Məhkəmə qərarları › İş №2(108)-148/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-148/2023

23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-148/2023 23.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim S.Ə.Qarayev) 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiasının rədd olunması, iddiaçı tərəfindən ödənilmiş 180.30 (bir yüz səksən manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməs i qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 30.100 (otuz min yüz) manat alınaraq hal-hazırki (18000 ABŞ dollarının məzənnəsi ilə) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaç ı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsinin e-2(110)-422/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh qarşı "pul tələbinə" dair iddiası rədd edilmişdir. Hesab edir ki, məhkəmənin qeyd olunan qətnaməsi onun konstitusion hüquqlarının kobudcasına pozulmasına səbəb olduğundan ləğv olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi Cavabdeh ilə aralarında 5 saylı Asan Xidmət mərkəzində xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtinə əsasən borc alan Cavabdeh 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulu xx.xx.2019-cu il tarixədək, yəni 1 il müddətinə qaytarmağı öhdəsinə göt ürmüşdür. Cavabdeh isə borcunun bir hissəsini, yəni 500 manatını xx.xx.2023-cü il tarixdə qəbz yazaraq ödəmişdir. Məhkəmə onun tərəfindən verilmiş iddianı rədd edərkən Azərbaycan Respublikası MM-nin 373.2 və 375.2-ci maddələrinin tələblərinə istinad edərək iddia müddətinin buraxılmasını əsas götürmüşdür. Halbuki, cavabdeh borcunun 500 manatını xx.xx.2023-cü ildə ödəməklə hesab edir ki, iddia müddətinin axımı kəsilməmiş, əksinə davam edəndir. Çox təəssüf ki, məhkəmə işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv olunmalıdır. Göstərilənlərə əsasən Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e2(110)-422/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, kollegiyadakı izahatında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, iddiaçı tərəfin apelyasiya şikayətində göstərdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin düzgün tətbiq olunmadığını iddia etməsinin tamamilə haqsız bir mövqe olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu, faktiki hala əsasən müqavilə tərəflərin arasında biznes əməkdaşlığına görə 02 aprel 2018-ci ildə 1 il müddətinə bağlandığını və həmin müqavilənin müddətinin isə 02 aprel 201 9-cu il tarixdə bitdiyini, iddiaçının tələb etmə hüququnun 02 aprel 2019-cu ildə yarandığını, müddətin axımının həmin vaxtdan başladığını, 02 aprel 2022-ci il tarixdə iddia müddətinin axımı kəsildiyindən iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürə bilməyəcəyini, iddiaçının 2023-cü ilin mart ayının 20-də cavabdehə müraciət edərək 500 manat borcun qaytarılmasına dair ərizəyə qol çəkməsini xahiş etdiyini, cavabdehin də savadı olmadığından və iddiaçını öz başından eləmək məqsədilə həmin ərizəyə qol çəkdiyini, lakin həmin pulu cavabdehin iddiaçıya real olaraq vermədiyini, iddia müddətinin axımı kəsiləndən sonra həmin pulu cavabdeh iddiaçıya vermiş olsa belə, iddia müddətinin artıq axımının kəsildiyini, iddiaçının müddəti bərpa etmək üçün cavabdehə qarşı bir oyun işlətdiyini, birinci insta nsiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə verdiklərini və hakimin də tam haqlı olaraq işə baxan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini tətbiq etdiyini, iddiaçının iddia müddəti bitəndən 11 ay 15 gün sonra cavabdehə qarşı iddia qaldırdığını, birinci instansiya məhkəməsinin bu işlə bağlı mövqeyinin düzgün olduğunu, hətta iddia müddətinin tətbiqi ilə bağlı kifayət qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının da olduğunu, iddiaçının şikayətinin qanunsuz və əsassız olduğunu, borcun haradan yaranma mənbəyini cavabdehdən soruşduqda ortada real olaraq belə bir borcun olmadığını, uzun bir proses olduğuna görə həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmədiklərini, iddiaçı ilə cavabdeh arasında biznes əlaqələrinin və ortada belə bir borcun da olmadığını bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. İddiaçı və onun nümayəndəsi Nümayəndə və Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən İddiaçı və onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüq uqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktların ın düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 5 saylı Bakı Asan Xidmət mərkəzində xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanıldığını, müqavilənin 1-ci bəndind ən göründüyü kimi borc verən, yəni onun borc alana yəni Cavabdeh 18.000 (on səkkiz min) ABŞ dollar məbləğində (hal-hazırki məzənnə ilə) pul borc verdiyini, müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürdüyünü, təəssüf ki, Cavabdeh bu müddət ərzində ona olan borcundan yalnız 500 manatını xx.xx.2023-cü il tarixdə ödədiyini, onun hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığını, odur ki, məhkəməyə müraciət etdiyini bildirərək Cavabdeh 30.100 (otuz min yüz) manat alınaraq hal-hazırki (18000 ABŞ dollarının məzənnəsi ilə) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsu si notariusu tərəfindən reyestrdə 3M-145 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Borc verən” “Borc alana” 18000 (on səkkiz min) ABŞ dolları məbləğində borc pul verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübah isə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin 29-cu vərəqində olan cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Şərur Rayon Məhkəməsinə ünvanladığı iddia müddətinin tətbiqinə dair ərizəsində 5 saylı Bakı Asan Xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ikinci bəndinə əsasən Cavabdeh borc aldığı 18000 (on səkkiz min) ABŞ dolları krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürdüyünü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edildiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə ə sasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu, Azərbaycan Respublikası Mülki Məcəllənin 371.1-ci maddəsində iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını, Cavabdeh borclu olduğu pul vəsaitini qaytarmaq öhdəliyinin icra müddətinin xx.xx.2019-cu ildə bitdiyini və həmin vaxtdan iddia müddətinin axımının başladığını, İddiaçı xx.xx.2023-cü il tarixdə pozulmuş hüquqları ilə bağlı məhkəməyə müraciət etdiyini, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmiş iddia müddətini buraxdığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyini göstə rərək yuxarıda göstərilənləri əsas götürərək İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddəti keçdiyinə görə iddiadan imtina barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilə də başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.2-ci maddəsinə görə iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi Cavabdeh ilə aralarında 5 saylı Asan Xidmət mərkəzində xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtinə əsasən borc alan Cavabdeh 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulu xx.xx.2019-cu il tarixədək, yəni 1 il müddətinə qaytarmağı öhdəsinə götürməsi, cavabdehin isə borcunun bir hissəsini, yəni 500 manatını qəbz yazaraq ödədiyini, məhkəmə onun tərəfindən verilmiş iddianı rədd edərkən Azərbaycan Respublikası MM-nin 373.2 və 375.2-ci maddələrinin tələblərinə istinad edərək iddia müddətinin buraxılmasını əsas götürdüyünü, cavabdehin borcunun 500 manatını xx.xx.2023-cü ildə ödəməklə iddia müddətinin axımının kəsilmədiyini, əksinə davam etdiyini, məhkəmənin işin bu halına düzgün hüquqi qiymət vermədiyini, buna görə də qətnamənin ləğv edilməli olması ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəy yənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdeh ləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasın ın düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yuxarıda qeyd edilən normaların məzmunundan da göründüyü kimi, cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi yalnız iddia müddəti dövründə iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələ n öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borc un icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmı ş faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş mü qavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni borcun ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə ba ğlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən iddiaçının apellyasiya şikayətində göstərdiyi cavabdehin borcundan 500 manatı xx.xx.2023-cü ildə ödəməklə iddia müddətinin axımının kəsilmədiyini göstərməsinə dair dəlilinə münasibətdə belə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti 02 aprel 2022-ci ildə bitdikdən 11 ay 17 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə 500 manat məbləğində cavabdehin borcu ödəməsinə dair iddiaçının yazılı qeyd təqdim etməsi iddia müddətinin axımının davam etməsinə səbəb olan hal hesab edilə bilməz. Kolleg iya Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyi baxımından iddia müddətinin keçməsinə görə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Göstərilənlərə əsasən kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz q ətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirman ti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərə k belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı аpеllyаsiyа şikаyəti təmin еdilm əsin. Şərur Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(110)-422/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar