Məhkəmə qərarları › İş №2(108)-156/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-156/2023

25.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-156/2023 25.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), X4 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh, cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ordubad rayon Vənənd bələdiyyəsinin nümayəndəsi X2 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “su arxına yaranmış maneənin aradan qaldırılması” tələbi barədə mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 2(080)-130/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxt ar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun həyətyanı torpaq sahəsinə gələn su arxına Cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Ordubad rayonu, Vənənd kəndində yerləşən həyətyanı sahəsinə gələn su arxından istifadə etməyinə onunla qonşu olan Cavabdeh maneçilik törədir. Onun hazırda 63 yaşı var. Uzun illərdir ki, onlar ailəliklə həmin arxdan istifadə etmişlər. Onların həyətinə gələn həmin su arxının mövcüdluğu bütün texniki sənədlərdə öz əksini tapmışdır. Belə ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsə lələri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinə bu haqda ünvanladıqları müraciətlərinə cavab olaraq bildirilmişdir ki, “Vənənd kəndində aparılan torpaq islahatı zamanı tərtib olunmuş yerquruluşu planında Cavabdeh adına ölçülmüş 994A nömrəli həyətyanı torpaq sahəsi ilə X3 adına ölçülmüş 993A nömrəli həyətyanı torpaq sahəsi arasında su yolunun olduğu göstərilmiş və plana alınmışdır. Cavabdeh göstərilən su yolunu kəsməklə qonşusu İddiaçı həyətyanı torpaq sahəsinin suvarılmasına ciddi çətinliklər yaratdığından haqlı narazılığa səbəb olmuşdur. Cavabdeh müvafiq izahat verilmiş, 2 dəfə isə həmin məsələ ilə əlaqədar yerində baxış keçirilmişdir. Buna baxmayaraq, bu günə qədər Cavabdeh vətəndaşın su yolundan istifadəsinə lazımı şərait yaratmamışdır”. Bundan əlavə iddiaçı məsələ ilə bağlı Ordub ad Rayon İcra Hakimiyyətinə və Ordubad Rayon Polis Bölməsinə də müraciət etmiş, ancaq bir nəticəsi olmamışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət edir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 170.1, 170.2 və 170.3-cü maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ordubad Rayon Məhkəməsinin (hakim Tural Haqverdiyev) 2(080)-130/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Ordubad rayonu, Vənənd kəndində yerləşən “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə JN-1029A, 10707018 reyestr nömrəsi ilə mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün istifadə olunan su arxına Cavabdeh adına ölçülmüş və mülkiyyətində o lan 994A nömrəli həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşən X3 adına ölçülmüş 993A nömrəli həyətyanı torpaq sahəsi arasında olan su arxından istifadəyə cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 152.1, 170.1, 170.2, 170.3 və 170.4-cü və s., Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 14.2, 77.1, 106.1 və 119.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayəti verərək 2(080)-130/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, “məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehlə iddiaçının arasında su arxı yolu olmamışdır. Həmin su arxı yolu digər qonşu X8 ilə iddiaçının arasında olmuşdur. Cavabdeh tərəfində olan su yoluna sərhəddə 1990-cı illərdə hasar çəkilmişdir. Sonradan qonşu X8 həmin su arxı yolunu ləğv etmişdir. Su yolunun ləğv edilməsinə baxmayaraq iddiaçı buna heç bir münasibət bildirməmişdir. 2018-ci ildə qonşu X8 cavabdehə şifahi bildirmişdir ki, “mənim həyətimdən keçən su yolu ləğv olunaraq Naxçıvan Muxtar Respublikası Daş ınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində sənin həyətindən salınmışdır”. O isə buna etiraz etməklə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, həmin xidmətdən su arxı yolunun onun torpaq sahəsindən keçən əraziyə dəyişdirildiyi bildirilmişdir. Cavabdehin bu məsələ ilə bağlı məhkəmə prosesində ifadəsinə heç bir məhəl qoyulmamışdır. Hazırda faktiki olaraq cavabdehin həyətindən iddiaçıya gedən su arxı yolu yoxdur. Cavabdeh iddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. Həmin qətnamənin qəbul edilməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Hesab edir ki, məh kəmə tərəfindən iddiaçının torpaq sahəsinin suvarılması üçün istifadə olunan su arxına cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması “tələbi”nin hansı mənbə hesabına yaranması tam sübuta yetirilməmişdir. Cavabdeh maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 16-cı maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-İİİ hissəslərinə, Mülki Məcəllənin 152.1, 170.1, 170.2 və 170.3-cü, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Mülki-Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; Cavabdeh izahatında göstərdi ki, o, şikayətində qeyd etdiyi halları düz göstərmişdir. Zahid adlı şəxsin tək ona yox, ümumiyyətlə onların kəndinə o qədər zərəri dəymişdir ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi yeni olduğuna görə bütün bunları bilməz. Bu işlərin hamısının səbəbkarı Zahid Əkbərovdur. O insanın əli hər yerə çatır. 2018-ci ildə özü gəlib onun həyətində bu məsələni ona demişdir. Həmin su yolunun çoxdan olduğunu o bilməmişdir. Zahid Əkbərov onlara qonşu gələn zaman o, Z.Əkbərova tərəf olan divarı ən imkansız vaxtında hörmüşdür. Onun həyəti ilə Zahidgilin həyətinin arasından həmin arx şimaldan cənuba doğru getmişdir. Həmin arx olduğuna görə o, divarı sementlə işləmək məcburiyyətində qalmışdır. Bu sadaladığı hadisələr 1990-cı illərdə olmuş və həmin illərdən 2018-ci ilə qədər bu su arxı ilə bağlı heç bir söhbət olmamışdır. 2018-ci ildə onun qızının nişan günü qızı rəfiqələri ilə hazırlıq görən zaman Zahid adlı şəxs bu məsələdən istifadə edərək çiynində bel onun həyətindən keçəndə o, onun bu hərəkətinə irad bildirmiş, həmin gün Zahid adlı şəxs ona həmin su arxı söhbətindən danışmışdır. Həmin günün səhəri o, Zahidə demişdir ki, bu nə məsələdir, mənə izah et görüm. Zahid demişdir ki, “bunu belə məsləhət görüblər”. Bu onun yerinin ortasıdır. Bu iki həyət deyilən atasının və onun həyətləridir. O, böyük olduğuna görə evi atasının torpağında tikmiş, həmişə orada yaşamış və həmin vaxtdan 2018-ci ilə qədər oradan heç kim su aparmamışdır. Əgər su onun həyətindən getmiş olsaydı, deyərdi ki, onun həyətindən gedir. 2006-cı i ldə dəqiqləşdirilmə aparılmış, həmin vaxt bu hadisələr olmuş və həmin vaxt olan şeyi ona 2018-ci ildə demişlər. Qələmə ağacı əkdikləri dövrdə demişlər ki, onun yanından həmişə su getməlidir, onlar da ora bir balaca su yeri qoymuşlar ki, dibindən su getsin. Onun həyətindən gedən su sadəcə bu ola bilər. Bu isə hardasa, 20 ilin arxıdır. Həmin yerdən qonşulara su getməmiş, onlar bu arxla həyətlərini suvarmışlar. Verilən suallara cavab olaraq cavabdeh əlavə olaraq bildirdi ki, su xətti deyilən anlayış əvvəllər olmuşdur, evlər tikiləndən sonra o arx ləğv edilmişdir. Onun su arxına maneəsi olmamış, su arxı Zahid Əkbərovla onun evinin arasından keçmişdir. Atasının həyətinə gedən su ana arxdan açılırmış və həmin ana arxdan açılan sudan İddiaçı əvvəllər istifadə etməmişdir. Sonuncu dəfə Sərdar ona d emişdir ki, “mən Bağırın yerindən su aparmışam”. Bütün bu söhbətlər Bağır adlı şəxsin adının çəkilməsi ilə baş vermişdir. Bağırın yeri onun yerindən aşağıda yerləşir. Həmin su yolu onun atasının həyətinin sərhəddindən keçib gedir. Atası 2001-ci ildə rəhmətə getmiş, o, atasının yerini faktiki qəbul etmiş, amma qanuni olaraq sənədləşdirməmişdir. 2 ildir ki, həmin su yolu ilə bağlı iddiaçı ilə aralarında mübahisə var. Heç kim də həmin su yolunu onun evinin ortasından verə bilməz. Həmin arxın onun həyətyanı sahəsindən keçməsinə dair orjinal xəritə yoxdur. Həmin su yolu bələdiyyə mülkiyyətinə aid deyil, o yer onun olanda bələdiyyə olmamışdır və o yol onun yeridir. Apelyasiya şikayətinin təmin edilməsi və Ordubad Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(080)-130/2023 nömrəli qətnaməsin in ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı izahatında göstərdi ki, Cavabdeh dediyi bütün sözlər yalandır. Həmin ərazidə həm Cavabdeh yeri, həm də əvvəllər Bağır adlı şəxsə məxsus olmuş yerlər var. Cavabdeh kolxoz sədri işləyən vaxt vəzifəsindən istifadə edərək Bağır adlı şəxsə başqa torpaq verib onun yerini almış, sonra da divar çəkmiş və ona demişdir ki, artıq buradan sənə su yolu yoxdur. Həmin aldığı torpaq da Cavabdeh atasının adına olmaqla orada bağ sahəsi vardır. Su həmin yerə böyük bir arxla gəlir. Onlar həmişə suyu oradan açıb həmin su yolundan istifadə etmiş, həmişə 2 yerin ortasından arx vasitəsilə su aparıb həyətyanı sahələrini suvarmışlar. Axırıncı dəfə nə vaxt həmin su yolundan istifadə etməsini dəqiq xatırlamır. Artıq 2 ildir ki, onlar həmin su yolundan istifadə edə bilmədiklərinə görə həyətdə ağacları qurumuşdur. Çünki Cavabdeh buna icazə vermir. 100 il bundan qabaq da həmin arx olmuşdur. Həmin su arxı hazırda da qalır, sadəcə Cavabdeh həmin su yolunun qabağını öz həyətindən kəsmişdir. Su xəttinin olduğu sahəyə bələdiyyə və torpaq şöbəsinin işçisi gəlib baxmışlar. Həmin su yolu xəritədə göstərilir, lakin Cavabdeh həmin su xəttini kəsərək bildirir ki, xəritədə elə bir yer yoxdur. Kollegiyadan apelyasiya şikayətinin təmin olunmamasını və Ordubad Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(080)-130/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş edir. Cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ordubad rayon Vənən d bələdiyyəsinin nümayəndəsi Abdulla Bayramov izahatında göstərdi ki, tərəflər arasında su arxına görə təxminən 2 il bundan öncə, mübahisə yaranan zaman o, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin nümayəndəsini Vənənd kəndinə dəvət edib onun iştirakı ilə birlikdə mübahisəli əraziyə baxış keçirmişlər. Həmin vaxt daşınmaz əmlakın Ordubad rayon idarəsinin nümayəndəsi tərəfindən ona xəritə təqdim olunmuş və artıq o həmin su arxının keçdiyi mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğunu bilmişdir. O həm bir qonşu kimi, həm də su arxının keçdiyi mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə Vənənd bələdiyyəsinin nümayəndəsi kimi iki qonşu arasında yaranmış mübahisəni onların iştirakı ilə həmin su arxının Cavabdeh torpaq sahəsindən keçən hissəsinə su borusu salınaraq həll edilməsini təklif etsə də, Cavabdeh onun təklifi ilə razılaşmamışdır. Torpaq sahəsindən mübahisəli su arxının keçməsi əvvəlcədən mövcud olmuş, həmin su arxından Adil, Səlvər və Sərdar adlı şəxslər su aparmaqla istifadə etmişlər. Texniki cəhətdən su arxının istiqamətini dəyişmək mümkün deyil. Su arxının keçdiyi mübahisəli hissə bələdiyyəyə məxsusdur və hazırda həmin su arxından əvvəllər istifadə etmiş qonşuların istifadəsinə heç bir etirazları yoxdur. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, qeyd olunan məsələ ondan yaranır ki, rəsmi xəritələrdə Cavabdeh ilə atası Sadıq İsmayılovun arasında təxminən 1 və 1.20 metr enində olan bir məsafə mövcuddur. Cavabdeh həmin sahəni özününkü kimi qəbul edir. Onlar hər dəfə cavabdehə bunu izah edirlər, lakin Cavabdeh bunu qəbul etmək istəmir, iddia edir ki, həmin sahələrin hamısı onundur. Ortada bir boşluq var, ancaq o deyə bilmir ki, bu arx və yaxud da başqa bir şey olmuşdur. 2006-cı ildə bununla bağlı rəsmi xəritələrdə dəqiqləşmələr də aparılmışdır. Həmin ərazidə bir boşluq, bir də Cavabdeh atasının yeri mövcuddur. Əgər həmin sahə Cavabdeh atasının deyil, bir başqasının sahəsi olsaydı, həmin yerdən istifadə etmək mümkün olardı. Onlarda olan rəsmi xəritələrlə təsdiq edilir ki, həmin mübahisələndirilən yer, boşluq deyilən sahə hazırda bələdiyyənin mülkiyyətindədir, heç bir vətəndaşa aid deyil. Reyestrdə isə bu boşluğun arxmı, yolmu olduğu q eyd olunmamış, ancaq həmin yerin bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. Ordubad rayonu, Vənənd kəndində mübahisə olunan su arxının yerləşdiyi əraziyə yerində baxış keçirilərkən müəyyən olundu ki, cavabdehə məxsus 994A kadastr nömrəli və cavabdehin mərhum atası Sadıq İsmayılova məxsus olmuş 993A kadastr nömrəli həyətyanı torpaq sahələrinin yuxarı hissəsindən kənd sakinlərinin torpaq sahələrinin suvarılması üçün çəkilmiş ümumi su xətti keçir. 993A və 994A kadastr nömrəli torpaq sahələrinə (həmçinin mübahisə olunan su arxına) suyun axıdılması üçün ümumi su xəttindən ayrıca oyuq açılmış və onun ön hissəsinə suyu açıb-bağlamaq üçün daş qoyulmuşdur. Həmin yerdən aşağı hissədə suyun axması üçün nəzərdə tutulan yer xəzəl və torpaqla örtülmüşdür. Qeyd olunan yer təmizləndikdə orada ön hiss əsinə daş qoyulmuş nov olması, həmin novun cavabdehin yaşadığı evin həyətinin giriş qapısının qarşısında yerləşməsi və üzərinə asfalt örtük verilməsi, cavabdehə məxsus həyətyanı torpaq sahəsinə daxil olduqda isə bu novun çıxış hissəsinin hasarın aşağı tərəfində olması, həmin yerdə suyun axması üçün dairəvi formada oyuğu olan, beton materialdan balaca hovuz düzəldilməsi, həmin hovuzun çıxışından həyətyanı torpaq sahələrinin aşağı hissəsində daş materialdan inşa edilmiş hasaradək məsafədə mübahisə edilən su arxının mövcud olması, həmin hasarın aşağı hissəsində suyun digər qonşuların, eləcə də iddiaçının həyətyanı torpaq sahələrinə axması üçün yerləşdirilmiş novun giriş hissəsinin olması və bu hissənin torpaq və xəzəllə örtülməsi müşahidə olundu. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələl əri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, həmin su arxı Cavabdehla onun atası Sadıq İsmayılovun torpaq sahələri arasından keçir. Həmin ara məsafə, yəni su arxı keçən hissə bələdiyyənin mülkiyyətindədir. Göstərilən sonuncu hasarın arxa hissəsinə baxış keçirilərkən qeyd edilən novun çıxış hissəsinin 998A kadastr nömrəli həyətyanı torpaq sahəsinin küçə (giriş) qapısının qarşı sağ tərəfində görünməsi, həmin novun önündə, göstərilən küçə qapısının qarşısında başqa bir novun beton örtüyün altına basdırılması, həmin novun çıxış hissəsində isə su arxının davam edərək iddiaçıya məxsus 1029A kadastr nömrəli həyətyanı torpaq sahəsinədək uzanıb getməsi müşahidə edildi. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən təqdim olunmuş: - JN-994A kadastr nömrəli, 10707018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən məlum olur ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə Ordubad rayonu, Vənənd kəndində yerləşən 1377,5 kv. metr həyətyanı torpaq sahəsi Cavabdeh və 5 nəfər ailə üzvünün mülkiyyətlərinə verilmişdir. - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhər Vəkil bürosunun vəkili Sahil Qurbanova ünvanlanmış 31 oktyabr 2023-cü il tarixli, 04/874 nömrəli məktubda göstərilmişdir ki, “Sizin 13 oktyabr 2023-cü il tarixdə Xidmətə daxil olan xx.x x.2023-cü il tarixli, 2/895 nömrəli məktubunuzla əlaqədar bildirilir ki, Ordubad rayonunun Vənənd kəndində torpaq islahatı aparılan zaman tərtib edilmiş yerquruluşu planında kənd sakini Cavabdeh mülkiyyətində olan JN-994A kadastr nömrəli həyətyanı torpaq sahəsinin cənubundan su yolunun keçməsi öz əksini tapmışdır. Lakin islahat zamanı texniki səhvliklər buraxıldığından 2006-cı ildə kənddə həyətyanı torpaq sahələri yenidən ölçülərək kəndin yeni yerquruluşu planı tərtib edilmiş, kənd sakinlərinə paylanmış mülkiyyət sənədləri (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr) yeniləri ilə əvəzlənmişdir. Yeni tərtib edilmiş yerquruluşu planında həmin su yolu qeydə alınmamışdır. Yeni yerquruluşu planında su yolu Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal-şərq tərəfindən baş layaraq, cənub qonşusu olan JN-998A kadastr nömrəli həyətyanı torpaq sahəsinədək və cənub-qərb tərəfindən JN-993A kadastr nömrəli həyətyanı torpaq sahəsi ilə JN-994A kadastr nömrəli torpaq sahəsinin arasında qeydə alınmışdır”. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi... Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə

140. Reyestrin məzm ununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər... Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona zi yan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2 Apelyasiya şikayəti təmin edil mədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə

393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımınd an şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 37 2.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırkı halda cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeyi nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə, apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apelyasiya şikayətind ə göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarında tövsiyə edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, iddiaçının, cavabdehin və cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ordubad rayon Vənənd bələdiyyəsinin nümayəndəsinin izahatları, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin nümayəndəsinin şifahi şərhi üzrə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin cavabdehə münasibətdə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə Ordubad rayonu, Vənənd kəndində Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 994A kadastr nömrəli həyətyanı torpaq sahəsi ilə cavabdehin atası Sadıq İsmayılovun mülkiyyətinə verilmiş, cavabdehin sahiblik və istifadəsində olan 993A kadastr nömrəli həyətyanı torpaq sahəsinin qarşılıqlı sə rhədləri arasında yerləşən, Ordubad rayon Vənənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindəki su arxından İddiaçı isifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır. Göstərilən həyətyanı torpaq sahələri, eləcə də bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi ümumi olaraq hasarlanmaqla cavabdeh tərəfindən vahid formada istifadə olunur. Apelyasiya şikayətinin “mənimlə İddiaçı arasında su arxı yolu olmayıb. Həmin su arxı yolu digər qonşu X8 ilə arasında olub və mənim tərəfimdə olan su yoluna sərhəddə 1990-cı illərdə hasar çəkilmişdir. Sonradan qonşu X8 həmin su arxı yolunu ləğv etmişdir. Su yolunun ləğv edilməsinə baxmayaraq İddiaçı buna heç bir münasibət bildirməyib. 2018ci ildə qonşu X8 mənə şifahi bildirdi ki, “mənim həyətimdən keçən su yolu lə ğv olunaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində sənin həyətindən salınmışdır”. Mən isə buna etiraz etməklə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlə Xidmətinə müraciət etdim. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən su arxı yolunun mənim torpaq sahəmdən keçən əraziyə dəyişdirildiyi bildirildi. Mənim bu məsələ ilə bağlı məhkəmə prosesində ifadəmə heç bir məhəl qoyulmadı. Halhazırda faktiki olaraq mənim həyətimdən İddiaçı gedən su arxı yolu yoxdur” dəlilləri ilə əlaqədar kollegiya qeyd edir ki, cavabdeh “onunla iddiaçı arasında su arxı yolunun olmaması, həmin su arxı yolunun digər qonşu X8 ilə arasında olması, hal-hazırda faktiki olaraq onun həyətindən İddia çı gedən su arxı yolunun olmamasını” təsdiq edən heç bir sübutu nə birinci instansiya, nə də apelyasiya məhkəmələrinə təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən irəli gəlir. Əksinə cavabdehin özü tərəfindən kollegiyaya təqdim olunmuş 31 oktyabr 2023-cü il tarixli, 04/874 nömrəli məktubda göstərilmişdir ki, “Ordubad rayonunun Vənənd kəndində torpaq islahatı aparılan zaman tərtib edilmiş yerquruluşu planında kənd sakini Cavabdeh mülkiyyətində olan JN-994A kadastr nömrəli həyətyanı torpaq sahəsinin cə nubundan su yolunun keçməsi öz əksini tapmışdır”. Mübahisə olunan su arxının olduğu ərziyə baxış keçirilərkən isə mübahisə edilən su arxının mövcud olması, cavabdehə məxsus 994A kadastr nömrəli həyətyanı torpaq sahəsinin yuxarı hissəsindən keçən ümumi su xəttindən başlayaraq cavabdehin yaşadığı evin həyətinin giriş qapısının qarşısında, üzəri asfaltla örtülmüş novla 993A və 994A kadastr nömrəli torpaq sahələrinin arasında olan bələdiyyənin mülkiyyətindəki torpaq sahəsinə daxil olması, hasarın içəri tərəfindəki hovuzdan torpaq sahələrinin aşağı hissəsindəki hasaradək məsafədə davam etməsi, həmin hasarın aşağı hissəsində bu hasar hörülərkən suyun digər qonşuların, eləcə də iddiaçının həyətyanı torpaq sahələrinə axıdılması üçün xüsusi olaraq qoyulmuş novun giriş və hasarın arxa hissəsində çıx ış hissəsinin X7 məxsus, 998A kadastr nömrəli həyətyanı torpaq sahəsinin küçə qapısının qarşı sağ tərəfində olması, həmin novun önündə beton örtüyün altına salınmış başqa bir novun, bu novun çıxış hissəsində isə su arxının davam edərək iddiaçıya məxsus 1029A kadastr nömrəli həyətyanı torpaq sahəsinədək uzanıb getməsi müəyyən edilmişdir. Qeyd olunanlar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 31 oktyabr 2023-cü il tarixli, 04/874 nömrəli məktubunda da öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubun son cümləsində göstərilmişdir ki, “yeni yerquruluşu planında (2006-cı il) su yolu Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal-şərq tərəfindən başlayaraq, cənub qonşusu olan JN-998A kadastr nömrəli həyətyanı torpaq sahəsinədək və cənub-qərb tərəfindən JN-993A kadastr nömrəli həyətyanı torpaq sahəsi ilə JN-994A kadastr nömrəli torpaq sahəsinin arasında qeydə alınmışdır”. Mülki Məcəllənin 140-cı maddəsinə görə isə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası apelyasiya şikayətində və cavabdehin məhkəmə baxışında göstərilən digər dəlillərini yuxarıda şərh olunanlara əsasən cavabdehin subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin ləğv olunması üçün əsaslı hesab etmir. Cavabdeh-apelyator şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 16-cı maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-İİİ hissəslərinə, Mülki Məcəllənin 152.1, 170.1, 170.2 və 170.3-cü maddələrinə istinad etsə də, bununla bağlı heç bir dəlil göstərməmişdir. Hazırkı mübahisə ilə bağlı kollegiya qeyd edir ki, mülki qanunvericiliyin “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması” prinsipi Mülki Məcəllənin 6.1.7-ci maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinin mülki hüquqlarının gerçəkləşdirilməsinə və reallaşdırılmasına təminat verilməsini ifadə edir, həmin hüquqların həyata keçirilməsinə mane olan əsassız halların aradan qaldırılmasını nəzərdə tutur. Eləcə də Mülki Məcəllənin 6.1.8-ci maddəsində nəzərdə tutulmuş “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipinə görə müxtəlif müdafiə üsullarının köməyi və vasitəsi ilə mülki hüquq subyektlərinin hüquqları bərpa edilir. İstifadə olunan müdafiə tədbirlərinin əsas məqsədi mülki hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaq və pozulmuş vəziyyəti bərpa etməkdən ibarətdir, başqa sözlə hüquqların pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qanunve ricilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddə si). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62)”. Mülki hüququn qeyd edilən prinsiplərini nəzərə almaqla kollegiya qeyd edir ki, qanun mülkiyyətçiyə üçlü səlahiyyət (sahiblik, istifadə, sərəncam) verməklə bərabər, həm də bu səlahiyyətlərin həyata keçirilməsinin hədlərini, eləcə də qanunda və ya müqavilədə nəzərdə tutulan hallarda mülkiyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırılmasını müəyyən edir. İki halda mülkiyyətçinin ona mənsub olan əmlakı barəsində öz mülahi zəsi ilə istənilən hərəkəti etmək imkanı məhdudlaşdırılır: digər şəxslərin (qonşuların, üçüncü şəxslərin) hüquqlarının pozulduğu halda; hüquqdan sui-istifadə etdiyi halda. Mülkiyyətçi ona məxsus olan əmlakdan qonşulara (üçüncü şəxslərə) əsassız zərər vurmaqdan çəkinmək vəzifəsi daşıyır. Mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması cəmiyyətin, ayrı-ayrı şəxslərin, əsasən qonşuların mənafeyi mülahizələri ilə şərtlənir. Məlum məsələdir ki, mülkiyyətçi mülkiyyət hüququnu həyata keçirərkən onun mənafeyi ilə qonşuların mənafeyi arasında uyğunsuzluq yarana bilər. Belə hallarda qonşuların mənafelərinin təmin edilməsinə zərurət yaranır. Bu, mülki qanunvericiliyin müəyyən etdiyi qonşuluq hüququ institutunun vasitəsi ilə qaydaya salınır və tənzimlənir. Bu institutun əsas təyinatı mülkiyyətçinin ö z mülkiyyət hüququnu ağlabatan, başqa şəxslərin mənafelərinə xələl gətirmədən həyata keçirməsini təmin etməkdən ibarətdir. Qonşuluq hüququ mülkiyyət hüququnu mülki-hüquqi məhdudlaşdırma vasitəsi olmaqla, qonşuların mənafe və maraqlarını, onların mübahisəsiz və asudə həyat sürmələrini, torpaqdan və su obyektlərindən normal istifadə etmələrini təmin etməyə xidmət edir. Qonşuluq hüququ institutunun müəyyən etdiyi əsas qayda ondan ibarətdir ki, mülkiyyətçilər öz hüquqlarını həyata keçirərkən ağlabatan hərəkət etməlidirlər. Həmin qaydanın əsasını isə “mənafelərin uzlaşdırılması” prinsipi təşkil edir. Qonşuluq hüququna (su ilə bağlı olan qonşuluq münasibətlərinə) görə suyun təbii axımının qonşunun ziyanına dəyişdirilməsi yolverilməzdir. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəs i üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. (Mülki Məcəllənin 170.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual hüquq normalarına (həmçinin apelyasiya şikayətində qeyd olunan Mülki-Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinin tələblərinə) birinci instansiya məhkəməsi tərəfindən riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şika yətinə müvafiq olaraq yoxlanılmış və cavabdeh tərəfindən qətnamənin əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir, ona görə də apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “su arxına yaranmış maneənin aradan qaldırılması” tələbinə dair iddiasını təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-130/2023 nömrəli, 25 avqus t 2023-cü il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar