Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-155/2024 25.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 30 may 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1036/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirməklə (artırılmaqla), 25 apre l 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Naxçıvan Şəhər Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(078)-1036/2017 nömrəli qətnaməsi ilə 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılması, 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq uşağın anası İddiaçı ödənilməsi, miqdarı dəyi şdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə rədd edilməsi və Cavabdeh 19.60 (on doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsində qismən dəyişiklik edərək, kəsilmiş aliment miqdarının azaldmaqla, 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi barədə qətnamə kollegiyadan xahiş etmişdir. Cav abdeh X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, onun hal-hazırda rəsmi iş yeri yoxdur. İndiyə qədər 1500 (min beş yüz) manata yaxın ödənilməmiş aliment borcu var. Anasının pensiyası ilə dolanır. Həyat yoldaşı “ Alov Servisdə” mühasib işləyir. Ayda 600 manata yaxın maaş alır. Onun kəsilən məbləğdə aliment ödəməyə gücü çatmır. Bu məbləğdə alimenti ödəmək onun imkanları xaricindədir. Bir daha qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsində məhkəmə araşdırılması dövründə iddiaçı tərəf məhkəməyə onun qazancı barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin hansı sübuta söykənərək bu qədər aliment kəsməsinin heç bir hüquqi əsası yoxdur və onun üçün anlaşılan deyildir. Qeyd olunur ki, o, uşağını saxlamaqdan heç vaxt boyun q açırmır, lakin məhkəmə iddiaçının heç bir sübut və əsası olmadan yalnız onun istək və arzusu ilə bu qədər yüksək aliment kəsməsini qanunsuz və qərəzli sayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərilib ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçı da uşağını saxlamağa borcludur. Bu onun bir ana kimi borcudur. Yuxarıda qeyd olunan səbəblərdən də 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün ondan hər ay 180 (yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməsini barədə qətnamənin qismən dəyişdirilərək alimentin miqdarının azaldılmasını istəyir. O, övladının saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment ödəyə bilər, bundan artıq miqdarda kəsi lmiş alimentin onun tərəfindən ödənilməsi imkanı xaricindədir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarını nəzərə almadığından alimentlə bağlı əsassız olaraq nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyator sonda Naxçıvan şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)927/2024 nömrəli qətnaməsində qismən dəyişiklik edərək, kəsilmiş aliment miqdarının azaldmaqla, 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz ) manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edər ək, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 78.2-ci və 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 9.3-cü, 14.1-ci və 88-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsində qismən dəyişiklik e dərək, kəsilmiş aliment miqdarının azaldmaqla, 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz ) manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irə li gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmaları na riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci in stansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsass ız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Beləliklə, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh apellyasiya şikayətinin əsas dəlilləri kimi “onun hal-hazırda rəsmi iş yeri olmadığını, indiyə qədər 1500 (min beş yüz) manata yaxın ödənilməmiş aliment borcu olduğunu, anasının pensiyası ilə dolandığını, həyat yoldaşının “ Alov Servisdə” mühasib işlədiyini, ayda 600 manata yaxın maaş aldığını, onun kəsilən məbləğdə aliment ödəməyə gücü çatmadığını, bu məbləğdə alimenti ödəmək onun imkanları xaricində olduğunu” göstərmişdir. Kollegiya cavabdehin yuxarıda göstərdiyi bütün bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilərək, kəsilmiş aliment miqdarının azaldılması üçün əsas hesab etmir və qeyd edir ki, alimentin məbləği müəyyə n edilərkən ilk növbədə tərəfin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Cavabdehin apellyasiya şikayətində dəlil kimi istinad etdiyi həmin hallar onun bir valideyn kimi uşağını sağlam şəraitdə böyütmə, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etmə, müstəqil həyata hazırlama, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlamalı olması, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi kimi vəzifələrindən azad edilməsi üçün əsas deyildir. Belə ki, mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tədqiq olunmuş hallarından məlum olmuşdur ki, Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə isə nikahları pozulmuşdur. Birgə nikahdan 1 övladı 25 aprel 2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nikah pozularkən məhkəmə qətnaməsi ilə uşaq onun yanında saxlanmışdır və hal-hazırda da onunla yaşayır. İddiaçı cavabdehə qarşı 2017-ci ildə Naxçıvan Şəhər Məhkəməsində alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış, həmin tələb üzrə işə baxılaraq 2(078)-1036/2017 nömrəli qətnamə ilə Cavabdeh 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 110 (yüz on) manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı 30 may 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1036/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirm əklə (artırılmaqla), 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Naxçıvan Şəhər Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(078)-1036/2017 nömrəli qətnaməsi ilə 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılması, 25 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq uşağın anası İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə rədd edilməsi və Cavabdeh 19.60 (on doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Res publikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşa ğın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1 -ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu i sə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə, kollegiya cavabdehin yuxarıda göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilərək, kəsilmiş aliment miqdarının azaldılması üçün əsas hesab etmir və qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi alimentin ödəniş forması və məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin ödəniş qaydasını və miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini, həmçinin digər diqqətəlayiq olan halları nəzərə almalıdır. Lakin bu qayda və məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Kollegiya qeyd edir ki, cavabdeh hal-hazırda rəsmi iş yeri olmadığını, indiyə qədər 1500 (min beş yüz) manata yaxın ödənilməmiş aliment borcu olduğunu, anasının pensiyası ilə dolandığını, həyat yoldaşının “ Alov Servisdə” mühasib işlədiyini, ayda 600 manata yaxın maaş aldığını, onun kəsilən məbləğdə aliment ödəməyə gücü çatmadığını, bu məbləğdə alimenti ödəmək onun imkanları xaricində olduğunu bildirsə də, qeyd edilən bütün bu hallar onu, övladını normal saxlanılması vəzifəsindən azad etmir. Bundan əlavə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən hər iki tərəfin mənafeyini nəzərə almış və məhz mübahisənin diqqətəlayiq hallarını nəzərə almaqla iddia tələbini tam deyil, qismən təmin etmiş, 2024-cü ildə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcinin məbləği nəzərə alınmaqla aliment təyin etmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Kollegiya eyni zamanda qeyd edir ki, Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum Qərarının 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat alm aq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin ödəniş qaydası və məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmiş, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunur ki, sabit p ul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan bu normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış m inimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)927/2024 nömrəli qətnaməsi ilə 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri və digər diqqətəlayiq halları nəzərə almaqla düzgün və ədalətli nəticəyə gəlmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir k i, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şə hər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-c i maddəsinə uyğun olaraq “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Ş əhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-927/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-155/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-155/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver