Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-14/2024 05.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlunun heyətində, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə1 verdiyi apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddi ası qismən təmin edilərək Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən 502.7 (beş yüz iki manat yetmiş qəpik) manat əsas borc, 311.86 (üç yüz on bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 814.56 (səkkiz yüz on dörd manat əlli altı qəpik) manat məbləğində gecikdirilmiş kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İşin halları: İddiaçı "xxxx" Açı q Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7205.23 (yeddi min iki yüz beş manat 23 qəpik) manat əsas borc, 542.92 (beş yüz qırx iki manat 92 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 (yeddi min yeddi yüz qırx səkkiz manat 15 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhk əmənin qətnaməsindən narazı qalan iddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 999/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş iddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı "xxxx" ASC-in nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 9300 (doqquz min üç yüz) manat məbləğ ində istehlak krediti verilmişdir. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən Bank tərəfindən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Bundan sonra iddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 7205.23 (yeddi min iki yüz beş manat 23 qəpik) manat əsas borc, 542.92 (beş yüz qırx iki manat 92 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 (yeddi min yeddi yüz qırx səkkiz manat 15 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-999/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsi üzrə 502.7 (beş yüz iki manat yetmiş qəpik) manat əsas borc, 311.86 (üç yüz on bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 814.56 (səkkiz yüz on dörd manat əlli altı qəpik) manat məbləğində gecikdirilmiş kredit borcu və həmçinin 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hesab edirlər ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi işdə olan sübutlara düzgün qiymət vermədən və iddiaçı tərəfin mənafeyini nəzərə almadan qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Nəticədə yuxarıda göstərilənlərə əsasən iddia tələbindən kənara çıxmaq üçün qanuni əsas olmadığından məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbi xəbərdarlıq məktubuna münasibətdə əsaslı, maliy yə arayışına münasibətdə isə əsassız sayılsın. Məhkəmə xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas və faiz borcun qeyd olunduğu xəbərdarlıq məktubunu əsas götürüb qanunsuz və əsassız qətnamə çıxarmışdır. Xəbərdarlıq məktubu cavabdehin həmin günə olan gecikdirilmiş borcunun ödənilməsi üçün borcalana ünvanlanan sənəddir. Digər məsələyə münasibətdə bildirmək istəyirlər ki, xəbərdarlıq məktubu ilə maliyyə arayışı arasındakı məbləğlərdə fərq ondan meydana gəlmişdir ki, cavabdehə ilkin göndərilən xəbərdarlıq məktubunda borcalanın yalnız gecikdirilmiş faiz və gecikdirilmiş əsas borcları və ümumi gecikmədə olan borc məbləği göstərilir, məhkəmə tərəfindən maliyyə arayışında göstərilən məbləğ nəzərə alınmamış, bununla bağlı fikir ayrılıqlarının olmasına baxmayaraq iddianın dəqiqləşdirilməsi barədə tə klif verilməmiş, məhkəmənin sübutlara tam əsaslanmayaraq iddia tələbinin yalnış müəyyənləşdirilməsi qənaətinə gəlinmişdir. Belə ki, iddia ərizəsində də qeyd edilmişdir ki, iddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Cavabdeh kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin öhdəliyin şərtləri pozu lmuş və ödənişlər ödəniş cədvəli üzrə müəyyən edilmiş qaydada aparılmadığından borc məbləği artmışdır. Xüsusi bilik tələb olunan sahədə ekspert biliyinə müraciət edilmədən birbaşa məhkəmənin sadəcə ödəniş cədvəlindəki məbləğlərə uyğun öz hesablamaları əsasında çıxardığı məbləğlər qərar çıxarılması üçün əsas sayıla biləcək hal deyil. Nəticədə bildirmək istəyirlər ki, iddiaçının tələbinin maliyyə arayışına deyil, xəbərdarlıq məktubuna əsaslanaraq çıxarılmış qərar qanunsuz və əsassız qərardır. Göstərilənlərə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-999/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 21 dekabr 2023-cü il tarixdə etiraz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək iş üzrə iddiaçı "xxxx" ASC Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib ondan 18 oktyabr 2021ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 7205.23 (yeddi min iki yüz beş manat 23 qəpik) manat əsas borc, 542.92 (beş yüz qırx iki manat 92 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 (yeddi min yeddi yüz qırx səkkiz manat 15 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsi ilə 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsi üzrə 502.7 (beş yüz iki ma nat 70 qəpik) manat əsas borc, 311.86 (üç yüz on bir manat 86 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 814.56 (səkkiz yüz on dörd manat 56 qəpik) manat məbləğində gecikdirilmiş kredit borcu və həmçinin 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatının cavabdehdən tutulmasının qət olunduğunu, iddiaçının (apellyatorun) bu qətnamədən apellyasiya şikayəti verdiyini və yuxarıdakı qətnamənin ləğv olunmasını məhkəmədən xahiş etdiyini, iddiaçı "xxxx" ASC-in apellyasiya şikayətinin əsas arqumentləri kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 9300 (doqquz min üç yüz) manat məbləğində istehlak kreditinin verilməsini və Borcalanın Bank tərəfindən kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməyinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu göstərərək apellyasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında təmsil etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 9300 manat məbləğində kredit verildiyini, cavabdehin bank qarşısında öz öhdəliyini lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, Cavabdeh banka olan borcunu ödəmədiyindən bank tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilərək 26 may 2023-cü il tarixə olan 7205.23 manat əsas borc, 542.92 manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 manat kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 97.48 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsinin tələb edildiyini, Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qi smən təmin edilərək kredit müqaviləsi üzrə 502.7 manat əsas borc, 311.86 manat faiz borcu olmaqla, ümumilikdə 814.56 manat məbləğində gecikdirilmiş kredit borcu və 97.48 manat dövlət rüsumunun 30 manatının Cavabdeh tutulmasının qət olunduğunu, Naxçıvan Şəhər Məhkəməsinin işdə olan sübutlara düzgün qiymət vermədən və bankın mənafeyini nəzərə almadan qanunsuz və əsassız məhkəmə aktı qəbul etdiyini, belə ki, məhkəmənin 03 aprel 2023-cü il tarixə gecikdirilmiş əsas və faiz borcunun qeyd olunduğu xəbərdarlıq məktubunu əsas götürüb qanunsuz və əsassız qətnamə çıxardığını, məhkəmənin istinad etdiyi xəbərdarlıq məktubunun cavabdehin həmin günə olan gecikdirilmiş borcunun ödənilməsi üçün borcalana ünvanlanan sənəd olduğunu, cavabdehə ilkin göndərilən xəbərdarlıq məktubunda yalnız gecikdirilmiş fa iz, həmçinin gecikdirilmiş əsas borcları və ümumi gecikmədə olan borc məbləğinin göstərildiyini, məhkəmə tərəfindən maliyyə arayışında göstərilən məbləğin nəzərə alınmadığını, kredit müqaviləsinin şərtlərində borcalan tərəfindən öhdəlik münasibətləri pozularsa, bank tərəfindən borcun bütövlükdə tələb edilə biləcəyinin nəzərdə tutulduğunu, xəbərdarlıq məktubunun cavabdehə gecikdirilmiş günlərə görə verdiyini, xəbərdarlıq məktubunu göndərməkdə məqsədin cavabdehin gecikdirilmiş borcunu ödəməsini tələb etmək olduğunu, cavabdehi 814.56 manat gecikdirilmiş borcuna görə xəbərdar etdiklərini, ancaq ümumi borcuna münasibətdə isə cavabdehi xəbərdar etmədiklərini, cavabdehin gecikdirilmiş günlərə münasibətdə yaranmış borcunu ödəsəydi bankın da ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəyin i bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və qət edilmiş məbləğ nəzərə alınmaqla iddia tələbinin təmin edilməmiş hissəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya ş ikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 2.2-ci maddəsinin mənasına görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Yəni hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından buna görə də Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. İşin birinci instansiya məhkəməsi və kollegiyada araşdırılmış hallarından da göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 17 faiz dərəcəsi ilə 48 ay müddətinə 9300 manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 26 may 2023-cü il tarixədək Cavabdeh banka kredit müqaviləsi üzrə 7205.23 (yeddi min iki yüz beş manat 23 qəpik) manat əsas borc, 542.92 (beş yüz qırx iki manat 92 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 (yeddi min yed di yüz qırx səkkiz manat 15 qəpik) manat kredit borcunun olduğunu göstərərək həmin pulun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər Azərbaycan Respublikası MM-in 739.2-ci maddəsində göstərilən qaydada kredit müqaviləsini rəsmiləşdirmiş və həmin müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş qaydada bank borcalana qaytarmaq şərti ilə 48 ay müddətinə 9300 manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verməsini, borcalan Cavabdeh isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərində özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. MPM-in 372.6-cı maddəsinin 1-ci cümləsinə görə apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qə tnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Konstitusiya Məhkəməsinin qərarında həmçinin göstərilmişdir ki, MPM-in 88, 217, 218-ci maddələrinə, habelə çəkişmə prinsipinə görə məhkəmə tərəflərin təqdim etdikləri faktlar (hallar) əsasında hüquqi nəticəyə gəlir. Məhz buna görə də apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPM-in 372.6-cı maddəsi öz əhəmiyyətini itirmiş olardı. Qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə, yəni 7205.23 manat əsas və 542.92 manat faiz borcu olmaqla ümumilikdə 7748.15 manat məbləğində kredit borcunun iddianın təmin edilmiş 502.7 (beş yüz iki manat 70 qəpik) manat əsas borc və 311.86 (üç yüz on bir manat 86 qəpik) manat faiz borcu olmaqla, 814.56 (səkkiz yüz on dörd manat 56 qəpik) manat məbləğində mübahisələndirilməyən hissəsi nəzərə alınmaqla tələb edilən ümumi məbləğdən qət edilmiş məbləğ çıxıldıqdan sonra iddianın rədd edilmiş hissəsinə münasibətdə yoxlayır. Kоllegiya iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi 7205.23 (yeddi min iki yüz beş manat 23 qəpik) mana t əsas, 542.92 (beş yüz qırx iki manat 92 qəpik) manat faiz olmaqla kredit borcunun Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsində göstərildiyi kimi ümumilikdə 7748.15 (yeddi min yeddi yüz qırx səkkiz manat 15 qəpik) manat təşkil edə bilməməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutul ması ilə şərtləndirilməsi, məhkəmənin cavabdehin əsas və faiz borcunun məbləğini azaltmaqda haqlı olmamaqla səhv nəticəyə gəlməklə qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etməsi ilə əlaqədar dəlilini mülki işin materialları və kоllegiyada tоplanmış sübutlarla əhatəli şəkildə yохlayıb оna hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarının 4.1-ci bəndində əsasən, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Mülki işin 14-17-ci vərəqində olan 18 oktyabr 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinin 5.3-cü bəndində müəyyən edilmişdir ki, bank kredit öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi barə də borcalanı xəbərdar etdikdən sonra 3 (üç) gün müddətində borcalan öhdəliyini qeyd-şərtsiz icra etməlidir. Həmin müqavilənin 8.5-ci bəndinə görə tərəflərin müraciəti, tələbi, xəbərdarlığı və bütün məlumatları yazılı formada təqdim edilməklə sifarişli poçt məktubu və ya teleqramla göndərilir, poçt qəbzi ilə təsdiq edilir. İşin kollegiyada araşdırılmış hallarından da göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının 542.92 manat məbləğində faiz borcu və 7205.23 manat məbləğində əsas borc olmaqla, ümumilikdə 7748.15 manat borca münasibətdə iddiasını qismən təmin etməsi ilə əlaqədar gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən bütöv şəkildə pulun tələb edilməsi ilə bağlı borcluya ümumiyyətlə xəbərdarlıq göndərilməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı oldu ğu halda işə baxan məhkəmə həmin hissədə işə mahiyyəti üzrə baxaraq əsassız olaraq iddianın rədd olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məh kəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələbinə əməl etməmişdir. Kollegiya işin yuxarıda sadalanan hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümay əndəsinin apellyasiya şikayəti qismən təmin edilməklə, Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsinin “iddia tələbi qalan hissədə rədd edilsin” sözləri göstərilən hissəsi ləğv olunmaqla, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 259.0.1, 260.1, 365, 382, 384.0.5, 385.1.1, 387.2.8 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsinin “iddia tələbi qalan hissədə rədd edilsin” sözləri göstərilən hissəsi ləğv edilsin və mübahisələndirilən həmin hissədə iddia ərizəsi baxılmamı ş saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-14/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-14/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver