Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-157/2024 06.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(111)-166/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********73 saylı kr edit müqaviləsi üzrə 6906.39 manat əsas borcun, vəfat etdiyi tarixə 379.85 manat faiz borcu olmaqla cəmi 7286.24 manat borcun və ödənilmiş 92.87 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Kəngərli Rayon Məhkəməsinin (sədrlik edən hakim Z.Əhmədov) 16 iyul 2024-cü il tarixli, e-2(111)-166/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək X2 vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 2843 (iki min səkkiz yüz qırx üç) manat məbləğində vəsait və 36.23 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin ona aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. "xxxx" ASC apellyasiya şikayətində "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli Tam kart çərçivə müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən 45 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 15000 manat məbləğində kreditin X3 verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə borcalanın bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, 242968 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2021-ci ildə vəfat etdiyini, Kəngərli rayon notariat ofisi tərəfindən verilmiş 42 nömrəli məktubdan, Cavabdeh Kəngərli rayon notariat ofisi tərəfindən vərəsəli k işinin açıldığını və vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edildiyini, bankın Suraxanı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş qalan 7286.24 manat əsas borcu qaldığını, cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etmədiyini, mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixdə 6-2-22/2-31301/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehin öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirmədiyini, iddiaçı "xxxx" ASC tərəfindən ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən pulun tutulması barədə iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edildiyini, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tar ixli e-2(111)-166/2024 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edildiyini, məhkəmə tərəfindən düzgün qərar qəbul edilmədiyini, məhkəmənin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməli olduğunu bildirərək, Kəngərli Rayon Məhkəməsinin 16.07.024-cü il tarixli e-2(111)-166/2024 saylı qətnaməsinin ləğv edilərək X2 nümayəndəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7286.24 manat əsas borcun, ödənilmiş 93.27 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 558, 1153, 1306-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC və Cavabdeh işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər, bu barədə iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, həmin tarixə məhkəmə proseslərinin çox olması səbəbinə görə baxış iclasında iştiraklarının təmin edilməsinin qeyri-mümkün olduğunu, baxış iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. -"xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsinin məzmu nundan bank tərəfindən borc alana illik 24% hesablanmaqla, 45 ay müddətinə 15000 manat məbləğində kredit verildiyi; -xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən, bank tərəfindən X3 15000 manat məbləğində ödəniş edildiyi; -"xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh X6 xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 508.7 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 504.75 manat ödəniş etməyi öhdəsinə götürdüyü; -xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X6 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli müqavilə üzrə X2 əsas borc üzrə 8093.61, faiz borcu üzrə 6846.27 manat ödəniş etdiyi, onun həmin tarix ə banka 6906.39 manat əsas, 379.85 manat faiz, ümumilikdə 7286.24 manat borcu qaldığı; -Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 242968 nömrəli ölüm haqqında şəhadətnamədən X2 xx.xx.2021-ci il tarixdə öldüyü, bu halın xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 2556 nömrə ilə qeyd edildiyi; -Kəngərli rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 35 nömrəli məktubundan və ona əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 barəsində xx.xx.2022-ci il tarixdə Kəngərli rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş vərəsəlik işi üzrə mərhumun vərəsəsi Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il tarixdə doğulmuş Cavabdeh olduğu və onu n miras əmlakdan tam pay aldığı; -xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan X2 vərəsəsi olan Cavabdeh banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin də lillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, "xxxx" ASC ilə X6 arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək X3 xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2021-ci il tarixdə ölmüş, xx.xx.2022-ci il tarixdə vərəsəlik işi rəsmiləşdirilərək mərhumun vərəsəsi Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il tarixdə doğulmuş Cavabdeh olmuş və o, 26 aprel 2022-ci il tarixli və reyestr 2V-17 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən SOCAR “Neftqaztikinti Tresti”ndə işləmiş X1 miras qalmış Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək 2843 (iki min səkkiz yüz qırx üç) manat məbləğində miras əmlakdan pay almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxs i xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmi ş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə borclu şəxs X6 vəfat etdiyindən, X1 miras qalmış pay onun vərəsəsi Cavabdeh tərəfindən qəbul edildiyindən, hazırkı iş üzrə qanun üzrə vərəsə Cavabdeh "xxxx" ASC ilə X6 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə ona çatan miras payı həcmində cavabdeh olduğundan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun cavabdeh - hazırkı iş üzrə mirası qəbul etmiş vərəsə Cavabdeh yalnız X1 ona miras qalmış 2843 (iki min səkkiz yüz qırx üç) manat məbləğinə dair hissədə ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Re spublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əl avə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətində istinad etdiyi dəlillər Kəngərli Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya yuxarıda göstərinləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(111)-166/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbində qeyd etdiyi 0.40 manat xidmət haqqının tutulmasına hüquqi münasibət bildirən kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçının 0,40 (qırx) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından kollegiya bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir. Lakin tələbin əsası sayılan hissəsinə dair münasibətdə bu məbləğ mühüm miqdar təşkil etmədiyindən (0.15 manat) faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan Kəngərli Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(111)-166/2024 nömrəli qətnaməsinin dəyişdirilməsini kollegiya məqsədə müvafiq hesab etmir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Kəngərli Rayon M əhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(111)-166/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(111)-166/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-157/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-157/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver