Məhkəmə qərarları › İş №2(108)-141/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-141/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-141/2023 14.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(080)-104/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan MR Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 18200 (on səkkiz min iki yüz) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə) tutularaq İddiaçı ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 184 (bir yüz səksən dörd) manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(080)104/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 18200 (on səkkiz min iki yüz) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə milli manat ekvivalentində və məhkəməyə müraciət etmək üçün ödənilmiş 184 (bir yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi Əsgərova X2 MR Ordubad Rayon Məhkəməsini n 11 iyul 2023-cü il tarixli, 2(080)104/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ordubad Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir, belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlmədiyini bildirmişdir. İlk öncə onu qeyd edir ki, iddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatda pul vəsaitinin 19 yanvar 2022-ci il tarixdə 1 il müddətinə verildiyini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi hesa b etmişdir ki, həmin pul vəsaiti daha öncələr verilmiş, 19 yanvar 2022-ci il tarixdə isə guya onun tərəfindən etiraf edilmişdir. Lakin işin faktiki hallarından göründüyü kimi, iddiaçı 10.000 ABŞ dollarını ona deyil, işçilərə vermişdir. Həmçinin, verilən pul sələmə (faizə) verilmişdir. Apellyasiya şikayətində həmçinin həmin puldan 12.000 ABŞ dollarını iddiaçıya qaytardığını, İddiaçı borcunun olması barədə qəbzin ona zorla yazdırıldığını qeyd etmişdir. Məhkəmə tərəflər arasında yaranmış borc münasibətini şifahi müqavilədən irəli gələn öhdəlik kimi qiymətləndirmiş, iddiaçının tələb etdiyi pul vəsaitini qəbzdə göstərilən tarixdən əvvəl verildiyini, həmin qəbzi yazılı borc müqaviləsi kimi deyil, borcun etirafı barədə mücərrəd müqavilə kimi dəyərləndirmişdir. Halbuki, iddiaçı iddia ərizəsində də, məhkəmədə verdiyi izahatında da 18.000 ABŞ dollarını xx.xx.2022-ci il tarixdə ona 1 il müddətinə borc verdiyini və həmin müddət ərzində tərəfindən öhdəlik icra edilmədiyi üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Qeyd edir ki, borc müqaviləsi real olmalı, digər sözlə ifadə etdikdə, real borc müqaviləsi pul və ya əşya borc alana verildiyi andan bağlanmış sayılır. Qanun müəyyən edir ki, müqavilə borcun etiraf edilməsini öhdəliyə əsas verən şəkildə nəzərdə tutur. Belə ki, borcun etirafından müəyyən olunmalıdır ki, borclunun üzərinə borcu ödəmək kimi öhdəlik düşür və onun öz öhdəliyi barədə məlumatı var. Müqavilənin predmeti onun mühüm şərti sayılır. Öhdəlik münasibətinin (öhdəliyin) mövcudluğunu etiraf etmək müqavilənin predmetini təşkil edir, müqavilə ilə mülki-hüquq xarakterli istənilən öhdəlik münasibətinin (öhdəliyin) mövcudluğu etiraf oluna bilər. Müqavilənin forması barədə qanun ayrıca göstəriş ifadə edir. Bu göstərişə görə, müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə verilsin. Buna görə də, borcun etirafı haqqında müqavilə yazılı formada bağlanır. Lakin, mövcud borcun etirafı haqqında müqavilə mücərrəd (abstrakt) müqavilədir. Belə ki, bu müqavilədə onun hüquqi əsası (məqsədi) açıq-aşkar ifadə olunmur, hüquqi əsas (məqsəd) onun məzmunundan ayrılmışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, iddiaçının istinad etdiyi qəbz üzrə onun qarşısında hər hansı öhdəliyinin olmadığı halda, eləcə də, borcun ona deyil, işçilərə verilməsi, əsas borcun cəmi 10.000 ABŞ dolları olması, qalan məbləğin iddiaçı tərəfindən faiz kimi hesablanması, 12.000 ABŞ dolları pulun iddiaçıya ödənilməsi, qəbzin ona zorla yazdırılmasına heç bir əhəmiyyət və hüquqi qiymət vermədən, əsassız və qanunsuz olaraq onun iddiaçıya 18.000 ABŞ dolları borcumun olması qənaətinə gəlmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə mübahisələndirilən qətnamədə istinad etdiyi maddi-hüquq normalarının tələblərini səhv təfsir etmiş, hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, mübahisələndirilən qətnamədə məhkəmənin iddia tələbini borc müqaviləsi və yaxud borcun etiraf edilməsi barədə mücərrəd müqavilə üzrə öhdəliyi pozduğuna görə təmin edib-etməməsi görünmür. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Mül ki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni iddiaçı, ona hansı məqsədlə, hansı müddətə qaytarmaq şərti ilə borc pul verməsini təsdiq edən müqavilə təqdim etməmişdir. Bu, eləcə də o baxımdan zəruridir ki, borcun faizlə, yaxud faizsiz verilməsinə dair şərtlər konkret olaraq göstərilir. Bilindiyi kimi, müvafiq maddi hüququ normalarının tələblərinə görə, 3.000 manatdan çox məbləğdə olan borc müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Eləcə də, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edir ki, pul işçilərə faizə (sələmə) verilmişdir. Əsas məbləğ 10.000 ABŞ dolları təşkil etmişdir. Lakin iddiaçı ilə onun arasında maddi hüquq normalarının tələbinə uyğun hər hansı müqavilə bağlanmamışdır. Bu cür müqavilə bağlana da bilməzdi, belə ki, borc ona deyil, işçilərə verilmişdir. Sübut kimi məhkəməyə təqdim edilən qəbzi isə ona qarşı zorbalıq göstərildiyindən, təzyiq olunduğundan imzalamışdır. Şikayətinin davamında cavabdeh qeyd edir ki, qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində) göstərildiyi kimi qətnamə qeyd edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Sonda cavabdeh Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(080)104/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Məcəlləsinin 739.1, 740, 882.1, 882.2, 882.5, Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4, 389-cu maddələrinə, Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plen umunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarına istinad olunmuşdur. İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə onlara qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Pr osessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdırıb cavabd ehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ondan 19 yanvar 2022-ci il tarixdə 18200 (on səkkiz min iki yüz) ABŞ dolları məbləğində borc pul aldığını və ona pulun alınmasına dair yazılı qəbz verdiyini bildirib, pulun (qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə) cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Koll egiya qeyd edir ki, iş materiallarından aydın olur ki, iddiaçı iddia etdiyi borca münasibətdə sübut kimi cavabdeh tərəfindən imzalanmış qəbzi (yazılı qeydi-səh.7) göstərərək, iddiasının hüquqi əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə (Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin borca dair verdiyi qəbzi (yazılı qeydi) borcun etirafı haqqında mücərrəd müqavilə kimi qəbul edərək iddianı təmin etmişdir ki, kollegiya həmin əsaslarla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbay can Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 yanvar 2019-cu il tarixli Qərarında qeyd olunur ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan, formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları ola n şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 324.1-ci maddəsində müəyyən edilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verilmişdir. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından tərəflər arasında bağlandığı iddia edilən borc müqaviləsinin mövcudluğunu sübut etmə vəzifəsi həmin halı iddia edən şəxsə-iddiaçıya aiddir. İş materialları ilə mübahisə tərəfləri arasında qanunvericiliyə uyğun formada bağlanmış etibarlı borc müqaviləsinin (real yaxud mücərrəd) mövcudluğu sübut olunmasa da işdə olan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış yazılı qeydlə (səh 7) cavabdehin İddiaçı 18200 (on səkkiz min iki yüz) ABŞ dolları məbləğində pul alması və həmin məbləği xx.xx.2023-cü il tarixədək ödəyəcəyini vəd etməsi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qər arında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. X6 eləcə də qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və h üquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olu nan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmas ından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İşin araşdırılmış hallarında aydın olur ki, tərəflər arasında hər iki tərəfin qarşılıqlı iradə ifadəsini aydın şəkildə özündə təcəssüm etdirən qanuna uyğun şəkildə bağlanmış, etibarlı müqavilədən və bununla da müqavilədən irəli gələn öhdəliklərin varlığından söhbət gedə bilməz. Lakin iş materialları ilə sözügedən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı öz təsdiqini tapmışdır. AR Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsa ssız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Odur ki, Kollegiya hesab edir ki, müqavilə əsası olmadan cavabdeh tərəfindən qazanılmış sözügedən məbləğ iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatda pul vəsaitinin 19 yanvar 2022-ci il tarixdə 1 il müddətinə verildiyini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin pul vəsaiti daha öncələr verilmiş, 19 yanvar 2022-ci il tarixdə isə guya onun tərəfindən etiraf edilmişdir. Lakin i şin faktiki hallarından göründüyü kimi, iddiaçı 10.000 ABŞ dollarını ona deyil, işçilərə vermişdir. Həmçinin, verilən pul sələmə (faizə) verilmişdir. Apellyasiya şikayətində həmçinin həmin puldan 12.000 ABŞ dollarını iddiaçıya qaytardığını, İddiaçı borcunun olması barədə qəbzin ona zorla yazdırıldığını, sübut kimi məhkəməyə təqdim edilən qəbzi ona qarşı zorbalıq göstərildiyindən, təzyiq olunduğundan imzaladığını göstərmişdir. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktl arı ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Cavabdeh qeyd olunan qəbzi ona göstərilmiş təzyiq nəticəsində imzaladığını qeyd etsə də nə işə birinci instansiya məhkəməsində baxılması zamanı, nə də apellyasiya instansiyasında məhkəməyə bu halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Odur ki, həmin dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş etibarnamədən (səh.8) görünür ki, borca dair qəbzin (yazılı qeydin) verildiyi tarixdə, yəni 19 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq notarial qaydada təsdiq olunmuş etibarnamə üzrə müvafiq səlahiyyətlər də verilmiş, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı izahatında həmin halın təkzibi ilə bağlı hər hansı sübu t təqdim edilməmiş, qeyd edilən etibarnamənin sonradan ləğv edildiyi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri işin halları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiy yətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya belə nəticəyə gəlir ki, maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(080)104/2023 nömrəli qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əs asında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.2, 385.1.1,386, 392, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutub kollegiya q ə t e t d i: Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsi n. Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il 2(080)104/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. tarixli, İddia təmin edilsin. Cavabdeh 18200 (on səkkiz min iki yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə milli manat ekvivalentində alınaraq İddiaçı ödənilsin Məhkəməyə müraciət etmək üçün ödənilmiş 184 (bir yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar