Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-142/2024 23.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Mehman Dünyamalı oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 14 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Şərur rayonu, Dərvişlər kənd sakini Cavabdeh ona borclu olduğu 12000 ( on iki min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 126 (bir yüz iyirmi altı) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 11200 (on bir min iki yüz) manat borc və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun 117.6 manatı olmaqla, ümumilikdə 11317.6 (on bir min üç yüz on yeddi manat altmış qəpik) manat məbləğində pulun alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 8.40 manatının iddiaçıya aid edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsində n narazı iş üzrə Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi ilə razı deyillər və qənaətlərinə görə qəbul edilmiş qətnamə maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Odur ki, aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-400/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tə ləbi rədd edilməlidir. Qeyd edilən maddələrin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələbi qəbul etməmiş və məhkəmədə qaldırılmış tələbi əsassız hesab etmişdir. Belə ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin mövcudluğu müəyyən edilmir və iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan yeganə sübut Cavabdeh tərəfindən yazılmış qəbzdir ki, həmin qəbzə görə cavabdeh 4 il bundan qabaq 33000 (otuz üç min) manat dəyərində toxumluq kartofu İddiaçı götürmüş və aldığı toxumluq kartofun pulunun yarısından çoxunu ödəmişdir ki, həmin borcun qalıq hissəsi olan 11200 (on bir min iki yüz) manat pulu da o, 2024-cü ilin oktyabr ayında ödəyəcəyinə söz vermişdir. Mülki qanunvericiliyin tələbinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi qismən icra etmişdir ki, o aldığı toxumluğun pulunun yarıdan çox hissəsini ödəmişdir və qalıq borcunu da bu ilin oktyabr ayınadək ödəyəcəyi barədə öhdəlik götürmüşdür. M ülki işin araşdırılan hallarından belə başa düşülür ki, cavabdehin öhdəliyindən yayınmaq niyyəti yoxdur, sadəcə düşdüyü maddi vəziyyət ona öhdəliklərini lazimi qaydada icra etməyə imkan verməmişdir. Bu səbəbdən də qənaətlərinə görə iddiaçı məhkəmədə iddia qaldırmağa tələsmiş və nəticədə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir ki, bu zaman isə mülki qanunvericiliyin qeyd edilən müddəası pozulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilir ki, məhkəmənin məhkəmə araşdırmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübut ların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elshoz Almaniyaya qarşı iş üzrə 2000-ci il, 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli qərar). Prosessual qanunvericiliyin tələbinə görə isə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Baxılan işin hallarından bəlli olur ki, cavabdeh iddiaçıya olan borcunu hissə-hissə ödəmiş və cavabdehə 11200 manat borcu qalmışdır ki, bu borcunu da 2024-cü ilin oktyabr ayına kimi ödəmə yi öhdəsinə götürmüşdür. Bu öhdəlikdən də belə anlaşılır ki, qalıq borcun son ödənilmə tarixi 2024-cü ilin oktyabr ayıdır. Lakin borc bu tarixdən öncə də ödənilə bilərdi. Ancaq hazırki iş üzrə məhkəmə araşdırması ətraflı aparılmamış, cavabdehin ödəmə qabiliyyətinin hansı vəziyyətdə olması, eyni zamanda son ödəmə tarixinin məhz oktyabr ayının seçilməsi araşdırılmamışdır. Bununla yanaşı qənaətlərinə görə iddiaçı hazırki tələb üzrə əvvəlcə pretenziya qaydasına riayət etməli daha sonra məhkəmədə iddia qaldırmalı idi. Lakin məhkəmə yalnız iddiaçının təqdim etdiyi qəbzə istinad edilməklə maddi və prosessual qanunvericiliyin müddəalarının pozulması ilə müşayət olunan qərar qəbul etmişdir. Baxılan işin hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı bir neçə il bundan qabaq 33000 (otuz üç min) man at dəyərində toxumluq kartof almış, aldığı toxumluğun pulunu isə tam şəkildə ödəyə bilmədiyindən iddiaçı polis orqanlarına müraciət etmiş və bu zaman cavabdeh iddiaçıya olan 11200 (on bir min iki yüz) manat borcunu 2024-cü ilin oktyabr ayında ödəyəcəyinə dair qəbz vermişdir. Hansı ki, cavabdeh özü təsərrüfatla məşğul olur və iddiaçıdan aldığı toxumluq kartof keyfiyyətli olmadığından o, 4 il bundan əvvəl təsərrüfatdan gəlir əldə edə bilməmiş və xeyli ziyana düşmüşdür ki, hazırda da o düşdüyü ziyanı ödəməklə məşğuldur. Lakin işə baxılarkən qeyd edilən xüsusatlar yetərli qədər araşdırılmamışdır. Məhkəmə zamanı iddiaçı guya cavabdehə 800 manat məbləğində əlavə kartof vermişdir ki, bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Lakin nəzərə çatdırılır ki, həmin pul cavabdeh tərə findən borcundan çıxılması üçün polis orqanında olarkən iddiaçıya ödənilmişdir. Lakin iddiaçı məhkəmə zamanı həmin pulu başqa borc kimi qələmə verir. Bununla yanaşı cavabdehin bildirdiyinə görə iddiaçıya borcundan əlavə olaraq pul da ödəmişdir ki, bu faktı təsdiq edəcək sübut olmadığından məhkəməyə təqdim edilməmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən ümumilikdə 11317.6 (on bir min üç yüz on yeddi manat altmış qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir ki, cavabdeh iddiaçıya olan borcunu inkar etmir və bu borcunu 2024-cü ilin oktyabr ayında ödəyəcəyi barədə öhdəliyini anlayır. Lakin qeyd edildiyi kimi cavabdeh təsərrüfatla məşğuldur ki, təsərrüfatdan əldə edəcəyi gəlir tam olaraq oktyabr ayında toplanacaq. Lakin məhkəmənin gəldiyi nəti cəyə görə cavabdeh bu məbləği tam olaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdə ödəməlidir. Belə olan təqdirdə isə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi qənaətindədirlər. Sübutetmə yükünün prosessual qanunvericiliyə uyğun olaraq əsasən iddiaçının üzərinə düşməsi səbəbindən tərəflərindən birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Hazırda da cavabdeh tərəfin apellyasiya instansiyasına təqdim edəcək sübutları mövcud deyildi. Apellyatorlar apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində Azərbaycan Respublikası Mülki Məcəlləsini 385.1, 386.1 və 427.1-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində isə Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsini 14.1, 77.1 və 259.0.1-ci maddələrinə istinad edərək sonda Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, bunun səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş i şdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya baxışı zamanı şikayətlə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilərək Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında şikayəti qəbul etməyərək Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüq uqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyas iya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlil lərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə Cavabdeh və onun vəkili və n ümayəndəsi Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qətnamənin əsaslılığının yalnız cavabdeh tərəfin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində tam yoxlanılmalıdır. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 4 il əvvəl, yəni 2020ci ildə 33000 (otuz üç min) manatlıq toxumluq kartofu Cavabdeh satmış, keçən müddət ərzində Cavabdeh borcunun bir qismini fərqli vaxtlarda ödəmi ş, qalan 11200 (on bir min iki yüz) manat pulu 2024-cü ilin oktyabr ayında ödəyəcəyinə dair qəbz imzalamışdır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 4 il bundan qabaq 33000 (otuz üç min) manat dəyərində toxumluq kartofu İddiaçı götürmüş, qalan 11200 (on bir min iki yüz) manat pulu 2024-cü ilin oktyabr ayında hamısını ödəyəcəyinə söz vermişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən 24 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında da, tərəflərindən verilmiş apellyasiya şikayətində də 11200 manat borcu olduğunu etiraf etmiş, onu da 2024-cü ilin oktyabr ayında ödəyəcəyini bildirmişdir. İddianın qismən təmin edilməsinə dair Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, mülki qanunvericiliyin tələbinə görə, öhdəliyin icrası müddəti təyin edilibsə, kreditorun müddət çatanadək onun icrasını tələb edə bilməməsi, lakin borclunun onu vaxtından əvvəl icra edə bilməsi imkanı, cavabdehin üzərinə götürdüyü öhdəliyi qismən icra etməsi, aldığı toxumluğun pulunun yarıdan çox hissəsini ödəməsi, qalıq borcunu da bu ilin oktyabr ayınadək ödəyəcəyi barədə öhdəlik götürməsi, məhkəmə araşdırmasının ətraflı aparılmaması, cavabdehin ödəmə qabiliyyətinin hansı vəziyyətdə olması, eyni zamanda son ödəmə tarixinin məhz oktyabr ayının seçilməsinin araşdırılmaması təşkil edir. Kollegiya qeyd edilən dəlilə münasi bətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətində qeyd edilən öhdəliyin icrası müddəti təyin edilibsə, kreditorun müddət çatanadək onun icrasını tələb edə bilməməsi, lakin borclunun onu vaxtından əvvəl icra edə bilməsi imkanı həmin Məcəllənin 427.1-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Belə ki, müvafiq maddəyə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından ə vvəl icra edə bilər. Maddənin məzmunundan da göründüyü kimi müvafiq norma öhdəliyin icra müddətinin müəyyənləşdirildiyi hüquq münasibətlərinə şamil edilir. Hazırki iş üzrə isə tərəflərin öhdəliyin icra vaxtını müəyyənləşdirmələri barədə razılığı iş materialları ilə öz təsdiqini tapmır. Borcun Cavabdeh tərəfindən etirafı və onun 2024-cü ilin oktyabr ayında qalıq borcunu ödəməsinə dair söz verməsi barədə imzaladığı qəbz isə öhdəliyin icra vaxtının müəyyənləşdirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, müvafiq qəbzdə və mülki iş materiallarında İddiaçı buna razılıq verməsi ilə bağlı hər hansı sübuta rast gəlinmir. Belə olan halda, cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən 2024-cü ilin oktyabr ayında qalıq borcu olan 11200 manat borcu ödəməsinə dair söz verməsi İddiaçı Cavabdeh qarşı məhk əmə icraatı qaydasında tələb irəli sürmək hüququnu məhdudlaşdırmır və müvafiq hüququn İddiaçı tərəfindən realizə vaxtını şərtləndirməməklə cavabdehin öhdəliyin icrasının onun tərəfindən mümkün olduğu vaxt dövrünü ehtiva edir. Belə ki, Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində də cavabdehin təsərrüfatla məşğul olması, təsərrüfatdan əldə edəcəyi gəlirin də tam olaraq oktyabr ayında toplanacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(110)-400/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-142/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-142/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver