun un iddiaçı qarşısında heç bir öhdəliyi olmadan həmin müqavilə üzrə iddiaçıya pul ödəməsi və məhkəmənin də, yeganə sübut kimi buna istinad etməsi ağlabatan deyil və işin hallarına uyğun gəlmir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini, həm də özü tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəsini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının tələblərini ilk növbədə pozduğunu, iddiaçının istinad etdiyi halları sübut etməli olduğunu, cavabdehin isə bunun əsasında təkzib etmə səlahiyyətinin olduğunu, məhkəmədə verdiyi suallara aldığı cavabdan iddiaçı tərəfin vəkili və nümayəndəsi ilə birlikdə yaddaşlarına əsasən borcun v erilməsi və qalıq borc ilə əlaqədar bir cədvəl tərtib etdiklərinin bəlli olduğunu, əgər həqiqətən də iddiaçı tərəfin filan tarixdə filan qədər pulun təqdim olunmasını imzalarla təsdiq etsəydilər həmin sənədi sübut kimi qəbul etməyin mümkün olacağını, ehtimala əsaslanaraq belə bir iddia qaldırıb sübutetmə yükünü cavabdehin üzərinə qoymağın mümkün olmadığını, Azərbaycan Respublikası Ali Məhkəməsi də müvafiq qərarında bu məsələyə toxunduğunu, xüsusilə borcun qalmamasını təsdiq edən sübutlardan birinin müqavilənin 7-ci bəndində “Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmasının” qeyd olunduğunu, həmçinin müqavilənin 9-cu bəndinin də müddəalarının standart şəkildə qoyulduğunu, əgər müqavilənin tərtib olunmasında təcrübəli vəkil iştirak etsə idi, 9-cu maddənin oraya əlavə olunmasına ehtiyacın qalmayacağını, çünki 7-ci maddənin bu məsələnin nöqtəsini qoyduğunu, burada ikili yanaşmanın mövcud olduğunu, qanunvericilikdə məhkəməyə müraciət etmək hüququnun müəyyən məhdudiyyətlər nəzərə alınmaqla tətbiq olunduğunu, həmin məhdudiyyətlərdən birinin mübahisənin məhkəmədənkənar həlli qaydasının nəzərdə tutulmalı olduğunu, iddiaçının sənədlərini vəkilin hazırladığını, belə vəziyyətdə işin icraatına xitam verilməsini vəkilin bilməli olduğunu, əgər həqiqətən də borc ödənilməmişdirsə notariusun icra qeydi ilə pulun alınıb verilməsi ilə məsələnin məhkəməsiz yekunlaşacağını, nə şahidə, nə də sübuta ehtiyacın qalmayacağını, sonradan peş mançılıq olduğunu, bu peşmançılığın səbəblərini tərəflərin özlərinin bildiyini, onların arasında başqa bir biznes münasibətinin olduğunu, iddiaçı tərəfin həmin biznes münasibətindən narazılığının yarandığını, bunu necə kompensasiya edə biləcəkləri barədə fikirləşdiklərini, borcun ödənilməməsini təsdiq edən sənədi təqdim etməyin iddiaçının vəzifəsi olduğunu, lakin iddiaçı tərəfin belə bir sənədi təqdim edə bilmədiyini, borcun ödənilməsi qaydasının iddiaçının oğlu vasitəsilə olduğunu, iddiaçının oğlunun pulu atasına göndərməsi üçün Dünyaməddindən aldığını, pulların bu şəkildə ödənildiyini, pulun bir hissəsinin bankla, bir hissəsinin nağd ödənildiyini iddiaçı desə də lakin bu barədə iddiaçı tərəfin məhkəməyə sənəd təqdim etmədiyini, cavabdehin pulu geri ödəyərkən hər hansı sənəd almamasına sə bəbin tərəflər arasında qarşılıqlı etimadın olduğunu, 150000 manatı iddiaçının tanımadığı adama etibar edib verdiyini, cavabdehin də etibar edib pulu ödəyərək hər hansı sənəd almadığını, bununla da məsələnin bitdiyini, cavabdehin oğlunun adından iddiaçıya 2022-ci ildə pul göndərilməsinin həmin borc müqaviləsindən doğan tələb olmadığını, birinci ona görə ki, cavabdehin oğlunun müqavilənin nə mahiyyətini, nədəki nömrəsini bilmədiyini, ikincisi isə bu verilmiş iddianı pərdələməyə yönəlmiş bir addım olduğunu, cavabdehin oğlunun gənc olmağından istifadə edərək bank vasitəsilə “mən də ödəyirəm, sən də ödə” deyərək qəbzə də müqavilə nömrəsini yazdırdıqlarını, onların arasında səmimi münasibətin olduğunu, 1000 ABŞ dollarına ehtiyac var idisə, iddiaçının oğluna birbaşa nağd verə biləcəyi halda bank vasitəsilə Ukraynaya pul göndərməyə zərurətin olmadığını, iddiaçının oğlunun cavabdehin oğluna Ukraynada vəziyyətin yaxşı olmadığını bildirdiyini, cavabdehin oğlu da bu barədə atasına deyib atasından 1000 ABŞ dolları alaraq iddiaçıya göndərdiyini, cavabdehin oğlunun sözügedən müqavilə barədə heç bir məlumatının olmadığını, iddiaçı tərəfin ödəniş aparılması ilə bağlı sənədi məhkəməyə təqdim etmədiklərini, cavabdehin oğlunun 2015-ci ildə bağlanılmış müqavilənin nömrəsini pul ödənilərkən qəbzdə əsas kimi yazılmış müqavilənin nömrəsini necə əldə edə bilməli olduğunu, qəbzdə müqavilənin nömrəsini qeyd etməyə nə ehtiyacın olduğunu, bankdan harasa pul köçürülərkən məbləğ 10000 manatı ötmürsə pulun ödənilməsi ilə bağlı əsasın göstərilməsinin tələb edilmədiyini, hansı prizmadan yanaşılırsa yanaşıl sın iddianın təmin olunma ehtimalının olmadığını, digər tərəfdən mühüm məsələlərdən birinin də iddia müddətinin ötməsi olduğunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəfələrlə bununla bağlı məsələləri müzakirə edib və bu barədə bir neçə qərar qəbul etdiklərini, iddia müddəti ötübsə iddianın rədd olunmalı olduğunu, qanunda müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddətinin 3 il olduğunun aydın şəkildə göstərildiyini, 2019-cu ildə müqavilənin iddia müddətinin bitdiyini, onların arasında belə bir müqavilənin mövcud olması və Dünyaməddinin bu pulu ödəməməsi barədə borc verən tərəfin heç bir inzibati orqana, yaxınına, tanışına narazılıq da bildirmədiklərini, sübutetmə yükünün cavabdehin üzərinə qoyulması nöqteyinəzərindən birinci instansiya məhkəməsinin səhv nəticəyə gəldi yini, iddiaçının istinad etdiyi halları sübut edə bilməməməsi, notariusun icra qeydi ilə mübahisənin həlli qaydasının nəzərdə tutulmadığını hesab etdiyini, pulun 1 il ərzində tamamilə ödəndiyini, iddiaçı tərəfin qeyd etdiyi kimi borcun hissə-hissə yox, birdəfəlik ödənildiyini, onlar tərəfindən tərtib olunan ödəniş cədvəlinin nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmadığını, bunun sadəcə bir ehtimal olduğunu, şikayətlərinin təmin olunmaqla işin icraatına xitam verilməli olduğunu, əgər məhkəmənin işə xitam verilməsini lüzum bilmirsə, iddianın tamamilə rədd olunmasına dair fikirlərini müdafiə etdiklərini bildirərək kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, Culfa Rayon Məhkəməsinin e-2(089)-185/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia t ələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında ümumiyyətlə qanunvericiliyə görə öhdəliklərin icrasında hər bir tərəf istinad etdiyi halı sübut etməlidir kimi göstərilsə də, eyni zamanda sübutetmə vəzifəsinin öhdəliyi icra edən şəxsin üzərinə düşdüyünü, cavabdeh tərəfin onlara sanki borcu qaytardıqlarını sübut etməli olmadıqlarını, vicdanlı olaraq bu hissədə pulun onlara qaytarıldığını etiraf etdiklərini, qarşı tərəfin əlində borc müqaviləsi olmasına baxmayaraq rahat bir şəkildə borcu birdəfəyə qaytardıqlarını deməklə öhdəliyin icrasını tamamladığını düşündüklərini, bu hissədə cavabdeh tərəfindən sübutetmənin mötəbər olmadığını hesab etdiklərini, eyni zamanda 2022-ci ildə Azərbaycan Beynəlxalq Bankı vasitəsilə pul ödənilməsi barədə qəbzə əsasən demək olar ki, bunun konkret olaraq borc müqaviləsinə əsasən ödənilən borc kimi göründüyünü, fəaliyyət qabiliyyətli şəxs ola-ola cavabdehin oğlunun pulu iddiaçının adına göndərməyin necə mümkün olacağını, cavabdehin vəkili və nümayəndəsinin qeyd etdiyi kimi iddiaçının Ukraynada vəziyyətinin yaxşı olmaması ilə bağlı fikirlərinin əsaslı görünmədiyini, bu fikirlərin absurd olduğunu, iddiaçının ödənişlərin vaxtaşırı ödənildiyini göstərdiyi üçün tərəflər arasındakı borc münasibətinin bu tarixə qədər uzanıb gəlməsinin mümkün olduğunu, 2022-ci ildə bank vasitəsilə aparılan ödənişin qəbzini təqdim etməklə borc münasibətlərinin hələ də davam etdiyini bildirmək istədiklərini, cavabdeh tərəfin öz övladı vasitəsi ilə müqav iləyə istinad edərək Ukraynaya göndərdiyi pulun həmin borc münasibətlərinin davam etdiyini göstərdiyini, həmin müddətdə göndəribsə hələ də öhdəliyin icrası müddəti üçün təyin olunmuş iddia müddətinin həmin vaxtdan götürülməli olduğunu, tərəflər arasında vaxtaşırı ödənişlərin aparılmasının iddiaçını cavabdehin borcu bu şəkildə sona qədər qaytaracağını düşünməyə vadar etdiyini, bu məsələnin tərəflərin mənəvi məsələsi ilə də bağlı olduğunu, borc verən tərəfin insanlıq göstərdiyini, iddiaçı cavabdehdən nə qədər pul alıbsa bunu vicdanlı şəkildə qeyd etdiyini, etibar və güvən olmasa idi 7 il müddətinə 150000 manatın ödənilməsini heç kimin gözləməyəcəyini, cavabdeh hissə-hissə pulu ödədiyindən iddiaçının cavabdehin pulun ödənilməsi üçün çalışdığını və cəhd etdiyini gördüyünü, cavabdeh tərəfindən pulun bir hissəsinin 2022-ci ilin may ayında göndərildiyini, iddiaçının 6-7 ay yenə də ödənişin hissəhissə davam etdirilməsini gözlədiyini, hətta iddianın qaldırılmasına səbəb olan fikirlər səslənəndə, mübahisə yaranan vaxt 2023-cü ilin yanvar ayında iddiaçının oğlu 1500 manat pulu almaq üçün getdiyini bildirdiyini, iddiaçının nəzakətli və əxlaqlı insan olduğunu, iddiaçı da cavabdehi incitməmək üçün zamanı bu şəkildə idarə etdiyini, cavabdehin hər ay 500, 1000, 2000 manat şəklində borcunu ödəməyə davam etsə idi, borcun ödənilməsi müddətinin 10 il, hətta 20 ildə ola biləcəyini, borcu verən mərhəmətli olanda borcun ödənilməsini bəlkə borclu çətinliyə düşüb hissə-hissə ödəyəcək deyə gözlədiyini, müddətin bu şəkildə bu tarixədək uzanıb gəlməsinin səbəbinin bu olduğunu, tərəflər arasında borc m ünasibətlərinin qismən icra prosesində getdiyini, iddiaçının pulun hissə-hissə qaytarılmasına razı olaraq cavabdehi gözlədiyini, 2023-cü ilin yanvar ayında cavabdeh tərəfindən bundan sonra heç bir pulun ödənilməyəcəyi bildirildiyinə görə mübahisə yarandığını, 2023-cü ilin yanvar ayınadək münasibətlərin bu şəkildə davam etdiyini, iddiaçının borcun ödənilməsini təsdiq edən sənədi ortaya qoyduğunu, könüllü, səmimi və vicdanlı olaraq borcun hansı hissəsinin qaytarıldığını cavabdehə bildirdiyini, bunları isə iddiaçı özünün apardığı qeydiyyat əsasında dediyini, paralel olaraq 2022-ci ilin may ayında borclunun iradəsi əsasında onun oğlu tərəfindən iddiaçının yaşadığı ölkəyə onun adına göndərilmiş pul vəsaitinin də qəbzini iddia tələblərinin əsası kimi məhkəməyə dəlil olaraq göstərdiklərini və təq dim etdiklərini, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında şahidlərin dəlillərinin mötəbərliyinin araşdırılmasının göstərildiyini, məhkəmə bu barədə qərar versə məsələnin yenidən araşdırılmasına etiraz etmədiklərini, birinci instansiya məhkəməsində şahid qismində iştirak edən şəxsin birbaşa pulun ödənilməsində işin icrasında iştirak edən şəxs olduğunu, prosessual məsələlərə yenidən qayıdılmasının məhkəmənin qərarı olduğunu, tərəflər arasında tələbin güzəşti ilə bağlı hər hansı müqavilənin bağlanmadığını, Mülki məcəllədə öhdəliklərin icrası fəslində borclu olan tərəfin öz öhdəliyini üçüncü şəxslər vasitəsilə də icra edə biləcəyi barədə maddələrin olduğunu, pulu qəbul edənin iddiaçının oğlu olduğunun nəzərə alınmasını bildirdiyini, tələblərinin əsaslı olduğunu düşündüklərini, birinci instansiya məhkəməsində borcun ödənilməməsi halını sübut edə biləcək əllərində olan nə varsa təqdim etdiklərini, istinad etdikləri hər bir halı dolayı və düzgün yolla sübut etməyə çalışdıqlarını, iş üzrə ifadə vermiş Şahid1 birbaşa olaraq həmin pulları cavabdehdən alan şəxs olduğunu, faktiki olaraq pulun alınmasında iştirak edən başqa şəxsin olmadığını, borcun hissə-hissə ödənilməsi barədə iddiaçının oğlunun şahid olduğunu, birinci instansiya məhkəməsində ilkin tələblərinin 98500 manat olduğunu, ödənilmiş artıq məbləği nəzərə almadıqlarını, cavabdehin 97800 manat məbləğində borcunun olmasını müqaviləyə istinad edərək dediklərini, vicdanlılıqlarını nümayiş etdirərək borcun hansı hissəsinin ödənildiyini bildirdiklərini digər hissənin sübutetmə vəzifəsinin öz üzərləri ndə olduğunu düşünmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmaması və Culfa Rayon Məhkəməsinin e2(089)-185/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu mə hkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqi nin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə aralarında 21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 150000 (bir yüz əlli min) manat məbləğində borc vermiş, Cavabdeh isə krediti xx.xx.2016cı il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə borc öhdəliyi 2016-cı ilin oktyabr ayının 21-dək icra ediləcəyi müqavilədə qeyd edilməsinə baxmayaraq, lakin bu günə kimi Cavabdeh borc öhdəliyin in bir hissəsini icra etsə də, digər hissəsinin ödənilməsindən 2023-cü ilin fevral ayından birmənalı şəkildə imtina etmişdir. Cavabdeh 21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi üzrə 150000 (bir yüz əlli min) manat məbləğində götürmüş olduğu borc öhdəliyindən 2016-cı ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək ümumilikdə 51500 (əlli bir min beş yüz) manat pul vəsaitini İddiaçı qaytarsa da, hazırda sözügedən borc üzrə Cavabdeh 98500 (doxsan səkkiz min beş yüz) manat ödənilməmiş borcu mövcuddur. İddiaçı Cavabdeh borcun tam şəkildə ödənilməsinə bu zamana kimi vaxt verməyində məqsədi Cavabdeh maddi vəziyyətinin aşağı olması səbəbindən borcu birdəfəyə ödəmək imkanının olmaması olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh 2023-cü ilin yanvar ayında etmiş olduğu sonuncu ödənişdən sonra bir daha ödəniş etməyəcəyini və onu bir daha bu məsələdən dolayı rahatsız etməməyi barədə İddiaçı xəbərdar etmişdir. Ona görə də İddiaçı Cavabdeh 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 98500 (doxsan səkkiz min beş yüz) manat borcun, əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş cərimənin və 386 (üç yüz səksən altı) manat dövlət rüsumunun tutulmaqla İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən cavabdehin nümayəndəsivəkilinin apellyasiya şikayətində göstərdiyi 19 dəfə ödənilmiş pulun hansı qaydada ödənilməsi, yaxud, hansı bir yazılı sənədə istinad etməsinin məlum olmaması, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi bank qəbzində təyinat olaraq “270 nömrəli borc müqaviləsinə əsasən” sözlərinin yazılması və X2 tərəfindən İddiaçı adına 1000 ABŞ dolları, banka xidmət haqqı olaraq 30 ABŞ dollarının ödənildiyinin qeyd olunmasının, məhkəmənin bununla bağlı qətnaməsinin 5-ci səhifəsində qeyd etdiyi, “Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də sübut növü kimi qəbul edir. Belə ki, Şahid1 ifadəsində atasının Ukrayna Respublikasında olduğunu, iddia ərizəsində qeyd edilən vaxtlarda pul məbləğlərini cavabdehdən götürdüyünü, 19 may 2022-ci il tarixdə cavabdehin oğlu Ziyadxan Hacıyevin cavabdehin borc məbləğindən 1000 ABŞ dollarını iddiaçıya g öndərdiyini, həmin vaxt cavabdehin oğlu ilə bir yerdə olduğunu bildirmiş, şahidin ifadəsini təkzib edən hər hansı bir sübut və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməməsi, göründüyü kimi məhkəmənin X11 Vəliyevin arasında borc müqaviləsi üzrə öhdəlik münasibətinin olub-olmaması məsələsinə toxunsa da, bununla bağlı cavabdehdən sübut gözləməsi, halbuki, məhkəməyə də borc müqaviləsi üzrə tərəflərin məlum olması və həmin müqavilə üzrə oğlu Ziyadxan Hacıyevin heç bir öhdəliyinin olmaması, eyni zamanda o oğlu Ziyadxana onun əvəzindən hər hansı bir müqavilə üzrə pul ödəmək kimi bir səlahiyyət, həmçinin, etibarnamə verməməsi həmin qəbzdə göstərilən hər hansı bir məbləğ ona aid olan müqavilə üzrə ödəniş məbləği sayıla bilməməsi, oğlu tərəfindən göndərilən 1000 dollara gəldikdə isə, oğlu ilə İddiaçı oğlu Pərvizin arasında dost münasibətinin olması, həmin vaxt Ukraynadakı gərgin vəziyyətlə əlaqədar Pərvizin Ziyadxana “atasının vəziyyəti pisdir ona pul göndərməlidir deməsi, lakin 1000 dollardan artıq göndərə bilmir və “onunla banka gedək, sənin adından da 1000 dollar göndərək” deməsi, yəni həmin 1000 dolların 30 dollar da bank xidməti ödənilməklə İddiaçı göndərilməsinin yalnız bu səbəbdən olması, pulun göndərilməsini təsdiq edən qəbzdə “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılmasının isə, iddiaçının məkrli niyyətindən irəli gəlməsi və özlüyündə gələcəkdəki planını həyata keçirməsi üçün əvvəlcədən zəmin hazırlaması, bundan başqa əgər doğrudan da onun İddiaçı borcu olsaydı və onun oğlu da onun borcuna görə pul ödəsəydi, ona görə banka getməyə, 30 dollar da əlavə ödəməklə Teyyuba pul göndərməyə nə ehtiyac olması, elə Azərbaycan manatı ilə oğlu Pərvizə verərdi, oğlu da istədiyi qaydada, istədiyi valyuta ilə atasına göndərərdi, əlavə 30 dollar da ödəyib, ziyana düşməyə nə gərək olması, bundan başqa, doğrudan da həmin müqavilə üzrə oğlu pul ödəyirdisə onda həmin qəbzin qarşı tərəfdə deyil onlarda olması, həmin “Qəbz”lə məhkəmədə tanış olmaları, hətta onda mübahisə olunan müqavilənin belə olmaması, çünki, 8 il ərzində nəyisə saxlamağa lüzum görmədiyini, məhkəmənin isə səkkiz ildən sonra ondan “sübut” tələb etməsini, məhkəmənin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də sübut növü kimi qəbul etməsini göstərməsi, lakin hazırki işdə yaxın qohumların şahidliyinin məhkə mə tərəfindən sübut kimi qiymətləndirilməsinin absurd hal olması, məhkəmənin “...Cavabdeh məhkəməyə gəlməməsini, cavabdehin nümayəndəsinin izahatında sadəcə cavabdehin ona borc məbləğini qaytarmasını deməsi, bununla bağlı məhkəməyə təqdim ediləsi hər hansı bir sübutun olmamasını bildirməsi tələb edilən borc məbləğinin Cavabdeh tərəfindən İddiaçı qaytarılmaması barədə nəticəsinə gəlməyə əsas verir” qənaətinə gəlməsi ilə əlaqədar AR Müki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil oluna bilər, necə ki, iddiaçı da məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmasını bildirməsi, nəhayət, məhkəmənin qətnamənin sonuncu səhifəsinin 1-ci abzasında yazıb ki, “xx.xx.2022-ci il tarixdə isə cavabd ehin oğlu iddiaçıya 270 nömrəli kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində pul göndərmişdir ki, 270 nömrəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin reyestr nömrəsidir yazması, həmçinin Z.Hacıyev və İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməməsi, belə olan halda məhkəmənin hesab edirki, mübahisə ilə bağlı iddia müddəti tətbiq edilə bilməməsini hesab etməsi və iddia rədd edilə bilməz”göstərməsinə dair fikirlərinə yuxarıda aydınlıq gətirməsi, lakin Ziyadxan Hacıyevlə İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməsi fikrinin anlaşılan olmaması, onun oğlu ilə Teyyubun arasında heç bir öhdəlik, müqavilənin olmaması, digər halda, həmin müqavilə üzrə ödənişləri ilə bağlı məhkəməyə sübut təqdim edə bilm əməyi həmin vaxtdan 8 ilə yaxın bir müddətin keçməsi ilə bağlı olması, məhkəmənin sübutlara obyektiv, qərəzsiz qiymət verməməsi, belə ki, iddiaçı heç bir ağlabatan, mötəbər sübut təqdim etməmiş, belə olan halda qətnamənin iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmalı olmasını, məhkəmənin iddiaçı tərəfindən verilmiş və yazılmış heç bir hüquqi əsası olmayan halları mötəbər sübut kimi qəbul etməsi, qətnamənin iş üzrə müəyyən edilmiş faktiki hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmaması, mübahisələnən məhkəmə qətnaməsinin hal-hazırda qüvvədə olan və mübahisənin həllinə uyğun olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmaması, məhkəmənin iş üzrə bütün ha lların aydınlaşdırmasının vacib olmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş heç bir əsası olmayan “sübutlarla” kifayətlənməsi, bütün faktiki halların aydınlaşdırılmasında və qiymət verilməsində maraqlı olmaması, sübutlar tam və əsaslı olmadığı üçün iş üzrə əhəmiyyətli olan halların da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməməsi və həmçinin sübut edilməməsi, məhkəmənin öz qətnaməsində gəldiyi nəticə yəni, onun müqavilə üzrə səkkiz il ərzində borclu qalmağı, oğlunun iddiaçı qarşısında heç bir öhdəliyi olmadan həmin müqavilə üzrə iddiaçıya pul ödəməsi və məhkəmənin də yeganə sübut kimi buna istinad etməsi ağlabatan olmamaqla işin hallarına uyğun gəlməməsi, mübahisə üzrə iddia müddətinin keçməsi ilə əlaqədar dəlillərinə işdə toplanmış sübutlarla birlikdə hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 3M-270 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 150000 manat (bir yüz əlli min manat) məbləğində pul borc verir, “Borc alan” krediti xx.xx.2016-cı il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Yəni, qeyd olunan tərəflər arasında bağlanmış kredit müqaviləsindən də göründüyü kimi Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş 3 illik iddia müddətinin axımı 21 oktyabr 2016-cı il tarixində başlamaqla 21 oktyabr 2019-cu ildə bitmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı və onun nümayəndəsivəkili iddia ərizəsində tərəflər arasında bağlanmış 3M-270 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2016-cı ilin oktyabr ayının 19-dan başlayaraq 2022-ci ilin may ayının 19-u istisna olmaqla, 2023-cü ilin yanvar ayının 18-dək olan dövrdə yəni 18 dəfə nağd və köçürmə yolu ilə cavabdeh tərəfindən ona borc pul vəsaitini qaytarmasını göstərsə də bununla əlaqədar hər hansı bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təq dim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş iddiaçının oğlu Şahid1 və iddiaçının qohumu olan Şahid2 ifadələrini sübut vasitəsi kimi qəbul etdiyini göstərsə də hər iki şahidin iş üçün əhəmiyyəti olan məhz hansı halları bildirmələrini qətnamədə əsaslandırmamışdır. İddiaçının oğlu Şahid1 birinci instansiyadakı ifadəsində Cavabdeh atası İddiaçılə kredit müqaviləsi bağladığını, cavabdehdən təxminən 12 dəfə müxtəlif məbləğləri alaraq atasına göndərdiyini, bir dəfə cavabdehin oğlu tərəfindən 1000 ABŞ dolları göndərərkən həmin vaxt onunla bir yerdə olduğunu, sonuncu dəfə cavabdehin ona 2000 manat pul verdiyini, Şahid2 isə ifadəsində 2022-ci ilin yay aylarında qohumu Pərvizlə birlikdə Cavabdehlə ofisdə çay içib söhbət edərkən Pərvizin cavabdehə atasına yüz min manatdan çox borcunun olduğunu deməsini, ona 10000 manat ver dediyini, cavabdehin on min çoxdur hər ay 2000 manat verəcəyəm deyərək həmin vaxt ona pul vermədiyini göstərmişdir. Hər iki şahidin məhkəmə iclas protokolunda olan ifadələrindən və işin məhkəməd ə araşdırılmış hallarından da göründüyü kimi işdə Cavabdeh İddiaçı iddia ərizəsində göstərdiyi müddətlərdə iddiaçıya hər hansı pul vəsaitini verməsini təsdiq edən sübutlar mövcud deyil. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, məhkəmədə dindirilmiş hər iki şahidin yəni iddiaçının oğlu və qohumunun ifadələri möhtəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiya birinci instansiya məhkəməsinin iddia müddəti nin axımının kəsilməsinə səbəb olan hərəkət kimi qiymətləndirdiyi 19 may 2022-ci il tarixli bank qəbzi ilə əlaqədar qeyd edir ki, iddiaçının oğlu Şahid1 iştirakı ilə cavbadehin oğlu Ziyadxan Dünyamalıyev tərəfindən iddiaçının iddia ərizəsinə əlavə etdiyi mülki işin 14-cü vərəqində olan WESTERN UNİON ödəmə sistemi vasitəsilə öz adından İddiaçı adına öz şəxsiyyət vəsiqəsi ilə xx.xx.2022-ci ildə təcili köçürmə yolu ilə pulun göndərilməsinə dair ərizəni imzalaması və iş vərəqə 15-də olan "xxxx" ASC-nin Nərimanov filialı ilə BPM**********57 nömrəli mədaxil qəbzi ilə 1030 ABŞ dolları məbləğində pul köçürməsi cavabdeh tərəfindən iddia müddətində borcu etiraf etməsini göstərən hərəkətlər kimi qəbul edilə və müddət axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425. 2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə ald ıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər bu hallar baş verənədək artıq iddia müddəti keçibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan qəbzi iddia müddətinin axımının kəsilməsinin qiymətləndirilməsi üçün iddia müddətinin axımı bitdiyi 21 oktyabr 2019-cu il tarixədək müvafiq ödənişlərin edilməsi sübut olunmalıdır ki, həmin tarixdən iddia müddətinin yenidən hesablanması mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra e tmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yuxarıda qeyd edilən normaların məzmunundan da göründüyü kimi, cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi yalnız iddia müddəti dövründə iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Yəni qanunun sadalanan normasından da göründüyü kimi borclunun borcu etiraf edən hərəkətləri etməsi iddia müddəti keçdikdən sonra edilibsə müddətin kəsilməsindən ümumiyyətlə söhbət gedə bilməz. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddia müddətinin bitməsindən 2 il 6 ay 27 gün sonra iş üzrə cavabdehin oğlu Ziyadxan Hacıyev tərəfindən mübahisəyə aidiyyatı olmayan iddiaçının adına pul vəsaitinin göndərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli həmin bank qəbzinin mövcudluğu belə hazırki mübahisə üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə və möhtəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xü susi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in a yrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müdd ətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddə ti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni borcun ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüqu qun səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdi r. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Kollegiya işin araşdırılmış yuxarıda şərh olunan hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddəti keçdikdən 3 il 7 ay 4 gün sonra iddia qaldırmış və işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddiaçı tərəfindən ödənişlərin olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməd iyi halda 19 dəfə müxtəlif vaxtlarda cavabdehin iddiaçıya borc məbləğindən qaytarmasını göstərib, o cümlədən cavabdehin oğlu Ziyadxan Dünyamalıyev tərəfindən iddiaçının adına pul vəsaitinin göndərilməsinə dair mübahisəyə aidiyyətı olmayan bank qəbzinə istinad etməklə əsassız olaraq iddia müddətinin keçməməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni mötəbər sübutlarla istinad etməklə əsaslandıra bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq həmin nəticəni qanuni və əsaslı hesab etmir. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qanunun sadalanan normalarının tələbinə düzgün əməl etməmiş, iddia müddətinin keçməsinə baxmayaraq əsassız olaraq iddia müddətini tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərə flər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əs asında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qanunun yuxarıda sadalanan normasından da göründüyü kimi, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı və onun vəkili-nümayəndəsi öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh və onun vəkili-nümayəndəsi isə öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyərək hazırki iş üzrə səhv nəticəyə gəlmişdir, buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda p ozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və işə düzgün nəticə verilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilə rkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehdən 98500 manat borcun, əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş cərimənin və 386 manat dövlət rüsumunun tutulmasını xahiş etmiş, Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)185/2023 nömrəli qətnaməsi ilə Cavabdeh 97800 (doxsan yedd i min səkkiz yüz) manat borc pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 386 manat dövlət rüsumunun 383.26 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 03/2020 № li, 08 oktyabr 2020-ci il tarixli qərardadının 61-ci bənində qeyd edilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələnd irməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxlərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-nin 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun həm düzünə, həm də məhz dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur”. Cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətindən də göründüyü kimi apellyasiya şikayətində məhkəmənin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə mübahisələndirilməklə qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması xahiş olunur. Məhkəmənin qətnaməsi iddia tələbinin rədd edilməsinə dair hissədə mübahisələndirilmir. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi, mübahisə iddiaçının cavabdehdən 97800 manat məbləğindən pulun qaytarılması ilə bağlıdır. Ona görə də məhkəmə aktının əsaslılığına şikayət verilmiş həmin məbləğ və dövlət rüsumunun alınmasının qət olunması hissəsinə münasibətdə qiymət verilməlidir. Kollegiya Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi qismən mübahisələndirilən Cavabdeh 97800 manat məbləğində borc pulun alınıb İdd iaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 386 manat dövlət rüsumunun 383.26 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilsin sözləri göstərilən hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. İddia tələbi mübahisələndirilən 97800 manat məbləğində pulun və 383.26 manat dövlət rüsumunun qət olunmasına münasibətdə rədd edildiyindən qətnamənin qət etdi hissəsində olan “2.74 manat hissəsi özünə aid edilsin“ sözləri göstərilən hissəsi də ləğv olunmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.2, 385, 392, 393, 402, 403, 404, 405.0.1 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Culfa Rayon Məhkəmə sinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsinin mübahisələndirilən Cavabdeh 97800 manat məbləğində borc pulun alınıb İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 386 manat dövlət rüsumunun 383.26 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilsin, 2.74 manat hissəsi özünə aid edilsin sözləri göstərilən hissəsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh 97800 (doxsan yeddi min səkkiz yüz) manat məbləğində borcun və 383.26 (üç yüz səksən üç manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun alınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-138/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-138/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver