Məhkəmə qərarları › İş №2(108)-143/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-143/2021

06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-143/2021 06.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 may 2015-ci il tarixdə anadan olmuş X5 və 15 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanı lması üçün Cavabdeh hər bir uşağa 75 manat olmaqla, iki uşağa görə cəmi 150 manat sabit pul məbləğində alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(078)-494/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay hər bir uşağa sabit məbləğdə 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən X1) İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılmasına dair iddiası qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli 2(078)-494/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin m iqdarı dəyişdirilmiş, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq 14 may 2015-ci il təvəllüdlü X5 və 15 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iddianın qalan hissədə rədd olunması, Cavabdeh 14 (on dörd) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi (iddianın qismən təmin olunmuş hissəsinə münasibətdə) və iddia tələbinin bütövlükdə rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu nikah onun ikinci nikahıdır və birinci nikahından onun bir övladı var. O yetkinlik yaşına çatsa da Naxçıvan Dövlət Universitetində ödənişli təhsil alır. Cavabdeh onun təhsil xərclərində bir valideyn olaraq iştirak edir. Həmçinin özü baytar olaraq X2 işləyir və aylıq qazancı 319 manatdır. Bundan başqa hal-hazırda onun iddiaçı ilə nikahı pozulmasa da, onlar faktiki ayrı yaşayırlar. İddiaçı bundan əvvəl aliment tələbinə dair Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(078)-494/2017 saylı qətnaməsi ilə bir uşaq ü çün 75 manat olmaqla, iki uşağa görə 150 manat alimentin ondan alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd etdiyi kimi yeganə qazanc yeri işlədiyi idarədir və aylıq qazancı da bəllidir. O, alimentin əvvəlki miqdarda qalmasını istəyir. Aylıq qazancına münasibətdə iki uşaq üçün 220 manat alimentin ödənilməsi onun üçün çox çətindir. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qətnaməsinin ləğv edilməsini istəyir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarına, İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 13-cü maddəsinə, Azərbaycan Respublikası MPM-in 4.1, 357.1, 372.1, 387.1-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barə də lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin hər hansı üzrlü səbəbdən olması barədə kollegiyaya məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi (iddianın qismən təmin olunmuş hissəsinə münasibətdə) və iddia tələbinin büt övlükdə rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə tədqiq olunmuş materialları, apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi (iddianın qismən təmin olunmuş hissəsinə münasibətdə) və iddia tələbinin bütövlükdə rədd olunması barədə Cavabdeh izahatını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə və iddianın rədd edilməsinə əsas kimi “Bu nikahın onun ikinci nikahı olması və birinci nikahından onun bir övladının da olmasını, onun yetkinlik yaşına çatsa da, Naxçıvan Dövlət Universitetində ödənişli təhsil almasını, övladının təhsil xərclərində bir valideyn olaraq iştirak etdiyini, özünün baytar olaraq X2 işləməklə aylıq qazancının 319 manat olmasını, yuxarıda qeyd etdiyi kimi yeganə qazanc yerinin işlədiyi idarə olmasını, aylıq qazancına münasibətdə iki uşaq üçün 220 manat alimentin ödənilməsinin onun üçün çox çətin olmasını” göstərmiş və məhz bu əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi (iddianın qismən təmin olunmuş hissəsinə münasibətdə) və iddia tələbinin bütövlükdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya iş üzrə Cavabdeh apellyasiya şikayətin də göstərdiyi bu dəlilləri işin halları ilə əlaqəli şəkildə müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təmina t almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmi yyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində i sə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəll əsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qu lluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə kollegiya cavabdehin yuxarıda göstərdiyi bu dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək tələbin rədd olunması üçü n əsas hesab etmir və qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Cavabdehin apellyasiya şikayətində dəlil kimi istinad etdiyi həmin hallar onun bir valideyn kimi uşağını sağlam şəraitdə böyütmə, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etmə, müstəqil həyata hazırlama, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlamalı olması, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi kimi vəzifələrindən azad edilməsi üçün əsas deyildir. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsindən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən adı çəkilən qətnamə qəbul olunarkən məhz qanunvericiliyin yuxar ıda göstərilən tələbləri və meyarları nəzərə alınmaqla Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(078)-494/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq 14 may 2015-ci il təvəllüdlü X5 və 15 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq mü əyyən edilir. Qanunvericiliyin sadalanan bu normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəy yən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)562/2021 nömrəli qətnaməsi ilə 14 may 2015-ci il təvəllüdlü X5 və 15 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında müəyyən edilmiş aliment yuxarıda qeyd olunan qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğundur və birinci instansiya məhkəməsinin bu qətnamə ilə gəldiyi nəticə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlmişdir. Beləliklə kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı b irinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbinə əsasən isə iddianin qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əm lak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunan prosessual qanunverciliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar