Məhkəmə qərarları › İş №2(108)-147/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-147/2024

21.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-147/2024 21.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh iştirakı ilə, Kəngərli Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(111)-104/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Kəngərli Rayon Məhkəməsinin (sədrlik edən hakim Z.Ə.Əhmədov) 10 iyun 2024-cü il tarixli, 2(111)-104/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh 13900 (on üç min doqquz yüz) manat məbləğində “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia sının rədd edilərək iş üzrə iddiaçı tərəfindən ödənilmiş 132 (yüz otuz iki) manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 290 (iki yüz doxsan) manatın özünə aid edilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh vurulmuş maddi və mənəvi ziyanın dəyəri olan 13900 (on üç min doqquz yüz) manat pulun, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələr aradan qaldırılmaqla, mövcud olmuş yolun bərpa edilməsi, hüquqi yardım üçün 290 manat, dövlət rüsumu üçün 132 manat olmaqla ümumilikdə ödədiyi 422 (dörd yüz iyirmi iki) manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(111)-104/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Mülki iş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə tərəflər vaxtı ilə mülkiyyətlərində ol an torpaq sahəsinin yaxınlığında olan torpaq sahəsini şərikli olaraq almaq barədə razılığa gəlmiş və həmin torpaq sahəsini cavabdehin adına rəsmiləşdirmişlər ki, sonrakı mərhələlərdə cavabdeh alınmış torpaq sahəsinin yarısını iddiaçının adına keçirilməsi ilə bağlı öhdəlik götürmüşdür. Ötən müddət ərzində cavabdeh götürmüş olduğu öhdəliyi yerinə yetirmədiyindən tərəflər arasında mübahisə yaranmış və nəticədə bu mübahisə məhkəmə qərarının qəbul edilməsi ilə bitmişdir ki, qəbul edilmiş qətnamə ilə mülki qanunvericiliyin müddəaları pozulmuşdur. Belə ki, qeyd edilən qanunvericiliyə əsasən zərər vurma və əsassız varlanma öhdəliyin yaranma əsası kimi müəyyən edilmişdir. Həmin qanunvericiliyə uyğun olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı, bu mümkün olmadıqd a isə onların dəyərini ödəməlidir. Lakin iş üzrə qeyd edilən nüanslar hərtərəfli və tam şəkildə araşdırılmamışdır ki, bu səbəbdən də iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin maddi hüquq normalarının pozulması şərti ilə qəbul edilməsi səbəbindən həmin qətnamənin ləğv edilməli olması qənaətindədirlər. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə mübahisələndirilən torpaq sahəsini həqiqətən də iddiaçı ilə şərikli olaraq aldığını etiraf edərək, ötən müddət ərzində həmin torpaq sahəsinin bütünlüklə iddiaçının istifadəsində olmasını əsas göstərərək iddiaya etiraz etmişdir. Məhkəmə cavabdehin etiraz və izahatın, eyni zamanda bələdiyyənin cavab məktubunu əsas götürməklə iddia tələbini rədd etmişdir. Hansı ki, məhkəmə iclası zamanı onlar tərəfindən yerində baxışın keçirilməsi, e yni zamanda mübahisələndirilən torpaq sahəsinin hazırki bazar qiymətinin müəyyən edilməsi məqsədilə verilmiş şifahi vəsatətləri məhkəmə tərəfindən qəbul edilməmiş, iş üzrə hərtərəfli və obyektiv araşdırma təmin edilməmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsinin prosessual qanunvericiliyin qeyd edilən müddəalarının pozulması ilə qəbul edilməsi qənaətindədirlər. Məhkəmədə irəli sürülmüş iddia tələbinə əsasən iddiaçı cavabdehdən vaxtı ilə torpağın alınması ilə bağlı ödəmiş olduğu pulun hazırki bazar qiymətinə uyğun hesablanması həmin torpaq sahəsində aparılmış abadlaşdırma ilə əlaqədar çəkilmiş xərc, əldən çıxmış fayda və dəymiş mənəvi ziyanla əlaqədar 13.900 manat məbləğində pul tələb etmişdir ki, birinci instansiya məhkəməsində bu tələblərə ayrıayrılıqda qiymət verilməmiş, iddia tələbi əsass ız sayılmaqla torpağın sənədləşdirilməsi ilə əlaqədar on il bundan öncə iddiaçının cavabdehə verdiyi pulun cavabdeh tərəfindən qaytarılmasını əsas göstərməklə iddia tələbini rədd etmişdir ki, pulun qaytarılması ilə bağlı iş vaxtı ilə Kəngərli Rayon Məhkəməsində baxılsa da iş baxılmamış saxlanılmış və mahiyyəti üzrə həll edilməmişdir. Buna görə də məhkəmənin qətnaməsi onlar tərəfindən qanunauyğun hesab edilməyərək onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qənaətindədirlər. Baxılan iş üzrə məhkəmə ünvan 1 ünvanladığı sorğunun cavabına əsaslanıb, mübahisəli torpaq sahəsini hazırda iddiaçının istifadəsində olması qənaəti ilə iddia tələbini bu hisəssədə də rədd etmişdir ki, qənaətlərinə görə bələdiyyənin cavabı həqiqəti əks etdirmir. Belə ki, tərə flər arasında olan mübahisə ilə əlaqədar müvafiq qurumların əməkdaşlarının iştirakı ilə tərtib edilmiş akta əsasən mübahisə 2022-ci ildə yerində araşdırılmış və tərəflərin istifadəsində olan əraziyə uyğun mərz nişanları qoyulmuşdur. Eyni zamanda məhkəmədə mütəxəssis qismində iştirak etmiş A.Axundov vaxtı ilə tərəflərin faktiki istifadəsində olan torpaq sahəsinə dair yerquruluşu planı da tərtib edildiyini bildirmişdir ki, həmin plan cizgiləri iş materiallarına əlavə edilmişdir. Göstərilən sənədlərə əsasən də cavabdehə məxsus torpaq sahəsinin iddiaçı tərəfindən istifadə olunması öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi qənaətindədirlər. Baxılan iş üzrə məhkəmə bu qənaətə gəlir ki, torpağın sənədləşdi rilməsi ilə əlaqədar iddiaçının 10 il bundan əvvəl cavabdehə verdiyi pul cavabdeh tərəfindən 2022-ci ildə qaytarılmış, eləcə də cavabdehə məxsus torpaq sahəsi guya hazırda da iddiaçının istifadəsində olduğundan cavabdehin hərəkətlərində mülki hüquqi məsuliyyət müəyyən edilmir. Halbuki, tərəflər arasında yaranmış mübahisənin əsas səbəbi məhz cavabdehin on il bundan əvvəl götürdüyü öhdəliyini bu müddət ərzində yerinə yetirməməsi olmuşdur ki, nəticədə iddiaçı öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ötən bu müddət ərzində cavabdehin öz öhdəliyini yerinə yetirməməsi iddiaçıya maddi-mənəvi ziyan vurmaqla yanaşı cavabdehin törətdiyi maneələr səbəbindən iddiaçı mülkiyyətində olan torpaq sahəsinə rahat şəkildə gediş-gəlişdən məhrumdur. Buna görə də məhk əmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi qənaətindədirlər. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(111)-104/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında 2009-cu ildən öz adına alınmış torpaqdan istifadə etdiyini, 2011-ci ildə isə Qafurla hər biri 700 manat olmaqla cəmi 1400 manat pul verərək sahəsi 600 kv.m olan mübahisəli torpaq sahəsini şərik olaraq satın aldıqlarını, mübahisəli torpaq sahəsinin alınması üçün Qafura verdiyi 550 manat pulu Qafurun məhkəmənin vasitəçiliyi ilə ona qaytardığını, lakin 150 manat pulun hələ də Qafurda qaldığını, mübahisəli torpaq sahəsinin Qafurun xalasının əri tərəfindən satın alındığını, Qafurun xalasının ərinin Türkiyə Respublikasının İğdır şəhərində yaşadığını, ona görə də torpaq sahəsinin Qafurun adına qeydiyyata alındığını, torpaq sahəsinin Qafurun adına qeydiyyata alınması ilə razılaşdığını, mübahisəli torpaq sahəsində Qafurun payına düşən hissənin xalasının ərinin torpağı olduğunu, 2022-ci ildə Qafura torpaqla bağlı ona etibarnamə verməyini xahiş etsə də, Qafurun etibarnamə vermədiyini, Qafurla qohum olduqlarını və bu hadisələrdən əvvəl onunla münasibətlərinin yaxşı olduğunu, lakin şərik aldıqları torpaqda Qafurun ona düşən payı vermədiyinə görə aralarında söz-söhbətlərin olduğunu, bundan sonra Kəngərli Rayon Məhkəməsinə müraciət etdiyini, sözügedən ərazidə yerləşən torpaq sahəsinə gediş-gəliş üçün yolun olmadığını, Qafurun ona verilməli olan torpaqdan bir metr belə torpaq sahəsi vermədiyini, Qafurun şərik olaraq aldıqları torpaq sahəsini öz bildiyi kimi istifadə etdiyini və ona həmin torpaq sahəsini verməməklə maddi və mənəvi ziyan vurduğunu, Qafurun onun torpağını verməkdən imtina etdiyini, bununla bağlı müxtəlif dövlət orqanlarına müraciət etdiyini, lakin məsələnin öz həllini tapmadığını, mübahisəli torpaq sahəsinin hal-hazırda Qafurun mülkiyyətində olduğunu, hazırda 600 kvadrat metr olan özünə aid torpaq sahəsi və bundan əlavə həmin torpaq sahəsinə bitişik hazırda mübahisələndirdikləri bələdiyyəyə aid torpaq sahəsindən istifadə etdiyini, Qafurla şərik olaraq aldıqları torpaq sahəsindən halhazırda istifadə etmədiyini, xəritədə mübahisəli torpaq sahəsinin Qafurun və ona məxsus torpaq sahəsinin ortasında olduğunu, mübahis əli torpaq sahəsinin 300 kvadrat metrin onun, qalan 300 kvadrat metrin isə Qafurun istifadəsində olduğunu, mübahisəli torpaq sahəsinin 300 kvadrat metrinin ona məxsus olduğunu təsdiq edəcək hər hansı bir sənəd və sübutunun olmadığını, Qafurun istifadəsində olan torpağı və həmin torpaq sahəsindən ona yol verməsini istədiyini göstərərək apellyasiya şikayətinin təmin olunmaqla məhkəmənin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında tərəflərin 2011-ci ildə razılığa gələrək onların hər birinin ayrıca mülkiyyətində olan torpaq sahələrinin ortasında yerləşən yer quruluşu planında 1006A nömrəli sahə ilə qeyd edilmiş torpaq sahəsini hər biri 700 m anat verməklə, cəmi 1400 manata satın aldıqlarını, tərəflərin öz aralarında həmin torpaq sahəsinin Cavabdeh adına rəsmiləşdirilməsi daha sonra isə Cavanşirə düşən hissənin Cavanşirin adına qeydiyyata alınması barədə razlaşdıqlarını, lakin keçən müddət ərzində Qafurun öhdəliyini yerinə yetirmədiyini, bununla əlaqədar iddiaçı və cavabdeh arasında olan mübahisələrdən sonra Cavanşir tərəfindən müvafiq dövlət qurumlarına müraciət olunduğunu, nəticədə Qafurun həmin torpaq sahəsinin Cavanşirin adına qeydiyyata alınmasından imtina etdiyini, həmin torpaq sahəsi alındıqdan sonra tən ortadan bölünməklə Cavanşirin torpağın ona düşən hissəsindən istifadə etdiyini, daha sonra tərəflər arasında olan mübahisələr nəticəsində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət xidmətinin əməkdaşlarının torpağa baxış keçirdiklərini və faktiki istifadəyə uyğun yer quruluşu planı tərtib etdiklərini, bundan başqa tərəflər arasında məhkəmə mübahisəsinin olduğunu, lakin həmin məhkəmə işi üzrə mübahisə mahiyyəti üzrə həll edilmədiyindən Cavanşirin hazırki tələblə məhkəməyə müraciət etdiyini, Cavanşirin 700 manat pul ödəyərək həmin torpaq sahəsini satın aldığını, Cavanşirin hazırki bazar qiymətləri ilə torpaq sahəsinin pulunun qaytarılmasını istədiyini, Cavanşirin həmin torpaq sahəsindən istifadə etdiyi müddət ərzində ağac əkdiyini, müəyyən təmizlik işləri apardığını, Cavanşirin ağaclar əkilməsi və gördüyü işlər üçün və eyni zamanda Qafurun öz vədinə əməl etmədiyinə görə Cavanşirə vurulmuş mənəvi ziyana görə pul ödənilməsini tələb etdiyini, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddia tələbində maneənin aradan qaldırılmasını da qeyd etdiklərini, yəni iddia tələbinə Cavanşirin istifadə etdiyi torpaq sahəsinə gedən yolun verilməsi tələbinin də daxil olduğunu, lakin həmin yol bələdiyyə torpağından keçdiyindən və iddianın bələdiyyə orqanına qarşı qaldırılmalı olduğu qənaətinə gəlindiyindən həmin hissədə iddiadan imtina etdiklərini, məhkəmə gedişatında Qafurun Cavanşirə avtomobili ilə gedib gəlməsinə şərait yaradacaq yol verməsi ilə razılaşdığına görə Cavanşir iddiadan imtina etməyə razılaşsa da lakin Qafurun bununla razılaşmadığını, hal-hazırda Cavanşirin həmin torpaq sahəsindən istifadə etmədiyini, Cavanşirə verilməli olan torpaq sahəsinin tən yarısından da yarısının Cavanşirin istifadəsində olduğunu, Cavanşirin yol tələb etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğunu, Cavanş irin istifadə etdiyi torpaq sahəsində ağac əkdiyini, həmin ağacların kəsilməsi inzibati məsuliyyətə səbəb olduğundan Qafurun istifadə etdiyi hissədən yolun verilməsini tələb etdiyini, Qafurun həmin hissədə hər hansı bir əkin aparmadığını, Qafurun az bir məsafədə çəpəri geri çəkərək Cavanşiri yol ilə təmin etsəydi Cavanşirin iddiadan imtina edəcəyini, lakin Qafurun bu şərtlə razılaşmadığını, Cavanşirin ağaclar əkdiyi hissənin bu gün yol olaraq istifadə olunduğunu, yolun yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olduğunu, yol məsələsinin iddianın mahiyyətinə aidiyyətinin olmadığını, Cavanşirin torpağın pulunu ödədiyini, lakin torpaq sahəsi Cavanşirin adına keçmədiyinə görə mənəvi ziyana görə pul tələb etdiklərini, torpaq sahəsinin Cavanşir və Qafurun şərikli olaraq almasına dair həmçinin to rpağın alqı-satqısını təsdiq edən sənəd və sübutun olmadığını, əldən çıxmış fayda olaraq Cavanşirin həmin torpaq sahəsində əkilən meyvə ağaclarından istifadə edə bilməməsini nəzərdə tutduqlarını və əldən çıxmış faydanı 2021-ci ildən sonrakı müddət üçün hesabladıqlarını, əldən çıxmış faydanın məbləğini təqribi ehtimallarla hesabladıqlarını və həmin məbləğə görə cavabdehlə razılaşma əldə edə biləcəklərini güman etdiklərini, həmçinin iddia ərizəsində tələb etdikləri torpaq sahəsinin dəyərini də ehtimallarla hesabladıqlarını, Qafurun həmin torpaq sahəsinin hazırda iddiaçının istifadəsində olduğunu bildirsə də, hazırda torpaq sahəsinin Cavanşirin istifadəsində olmadığını bildirərək Kəngərli Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında Cavanşirlə mübahisəli torpağı pul verib aldıqlarını, torpaq sahəsinin öz adına alındığını, Cavanşirin sonradan gətirib ona pul verməyi torpaq sahəsinin şərikli olaraq aldıqlarını göstərmədiyini, Cavanşir pul verməsəydi belə torpaq sahəsini artıq satın aldığını, 2022-ci ildə Cavanşir məhkəməyə müraciət edərkən həmin vaxt ona 550 manat pul qaytardığını, həmin vaxt Cavanşirin “mənə torpaq lazım deyil, pulumu qaytarsınlar” dediyini, lakin Cavanşirin indi torpaq sahəsini istədiyini, Cavanşirin ona torpağı şərik aldıqlarını dediyini, lakin bununla bağlı hər hansı bir sənədləşmənin olmadığını, əgər həmin torpaq sahəsini şərik olaraq satın almışdılarsa, Cavanşirin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməli olduğunu, sənədlərdə torpağın öz adına qeydiyyata alındığını, Cavanşirin hazırda mübahisəli torpaq sahəsinin ona aid hissəsindən istifadə etdiyini, torpaq sahəsinin alınan vaxtdan Cavanşirin istifadəsində olduğunu, torpaq sahəsinin Cavanşirin istifadəsində olduğunu və uzun müddətdir ki, həmin torpaq sahəsini əkib becərdiyi halda Cavanşirin hansı maddi və mənəvi ziyandan danışdığını, Cavanşirin yol tələbi ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət edərək yol tələb edə biləcəyini bildirərək məhkəmənin qətnaməsinin dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiyada apellyasiya şikayətinə baxılması ilə əlaqədar İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh izahatları dinlənildikdən sonra İddiaçı və onun vəkilinümayəndəsi Vəkil1 kollegiyaya ərizə tə qdim edərək 2(108)-147/2024 saylı iş üzrə işin araşdırılması zamanı tələbin tərəflərin yaşadığı yer üzrə bələdiyyəyə qarşı iddia qaldırılmasının müəyyən edildiyini, hansı ki, iş üzrə mübahisələndirilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasının məlum olduğunu, bu səbəbdən də apellyasiya şikayətindən imtina etdiklərini, ərizələrində göstərilənlərin nəzərə alınıb apelyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imt ina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar İddiaçı və onun vəkilinümayəndəsi Vəkil1 ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" MMC-nə 20 iyul 2024-cü il tarixdə, xəzinə hesabı AZ47AİİB********************, transaksiya nömrəsi **********2 HOPNew8-67041332, büdcə səviyyə kodu 1, büdcə təsnifat kodu 14221417, terminal nömrəsi 53070, qəbz nömrəsi ********** ilə nağd ödədiyi 61,6 (altmış bir manat, altmış qəpik) manat v ə “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" MMC-nə 22 iyul 2024-cü il tarixdə, xəzinə hesabı AZ47AİİB********************, transaksiya nömrəsi **********1 HOPNew8-670431255, büdcə səviyyə kodu 1, büdcə təsnifat kodu 14221417, terminal nömrəsi 50004, qəbz nömrəsi ********** ilə nağd ödədiyi 4,6 (dörd manat, altmış qəpik) manat məbləğində dövlət rüsumları İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 Kəngərli Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(111)-104/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul еdilsin və həmin hissədə apellyasiya şikayəti vermiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" MMC-nə 20 iyul 2024-cü il tarixdə, xəzinə hesabı AZ47AİİB********************, transaksiya nömrəsi **********2 HOPNew8-67041332, büdcə səviyyə kodu 1, büdcə təsnifat kodu 14221417, terminal nömrəsi 53070, qəbz nömrəsi ********** ilə nağd ödədiyi 61,6 (altmış bir manat, altmış qəpik) manat və “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" MMC-nə 22 iyul 2024-cü il tarixdə, xəzinə hesabı AZ47AİİB********************, transaksiya nömrəsi **********1 HOPNew8-670431255, büdcə səviyyə kodu 1, büdcə təsnifat kodu 14221417, terminal nömrəsi 50004, qəbz nömrəsi ********** ilə nağd ödədiyi 4,6 (dörd manat, altmış qəpik) manat məbləğində dövlət rüsumları İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar