Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-146/2021 24.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(110)-204/2021 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesin də olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, iddiaçı QSC "xxxx" Kommersiya Bankı ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə 1986.50 (bir min doqquz yüz səksən altı, əlli) manat məbləğində əsas borc, 2507.57 (iki min beş yüz yeddi, əlli yeddi) manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 302.68 (üç yüz iki, altmış səkkiz) manat məbləğində faiz məbləği, ümumilikdə isə 4796.75 (dörd min yeddi yüz doxsan altı, yetmiş beş) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(110)-93/2020 nömrəli qəra rdadı ilə iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı 10 dekabr 2020-ci il tarixli şikayət ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmiş və şikayət 22 dekabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı şikayətdə Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə” dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılmasına dair qərardadın ləğv olunaraq mülki iş üzrə icraatın təzələnməsinə dair qərardad çıxarılmasını xahiş et mişdir. Həmin şikayətə Şərur Rayon Məhkəməsi tərəfindən 24 dekabr 2020-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 21 yanvar 2021ci il tarixli, 2(108)-52/2021 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının şikayəti təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(110)-93/2020 nömrəli qərardadının tamamilə ləğv edilməsi, iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki işin baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şərur Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(110)-204/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı 27 aprel 2021-ci il tarixli şikayət ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmiş və şikayət 06 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı şikayətdə Şərur Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(110)-204/2021 saylı qərardadının ləğv edilməsini, iş üzrə icraatın təzəl ənməklə işin məhkəmə baxışına təyin edilməsini, əks halda şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(110)-204/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şərur Rayon Məhkəməsinin 2(110)-204/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədilə məhkəmə baxışı iclasının Ş ərur Rayon Məhkəməsinin inzibati binasına – 04 iyun 2021-ci il tarixə, saat 14:00a təyin edilməsi qərara alınmışdır. Şərur Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(110)-204/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən X4) iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə iddiaçı Ləğv prosesində olan QSC "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondu apellyasiya ş ikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-204/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə X3 arasında 04 iyun 2012-ci il tarixində kredit verilməsi haqqında 100/15/1458/10/1 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 54 (əlli dörd) ay müddətinə 1986,5 (min doqquz yüz səksən altı, əlli) manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində c avabdehin banka 1986,50 (min doqquz yüz səksən altı, əlli) manat məbləğində əsas borc, 2507,57 (iki min beş yüz yeddi, əlli yeddi) manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 302,68 (üç yüz iki, altmış səkkiz) manat məbləğində faiz məbləği, ümumilikdə isə 4796,75 (dörd min yeddi yüz doxsan altı, yetmiş beş) manat məbləğində borcu qalmışdır. İddiaçı QSC "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondu “kredit borcunun qaytarılması” tələbi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-204/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddianın əsasını təşkil edən kredit müqaviləsinin əsli məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, Şərur Rayon Məhkəməsinin qətnam əsi maddi normaların pozulması ilə qəbul edildiyi və əsassız olduğu üçün ləğv edilməli, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışlar təqdim olunmuşdur. Həmin sənədlərdən göründüyü kimi mübahisələndirilən kredit üzrə müvafiq ödənişlər edilmişdir. Göründüyü kimi ödənişlərin mövcudluğu-kreditin verilməsini, kredit üzrə borcun olmasını sübut edir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81, 218.1, 220.4-cü maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması üzrə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən iddiaçı Ləğv prosesində olan QSC "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondu nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 37 2.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir: Kollegiya Ləğv prosesində olan QSC "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətində qeyd etdiyi “Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışların təqdim olunması, həmin sənədlərdən göründüyü kimi mübahisələndirilən kredit üzrə müvafiq ödənişlər edilməsi, ödənişlərin mövcudluğunun-kreditin verilməsini, kredit üzrə borcun olmasını sübut etməsi” dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi tələbinə dair iddiası Şərur Rayon Məhkəməsi tərəfindən kredit müqaviləsinin əsli və ya təsdiq edilmiş surəti və məxaric orderinin məhkəməyə təqdim edilməməsi səbəbi ilə rədd edilmişdir. İş materiallarına əlavə edilmiş (iş vərəqə 91) teleqramla iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 04.06.2012-ci il tarixli, 100/15/1458/10/1 nömrəli kredit müqaviləsinin əslinin və ya əslinə bərabər surətinin, eyni zamanda kassa məxaric orderinin məhkəməyə təqdim edilməsinin təklif olunması öz təsdiqini tapır. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən müvafiq kredit müqaviləsinin əsli və ya əslinə bərabər surəti və kassa məxaric orderinin məhkəməyə təqdim olunması isə iş materialları ilə müəyyən olunmur. Həmçinin Ləğv prosesində olan QSC "xxxx" X 1 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətində də müvafiq sənədlərin məhkəməyə təqdim edilməməsi halı mübahisələndirilməmişdir. İddianın əsasını kredit müqaviləsindən irəli gələn öhdəliklər təşkil etsə də, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı kredit müqaviləsinin əslini və ya əslinə bərabər surətini, həmçinin kassa məxaric orderini məhkəməyə təqdim etməməklə istinad etdiyi kimi cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızı ilə Bank arasında 04.06.2012-ci il tarixli kredit müqaviləsinin bağlanması halını sübut etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələ r üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən iddianın əsasını təşkil edən kredit müqaviləsi və kassa məxaric orderinin məhkəməyə təqdim edilmədən, apellyasiya şikayətində qeyd olunan - ödənişlərin mövcudluğunun kreditin verilməsini, kredit üzrə borcun olmasını sübut etməsi halına əsaslanmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə müqavilənin mühüm və zəruri şərtləri ilə tanış olmadan cavabdeh üzərinə “kredit müqaviləsi” üzrə borcun qaytarılması kimi öhdəlik qoyulmuş olardı və belə qərarın qəbul edilməsi isə ədalətli hesab oluna bilməzdi. Belə ki, iddiaçının istinad etdiyi “kredit müqaviləsi”ndə öhdəliyin yaranması, dəyişməsi və xitamının fərqli əsasları barədə tərəflərin razılaşması mövcud ola bilər. Məhkəmənin isə bu əsaslarla tanış olmadan qərar qəbul etməsi ağlabatan deyildir. Bütün bunlara əsasən kollegiya birinci intansiya məhkəməsinin gəldiyi müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilənin əsli, yaxud onun təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iş matareriallarına əlavə olunmuş maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər isə öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış etmədiyindən və iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən bu səbəbdən iddia tələbi özü-özlüyündə əsassız olduğundan hazırki iddia tələbinin rədd olunmalı olması nəticəsi ilə razılaşır və belə hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas təşkil etmir. Həmçinin mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(110)-204/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sa xlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 393, 403.1, 404.1.1, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızı na qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(110)-204/2021 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(110)-204/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-146/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-146/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver