Məhkəmə qərarları › İş №2(108)-15/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-15/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-15/2021 25.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X12 məhkəmə iclas katibliyi və cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X15 X38 nümayəndəsi X16 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdeh lərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 03 noyabr 2011-ci il tarixli, 1003/F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən 29 oktyabr 2018-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə birinci tranş üzrə 153 000 (yüz əlli üç min) manat əsas borcun, 43 139,10 (qırx üç min yü z otuz doqquz manat on qəpik) manat faiz borcunun, 3 368,47 (üç min üç yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat cərimə pulunun, cəmi 199 507,57 (yüz doxsan doqquz min beş yüz yeddi manat əlli yeddi qəpik) manatın, ikinci tranş üzrə 48 155,28 (qırx səkkiz min yüz əlli beş manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 11 021,93 (on bir min iyirmi bir manat doxsan üç qəpik) manat faiz borcunun, 1 025,03 (min iyirmi beş manat üç qəpik) manat cərimə, cəmi 60 202,24 (altmış min iki yüz iki manat iyirmi dörd qəpik) manatın və üçüncü tranş üzrə 9 068,47 (doqquz min altmış səkkiz manat qırx yeddi qəpik) manat əsas borcun, 1 541,79 (min beş yüz qırx bir manat yetmiş doqquz qəpik) manat faiz borcunun, cəmi 10 610,26 (on min altı yüz on manat iyirmi altı qəpik) manat məbləğində pulun, iddia əri zəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilə, Cavabdeh6 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 41-1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (Ticarət mərkəzi və Lavaş sexinə), Cavabdeh5 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,1368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 71,60 kv.m yaşayış və 62,66 kv.m köməkçi sahədən ibarə t fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,0988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kv.m fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövləsinə, həmçinin Cavabdeh2 məxsus Naxçıvan MR, Şərir rayon Xok kəndində 0,2615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kv.m yaşayış sahəsindən ibarət fə rdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin (sədrlik edən: Z.Ə.Əhmədov) 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsi ilə tələb rədd edilmiş, iddia tələbi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Məhkəmənin həmin qətnaməsindən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 26 iyul 2019-cu il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, Kən gərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-180/2019 nömrəli, 22 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-180/2019 nömrəli, 22 noyabr 2019-cu il tarixli qətnaməsindən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sı ğortalanması Fondu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2019-cu il tarixli, 2(108)-180/2019 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(102)-2023/2020 nömrəli qərarı ilə qismən, yəni iddia tələbinin cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilərək, iş həmin hissələrdə yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Mülki iş apellyasiya şikayətinə qeyd olunan hissələrdə yenidən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində yazılmışdır ki, işin hallarından da göründüyü kimi İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanaraq tərəflər arasında öhdəlik münasibətləri yaransa da, əsl həqiqətdə cavabdehə verilmiş kredit məbləği Naxçıvan MR X19 vəsaiti olmuş və İddiaçı ASC ləğv edildikdən sonra bu təşkilat öz öhdəliklərinə əməl etməyərək verilmiş kreditləri Fondun hesabına geri qaytarmadığından həmin kreditin sonuncu ödənişi borclu tərəfindən birbaşa Fondun hesabına köçürülmüş və ya Fond tərəfindən yığılması h əyata keçirilmişdir. Məhkəmə bir daha qeyd edir ki, iş üzrə cavabdehə verilmiş kredit məbləği də məhz Naxçıvan MR X19 vəsaiti olmuş, lakin bu kreditlərin sahibkarlara verilməsi İddiaçı ASC vasitəsilə həyata keçirilmişdir. İddiaçı ASC ləğv olunduğundan və Fonda məxsus olan vəsaitlərin sahibkarlardan geri qaytarılması üçün tədbirlər görülmədiyindən Naxçıvan MR X27 da məhz öz vəsaitlərinin geri qaytarılması üçün tədbirlər görmüşdür. Göründüyü kimi məhkəmə qətnamədə özü təsdiq edir ki, tərəflər arasında kredit müqaviləsi mövcuddur və onlar arasında öhdəlik münasibətləri yaranmışdır. Həqiqətən də iddia ərizəsinə əlavə edilmiş 03.11.2011-ci il tarixli, 1003/F12 nömrəli kredit müqaviləsində də göstərildiyi kimi, borc verən borc alan Cavabdeh1 84 ay müddətinə illik 6 faizlə 255000 (iki yüz əlli beş min) manat kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qeyd olunan kredit müqaviləsində borc verən İddiaçı ASC-dir və borc alan Cavabdeh1 bu müqavilədən irəli gələn bütün öhdəliklərə görə yalnız borc verən-İddiaçı ASC qarşısında məsuliyyət daşıyır. Naxçıvan MR SKMF isə kredit müqaviləsinin tərəfi deyil və həmin müqavilə üzrə borc alan Cavabdeh1 heç bir vəsait tələb edə bilməz, çünki borc alan Naxçıvan MR SKMF qarşısında bu müqavilə ilə öz üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Eyni zamanda qətnamədə qeyd edilir ki, iş materiallarına əlavə olunmuş 26 oktyabr 2018-ci il tarixdə verilmiş maliyyə arayışlarından məlum olur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 1003/F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə əsas borc üzrə 48155.28 manat, faiz borcu üzrə 11021.93 manat, cərimə borcu üzrə 1025.03 manat olmaqla cəmi 60202.24 manat, 2-ci tranş üzrə əsas borc 153000 manat, faiz borcu üzrə 43139.10 manat, cərimə borcu üzrə 3368.47 manat olmaqla cəmi 199507.57 manat 3-cü tranş üzrə əsas borc 9068.47 manat, faiz borcu 1541.79 manat olmaqla cəmi 10610.26 manat məbləğində borc mövcuddur. Məhkəmə qətnamədə qeyd edir ki, kredit müqaviləsi bağlanaraq tərəflər arasında öhdəlik münasibətləri yaransa da, əsl həqiqətdə cavabdehlərə verilmiş kredit məbləği Naxçıvan MR X19 vəsaiti olmuşdur. Hakimin qeyd etdiyi SKMF vəsaiti və bununla bağlı bankla Naxçıvan MR SKMF arasındakı münasibətlər bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi ilə deyil, bankla Naxçıvan MR SKMF arasında mövcud olan müqavilə münasibətləri çərçivəsində tənzimlənir. Belə ki, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Fondun vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Qaydaların 3.4 və 3.5-ci bəndlərinə əsasən müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borc və hesablanmış faizləri Fondla bağladıqları m üqaviləyə uyğun olaraq hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri, onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Göründüyü kimi kredit alanın kredit borcunu ödəyibödəməməsindən asılı olmayaraq SKMF tərəfindən verilən vəsaitlər və ona hesablanmış faizlər, bankdan kredit götürən şəxs tərəfindən deyil, müvəkkil kredit təşkilatları tərəfindən qaytarılmalıdır. Yəni SKMF vəsaitlərinin qaytarılması üçün SKMF qarşısında cavabdeh olan bankdır, bankdan kredit alan şəxs deyil. “Vəsaitin qaytarılması istiqamətində Fond heç bir tədbir görməmişdir.” Cümləsinə münasibətdə bildirirlər ki, Əmanətlərin Sığortalanması Fondu 01.02.2016-cı ildə məhkəmə qərarı ilə bankın ləğvedicisi təyin edilmiş, ləğvetmə prosesi mürəkkəb proses olduğundan kreditor tələblərinin təsdiq edilməsi üçün uzunmüddətli məhkəmə prosesləri keçirildiyindən kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq növbəlilik qaydasında həyata keçirildiyindən Əmanətlərin Sığortalanması Fondunun Naxçıvan MR SKMF-nin pul tələbinin ödənilməsi istiqamətindən dərhal tədbir görə bilməsi ağlabatan və məntiqli deyil. Əvvəla bank ona görə müflis elan edilir ki, onun aktivləri kreditorları qarşısınd a olan öhdəliklərinin yerinə yetirilməsinə kifayət etmir. İkincisi, bankın kreditorlarının banka qarşı olan tələbləri qanuna müvafiq olaraq qeydə alınır və “Banklar haqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən ləğvedicinin qəbul etdiyi və etiraz etdiyi tələblərin siyahısı məhkəmənin təsdiqinə verilir. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Həmin Qanunun 82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürülür. Həmin Qanunun 87-ci maddəsinə əsasən 82-ci maddəyə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliliyinə müvafiq surətdə təsnifləşirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildi kdən sonra ödənilir. Naxçıvan MR X20 yuxarıda qeyd edilən Qanunun tələblərinə əməl etmədən, Bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin tərəfi olmadığı halda, cavabdehdən ödənişi qəbul edərək “sanki öz vəsaitinin qaytarılması istiqamətində özünün tədbir görməsi” (halbuki kreditor tələblərinin qaytarılması yalnız “Banklar haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulan qaydada, tələblərin qəbulu və bankın aktivlərinin növbəlilik qaydasında bölüşdürülməsi qaydasında aparılmalıdır) qeyri-qanunidir. Belə olan halda, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC qarşısında olan borcunu tam olaraq icra etməmiş, borcun bir hissəsini Naxçıvan MR SKMF kredit müqaviləsinin tərəfi olmadığı halda ona ödəmişdir. Kredit müqaviləsinin tərəfi olan ləğv prosesində olan İddiaçı ASC-yə ödəniş edilmədiyi üçün bank qarşısında öhdəlik icra olunmamış qalmışdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 387.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1, 217.3 və 384.0.2-ci maddələrinə istinad olunmuşdur. 28 yanvar 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı kollegiyanın ünvanına daxil olmuş 13 yanvar 2021-ci il tarixli, AZ-İ seriyalı, 749619 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 13.01.2010-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınaraq X2, X10, X21, X22 və X17 Cavabdeh1 hüquqi varisləri qismində prosesə cəlb olunmuşdurlar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə baxışı iclasında iştirak etmədiklərindən kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı ma ddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X15 X38 nümayəndəsi X25 izahatında apellyasiya şikayətini qəbul etmədiklərini və rədd olunmasını xahiş etdi. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin fikrlərini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Belə ki, kollegiya ilk növbdə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2019-cu il tarixli, 2(108)-180/2019 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(102)2023/2020 nömrəli qərarı ilə qismən, yəni iddia tələbinin “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması”nın rədd edilməsi hissələrində ləğv edilərək, iş həmin hissələrdə yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmiş, tələbin əsas borcun rədd olunmasına dair olan hissəsi isə dəyişdirilmədən saxlanılmışdır. Məhz bu səbəbdən də kollegiya hazırki mərhələdə işə baxarkən yalnız apellyasiya şikayətnin “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması” hissələrində dəlillərinə qiymət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(102)-2023/2020 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2019-cu il tarixli, 2(108)-180/2019 nömrəli qətnaməsi ləğv olunarkən həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə iddia tələbinin cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahələrindən çıxarılmasının rədd edilməsi hissələrində qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli,araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya tərəfindən apellyasiya şikayətinin “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyi n edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması” hissələrində dəlillərinə qiymət verilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının yuxarıda qeyd olunan göstərişləri nəzərə alınmış və bu konteksdən mülki iş materialları araşdırılarkən məlum olmuşdur ki, 1003/F12 nömrəli 03 noyabr 2011-ci il tarixli Təminatlı Kredit Müqaviləsinə əsasən həmin müqavilə İddiaçı ASC-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış, müqavilə ilə Cavabdeh1 84 ay müddətinə, illik 6% olmaqla üç tranş üzrə ümumilikdə 255000 (iki yüz əlli beş min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 03 noyabr 2011-ci il tarixli 345 nömrəli, 23 yanvar 2012-ci il tarixli 371 nömrəli və 06 mar t 2012-ci il tarixli, 03-F12 nömrəli ipoteka müqavilələri ilə Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 ilə İddiaçı ASC arasında ipoteka müqavilələri bağlanaraq öhdəlik təminat altına alınmış, qeyd olunan müqavilələrə əsasən Cavabdeh2 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzil, Cavabdeh6 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 411 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzil, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi, Cavabdeh2 məxsus Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Ticarət mərkəzi və Lavaş sexi), Cavabdeh5 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,1368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 71,60 kv.m yaşayış və 62,66 kv.m köməkçi sahə dən ibarət fərdi yaşayış evi, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,0988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kv.m fərdi yaşayış evi, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi, Cavabdeh2 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövlə, həmçinin Cavabdeh2 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,2615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 03 noyabr 2011-ci il tarixli, 1003/F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən 29 oktyabr 2018-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə birinci tranş üzrə 43 139,10 (qırx üç min yüz otuz doqquz manat on qəpik) manat faiz borcu və 3 368,47 (üç min üç yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat cərimə pulunun, ikinci tranş üzrə 11 021,93 (on bir min iyirmi bir manat doxsan üç qəpik) manat faiz borcu və 1 025,03 (min iyirmi beş manat üç qəpik) manat cərimə pulunun, üçüncü tranş üzrə isə 1 541,79 (min beş yüz qırx bir man at yetmiş doqquz qəpik) manat faiz borcunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilə, Cavabdeh6 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 41-1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 k v.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (Ticarət mərkəzi və Lavaş sexinə), Cavabdeh5 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,1368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 71,60 kv.m yaşayış və 62,66 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,0988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kv.m fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Naxçıvan MR, Şərur rayon Xok kəndində yerləşən tövləsinə, həmçinin Cavabdeh2 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,2615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavab dehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan göstərişləri nəzərə alınaraq tələbin faiz və cərimə borcuna dair hissədə borcun mövcud olub-olmamasının müəyyən olunması məqsədi ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(108)-142/2020 nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Mərkəzin kollegiyaya təqdim etdiyi 15 oktyabr 2020-ci il tarixli, 159/20 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “Tədqiqata təqdim edilən ikinci və üçün cü tranşlar üzrə 04.11.2015-ci il tarixədək olan cari hesabdan çıxarış məlumatlarında öz əksini tapan ödənişlər əsasında və cədvəl 1 məlumatları nəzərə alındıqda birinci tranş üzrə isə 06.03.2016-cı il tarixəyəni bankın ləğv edildiyi tarixdən bir ay sonrakı tarixə ssuda hesabdan çıxarışda göstərilən 116571,40 manat əsas borcu olması əsas götürülməklə, Naxçıvan Muxtar Respublikası X23 ödənişləri də nəzərə alınmaqla cədvəl qurulmuş, ümumilikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 1003/F12 saylı müqaviləyə əsasən faiz borcu 4359,26 (dörd min üç yüz əlli doqquz manat iyirmi altı qəpik) manat məyyən edilmişdir. İş materiallarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı ASC arasında bağlanmış 03 noyabr 201 1-ci il tarixli, 1003/F12 saylı müqaviləyə əsasən kredit müqaviləsi üzrə cərimə pulu 1 bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cərimə hesablanmır”. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, 159/20 nömrəli ekspert rəyindən də göründüyü kimi, 1003/F12 saylı kredit müqaviləsinə əsasən həmin kredit müqaviləsi üzrə faiz borcu ümumilikdə 4359,26 (dörd min üç yüz əlli doqquz manat iyirmi altı qəpik) manat məbləğində məyyən edilmiş, lakin cərimə borcu isə müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhm dar Cəmiyyəti iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərkən 03 noyabr 2011-ci il tarixli, 1003/F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən cavabdehlərdən 29 oktyabr 2018-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə birinci tranş üzrə 3 368,47 (üç min üç yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat və ikinci tranş üzrə 1 025,03 (min iyirmi beş manat üç qəpik) manat cərimə pulunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin ha llarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd olunan norma baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə pulu tənasübsüz olduğundan azaldılaraq, birinci tranş üzrə 200 (iki yüz) manat, ikinci tranş üzrə isə 100 (bir yüz) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd olunan prosessual hüquq normalarına uyğun olaraq sübutların qiymətləndirilməsi baxımından Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi həmin rəyi mötəbər sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ g əlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34 və 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri kimi müəyyə edilmişdir. Həmin Qanunun 37.3-cü maddəsi nə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlid irlər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci qərardadında qeyd olunmuşdur ki, “Kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbi nə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. “ Həmin Qərardadda həmçinin qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir”. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının həmin qərardadında qeyd olunan mövqeyinə uyğun olaraq qeyd edir ki, mülki iş üzrə tərəflər apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak etmədiklərindən ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində müəyyən olunmuş qiymətlə nəzərə alınmasına münasibətləri öyrənilə bilməmişdir. Bu səbəbdən də “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka ilə yüklü olunmuş əmlakların ilkin satış qiymətinin müəyyən olunması üçün kollegiyanın 11 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xİdmətinin kollegiyaya təqdim etdiyi daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəylərinə əsasən qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji əmlakların bazar qiyməti üçün əs as olan parametrlər və bazar trendi, eyni zamanda əmlak bazarındakı durğunluq nəzərə alınmaqla bu məbləğə 5 faizlik likvidlik tədbiq olunmuş və müvafiq qiymətləndirmə metodu tədbiq edilmişdir. Təqdim olunan rəylərə əsasən Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən, 0.085 ha torpaq sahəsi, yaşayış (əsas) sahəsi 92.85 m2, köməkçi sahəsi 123.56 m2, ümumi sahəsi, 216.41 m2, olan daşınmaz əmlakın 05.05.2021-ci il tarixinə bazar dəyəri 133000 manat; Cavabdeh1 (müqavilə bağlanarkən Cavabdeh2 mülkiyyətində olan) məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi: 49.60 m2, yaşayış (əsas) sahəsi 31.60 m2, köməkçi sahəsi: 18.00 m2 olan daşınmaz əmlakın 05.05.2021-ci il tarixinə bazar dəyəri 55300 manat; Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən torpaq sahəsi 0.2815 ha, üm umi sahəsi 246.1 m2, yaşayış (əsas) sahəsi 169.7 m2, köməkçi sahəsi 76.4 m2 olan daşınmaz əmlakın 02,08.2021-ci il tarixinə bazar dəyəri 30700 manat; Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən torpaq sahəsi 0.3714 ha, ümumi sahəsi: 143.4 m2, yaşayış (əsas) sahəsi 66.40 m2, köməkçi sahəsi 76.95 m2 olan daşınmaz əmlakın 02.08.2021-ci il tarixinə bazar dəyəri 23500 manat; Cavabdeh2 məxsus olan Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən ümumi sahəsi: 1073.00 m2, yaşayış (əsas) sahəsi: 789.40 m2, köməkçi sahəsi: 283.60 m2 olan daşınmaz əmlakın 03.08.2021-ci il tarixinə bazar dəyəri 21600 manat; Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsi: 0.047 ha,ümumi sahəsi: 168.54 m2,yaşayış (əsas) sahəsi: 87.85 m, köməkçi sahəsi: 80.69 m2 olan daşınmaz əml akın 08.06.2021-ci il tarixinə bazar dəyəri 106000 manat; X13 məxsus (müqavilə bağlanarkən Cavabdeh2 məxsus olmuş) Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən torpaq sahəsi: 0.15 ha, ümumi sahəsi: 529.33 m2, yaşayış (əsas) sahəsi: 463.63 m2, köməkçi sahəsi: 65.70 m2 olan daşınmaz əmlakın 03.08.2021-ci il tarixinə bazar dəyəri 155000 manat; Cavabdeh6 məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi: 66.10 m2, yaşayış (əsas) sahəsi: 42.35 m2, köməkçi sahəsi: 23.75 m2 olan daşınmaz əmlakın 08.06.2021-ci il tarixinə bazar dəyəri 67500 manat təşkil etdiyi müəyyən olunmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən kollegiyaya təqdim edilmiş 02 avqust 2021-ci il tarixli aktdan isə aydın olmuşdur ki, Naxçıvan MR DƏTMDX-nın Kəngərli rayon şöbəsinin müdiri əvəzi X18, Xok Bələdiyyəsinin sədri X26, Kəngərli rayon Xok kənd icra nümayəndəsi X7 iştirakları ilə Xok kənd sakinləri Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 məxsus əmlaklara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, kredit müqaviləsi bağlanarkən ipoteka ilə yüklü edilmiş digər əmlaklarCavabdeh5 məxsus **********83-10301 reyestr nömrəli 319 inventar nömrəli texniki pasportda göstərilmiş ümumi sahəsi 134 m2 olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin və Cavabdeh2 məxsus **********23-10301 reyestr nömrəli, 307 inventar nömrəli texniki pasportda göstərilmiş ümumi sahəsi 260 m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evinin hər ikisi mülkiyyətçilər tərəfindən sökülərək məhv edilmişdir. Buna görə də həmin əmlaklara dair qiymətləndirmə aparılması mümkün olmamışdır. Eyni zamanda həmin ak ta əsasən Cavabdeh1 məxsus **********22-10301 reyestr nömrəli, 306 inventar nömrəli, ümumi sahəsi 260m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evi isə naturada 220 m2 tövlə kimi fəaliyyət göstərir. Göründüyü kimi, ipoteka ilə yüklü olunmuş əmlaklardan Cavabdeh5 məxsus **********8310301 reyestr nömrəli 319 inventar nömrəli texniki pasportda göstərilmiş ümumi sahəsi 134 m2 olan 1 mərtəbəli 4 otaqlı yaşayış evi və Cavabdeh2 məxsus **********23-10301 reyestr nömrəli, 307 inventar nömrəli texniki pasportda göstərilmiş ümumi sahəsi 260 m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evi məhv olduğundan mövcudluğu ortadan qalxmış, eyni zamanda Cavabdeh1 məxsus **********22-10301 reyestr nömrəli, 306 inventar nömrəli, ümumi sahəsi 260m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evinin isə təyinatı dəyişdirilərək hazırda tövlə kimi istifadə olunmaqdadır. Məhz bu səbəbdən də kollegiya hesab edir ki, borcun ipoteka ilə yüklü edilmiş bu əmlaklara yönəldilməsi hazırki vəziyyətdə mümkünsüzdür. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında araşdırması zamanı müəyyən etdiyi hallara əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı tamamilə rədd edərkən mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı qismən səhv nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam araşdırılmamış, nəticədə düzgün olmayan qətnamə qəbul olunmuş, sübutlara hərtərəfli hüquqi qiymət verilmədən iddia tələbinin cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahələrindən çıxarılmasının rədd edilməsi hissələrində qanuni və əsaslı qərar qəbul edilməmişdir. İddiaçı təşkilat tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması üçün əsas təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaç ı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsi “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması” hissəsində qismən ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, Cavabdeh1 hüquqi varisləri X1, X3, X4, X5 və X6 03 noyabr 2011-ci il tarixli, 1003/F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən 29 oktyabr 2018-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ümumilikdə 4359,26 (dörd mi n üç yüz əlli doqquz manat iyirmi altı qəpik) manat faiz borcu və 300 manat cərimə borcu müştərək qaydada tutulmalı, tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilə, Cavabdeh6 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 41-1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə (hazırda Naxçıvan şəhəri, 4-cü küçə ev 25), Cavabdeh2 məxsus olmuş (hazırda X13 məxsus) Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (Ticarət mərkəzi və Lavaş sexinə), Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayı ş evinə, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus (hazırda Cavabdeh2 məxsus) Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövləsinə yönəldilməli, ipoteka predmeti olan Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiyməti 55300(əlli beş min üç yüz) manat, Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 411 nömrəli, 5 mərtəbəli binan ın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin ilkin satış qiyməti 67500(altmış yeddi min beş yüz) manat, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 133000(bir yüz otuz üç min) manat, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 nömrəli (hazırda Naxçıvan şəhəri, 4-cü küçə ev 25) fərdi yaşayış evinin ilkin satış qiyməti 106000(bir yüz altı min) manat, Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (Ticarət mərkəzi və Lavaş sexi) ilkin satış qiyməti 155000(bir yüz əlli beş min) manat, Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 30700(otuz min yeddi yüz) manat, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 23500 (iyirmi üç min beş yüz) manat, Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövlənin ilkin satış qiyməti 21600(iyirmi bir min altı yüz) manat dəyərində müəyyən olunmalı, ipoteka ilə yüklü e dilmiş həmin əmlaklar açıq hərracdan satılmalı, ipoteka satıldıqdan sonra cavabdehlər 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmalı, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq iddiaçı təşkilat tərəfindən iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 0.60 (altmış qəpik) manat hissəsi, 0,40 (qırx qəpik) manat bank xidməti haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 (on) manat xidmət haqqı cavabdehlərdən tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsi “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması”na dair qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya keçirilmiş ekspertiza ilə bağlı çəkilmiş xərclərə münasibətdə qeyd edir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarədir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarına əsasən kollegiya hesab edir ki, aparılmış məhk əmə tikinti texniki ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan cəmi 960 (doqquz yüz altmış) manat (daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəylərə əlavə edilmiş məktublara əsasən Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin əmlak kompleksi kimi qiymətləndirilməsinə görə xidmət haqqı - 80, 150, 120, 150, 120, 120, 80, 120 manat) ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 943 (doqquz yüz qırx üç) manat hissəsi iddiaçı təşkilat İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 17 (on yeddi) manat hissəsi isə cavabdehlərdən müştərək qaydada alınaraq Bank rekvizitləri: Alan X14 MR İdarəsi Kodu: 502906,VÖEN 020008741, Müxbir hesabı AZ 88NABZ ******************* *, S.W.İ.F.T BİK: NAVZAZ 2C, Alan müştəri-Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, HesabAZ21NABZ********************4, VÖEN-**********-ə keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin mater iallarına uyğun olsun. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 393, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsi “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması” his səsində qismən ləğv olunsun. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 hüquqi varisləri X1, X3, X8, X9 və X6 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ümumilikdə 4359,26 (dörd min üç yüz əlli doqquz manat iyirmi altı qəpik) manat faiz borcu və 300 (üç yüz) manat cərimə borcu tutulsun. Tutma ipoteka ilə yüklü olunmuş Cavabdeh2 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilə, Cavabdeh6 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 411 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3 -cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 nömrəli (hazırda Naxçıvan şəhəri, 4-cü küçə ev 25) fərdi yaşayış evinə, Cavabdeh2 məxsus olmuş (hazırda X13 məxsus) Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (Ticarət mərkəzi və Lavaş sexinə), Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus (hazırda Cavabdeh2 məxsus) Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövləsinə yönəldilsin. İpoteka predmeti olan Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nöm rəli mənzilin ilkin satış qiyməti 55300 (əlli beş min üç yüz) manat, Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 41-1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin ilkin satış qiyməti 67500 (altmış yeddi min beş yüz) manat, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 133000 (bir yüz otuz üç min) manat, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 (hazırda Naxçıvan şə həri, 4-cü küçə ev 25) nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 106000 (bir yüz altı min) manat, Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (Ticarət mərkəzi və Lavaş sexi) ilkin satış qiyməti 155000 (bir yüz əlli beş min) manat, Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 30700(otuz min yeddi yüz) manat, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış q iyməti 23500(iyirmi üç min beş yüz) manat, Cavabdeh1 məxsus (hazırda Cavabdeh2 məxsus) Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövlənin ilkin satış qiyməti 21600(iyirmi bir min altı yüz) manat müəyyən olunsun. İpoteka ilə yüklü edilmiş həmin əmlaklar açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş həmin əmlaklar satıldıqdan sonra cavabdehlər 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılsın. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq iddiaçı təşkilat tərəfindən iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun 0.60(altmış qəpik) hissəsi, 0,40 (qırx qəpik) manat bank xidməti haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 (on) manat xidmət haqqı cavabdehlərdən tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın. Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsi “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması” na dair qalmış hissədə dəyişdirilmədən saxlanılsın. Mülki iş üzrə aparılmış məhkəmə tikinti texniki ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan cəmi 960 (doqquz yüz altmış) manat məbləğində xərcin 943 (doqquz yüz qırx üç) manat hissəsi iddiaçı təşkilat İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 17 (on yeddi) manat hissəsi isə cavabdehlərdən müştə rək qaydada alınıb Bank rekvizitləri: Alan X14 MR İdarəsi Kodu: 502906,VÖEN 020008741, Müxbir hesabı AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C, Alan müştəri-Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Hesab- AZ21NABZ********************4, VÖEN-**********-ə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar