Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-145/2021 11.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)-496/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 56486 manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat döv lət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)-496/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 56486 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 56516 manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdehin vəkili və nümayəndəsi Vəkil 16 iyun 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən İddiaçı MMC ilə Cavabdeh arasında bağlan mış 30 yanvar 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsaslanmışdır. Lakin 24 iyun 2005-ci il “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununa əsasən “borcun etirafı” müqaviləsi 2005-ci ildən qanunsuz hesab edilir. Əlavə olaraq Cavabdeh İddiaçı MMC-ə borcunun olmadığını, məhkəmə baxışında tərəflərin iştirakı təmin edilsə idi cavabdeh öz mülahizələrini bildirəcəyini, müdafiəsini quracağını, sübutlarını təqdim edəcəyini, məhkəmənin cavabdehin hüquqlarını məhdudlaşdırdığını, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 385-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğunu qeyd etmişdir. Ona görə də Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)- 496/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı təşkilatın nümayəndəsi X5 11 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına teleqram göndərərək iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçirib qərar qəbul edil məsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi, cavabdeh və cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxmışdır. Cavabdeh nümayəndəsi X9 məhkəmə baxışı iclasındakı izahatında Şərur Rayon Məhkəməsində proses keçirilərkən pandemiya ilə əlaqədar olaraq sərt qadağaların olduğu bir zamanda cavabdehin prosesdə hər hansı formada iştirakının mümkün olmamasını, həmçinin cavabdehin son beş ildə təzyiq xəstəliyindən əziyyət çəkdiyi üçün təyyarəyə minə bilməməsini, cavabdehin vəkili və nümayəndəsinin də həmin vaxt gah özü, gah atası xəstə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilməməsini, onlarda olan müqavilə və sənədlərdə bu münasibətin İddiaçı MMC-nin Cavabdeh ilə yox, onun oğlu X8 ilə olan mübahisə olmasını, bu səbəblərdən iddiaçı tərəfdən verilən iddianın tamamilə əsassız olmasını, Cavabdeh iddiaçıya heç bir borcu olmamasını, birinci instansiya məhkəməsində cavabdehin səhhəti ilə əlaqədar iştirak edə bilməməsini, İddiaçı MMC-nin öz ofisində vətəndaşa oğlunun borcuna görə sənəd imzaladıb vətəndaşı özünün olmayan borcu ödəmək məcburiyyətində qoymasını, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə guya sübut qismində təqdim edilən borcun etirafı müqaviləsinin tamamilə əsassız olub cavabdehə aidiyyəti olmamasını göstərərək apellyasiya şikayətinin təmin edilərək Şərur Rayon Məhkəməsinin 07 dekabr 2 020-ci il tarixli, 2(110)-496/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil 12 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasındakı izahatında Şərur Rayon Məhkəməsində proses keçirilərkən pandemiya ilə əlaqədar olaraq sərt qadağaların olduğu bir zamanda cavabdehin prosesdə hər hansı formada iştirakının mümkün olmamasını, bununla bağlı məhkəməyə teleqram ilə müraciət edib işin prosesdə iştirak edə biləcəyi vaxta qədər təxirə salınmasını xahiş etməsini, lakin prosessual müddətə uyğun olaraq qətnamə qəbul olunmasını, borcun etirafının qanunvericiliyə zidd olmasını, ümumiyyətlə borcun yaranmasının cavabdehə yönəlməsinin mümkün olmaması, onlarda olan müqavil ə və sənədlərdə bu münasibətin İddiaçı MMC-nin Cavabdeh ilə yox, onun oğlu X8 ilə olan kommersiya mübahisəsi olmasını, bu iddianın ixtisaslaşdırılmış kommersiya məhkəməsinə verilməli olduğu halda borcu sübuta yetirmək əziyyətini çəkmək istəmədən iddiaçının əsaslı yanılmanın təsiri altında iş üzrə hazırki cavabdehə əslində isə heç bir məsələyə aidiyyəti olmayan şəxsi dəvət edib danışıq zamanı əsaslı yanılma və təsir vasitələri ilə etiraf sənədini alıb ona imza etdirərək bundan sonra cavabdehin oğlu X6 xeyli miqdarda maddi ziyan vurmaqla digər tərəfdən belə qısa yoldan məhkəməyə müraciət etməsini, bu səbəblərdən iddiaçı tərəfdən verilən iddianın tamamilə əsassız olmasını, Cavabdeh iddiaçıya heç bir borcu olmamasını, borcun etirafı müqaviləsinin özünün prosessual pozuntu olmasını, borcun veri lməməsi, borcun verilməsinə dair şahid olmaması, pulun şəklinin olmaması, borcun notarius tərəfindən təsdiqlənmədiyini, birinci instansiya məhkəməsində cavabdehin səhhəti ilə əlaqədar iştirak edə bilməməsini, sonda yenə məsələnin barışıq yolu və ya hər hansı uzlaşma yolu ilə nəticələnməyə göstərdiyi ümidə görə bu vaxtlarda ümidini itirməsini, bunlar arasında olan sənədin dövlət tərəfindən tanınan sənəd olmamasını, İddiaçı MMC-nin öz ofisində vətəndaşa oğlunun borcuna görə hər hansı boş sənəd imzaladıb vətəndaşı özünün olmayan borcu ödəmək məcburiyyətində qoymasını, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə guya sübut qismində təqdim edilən borcun etirafı müqaviləsinin tamamilə əsassız olub cavabdehə aidiyyəti olmamasını göstərərək apelyasiya şikayətinin təmin edilərək Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)-496/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Kollegiyada işə baxılarkən tərəflərin dindirilməsinə ehtiyac olduğundan Sabunçu Rayon Məhkəməsinə məhkəmə tapşırığı göndərilmiş və orada tərəflərin izahatları alınmışdır. Cavabdeh Şükürov X2 Rayon Məhkəməsində verdiyi izahatında iddianı qəbul etməyərək İddiaçı MMC ilə onun arasında heç bir qarşılıqlı hüquqi və ya işgüzar münasibət olmamasını, buna dair heç bir hüquqi və ya əsaslı sənəd olmadığını, İddiaçı MMC ilə onun arasında heç bir işgüzar və hüquqi münasibət və ya bu münasibəti təsdiq edən hər hansı bir sənəd imzalanmamasını, oğlu X8 ilə “Veysəloğlu MMC arasında 21.01.2019-cu il tarixdə müqavilə im zalanmasını, həmin gün müqavilələr üzrə oğlu və İddiaçı MMC arasındakı kommersiya mübahisəsi və ya danışıqlarından onun məlumatı olmamasını, bu mübahisənin oğlu ilə “Veysəloğlu" MMC arasında yaranmış mübahisə olub ona heç bir aidiyyəti olmamasını, oğlu ilə İddiaçı MMC arasında yaranmış kommersiya mübahisəsinə dair “Veysəloğlu" MMC tərəfindən ona zəng edilərək həmin şirkətin ofisində görüş təklif edildikdə “Vest horina” şirkətinin önünə gedərək, orada görüşdükdə şirkət tərəfindən oğlu Oruc Şükürlü ilə aralarında kiçik mübahisələr baş versə də bundan sonra bu alqı-satqının davam etməsi üçün (“Oba” və “Araz” marketlər şəbəkəsində) aralarında yeni müqavilə bağlanmalı olduğunu deyib ona tələm-tələsik bir kağıza imza etdirərək yeni müqavilə bağlandığının bildirilməsini, lakin bu sənədi imza etdi rəndən bir neçə gün sonra İddiaçı MMC-nin vədinə əməl etməyib onun oğluna ziyan vurulmasına birbaşa səbəb olmasını, bundan bir müddət sonra yəni İddiaçı MMC onu Şərur Rayon Məhkəməsinə verdikdən sonra İddiaçı MMC-nin onu aldadaraq alqı-satqı müqaviləsinə deyil, “borcun etirafı” barədə sənədə imza etdirməsini bilməsini, buna görə də aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcəyini diqqətə çatdırmasını, 30.01,2020-ci il tarixli müqavilədə göstərilən 56486 manat məbləğində pulun və ya borcun hansı əsaslarla və ya hansı şərtlər daxilində yaranmasından və ya bu borcun mövcud olub-olmamasından heç bir məlumatı və aidiyyəti olmamasını, şəxsiyyət vəsiqəsinin surətinin arxa və ya ön hissəsinə belə bir yazı yazdığını xatırlamasını, onu aldadaraq, borc sənədinə imza etdirərkən bu yazını da yaz malarını göstərmişdir. İddiaçının nümayəndəsi X1 Rayon Məhkəməsində verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 30.01.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “Veysəloğlu’ MMC-yə 56486 (əlli altı min dörd yüz səksən altı) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği tam olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüş, bununla da cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Süd məhsullarının İddiaçı MMC-yə verilməsi üçün avans olaraq həmin pul Cavabdeh verilmiş, lakin bu günə qədər İddiaçı MMC-yə heç bir mal təhvil verilməmişdir. Bununla bağlı Cavabdeh şəxsən öz imzası, razılığı və etirafı ilə müqavilə bağla nmış, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surətində olan yazılı qeyddə Cavabdeh 56486 manat borclu olması haqqında qeyd cavabdehin şəxsən özü tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam y oxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir. Kollegiya belə nəticəyə gəlir ki, iş materialları ilə cavabdehin şifahi borc müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sübut olunduğundan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində məhkəmə iddianı təmin edərkən İddiaçı MMC ilə Cavabd eh arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsaslanması, lakin 24 iyun 2005-ci il “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən “borcun etirafı” müqaviləsinin 2005-ci ildən qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qayda sında ləğv edilməsi üçün əsas olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiql əyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaçıya olan əsas borcunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, işə baxılması zamanı hər hansı bir halın araşdırılması ilə əlaqədar vəsatət verilməmişdir. Cavabdeh iddiaya qarşı etirazının əsasını sübut edə bilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız va rlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və y a bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya d igər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci mаddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəl lənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cimaddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-ci maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Koll egiya apellyasiya şikayətinin məhkəmə baxışında tərəflərin iştirakı təmin edilsə idi cavabdeh öz mülahizələrini bildirib müdafiəsini quracağı, sübutlarını təqdim edəcəyi halda məhkəmənin cavabdehin hüquqlarını məhdudlaşdırması barədə dəlilini də əsassız hesab edərək göstərir ki, məhkəmə baxışı iclasları cavabdehin iştirakının təmin edilməsi məqsədi ilə dəfələrlə təxirə salınmış, lakin Cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmiş, birinci instansiya məhkəməsi tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin cavabdehə telefonoqram verilərkən təzyiqi olduğu üçün təyyarəyə minə bilmədiyi üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərmişdir. Cavabdehin nümayəndəsi X9 da cavabdehin son beş ildə təzyiq xəstəsi olduğu üçün təyyarəyə minə bilməməsini göstərmişdir. Belə ki, Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 185.5-ci mаddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki işin araşdırılmış hallarına əsasən aydın olur ki, Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından 30 yanvar 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləsi əsasında borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 56 486 (əlli altı min dörd yüz səksən altı) manat məbləğində borcunun yarandığını tam etiraf etmiş, bununla da tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu 12 aya 56486 (əlli altı min dörd yüz səksən altı) manat borcun yarandığı, həmin məbləği 28.02.2020-ci il tarixindən hər ay 4707,17 (dörd min yeddi yüz yeddi manat on yeddi qəpik) manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürür, borclu tərəfindən ödəniş hər ayın bağlandığı gündən edilməli, ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə kreditor məhkəməyə müraciət edə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə borclu borc məbləğindən əlavə ödənilmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Cavabdeh aldadılaraq borcun etirafı haqqında müqaviləni imza etməsini bildirsə də bunu sübut edə bilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə hesab edir ki, apelyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkə məsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyil. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, cavabdehin vəkil və nümayəndəsi Vəkil verdiyi apelyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)496/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 2 17.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Kоllеgiyа yuxarıda qeyd olunanları nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, birinci instаnsiyа məhkəməsi mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərinə düzgün əməl еtməklə i ddia tələbi ilə bağlı düzgün qənаətə gəlmişdir. Оnа görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun оlduğundаn apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)-496/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya q ə t e t d i: Cavabdehin vəkili və nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)-496/20 20 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-145/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-145/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver