Məhkəmə qərarları › İş №2(108)-140/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-140/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-140/2024 21.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), X2 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin olunaraq Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(078)-408/2022 nömrəli qətnaməsi ilə 28 yanvar 2009-cu il təvəllüdlü X5 və 30 mart 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılması, 28 yanvar 2009-cu il təvəllüdlü X5 və 30 mart 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların anası İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 23.20 (iyirmi üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2009-cu il təvəllüdlü X5 və 30 ma rt 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 125 manat olmaqla, ümumilikdə iki uşaq üçün 250 manat miqdarında alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər bir uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 11 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin qismən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 31 avqust 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirib ailə qurmuşlar. Onların həmin evlilikdən 2 nəfər övladları Samir və Aysu doğulmuşdur. Lakin müəyyən səbəblərdən aralarında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(078)-48/2022 nömrəli qətnaməsi ilə pozulmuş və onların birgə nikahlarından doğulmuş övl adları Samir və Aysu analarının yanında saxlanılmışdır. Sonradan M.Aynurun iddia tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən hər bir uşağa 100 manat olmaqla 2 uşağa görə cəmi birlikdə 200 manat, bundan sonra Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə hər bir uşağa 125 manat olmaqla 2 uşağa görə cəmi birlikdə 250 manat, ən sonda isə Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrəli qətnaməsi ilə hər bir uşağa 180 manat olmaqla 2 uşağa görə cəmi birlikdə 360 manat aliment qət olunmuşdur. O, Naxçıvan şəhərində 2 nömrəli avtobusun sürücüsü kimi günəmuzd işləyir, aylıq daimi və sabit maaşı (qazancı) yoxdur. Bir ay ərzində sadəcə 10 gün işləyir və indiyədək ən yüksək qazancı davamlı işlədiyi aylar da cəmi 500 manat olmuşdur. Normalda isə 1 günə 30-40 manat olmaqla 10 günə cəmi 300-400 manat məbləğində pul qazanır. Hal-hazırda işlədiyi avtobus yaxşı işləmədiyindən onun təmiri üçün 5000 manat məbləğində pul lazımdır. O, anası ilə birlikdə yaşayır və anası yataq xəstəsidir. Özü isə ürəyində problem olduğundan yaxın zamanda əməliyyat olmuşdur. Həm onun, həm də anasının müalicəsi və dərmanları üçün yüksək miqdarda pul tələb olunur. Onun isə nə sürücüsü kimi gəlir mənbəyi olan avtobusu, nə özünün, nə də ki, anasının müalicəsi üçün lazım olan məbləği qarşılayacaq maddi imkanı yoxdur. Hətta bəzi günlərdə anasının pensiyası ilə keçinmək məcburiyyətində qalırlar. O, Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2019-cu il tarixli və 12 may 2022-ci il tarixli qətnamələrində qət olunan aliment məbləğini vaxtlı-vaxtında ödəmişdir. Lakin Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsində qət olunan alimenti artıq ödəməyə heç cürə imkanı çatmır. İddiaçı M.X12 Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” X16 Babək Rayon İdarəsində mütəxəssis olaraq işləyir. Aylıq maaşı 1500 manat məbləğindədir. Əgər o aylıq qazancının 360 manatını alimentə ödəməli olsa, ona qalan pul ən çoxu 100 manat olacaqdır. Həmin pul ərzaq, geyim, kommunal xərclər, dərmanlar və s. üçün lazım olan xərclərin sadəcə az bir qismini qarşılaya bilər. Bir ayda 10 gün işləyərək aldığı puldan başqa hər hansı bir başqa gəlir yeri yoxdur. Məhkəmə sadəcə olaraq hazırki halda yaşayış minimum məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə alaraq alimentin miqdarını dəyişdirməyi zəruri sayır. Məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gələrək onun ziyanına qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. İşin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, o 1 ayda 10 gün işləməklə cəmi 300-400 manat əmək haqqı alır. Uşağı saxlamaq hər iki valideynin vəzifəsidir ki, məhkəmə qətnamə qəbul edilən zaman bunu da nəzərə almamışdır. Məhkəmə onun tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməyərək nəticədə qanunsuz qərar qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətini müda fiə edərək kollegiyadakı izahatında anasının insult xəstəsi olduğunu, öz səhhətində də problem olduğunu, ürəyindən anju olunduğunu, nəqliyyat idarəsində avtobus sürücüsü kimi hər ayın 10 günü işlədiyini, avtobus sürməklə aldığı əmək haqqı ilə aliment ödədiyini, öz maddi ehtiyaclarını, evin kommunal xərclərini və anasının müalicəsi üçün dərmanları onun pensiyası ilə ödəməklə anasının pensiyası ilə dolandıqlarını, sürücü kimi işləməklə qazandığı pul avtobusun öz xərclərini belə qarşılamadığını, avtobus köhnə olduğundan onun motorunun yenidən yığılması üçün 5000 manat lombard krediti götürdüyünü, hazırda həmin pulu ödəyə bilmədiyini, avtobusun təmiri üçün onlara nəqliyyat idarəsi tərəfindən vəsait ayrılmadığını, avtobusun saz və işlək vəziyyətdə olmasına cavabdehlik daşıdığını, iki uşağa müna sibətdə təyin edilmiş ümumilikdə 250 manat aliment pulunu hər ay vaxtlı-vaxtında ödədiyini, ancaq məhkəmənin sonuncu qətnaməsi ilə alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün ümumilikdə 360 manat aliment təyin edilməsinin onsuzda çətin olan maddi vəziyyətini daha da ağırlaşdırdığını, bir valideyn kimi övladları qarşısında öhdəlikləri olduğunu başa düşdüyünü, ancaq hazırki aliment məbləğini ödəməyə sadəcə olaraq maddi imkanının yetmədiyini, alimentin əvvəlki məbləğdə saxlanılmasını istədiyini, oğlu ilə münasibətinin çox yaxşı olduğunu, onun 15 yaşına çatdığını, oğlunun bu yaşında restoranlarda günü 15-20 manata işlədiyini, qazandığı pulu iddiaçıya verdiyini, aliment pulundan başqa uşaqları hər dəfə gördüyündə onlara imkanı çatdıqca maddi köməklik etdiyini, məhkəmənin s onuncu qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəniş qaydasında iddiaçı ilə razılığa gəlmələrinin mümkün olmadığını, ona görə də apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrəli qətnaməsinin ləğv edilərək alimentin miqdarının artırılması tələbinə dair iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı kollegiyaya göndərdiyi ərizəsində cavabdehlə nikahları pozulan zaman o övladları ilə bərabər yaşadıqları evdən heç bir pay almadan kirayəyə çıxmışlar, nikahları pozulduğu vaxtdan cavabdeh övladlarının alimentini ödəməkdən başqa onların heç bir problemləri ilə maraqlanmayıbdır. O, bir ana kimi, qadın kimi onların cəmiyyətə layiqli fərd olaraq yetişmələri üçün əlindən gələn hər şeyi edir. Cavabdeh onun Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 Babək Rayon İdarəsində mütəxəssis işlədiyini və aylıq maaşının 1500 manat (halbuki o qədər deyil) olduğunu qeyd edərkən onun övladları üçün necə fədakar ana olduğunu bir daha sübut edir. Azərbaycan Respublikası qanunvericiliyinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. O bu borcun yerinə yetirilməsi üçün qışın soyuğunda, yayın istisində Babək rayonunun yollarında əziyyətlə gedib-gəlməyə razı olursa, o da ata kimi, kişi kimi ay ərzində 10 gün işləyib (tamamilə yaland ır) 20 gün evdə yatdığı vaxt gedib başqa işlər görüb övladlarının maddi təminatına dəstək olsun. Nə işlədiyi avtobusun təmiri üçün lazım olan 5000 manat pul (halbuki avtobusların cari təmirinə Nəqliyyat Xidməti cavabdehlik daşıyır), nə də ki anasının müalicəsi və dərmanları üçün lazım olan pul cavabdehi övladlarının alimenti ödəmək öhdəliyindən azad etmir. 16 və 13 yaşlı iki yeniyetmənin gündəlik tələbatlarının və təhsil xərclərinin ödənilməsi üçün 360 manat cüzi məbləğdir. Sonda o, məhkəmə kollegiyasından məhkəmə proseslərinə gəlib-qayıtmağın çətinliyini və cavabdehlə qarşılaşmaq istəmədiyini nəzərə alıb məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrə li qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda i fadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə 31 avqust 2007-ci ildə rəsmi nikah qeyd etdirərək evləndiyini, birgə nikahdan 28 yanvar 2009-cu il təvəllüdlü X10 və 30 mart 2010cu il təvəllüdlü X11 adlı iki övladlarının olduğunu, onun tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh iki uşağın saxlanılması üçün ümumilikdə 200 manat aliment müəyyən edildiyini, bu alimentlə uşaqları dolan dıra bilmədiyindən alimentin məbləğinin artırılması ilə bağlı məhkəmədə iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə hər bir uşağa 125 manat aliment olmaqla ümumilikdə 250 manat aliment müəyyən edildiyini, bu müddətdə cavabdeh tərəfindən alimentin vaxtlı-vaxtında verildiyini, bununla bağlı heç bir narazılığının olmadığını, kakin İlqar tərəfindən hər uşağa 125 manat aliment ödənilməsinin uşaqların günü-gündən artan tələbatlarını və xərclərini ödəmədiyini, uşaqlar elə bir yaşdadırlar ki, ödənilən alimentin nə onların hazırlıq kurslarına nə də ki, digər xərclərinə yetmədiyini, özü işləsə də aldığı əmək haqqı uşaqları ilə yaşadığı evin kirayə pulunu və qidalarına ancaq yetdiyini, X9 Xidmətində şəhər arası avtobus sürücüsü işlədiyini, onun yüksək əmək haqqı aldığını, İlqarın 250 manat aliment ödəməklə borcunu yerinə yetirmiş olduğunu hesab etdiyini, o isə bu alimentlə övladlarını çətin şəraitdə yaşatdığını, bu səbəbdən də alimentin artırılmasını istədiyini göstərərək 28 yanvar 2009-cu il təvəllüdlü X5 və 30 mart 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 125 manat olmaqla, ümumilikdə iki uşaq üçün 250 manat miqdarında alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər bir uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 31 avqust 2007-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 28 yanvar 2009-cu ildə X10 və 30 mart 2010-cu ildə X11 adlı uşaqları doğulmuş, hər iki uşaq anaları, yəni iş üzrə İddiaçı himayəsindədirlər. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, e-2(078)-408/2022 nömrəli qətnaməsi ilə 28 yanvar 2009-cu il təvəllüdlü X10 və 30 mart 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 125 manat olmaqla, ümumilikdə iki uşaq üçün 250 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 401442 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq e dilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha 18 mart 2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atal ıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkü n qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Ko nvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişd ir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birin in tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü yarımbəndində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmin qərarın 8.7-ci yarımbəndində müəyyən edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13-cü yarımbəndində müəyyən olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliy in olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu 235 manat uşaqlar ın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida malları və xidmətlərini ödəyir. Hazırki işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri qida, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Hazırki işdə uşağın minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşağın zəruri qida, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşağın himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməs i haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkə məsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunması üçün əsas ola bilməz. Kollegiya Cavabdeh apellyasiya şikayətinin təmin edilməklə alimentin miqdarının 250 manat sabit pul məbləğində saxlanılmasına dair kollegiyadakı izahatında və apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, onun göstərdiyi dəlillər əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-594/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən ka ssasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar