Məhkəmə qərarları › İş №2(108)-16/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-16/2024

07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-16/2024 07.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(110)-394/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 4026.12 manat, faiz borcuna görə 25.40 manat, cəmi 4051.52 manat və ödənilmiş 60.52 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizəsi əsasında Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şərur Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(110)-394/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iş üzrə tərəflər arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsinin ləğv edilməsi, 12 iyun 2019-cu il tarixli, 00-x x-xx-088016 nömrəli müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsinin həmin müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4026.12 (dörd min iyirmi altı manat on iki) manat əsas borc, 14.10 (on dörd manat on qəpik) manat faiz borcu, cəmi 4040.22 (dörd min qırx manat iyirmi iki qəpik) manat məbləğində borc və 60.52 manat dövlət rüsumunun 60.35 (altmış manat otuz beş qəpik) manatı olmaqla, ümumilikdə 4100.57 (dörd min bir yüz manat əlli yeddi qəpik) manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası na müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-394/2023 saylı qətnaməsinin tamamilə ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC Şərur Rayon Məhkəməsində ona və digər Cavabdeh2 qarşı “Kredit müqaviləsinin ləğvi və kredit borcunun qaytarılması” tələbinə dair iddia qaldırmış, Şərur Rayon Məhkəməsi iddianı qismən təmin edərək 12 iyun 2019-cu il tarixli kredit müqaviləsini ləğv etmiş, həmçinin o və digər cavabdehdən müştərək qaydada ümumilikdə 4100.57 (dörd min yüz manat əlli yeddi qəpik) məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, digər cavabdeh olan Cavabdeh2 2015-ci ildə müvafiq bankdan 4260 ABŞ dolları məbləğin də kredit götürmüş və həmin kredit məbləğini tamamilə banka qaytarmışdır. O da həmin kredit müqaviləsinin təminatı kimi müvafiq bankla zaminlik müqaviləsi bağlamışdır. Lakin bu kredit məbləği qaytarılsa da və Prezidentin müvafiq kredit məbləği ilə bağlı fərmanı olsa da, iddiaçı bank bu halı nəzərə almamış, dolların artmasını nəzərə alaraq digər cavabdehlə yenidən kredit müqaviləsi bağlamış və onunla da zaminlik müqaviləsi bağlamışdır. Nəticə etibarı ilə həmi kredit məbləği ikinci dəfə rəsmiləşdirilmiş, sonradan isə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Halbuki yuxarıda qeyd olunduğu kimi həmin kredit məbləği digər cavabdeh tərəfindən müvafiq banka qaytarılmışdır. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Prezidentin bu Fərmanını ümumiyyətlə nəzərə almamışdır. Belə ki, yuxarıda işin faktiki hallarında da qeyd olunduğu kimi 2015-ci ildə xarici valyuta ilə götürülmüş kredit məbləği ödənilsə də, iddiaçı bank yenidən dolların məzənnə üzrə artmış hissəsini yenidən digər cavabdehdən tələb etmiş, halbuki bank bunu konkret olaraq qeyd olunan Fərmanla tələb edə bilməzdi. Belə ki, həmin fərman əslində vətəndaşların dolların məzənnəsinin dəyişməsi nəticəsində əhalinin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutsa da, İddiaçı ASC bu fərmanın tam əksinə olaraq getmişdir. Əslində yenidən hesablanmış olacaq kredit məbləği qaytarılmayan və ya gecikən kredit məbləğindən bəhs edirsə, burada isə ödənilmiş olan kredit məbləğinin yenidən hesablanmasından söhbət gedir. Yəni bir dəfə alınmış kredit vətəndaşdan iki dəfə tələb edilir. Hesab edir ki, bu tamamilə qan unsuz və əsassızdır. Apellyator sonda şikayətinin təmin olunaraq Şərur Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(110)-394/2023 saylı qətnaməsinin tamamilə ləğv olunmasını və iddianın rədd olunmasını kollegiyadan xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanına istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev tərəfindən Naxçıvan MR Ali Məhkəməsinə ünvanlanmış 26 oktyabr 2023-cü il tarixli, **********283 nömrəli məktubdan və ona əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiya sının xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən məlum olmuşdur ki, həmin tarixdə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra İddiaçı ASC müflis elan edildiyindən və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin olunduğundan apellyasiya baxışına Əmanətlərin Sığortalanması Fondu hazırki mülki iş üzrə İddiaçı ASC-nin ləğvedicisi kimi prosesə cəlb olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahi yyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət qətnamənin ləğvinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alaraq və mülki iş materiallarını nəzərdən keçirib, kollegiya belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(110)-394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli Kredit Müqaviləsindən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kred itlərinin əsas məbləğinin devalvasiya nəticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restruktrizasiyasına dair müvafiq tələblərini müəyyən etmək məqsədi ilə müqavilə bağlanmışdır. - Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən borc verən bu müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 1% olmaqla, 60 ay müddətinə 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat məbləğində kredit verməyi öhdəsinə götürür. - Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləğinin istifadə təyinatı müştərinin restruktrizasiya olunmuş kredit borcunun q alıq məbləğinin ödənilməsidir. Kreditin verilməsi ilə Borcalanın restruktrizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir. - Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. - Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması 12 iyul 2019-cu il tarixdən başlayaraq 12 iyun 2024-cü il tarixə kimi hər ayın 12-dən gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Ödəniləcək kredit, o cümlədən ona hesablanmış faizlər borc verənin hesabına ödənilir və ya köçürülür. - İş materiallarına əlavə olunmuş 12 iyun 2019-cu il tarixli Zaminlik Müqaviləsindən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin məzmunu zamin bank qarşısında Cavabdeh2 (bundan sonra borclu adlandırılacaq) 00-xx-xx-088016 nömrəli (kreditin məbləği 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat faiz dərəcəsi 1% təşkil edir) xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə daşıdığı məsuliyyət təşkil edir. - Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə borclu kimi tam məsuliyyət daşıyır. - İş materiallar ına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə 1 saylı Əlavəyə-ödəniş cədvəlinə əsasən, Cavabdeh2 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində ayda müxtəlif məbləğlərdə ödənişlər etməklə, cəmi 4195.48 manat məbləğində pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. - İş materiallarına Bank tərəfindən əlavə olunmuş 06 dekabr 2021-ci il tarixli Maliyyə arayışına əsasən Cavabdeh2 Mirməhəmməd oğlu ilə İddiaçı ASC arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 saylı müqaviləyə əsasən onun İddiaçı ASC-yə 4026.12 (dörd min iyirmi altı manat on iki qəpik) manat əsas borcu, 25.40 (iyirmi beş manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 4051.52 (dörd m in əlli bir manat əlli iki qəpik) manat borcu vardır - İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilat İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinə 60.52 manat dövlət rüsumu ödəmişdir. - İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin e-2(110)-394/2023 saylı 05 iyun 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 756 saylı e kspert rəyindən isə görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 00-xxxx-088016 saylı Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 İddiaçı ASC yə kredit üzrə xx.xx.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat, faiz borcu 14.10 (on dörd manat on qəpik) manat təşkil edir. Beləliklə mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00-xx-xx-088016 saylı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən Cavabdeh2 1 il güzəşt müddəti tətbiq edilməklə 60 ay müdd ətinə illik 1 faiz dərəcəsi ilə 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat məbləğində kredit verilmiş, müqaviləyə müvafiq olaraq Cavabdeh2 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 xx.xx.2020-ci il tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində ayda müvafiq məbləğlərdə ödənişlər etməklə, cəmi 4195.48 manat məbləğində pulu Banka ödəməyi öhdəsinə götürmüş, həmçinin Cavabdeh1 borc verənlə zaminlik müqavilələri bağlayaraq borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün borc alan ilə birlikdə borc verən qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüş, lakin “Borc alan kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Borc verənə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozduğuna görə Borc verən Borcalana və Zaminə qarşı borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmış, Şərur Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(110)-394/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iş üzrə tərəflər arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsinin ləğv edilməsi, 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsinin həmin müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4026.12 (dörd min iyirmi altı manat on iki) manat əsas borc, 14.10 (on dörd manat on qəpik) manat faiz borcu, cəmi 4040.22 (dörd min qırx manat iyirmi iki qəpik) manat məbləğində borc və 60.52 manat dövlət rüsumunun 60.35 (altmış manat otuz beş qəpik) manatı olmaqla, ümumilikdə 4100.57 (dörd min bir yüz manat əlli yeddi qəpik) manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi və mülki işin mübahisəli halı kimi “...digər cavabdeh olan Cavabdeh2 2015-ci ildə müvafiq bankdan 4260 ABŞ dolları məbləğində kredit götürdüyünü və həmin kredit məbləğini tamamilə banka qaytardığını, onun da həmin kredit müqaviləsinin təminatı kimi müvafiq bankla zaminlik müqaviləsi bağladığını, lakin bu kredit məbləği qaytarılsa da və Prezidentin müvafiq kredit məbləği ilə bağlı fərmanı olsa da, iddiaçı bankın bu halı nəzərə almadığını, dolların artmasını nəzərə alaraq digər cavabdehlə yenidən kredit müqaviləsi bağladığını və onunla da zaminlik müqaviləsi bağladığını, nəticə etibarı ilə həmi kredit məbləğinin ikinci dəfə rəsmiləşdirildiyini, sonradan isə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət olunduğunu, halbuki yuxarıda qeyd olunduğu kimi həmin kredit məbləğinin digər cavabdeh tərəfindən müvafiq banka qaytarıldığını, işə baxan birinci instansiya məhkəməsinin Prezidentin bu Fərmanını ümumiyyətlə nəzərə almadığını, işin faktiki hallarında da qeyd olunduğu kimi 2015-ci ildə xarici valyuta ilə götürülmüş kredit məbləği ödənilsə də, iddiaçı bank ın yenidən dolların məzənnə üzrə artmış hissəsini yenidən digər cavabdehdən tələb etdiyini, halbuki bankın bunu konkret olaraq qeyd olunan Fərmanla tələb edə bilməyəcəyini, həmin fərmanda əslində vətəndaşların dolların məzənnəsinin dəyişməsi nəticəsində əhalinin sosial rifahının yaxşılaşdırılması nəzərdə tutulsa da, İddiaçı ASC-nin bu fərmanın tam əksinə olaraq getdiyini, əslində yenidən hesablanmış olacaq kredit məbləği qaytarılmayan və ya gecikən kredit məbləğindən bəhs edirsə, burada isə ödənilmiş olan kredit məbləğinin yenidən hesablanmasından söhbət getdiyini, yəni bir dəfə alınmış kreditin vətəndaşdan iki dəfə tələb edildiyini, bunun tamamilə qanunsuz və əsassız olduğunu” göstərmişdir ki, kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, göstərilən bu dəlillər əsassız olduğundan bi rinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, kollegiya ilk olaraq qeyd edir ki, apellyator şikayətinin dəlillərində digər cavabdeh olan Cavabdeh2 2015-ci ildə müvafiq bankdan 4260 ABŞ dolları məbləğində kredit götürdüyünü və həmin kredit məbləğini tamamilə banka qaytardığını bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Halbuki işə birinci instansiya məhkəməsində iddia icraatı qaydasında baxılaraq cavabdehin prosesdə iştirakı təmin olunmuş və sübutların məhkəməyə təqdim olunması üçün ona şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətində göstərilən digər dəlillərə gəlincə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bu dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana müvafiq olaraq 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiy a olunması nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiqlənmişdir. Qaydanın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xar ici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində q eyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kredit lər müəyyən edilmişdir. Kollegiya apellyatorun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın müddəalarından və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın mənasından da göründüyü kimi, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə y eni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi isə xx.xx.2019-cu il kimi nəzərdə tutulmuş, eyni zamanda həmin Fərman fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ümumiyyətlə silinməsini deyil, əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsini nəzərdə tutmuşdur. İş materiallarından da göründüyü kimi, Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun olduğundan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na müvafiq olaraq cavabdehlərlə iddiaçı təşkilat arasında 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restruktrizasiyasına dair müvafiq tələblərini müəyyən etmək məqsədi ilə Kredit müqaviləsi bağlanmış, beləliklə də Cavabdeh2 banka göstərilən məbləğdə borcu yaranmış və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən hə min məbləği qaytarmağı öhdəsinə götürmüş, belə olan halda onun iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır ki, istər o, istərsə də zamin bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə o lmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya laz ımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün d ə bağlana bilər; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daş ıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmi ş, cavabdeh isə iddiaçının müqavilə və sazişlər üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı təşkilat cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh2 Mirməhəmməd oğluna verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyət yaranmışdır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün yuxarıda sadalananları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(110)- 394/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti həmin şəxsə münasibətdə təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e2(110)-394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsini n 16 oktyabr 2023-cü il tarixli, e-2(110)-394/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti həmin şəxsə münasibətdə təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(110)-394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar