Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-149/2024 27.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Ordubad Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(080)-157/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin (sədrlik edən hakim T.Haqverdiyev) xx.xx.2024-cü il tarixli, 2(080)-157/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 2(080)-157/2023 nömrəli, 08 sentyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080)-1 57/2023 saylı qərardadının ləğvi və buraxılmış müddətin bərpası tələbinə dair ərizə-vəsatətinin təmin edilməməsi və müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 23 may 2024-cü il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək 13 may 2024-cü il tarixli, 2(080)-157/2023 nömrəli qərardadın ləğv edilməsini, ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətində məhkəmə tərəfindən qəbul edilmiş 2(080)-157/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə razı olmadığını, huquqlarının kobud şəkildə pozulduğunu, qərardadın tam əsassız olduğunu, çıxarılmış qərardadın heç bir prosessual normaya uyğun gəlmədiyini, belə ki, hakimin işlərinə nəzər salındıqda yüzlərlə belə şikay ətləri təmin etdiyini, ən əsası odur ki, təmin etdiyi şikayətlərdəki insanların sosial vəziyyətlərinin onun həyatından qat-qat yaxşı olduğunu, məhkəmənin isə onun hərbiçi olduğunu ümumiyyətlə nəzərə almadığını göstərərək, Ordubad Rayon Məhkəməsinin 2(080)-157/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, şikayətinin təmin edilməklə buraxılmış prosessual müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(080)-157/2023 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının q anunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətlər i etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cəfər oğlu 30 noyabr 2023-cü ildə Ordubad Rayon Məhkəməsində qeydə alınmış apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 04 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasla geri qaytarılmışdır. İşin 74-cü səhifəsində olan, 14 dekabr 2023-cü ildə məhkəməyə daxil olmuş ərizə ilə müəyyən edilmişdir ki, iddiaçı “N” saylı hərbi hissədə zabit kimi çalışdığını, hərbi hissədən çölə çıxa bilmədiyinə görə vaxtında apellyasiya şikayəti verə bilmədiyini, iş rejimini nəzərə alaraq ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının məhkəmənin 08 sentyabr 2023-cü il tarixli 2(080)-157/2023 qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə-vəsatəti təmin edilməməklə müddətin bərpasından imtina edilmiş və məhkəmənin qeyd olunan qərardadı 29 dekabr 2023-cü ild ə saat 17:12-də İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İşin 98-ci səhifəsində olan, İddiaçı 29 aprel 2024-cü ildə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərdiyi vəsatətdən də göründüyü kimi, o birinci instansiya məhkəməsinin qərardadı qanuni qüvvəyə mindikdən 3 ay 21 gün sonra vəsatətlə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar vaxtı olmadığından qərardaddan şikayət verə bilmədiyini göstərərək buraxılmış prosessual müddətin bərpasından imtina ilə əlaqədar xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edib sikayətinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda 01 may 2024-cü ildə məhkəməyə daxil olmuş müddətin bərpasına dair ərizə və şikayətində məhkəmənin qərardadının ləğv edilməklə buraxılmış müddətin bərpa olunması na dair qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya iddiaçının şikayətinin dəlillərinə işdə toplanmış subutlarla birlikdə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassız olmaqla, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya işin şərh olunmuş halları və iddiaçı tərəfin şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi hüquq nor maları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, İddiaçı şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(080)-157/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı verdiyi şikayət təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(080)-157/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-149/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-149/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver