Məhkəmə qərarları › İş №2(108)-152/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-152/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-152/2023 07.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “”Ford Fusion” markalı avtomobilin təmiri zamanı cavabdehin təq siri üzündən ona dəymiş maddi zərərin əvəzinin cəmi 4721 (dörd min yeddi yüz iyimi bir) manat, dövlət rüsumu olaraq ödədiyi 67.21 (altmış yeddi manat iyirmi bir qəpik) manat, ümumilikdə 4788.21 (dörd min yeddi yüz səksən səkkiz manat iyirmi bir qəpik) manat pulun və mülki işin məhkəmə baxışı zamanı yaranacaq əlavə xərclərin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün 4 ədəd original şamın (sveçasının) alınmasına görə ödənilmiş 100 manat, avtomobilə yeni motorun alınmasına görə ödənilmiş 2200 manat, xx.xx.2023-cü il tarixdə 1 ədəd ravenol motor yağının alınmasına görə ödənilmiş 99 manat, 1 ədəd yağ filtirinin alınmasına görə ödənilmiş 10 manat, cəmi 2409 (iki min dörd yüz doqquz) manat və iddiaçı tərəfindən ödənilmiş 67.21 manat dövlət rüsumunun 34 manatı olmaqla, ümumilikdə 2443 (iki min dörd yüz qırx üç) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həqiqətən də iddiaçı özünə məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobili yoxlanılması üçün onun işlədiyi sexə gətirmiş, tərəfindən avtomobilin şamlarının dəyişdirilməli ol ması bildirilmişdir. Bu zaman şamların artıq istifadə müddəti bitdiyindən açılması mümkün olmamış və həmin şamların qoruyucu səthi qırılaraq avtomobilin matorxanasına dağılmışdır. Bundan sonra qırıntılar havalandırma vasitəsilə təmizlənmişdir ki, həmin vaxt iddiaçının gətirdiyi başqa işlənmiş şamlar da yerinə taxılıb maşını işə salmaq istəmiş, lakin maşın işə düşməmişdir. Gətirilən həmin şamların da istifadə müddəti bitdiyindən onların da açılması çətinlik yaratmış və onların da qoruyucu səthi qırılmışdır ki, qırıntıların təmizlənməsi eyni qaydada aparılmışdır. Bundan sonra iddiaçı yeni şam sifariş edəcəyi səbəbindən iki gün maşın onun işlədiyi sexdə qalmış və iddiaçı əsassız olaraq polis orqanlarına şikayət etmişdir ki, həmin orqan tərəfindən də iddiaçıya müvafiq cavab verilmişdir. Daha sonra isə iddiaçı yeni şam gətirmiş, lakin həmin şamlar yerinə taxılsa da avtomobil işə düşməmişdir. Eyni zamanda gətirilmiş yeni şamların açılması zamanı onların qoruyucu səthinə heç bir xətər yetirilməmişdir. Bundan sonra avtomobilə baxması üçün dəvət edilmiş, sexlərində motorist işləyən Rəsul usta həmin avtomobili 500 manata işlək vəziyyətə gətirəcəyini və bu məbləği də onun ödəyəcəyini bildirsə də, iddiaçı razılaşmamış, nəticədə sexdə və özünün məsuliyyəti altında olan maşını qoşqu ilə başqa usta yanına aparmışdır ki, avtomobil həmin vəziyyətdə qaydalara zidd olaraq işə salınmış, avtomobilin hər hansı zədələnmiş detalı üçün məsuliyyət onun üzərindən keçmişdir. Buna görə də iddiaçıya dəymiş ziyanın tam olaraq onun üzərinə düşməsi tələbi ilə razı deyil. Qanunvericiliyin tələbinə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərər vuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. O, 5 ildən artıqdır avtomobil təmiri ilə məşğuldur. Bu müddət ərzində də müştərilərinin ondan hər hansı şikayətləri olmamış, baş vermiş cüzi narazılıqlar isə qarşılıqlı razılıq əsasında həll edilmişdir. Bu baxımdan bir daha qeyd edir ki, onun iddiaçı ilə hər hansı ədavəti olmayıb və onun avtomobilinə ziyan vurulması ilə bağlı qərəzli mövqeyi də yoxdur. O ustadır və müştərilərinə xidmət göstərib pul qazanır. Bu baxımdan iddiaçının məhkəmədə ona qarşı vermiş olduğu absurd izahatında göstərdiyi kimi guya açarı olmadığı üçün avtomobilin şamlarının aidiyyatı olmayan açarla açmağı səbəbindən şamların qoruyucu səthinin qırılıb səpələnməsini əksinə iddiaçının ona qarşı qərəzli və planlaşdırılmış mövqeyi kimi qiymətləndirir. Qeyd etdiyi kimi, işlədiyi yer bir avtomobil təmiri sexidir və orada hər hansı bir açarın olmaması gülünc iddiadır. Digər tərə fdən də köhnəlmiş şamların qoruyucu səthinin qırılıb səpələnməsi onun günahı və ya iddiaçıya qarşı qərəzli mövqeyinin olmasına dəlalət etmir. O, iddiaçıya şamların dəyişdirilməli olmasını bildirmiş, sonradan motorun işə düşməməsi onun imkanı xaricində olsa da, tərəfindən dəvət edilmiş usta Rəsul 500 manat xərclə motoru işlək vəziyyətdə iddiaçıya qaytarmağı və bu xərci də onun çəkəcəyini bildirsə də, iddiaçı bu təklifi qəbul etməyib və maşını qoşqu ilə başqa usta yanına apararaq bilavasitə avtomobilinə ziyan vurulmasına özü şərait yaradıb. Belə ki, məhkəmə iclasına bilavasitə məhkəmənin təşəbbüsü ilə dəvət edilmiş mütəxəssis X1 izahatından da aydın olur ki, ziyan iddiaçı tərəfindən avtomobilin aparıldığı digər ustanın yanlış təmir metodu nəticəsində vurulmuşdur. Hazırki iş üzrə o məsuliyyət ini dərk edir və iddiaçıya dəymiş ziyana görə üzərinə düşən həddə vurulmuş ziyanı ödəməyə də hazırdır. Lakin, onun birbaşa və ya qəsdən (təqsirli olaraq) iddiaçıya ziyan vurmaq niyyəti olmadığından məhkəmə qərarının bununla bağlı hissəsi ilə də razı deyil və göstərdiyi maddi hüquq normalarının məhkəmə tərəfindən pozulması qənaətindədir. Hazırki iş üzrə məhkəmə qərar qəbul edərkən qənaətinə görə qeyd edilən prosessual qanunvericiliyin müddəalarını pozmuşdur. Çünki, iddiaçı özünə məxsus avtomobilə onun tərəfindən təqribən 5000 manata yaxın ziyan vurmasını iddia etsə də, sübut etmə vəzifəsi onun üzərinə düşdüyü halda bu faktı sübut edə bilməmiş həmçinin, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, o, iddiaçının avtomobili yoxlanılması üçün işlədiyi sexə gətirdiyini, bu zaman şamların artıq istifadə müddəti bitdiyindən açılması mümkün olmadığını, həmin şamları açarkən qoruyucu səthin qırılaraq avtomobilin motorxanasına dağıldığını o, özü etiraf edir və qəbul edir. Bu halın yəni, açılıb təmizləndikdən sonra motorun işlək vəziyyətə qayıdacağı ilə o, iddiaçı və məhkəməyə dəvət edilmiş şahid X11 öz ifadələrində bildirsə də, məhkəmə bunları nəzərə almamışdır. Digər tərəfdən iddiaçı öz izahatında maşının işlək vəziyyətdə olduğunu bildirsə də, onun nümayəndəsi Nümayəndə izahatında avtomobilin nasaz olduğunu bildirmişdir. Hansı ki, avtomobilin əlavə nə kimi nasazlığı olduğu barəsində ona bildirilməmişdir. Eyni zamanda avtomobil sexdə olarkən onun motor və ya hər hansı detalının dəyişdirilməsi ilə bağlı müzakirə aparılmamış, məhkəmə iclasında istər şahid, istə r dəvət edilmiş mütəxəssis bu vəziyyətdə avtomobilin işə salınmasının təhlükəli olduğunu bildirdikləri halda, iddiaçı öz izahatında avtomobilini qoşqu ilə başqa usta yanına apardığını və bundan sonra xərclərin bilavasitə avtomobilin başqa usta yanında olarkən çəkildiyini bildirmişdir. Halbuki, avtomobil onların sexində olarkən 500 manata onun motorunun təmizlənməsi və işlək vəziyyətdə təhvil verilməsi iddiaçıya bildirilmişdir. Qənaətinə görə avtomobil onların sexində qalmalı və təmir edildikdən sonra iddiaçıya təhvil verilməli idi. Avtomobili qoşqu ilə digər usta yanına apardığına görə artıq məsuliyyəti o deyil, iddiaçı və digər onu təmir etmiş usta daşımalıdır. Bu səbəbdən də hesab edir ki, iddiaçının ona qarşı tələbi prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tam sübuta yetiril məmişdir. Məhkəmənin qəbul etmiş olduğu qətnaməyə əsasən, iddiaçıya məxsus avtomobilə həmin avtomobilin şamlarının açılması zamanı şamların qoruyucu səthinin qırılması və bu zaman onun qırıntılarının motor və digər hissələrinə zərər vurduğu, onları sıradan çıxardığı nəticəsində iddiaçıya cavabdeh tərəfindən ziyan vurulmuşdur. Avtomobil iki gündən artıq onun işlədiyi sexdə qalmış, baş vermiş hadisə ilə əlaqədar onun işə salınması məqbul hesab edilməmişdir. Bunun üçün isə ilk növbədə motorun açılaraq təmizlənməsinin vacib olması idi. Hansı ki, bu fakt üzrə dindirilmiş şahid və mütəxəssisin izahatlarında öz əksini tapmışdır. İddiaçı isə mülkiyyətçi olaraq motorun təmizlənməsinə izin verməmiş, daha sonra isə avtomobili qoşqu ilə digər usta yanına aparmışdır. Sonuncu şəxsin isə avtomobili hansı şəraitdə qəbul etməsi və onun necə işə salması ilə bağlı hallar araşdırılmamış, sonradan motorun dəyişdirilməsi üçün əsas olmuş səbəblər dəqiqləşdirilməmişdir. Qəbul edilmiş qətnamədə məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilə onun tərəfindən ziyan vurulması öz təsdiqini tapmışdır. Eyni zamanda həmin qətnamədə göstərilir ki, məhkəmə baxışı iclasına dəvət edilən mütəxəssis D.Məmmədov şifahi məsləhətində avtomobildə şamların qoruyucuları qırılıb mühərrikə tökülərsə porşenin başına töküldüyünü, bunun yeganə təmir yolu motorun üstdən açılıb “porşenin” təmizlənməli olduğunu, belə bir hal baş verərsə motora starter verilməməli, verilərsə qırıntıların “porşeni” və “klapanları” əzə biləcəyini, “klapanın” isə “porşeni n” başına düşərsə “gilizlərə” ziyan vura biləcəyini, bir neçə dəfə starter verilməsi mühərrikinin tutulmasına, “porşen” və “klapanlara” ziyan vurulmasına, nəticədə isə motorun sıradan çıxmasına səbəb olacağını bildirmişdir. Lakin avtomobil onun işlədiyi sexdə və onun iştirakı ilə deyil, kənar şəxslər tərəfindən işə salınmış, avtomobilin motor və digər hissələrinə bundan sonra xətər yetirilmişdir ki, bu hallar da məhkəmə tərəfindən araşdırılmamış, avtomobilə tam olaraq onun təqsiri üzündən ziyan vurulması məhkəmə icraatı zamanı sübuta yetirilməmişdir. İddiaçı məhkəməyə müraciət edərək ona məxsus avtomobilə təmir zamanı 4721 (dörd min yeddi yüz iyimi bir) manat məbləğində ziyan vurulduğunu iddia etsə də, Şərur Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ilə iddia qismən təmin edilmiş və iddiaçıy a guya onun tərəfindən 2409 (iki min dörd yüz doqquz) manat məbləğində ziyan vurulması qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin qəbul etdiyi bu qərarla da razı deyil. Çünki, qəbul edilmiş qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyil. Belə ki, tərəfindən iddiaçıya motorun açılması, təmizlənməsi və bununla bağlı çəkiləcək xərclərin onun tərəfindən ödəniləcəyini öz öhdəsinə götürsə də, iddiaçı bunu qəbul etməmiş və avtomobilini başqa usta yanına apararaq motorun yanlış işə salınması sonra isə yanlış açılaraq təmizlənməsi nəticəsində avtomobilə ziyan vurulmuşdur. Göstərilən səbəbdən də məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi qənaətindədir. Sübutetmə yükünün prosessual qanunvericiliyə uyğun olaraq əsasən iddiaçının üzərinə düşməsi və iddia tələbinin əsassızlığ ı səbəbindən tərəfindən birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edir ki, avtomobilin qoşqu ilə yanına aparıldığı usta X8 birinci instansiya məhkəməsinə dəvət edilsə də, o məhkəmə iclasında iştirak etmədiyindən, onun apellyasiya kollegiyası tərəfindən məhkəməyə dəvət edilməsini zəruri hesab edirəm. Apellyator sonda Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)464/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 104.1-ci və 106.1-ci maddələrinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin nümayəndəsi X3 Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Şərur Rayon Məhkəməsinin 24 av qust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 37 2.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasi ya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu h ədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarını, apellyasiya şikayətinin təmin edilməsi barədə cavabdeh tərəfinin dəlillərini, eyni zamanda apellyasiya şikayətinin rədd edilməklə Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - İddia ərizəsinə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “”Ford Fusion” markalı nəqliyyat vasitəsi Şərur rayon Qarxun kənd sakini İddiaçı məxsusdur; - İddia ərizəsinə əlavə olunmuş Ümid Avto tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, Ford markalı avtomobilin 4 ədəd orginal sveçasının (şamların) alınmasına görə 100 manat ödənilmişdir; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli məxaric xəzinə orderinə əsasən, İddiaçı tərəfindən Ford-fusion model avtomobilin motorunun yığılması üçün X5 1210 (bir min iki yüz on) manat ödənilmişdir; - İddia ərizəsinə əlavə olunmuş fotoşəkilə əsasən 8 ədəd şamların qoruyucu təbəqələri qırılmışdır; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzə əsasən 370 manat pul ödənilmişdir; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı 2200 manat dəyərində 1 ədəd Ford fusionun avtomobilinin motorunu almışdır; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, motorun alınmasına 2200 manat pul ödənmişdir; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı tərəfindən “Məsur” mağaza 47 ünvanından 1 ədəd motor yağı üçün 99 manat, 1 ədəd yağ filtir ford üçün 10 manat və 1 ədəd ford hava filtiri üçün 15 manat olmaqla cəmi 124 manat ödənilmişdir; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimədən görünür ki, İddiaçı tərəfindən “Məsur” mağaza 47 ünvanından 1 ədəd motor yağı üçün 95 manat və 1 ədəd yağ filtir ford üçün 10 manat olmaqla cəmi 105 manat pul ödənilmişdir; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli qaiməyə əsasən əsasən İddiaçı tərəfindən “Məsur” mağaza 47 ünvanından 2 ədəd motor yağı üçün 56 manat pul ödənilmişdir; - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli qaiməyə əsasən İddiaçı tərəfindən “Məsur” mağaza 47 ünvanından 1 ədəd ravenol üçün 99 manat və 1 ədəd yağ filtir ford üçün 10 manat olmaqla cəmi 109 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin ç əkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki işin yuxarıda sadalanan t əqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı özünə məxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobildə yaranmış nasazlığın aradan qaldırılması üçün avtomobili Şərur şəhəri ərazisində yerləşən “RTS” avtomobil təmiri sexində xidmət göstərən usta Cavabdeh yanına aparmış, usta avtomobili kompyuterə salaraq avtomobilin şamlarına baxılması və zaslonka deyilən detalın təmizlənməsinə ehtiyac olduğunu bildirmiş, onunla qeyd olunan nasazlıqları aradan qaldırılması barədə tərəflər razılaşmış, usta Cavabdeh tərəfindən avtomobilin şamları açılarkən onların qoruyucu təbəqələri qırılaraq motorun “porşen”inin başına tökülmüş, usta hava ilə həmin qırıntıları təmizləmiş, iddiaçı tərəfindən alınmış yeni şamları yerinə bağlamış, avtom obili işə salmaq istəsə də, avtomobil işə düşməmiş, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında da etiraf etdiyi kimi şamları yenidən açarkən onlarında qoruyucu örtükləri qırılaraq motorun “porşen”inin başına tökülmüş, bundan sonra o, yenidən avtomobili işə salmağa çalışsa da avtomobil işə düşməmişdir. İş üzrə Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında avtomobili işə salınması üçün 3-4 dəfə “starter” versə də, avtomobilin işə düşməməsini özü də etiraf etmişdir. Cavabdeh İddiaçı motorun açılıb təmizlənməsi üçün usta xərci olaraq 500 manat tələb etmiş, İddiaçı avtomobilinə onun təqsiri ucbatından ziyan dəydiyini, xərcini də onun çəkməli olduğunu bildirsə də, Cavabdeh həmin xərci çəkməkdən imtina etdiyindən, o, avtomobili X8 adlı digər ustanın yanına aparmış, avtomobilə dəyən ziyanın aradan qaldırılması üçün İddiaçı digər usta X5 xx.xx.2023-cü il tarixdə 99 manat dəyərində 1 ədəd motor yağı, 10 manat dəyərində 1 ədəd yağ filtiri və 15 manat dəyərində 1 ədəd hava filtiri, xx.xx.2023-cü il tarixdə 95 manat dəyərində 1 ədəd motor yağı və 10 manat dəyərində 1 ədəd yağ filtiri, xx.xx.2023-cü il tarixdə 56 manat dəyərində 2 ədəd motor yağı alıb verməsinə baxmayaraq, X8 tərəfindən də, avtomobilə vurulmuş ziyanın aradan qaldırılması mümkün olmamışdır. Nəticədə İddiaçı məcbur qalıb avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün 2200 manat məbləğində avtomobilə başqa işlənmiş motor və əlavə olaraq xx.xx.2023-cü il tarixdə 99 manat dəyərində 1 ədəd ravenol motor yağı və 10 manat dəyərində 1 ədəd yağ filtiri almışdır. İş materiallarından da göründü yü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı iclasına dəvət edilən mütəxəssis X6 şifahi məsləhətində avtomobildə şamların qoruyucuları qırılıb mühərrikə tökülərsə porşenin başına töküldüyünü, bunun yeganə təmir yolu motorun üstdən açılıb “porşenin” təmizlənməli olduğunu, belə bir hal baş verərsə motora starter verilməməli, verilərsə qırıntıların “porşeni” və “klapanları” əzə biləcəyini, “klapanın” isə “porşenin” başına düşərsə “gilizlərə” ziyan vura biləcəyini, bir neçə dəfə starter verilməsi mühərrikin tutulmasına, “porşen” və “klapanlara” ziyan vurulmasına, nəticədə isə motorun sıradan çıxmasına səbəb olacağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslar dan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.6-cı maddələrinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs on a vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericiliyin qeyd olunan müddəalarının məzmunu onu deməyə əsas verir ki, öhdəlik bir şəxsin başqa şəxsə zərər vurması nəticəsində də yarana bilir və bu halda zərər dəyən şəxsin kreditor qismində çıxış etməklə borcludan vurulmuş zərərin əvəzinin ö dənilməsini tələb etmək hüququ vardır, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadığı halda isə zərərin ödənilməli olan əvəzi tam həcmdə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törə tmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan m ənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzun a vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında o da qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı madd ələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən,... Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Bəhs olunan plenum qərarında o da göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə mövcud vəziyyətdə iddiaçıya vurulmuş zərərin cavabdeh tərəfindən ödənilməsini is tisna edən, onu məsuliyyətdən azad edən hər hansı hal mövcud olmadığından birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında qanuni və əsaslı nəticəyə gəlmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...həqiqətən də iddiaçı özünəməxsus ** BJ *** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobili yoxlanılması üçün onun işlədiyi sexə gətirdiyini, tərəfindən avtomobilin şamlarının dəyişdirilməli olması bildirildiyini, bu zaman şamların artıq istifadə müddəti bitdiyindən açılması mümkün olmadığını və həmin şamların qoruyucu səthi qırılaraq avtomobilin motorxanasına dağıldığını, bundan sonra qırıntıların havalandırma vasitəsilə təmizləndiyini, həmin vaxt iddiaçının gətirdiyi b aşqa işlənmiş şamların da yerinə taxılıb maşını işə salmaq istədiyini lakin maşının işə düşmədiyini, gətirilən həmin şamların da istifadə müddəti bitdiyindən onların da açılmasının çətinlik yaratdığını və onların da qoruyucu səthinin qırıldığını, qırıntıların təmizlənməsinin eyni qaydada aparıldığını, bundan sonra iddiaçının yeni şam sifariş edəcəyi səbəbindən iki gün maşın onun işlədiyi sexdə qaldığını və iddiaçının əsassız olaraq polis orqanlarına şikayət etdiyini, həmin orqan tərəfindən də iddiaçıya müvafiq cavab verildiyini, daha sonra isə iddiaçının yeni şam gətirdiyini, lakin həmin şamların yerinə taxılsa da avtomobilin işə düşmədiyini, eyni zamanda gətirilmiş yeni şamların açılması zamanı onların qoruyucu səthinə heç bir xətər yetirilmədiyini, bundan sonra avtomobilə baxması üçün dəvət edilmiş, sexlərində motorist işləyən Rəsul ustanın həmin avtomobili 500 manata işlək vəziyyətə gətirəcəyini və bu məbləği də onun ödəyəcəyini bildirsə də iddiaçının razılaşmadığını, nəticədə sexdə və özünün məsuliyyəti altında olan maşını qoşqu ilə başqa usta yanına apardığını, avtomobilin həmin vəziyyətdə qaydalara zidd olaraq işə salındığını, avtomobilin hər hansı zədələnmiş detalı üçün məsuliyyətin onun üzərindən keçdiyini, buna görə də iddiaçıya dəymiş ziyanın tam olaraq onun üzərinə düşməsi tələbi ilə razı olmadığını, onun 5 ildən artıqdır avtomobil təmiri ilə məşğul olduğunu, bu müddət ərzində də müştərilərinin ondan hər hansı şikayətləri olmadığını, baş vermiş cüzi narazılıqların isə qarşılıqlı razılıq əsasında həll edildiyini, onun iddiaçı ilə hər hansı ədavəti olmadığını və onun avtomobilinə ziyan vurulması ilə bağlı qərəzli mövqeyi də olmadığını, onun usta olduğunu və müştərilərinə xidmət göstərib pul qazandığını, bu baxımdan iddiaçının məhkəmədə ona qarşı vermiş olduğu absurd izahatında göstərdiyi kimi guya açarı olmadığı üçün avtomobilin şamlarının aidiyyatı olmayan açarla açmağı səbəbindən şamların qoruyucu səthinin qırılıb səpələnməsini əksinə iddiaçının ona qarşı qərəzli və planlaşdırılmış mövqeyi kimi qiymətləndirdiyini, qeyd etdiyi kimi, işlədiyi yerin bir avtomobil təmiri sexi olduğunu və orada hər hansı bir açarın olmamasının gülünc iddia olduğunu, digər tərəfdən də köhnəlmiş şamların qoruyucu səthinin qırılıb səpələnməsinin onun günahı və ya iddiaçıya qarşı qərəzli mövqeyinin olmasına dəlalət etmədiyini, onun iddiaçıya şamların dəyişdirilməli olmas ını bildirdiyini, sonradan motorun işə düşməməsi onun imkanı xaricində olsa da, tərəfindən dəvət edilmiş usta Rəsulun 500 manat xərclə motoru işlək vəziyyətdə iddiaçıya qaytarmağı və bu xərci də onun çəkəcəyini bildirsə də iddiaçının bu təklifi qəbul etməyib və maşını qoşqu ilə başqa usta yanına apararaq bilavasitə avtomobilinə ziyan vurulmasına özü şərait yaratdığını, belə ki, məhkəmə iclasına bilavasitə məhkəmənin təşəbbüsü ilə dəvət edilmiş mütəxəssis X1 izahatından da ziyanın iddiaçı tərəfindən avtomobilin aparıldığı digər ustanın yanlış təmir metodu nəticəsində vurulduğunun aydın olmasını, hazırki iş üzrə onun məsuliyyətini dərk etdiyini və iddiaçıya dəymiş ziyana görə üzərinə düşən həddə vurulmuş ziyanı ödəməyə də hazır olduğunu, lakin, onun birbaşa və ya qəsdən (təqsirli olaraq) idd iaçıya ziyan vurmaq niyyəti olmadığından məhkəmə qərarının bununla bağlı hissəsi ilə də razı olmadığını və göstərdiyi maddi hüquq normalarının məhkəmə tərəfindən pozulması qənaətində olduğunu, hazırki iş üzrə məhkəmə qərar qəbul edərkən qənaətinə görə qeyd edilən prosessual qanunvericiliyin müddəalarını pozduğunu, çünki, iddiaçının özünə məxsus avtomobilə onun tərəfindən təqribən 5000 manata yaxın ziyan vurmasını iddia etsə də sübut etmə vəzifəsi onun üzərinə düşdüyü halda bu faktı sübut edə bilmədiyini həmçinin, bu halın məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığını, belə ki, o, iddiaçının avtomobili yoxlanılması üçün işlədiyi sexə gətirdiyini, bu zaman şamların artıq istifadə müddəti bitdiyindən açılması mümkün olmadığını, həmin şamları açarkən qoruyucu səthin qırılaraq avtomobilin motorxanasına dağıldığını onun özünün etiraf etdiyini və qəbul etdiyini, bu halın yəni, açılıb təmizləndikdən sonra motorun işlək vəziyyətə qayıdacağı ilə o, iddiaçı və məhkəməyə dəvət edilmiş şahid X11 öz ifadələrində bildirsə də məhkəmənin bunları nəzərə almadığını, digər tərəfdən iddiaçının öz izahatında maşının işlək vəziyyətdə olduğunu bildirsə də onun nümayəndəsi Nümayəndə izahatında avtomobilin nasaz olduğunu bildirdiyini, hansı ki, avtomobilin əlavə nə kimi nasazlığı olduğu barəsində ona bildirilmədiyini, eyni zamanda avtomobil sexdə olarkən onun motor və ya hər hansı detalının dəyişdirilməsi ilə bağlı müzakirə aparılmadığını, məhkəmə iclasında istər şahid, istər də dəvət edilmiş mütəxəssisin bu vəziyyətdə avtomobilin işə salınmasının təhlükəli olduğunu bildirdikləri halda, iddi açının öz izahatında avtomobilini qoşqu ilə başqa usta yanına apardığını və bundan sonra xərclərin bilavasitə avtomobilin başqa usta yanında olarkən çəkildiyini bildirdiyini, halbuki, avtomobil onların sexində olarkən 500 manata onun motorunun təmizlənməsi və işlək vəziyyətdə təhvil verilməsinin iddiaçıya bildirildiyini, qənaətinə görə avtomobil onların sexində qalmalı və təmir edildikdən sonra iddiaçıya təhvil verilməli olduğunu, avtomobili qoşqu ilə digər usta yanına apardığına görə artıq məsuliyyəti o deyil, iddiaçı və digər onu təmir etmiş ustanın daşımalı olduğunu, bu səbəbdən də iddiaçının ona qarşı tələbi prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tam sübuta yetirilmədiyini, qəbul edilmiş qətnamədə məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı məxsus ** BJ *** nömrəli dövlət qe ydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilə onun tərəfindən ziyan vurulması öz təsdiqini tapdığını, eyni zamanda həmin qətnamədə məhkəmə baxışı iclasına dəvət edilən mütəxəssis D.Məmmədov şifahi məsləhətində avtomobildə şamların qoruyucuları qırılıb mühərrikə tökülərsə porşenin başına töküldüyünü, bunun yeganə təmir yolu motorun üstdən açılıb “porşenin” təmizlənməli olduğunu, belə bir hal baş verərsə motora starter verilməməli, verilərsə qırıntıların “porşeni” və “klapanları” əzə biləcəyini, “klapanın” isə “porşenin” başına düşərsə “gilizlərə” ziyan vura biləcəyini, bir neçə dəfə starter verilməsi mühərrikinin tutulmasına, “porşen” və “klapanlara” ziyan vurulmasına, nəticədə isə motorun sıradan çıxmasına səbəb olacağını bildirdiyini, lakin avtomobilin onun işlədiyi sexdə və onun iştir akı ilə deyil kənar şəxslər tərəfindən işə salındığını, avtomobilin motor və digər hissələrinə bundan sonra xətər yetirildiyini, bu halların da məhkəmə tərəfindən araşdırılmadığını, avtomobilə tam olaraq onun təqsiri üzündən ziyan vurulmasının məhkəmə icraatı zamanı sübuta yetirilmədiyini, İddiaçı məhkəməyə müraciət edərək ona məxsus avtomobilə təmir zamanı 4721 (dörd min yeddi yüz iyimi bir) manat məbləğində ziyan vurulduğunu iddia etsə də, Şərur Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ilə iddianın qismən təmin edildiyini və iddiaçıya guya onun tərəfindən 2409 (iki min dörd yüz doqquz) manat məbləğində ziyan vurulması qənaətinə gəldiyini, halbuki, məhkəmənin qəbul etdiyi bu qərarla da razı olmadığını, çünki, qəbul edilmiş qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmadığını, b elə ki, tərəfindən iddiaçıya motorun açılması, təmizlənməsi və bununla bağlı çəkiləcək xərclərin onun tərəfindən ödəniləcəyini öz öhdəsinə götürsə də iddiaçının bunu qəbul etmədiyini və avtomobilini başqa usta yanına apararaq motorun yanlış işə salınması sonra isə yanlış açılaraq təmizlənməsi nəticəsində avtomobilə ziyan vurulduğunu, göstərilən səbəbdən də məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi qənaətində olduğunu, sübutetmə yükünün prosessual qanunvericiliyə uyğun olaraq əsasən iddiaçının üzərinə düşməsi və iddia tələbinin əsassızlığı səbəbindən tərəfindən birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilmədiyini, avtomobilin qoşqu ilə yanına aparıldığı usta X8 birinci instansiya məhkəməsinə dəvət edilsə də, onun məhkəmə iclasında iştirak etmədiyindən, apelly asiya kollegiyası tərəfindən məhkəməyə dəvət edilməsini zəruri hesab etdiyini” göstərmişdir ki, kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, göstərilən bu dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, şikayətdə qeyd olunan hallar mülahizə xarakterlidir və mübahisənin hallarını özündə əks etdirən məlumatlardan ibarətdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ po zulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1114.1-ci mаddəsinə əsаsən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olara q zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiya da baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)464/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, kollegiya qeyd edir ki, ic raatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan.... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(110)-464/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar