Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-151/2024 06.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ona dəymiş maddi zərərin əvəzi olaraq 800 (səkkiz yüz) manat, məhkəməyə müraciət etdiyinə görə 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 830 (səkkiz yüz otuz) manat pulun alınaraq o na ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “...məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 25, 2 6, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə işi birtərəfli araşdırmışdır. İddiaçı məhkəməyə məktub göndərmiş, bildirmişdir ki, uzaq yol olduğundan o Naxçıvan Muxtar Respublikasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Lakin məhkəmə bu ərizəni nəzərə almamışdır. Bundan başqa o bütün sübutları məhkəməyə təqdim etmişdir. Həmin sübutlara məhkəmə qiymət verməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin əsaslı olması üçün iddiaçı maddi ziyana məruz qalmalı, həmin ziyan cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində baş verməli, cavabdehin hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmalıdır. Həmçinin dəymiş ziyan cavabdeh tərəfindən ödənilməməlidir. Qeyd edir ki, o bütün sübutları təqdi m etmişdir. Telefonun qutusunu, şəkillərini, danışıqları diskdə, telefonun video görünüşünü, Polisin qəbul etdiyi qərar və sair. Lakin məhkəmə bu sübutlarına qiymət verməmişdir. Məhkəmə bu sübutlarına qiymət verməyərək, bildirmişdir ki, hər hansı bir mötəbər sübut təqdim etməyib. Tam absurddur. Sübut bəs necə olmalıdır, göydən düşmə paraşüt?. Məhkəmə onun uzaq yol gələ bilməməyi barədə ərizələrini, sübutlarını nəzərə almamışdır. Məhkəmə heç cavabdehin də iştirakını təmin etməmişdir. Ümumiyyətlə, cavabdeh bütün məsuliyyətdən kənarda qalmışdır. Cavabdehin iştirakı məhkəmə tərəfindən təmin etməli olduğu halda buna məhkəmə heç bir cəhd etməmiş, iddiaya real qiymət verməyərək, qısa konkret özünü belə yormadan iddianı rədd etməklə, canını qurtarmışdır. Cavabdehin iştirakı məhkəmə tərəfindən ni yə təmin edilməmişdir? Cavabdeh məhkəməyə gəlsə idi, məhkəmə iddianın mahiyyəti ilə bağlı cavabdehdən izahat alsa idi, hər şey sübut olunacaq idi. Əfsuslar olsun ki, məhkəmə işə çox biganə yanaşmışdır. Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 80, 88-ci maddələrinin tələbləri pozulmuşdur”. Apellyator sonda Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)330/2024 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı ba rədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, İddiaçı ərizə ilə kollegiyaya müraciət edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, Cavabdeh iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fizi ki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əs asən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 72.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruz əsini, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “..bütün sübutları təqdim etdiyini, telefonun qutusunu, şəkillərini, danışıqları diskdə, telefonun video görünüşünü, polisin qəbul etdiyi qərar və sair, lakin məhkəmənin bu sübutlara qiymət vermədiyini və hər hansı bir mötəbər sübut təqdim edilmədiyini qeyd etdiyini, tam absurd olduğunu, məhkəmə onun uzaq yol gələ bilməməyi barədə ərizələrini, sübutlarını nəzərə almadığını..” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bu dəlilləri işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, apellyasiya şikayətində dəlil kimi istinad edilən bu hallar Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi üçün əsas hesab edilə bilməz və dəlillər tamamilə əsassızdır. Belə ki, mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tədqiq olunmuş hallarından məlum olmuşdur ki, iddiaçı iddia ərizəsində özünə məxsus “Samsung A70” markalı mobil telefonu batareyasını dəyişməsi üçün cavabdehə təqdim etdiyini qeyd etmiş, cavabdeh tərəfindən həmin telefonun batareyası bir neçə dəfə dəyişdirilsə də, telefona qoyulmuş batareya enerji saxlamamış, nəticədə onun mobil telefonuna zərər dəymişdir. Bu halları təsdiq edəcək sübut qismində isə CD-də olan vatsap yazışmalarını, səs yazılarını və mobil telefonun fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Mülki işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğu nəticəsində Bakı Şəhər BPİ-nin Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materialın surətindən görünür ki, onun Polis Bölməsinə müraciətinə müvafiq olaraq Cavabdeh ilə əlaqə saxlanılsa da o, izahat verməkdən imtina etmiş, onun gördüyü işdən narazıdırsa, İddiaçı məhkəməyə müraciət etməsini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi vatsap yazışmaları, səs yazıları, telefonun fotoşəkilləri ilə, eləcə də, Bakı Şəhər BPİ-nin Yasamal RPİ-nin 28-ci PB-dən əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materialda olan məlumatlarla hazırki iddia tələbi üzrə cavabdeh tərəfindən iddiaçının mobil telefonun batareyasının bir neçə dəfə yenisi ilə əvəz olunması nəticəsində ona 800 (səkkiz yüz) manat məbləğində zərər dəyməsi və zərərin məhz cavabdeh tərəfindən vurulması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit e dir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilə n prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Beləliklə, kollegiya İddiaçı iddia tələbinin əsasını təşkil edən yuxarıda adları qeyd olunan sübutların qiymətləndirilməsi baxımından qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafi q faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Apellyasiya kollegiyası belə qənaətə gəlir ki, sübutlar, sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməl idir. Kollegiya iddiaçının birinci instansiya məhkəməsinə müraciət edərkən iddia ərizəsinə sübut qismində əlavə etdiyi fotoşəkillərə münasibətdə qeyd edir ki, həmin fotoşəkillər iddianın əsaslılığını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz, çünki həmin sübutun güvənliyi kifayət qədər şübhə doğurur. Həmçinin iddiaçının birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim etdiyi səs yazıları və vatsap yazışmalarına gəlincə, ilk növbədə qeyd olunmalıdır ki, kollegiya tərəfindən tədqiq olunmuş həmin yazışmalarda (səs və yazı) ümumiyyətlə cavabdehin iddiaçıya hər hansı bir məbləğdə borcunun mövcud olması təsdiqini tapmamış, bundan başqa vatsap yazışmalarının ümumiyyətlə tərəflərə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, “... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəs ində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının yuxarıda qeyd olunan qərarında ifadə etdiyi mövqe baxımından kollegiya qeyd edir ki, tərəflər istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak etmədiklərindən iddiaçı tərəfindən təqdim edilən CD-də olan yazışmaların (səs və yazı) onlar arasında baş tutub-tutmamasına aydınlıq gətirmək mümkün olmamışdır. Belə olan halda isə sübutların qiymətləndirilməsi baxımından iddiaçının təqdim etdiyi həmin sübutun mübahisənin əsaslılığını təsdiq edən mötəbər sübut kimi qəbul olunması mümkün olmamışdır. İ ddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə digər əsas kimi “..məhkəmənin heç cavabdehin də iştirakını təmin etmədiyini, ümumiyyətlə cavabdehin bütün məsuliyyətdən kənarda qaldığını, cavabdehin iştirakı məhkəmə tərəfindən təmin etməli olduğu halda buna məhkəmə heç bir cəhd etmədiyini, iddiaya real qiymət verməyərək, qısa konkret özünü belə yormadan iddianı rədd etməklə, canını qurtardığını, cavabdehin iştirakının məhkəmə tərəfindən niyə təmin edilmədiyini, cavabdeh məhkəməyə gəlsə idi, məhkəmə iddianın mahiyyəti ilə bağlı cavabdehdən izahat alsa idi, hər şeyin sübut olunacağını, məhkəmənin işə çox biganə yanaşdığını, bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 80, 88-ci ma ddələrinin tələbləri pozulduğunu..”göstərmişdir ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bu dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, qanunvericilik cavabdehin məhkəmədə məcburi iştirakını nəzərdə tutmamışdır və məhkəmənin vəzifəsini cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməklə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 148-ci maddəsində bəzi kateqoriya tələblər üzrə cavabdehin axtarışının elan edilməsi nəzərdə tutulsa da, kollegiya iddiaçının diqqətinə çatdırır ki, hazırki baxılan tələb üzrə cavabdehin axtarışı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılması ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmuş və yalnız bundan sonra işə mahiyyəti üzrə baxılması təmin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericilik sübutetmə yükünü ilk növbədə iddiaçının üzərinə qoymuşdur və ilk öncə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. İddianın əsaslılığını təsdiq edən sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi işin uğurlu həlli üçün kifayət edir və cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi halında belə qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək işə mahiyyəti üzrə baxılır. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “Dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(110)-330/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-151/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-151/2024
06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver