Məhkəmə qərarları › İş №2(108)-154/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-154/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-154/2021 16.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 16 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 19.000 (on doqquz min) manat əsas pulun, 12.000 (on iki min) manat əldən çıxmış faydanın və vəkilə ödədiyi iki yüz on manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadı ilə (sədrlik edən X2) İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərar alınmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 14 iyul 2021-ci il tarixdə şikayət ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək baxılmamış 2(110)-416/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli iddia ərizəsinə yenidən baxılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadı ilə Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətin t əmin edilməməsi və 7 gün müddətində 2(110)416/2021 nömrəli mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, həmin vaxt, 03.06.2021-ci il tarixdə doğulduğu Tovuz rayonunda idi. Bildirişi almayıb, pandemiya ilə bağlı atasının səhhəti ilə bağlı gedib. 22.06.2021-ci il tarixli qərarı 06 iyul 2021-ci il tarixdə alıb. Qərarı almadan bir həftə öncə işi ilə bağlı Şərur Rayon Məhkəməsinə zəng edib və ona bildiriblər ki, 22.06.2021-də işə baxılmış və baxılmamış saxlanılması qərara alınmışdır. O belə hesab edir ki, üzrlü səbəbdən iştirak edə bilməmiş və şəxsən ona bildiriş çatmayıb, ona görə də yenidən işə baxıla bilər. İddiaçı şikayətə baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmiş, 13 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ünvanlanmış teleqramda 16 avqust 2021-ci il tarixdə məhkəmədə müəyyən səbəblərdən, koronovirusla bağlı alınan tədbirlər və s. iştirak edə bilməyəcəyini, iştirakı olmadan ədalətli qərar qəbul ediləcəyinə inandığını qeyd edərək, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şikayətə baxılması üzrə məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya mülki iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-4 16/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əsasən İddiaçı müvafiq tələb ilə məhkəməyə müraciət edən zaman iddia ərizəsində ünvanı olaraq ünvan 2ş, birinci instansiya məhkəməsi tərəfindən də İddiaçı ünvanlanan iş üzrə məhkəmə bildirişləri həmin ünvana göndərilmişdir. Həmçinin iş materiallarında olan 22 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi üzrə poçt göndərişinin verilməsi haqqında xəbərnamə də müvafiq ünvan üzrə rəsmi qaydada təqdim edilmişdir. Lakin İddiaçı icraatda olan Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə 22 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməyinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Halbuki Az ərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, tələb üzrə keçirilən 22 iyun 2021ci il tarixli məhkəmə baxışı iclasında sədrlik edən tərəfindən işə mahiyyəti üzrə baxılması ilə əlaqədar cavabdehin fikri soruşulmuş, cavabdeh isə iddiaçının gəlmədiyini, buna görə də işin baxılmamış saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya eyni zamanda onu da qeyd edir ki, iddiaçının şikayətində göstərdiyi həmin vaxt 03.06.2021-ci il tarixdə doğulduğu Tovuz rayonunda olması, bildirişi almaması, pandemiya ilə bağlı atasının səhhəti ilə bağlı getməsinə dair dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası МülkiProssesual Мəcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin yuxarıda şərh edilən hallarından da aydın olduğu kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.7-ci maddəsini rəhbər tutmaqla işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədiyi və cavabdeh də işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün ərizənin baxılmamış saxlanılmalı olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin ərizənin baxılmamış saxlanılmasına dair gəldiyi nəticə ilə razılaşmaqla müvafiq nəticəni qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəl i qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından və Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadında düzgün nəticəyə gəlindiyindən şikayət təmin olunmamalı, Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l ı r: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə da ir mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Şərur Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(110)-416/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar