Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-160/2023 28.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbi barədə iş üzrə Culfa Rayon Məhkəməsinin 2(089)-254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı 07 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Culfa Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində Cavabdeh 15 noyabr 2008-ci il təvəllüdlü X2 və 08 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılmasına 220 manat sabit pul məbləğində aliment olmaqla, iki uşağın saxlanılmasına 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Culfa Rayon Məhkəməsinin (hakim Mehrab Məmmədov) 2(089)-254/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Culfa Rayon Məhkəməsinin 2(089)-120/2018 nömrəli, 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 15 noyabr 2008-ci il tarixdə doğu lmuş X5 və 08 dekabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh 24 oktyabr 2023-cü il tarixdə Culfa Rayon Məhkəməsinə daxil olmuş apelyasiya şikayətində 2(089)-254/2023 nömrəli (səhvən 04 oktyabr 2023-cü il tarixli qeyd etmişdir) qətnamənin ləğv olunması, alimentin onun əmək haqqına görə təyin edilməsi və əlavə gəlirinin olmaması nəzərə alınmaqla şikayətinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2(089)-254/2018 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadla Cavabdeh Culfa Rayon Məhkəməsinin 2(089)-254/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun verilmədiyindən... geri qaytarılmalıdır. Belə ki, apelyasiya şikayətində şikayətin verildiyi məhkəmənin ünvanı, şikayət verən şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, rəsmi qeydə alındığı ünvan, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmiş, apelyasiya şikayətinə dövlət r üsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbinə riayət edilmədən, yəni elektron kabinet vasitəsilə göndərilməmişdir... Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apelyasiya şikayətinin verilməsinə görə bu Qanunun 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Odur ki, Cavabdeh apelyasiya şikayəti verərkən 15 manat məbləğində dövlət rüsumu ödəməli idi”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 10-1.3, 112.1.3, 357.1, 361, 363.1.1-1, 363.1.2, 363.1.5, 363.2, 363.3, 363.4 və 364.1-ci maddələr inə istinad etmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən Culfa Rayon Məhkəməsinə 31 oktyabr 2023-cü il tarixdə verilmiş şikayət 03 noyabr 2023-cü il tarixli qərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri Cavabdeh şikayətində 2(089)-254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadın ləğv olunmasını və apelyasiya şikayətinin Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılaraq göstərilmişdir ki, “Bildirirəm ki, qərardadı xx.xx.2023-cü il tarixdə almışam, oxumuşam və rədd edirəm. Mən Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən apelyasiya şikayətini ilk əvvəl göndə rdiyim vaxt işə baxan hakim Məmmədov Mehrab məni yanına çağırdı və apelyasiya şikayəti üzrə bir kağıza yaddaş yazdı, mən həmin yaddaşı əlavə edirəm: “1) Elektron imza, 2) Elektron kabinet, 3) Apelyasiyanı elektron, 4) Kabinet vasitəsi ilə göndərmək, 5) 15 manat rüsum”. Mən gələndən sonra şikayətimi təkrar göndərdim. Culfa Rayon Məhkəməsi bundan sonra bu qərarı da göndərdi. Mən şikayəti MPM-in tələbinə görə vermişəm və konkrekt olaraq göstərmişəm ki, məhkəmə alimenti sabit pul məbləğində qət etməli deyil, çünki mənim əmək haqqım var. Qərardadda qeyd olunur ki, Culfa Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunur. Soruşuram, bu təkcə mənə aiddir. Niyə iddiaçıdan bunu tələb etmirlər. Dövlət rüsumunun ödənilməsinə gəlincə, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır. Deməl i, mən birinci məhkəmədə ödənilən rüsumun 50%-ni ödəməliyəm, birinci məhkəmənin rüsumu ödənilməyib. Ancaq qətnamə qəbul olunarkən məhkəmə rüsum ödəmə öhdəliyin mənə aid edib. Bu qətnamə də qanuni qüvvəsini almayıb. Bunlara əsas düzgün olaraq ödəməmişəm. Mən Culfa Rayon Məhkəməsinə apelyasiya şikayətin göndərən vaxt Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına, sonra da şikayətin surətini göndərdim. Həmin şikayət MPM-in 362-ci maddəsinə əsasən Culfa Rayon Məhkəməsinə göndərilib, elektron imza, elektron kabinə haqda heç nə yazılmayıb”. Tətbiq edilən hüquq Mülki-Prosessual Məcəllə; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və q ərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apelyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;... 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1. Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apelyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;... 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-c ü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Maddə 364.1. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə
365. Apelyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxl ayır. Maddə 397.2. Apelyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0-398.0.1. Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə
400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apelyasiya məhkəməsinin hüquqi mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımın dan cavabdehin şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının; 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin a pelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Həmçinin 72-ci maddəsinin İ və İİ hissələrinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır... Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Apelyasiya şikayəti onu vermək hüququna malik olan şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının və ya qanunla qorunan mənafelərinin müdafiə, yaxud təsdiq olunması üçün apelyasiya instansiyası məhkəməsinə müraciətinin prosessual forması, birtərəfli prosessual iradə ifadələridir. Göstərilənlərə müvafiq olaraq və Mülki-Prosessual Məcəllənin 47.2 və 357.1-ci maddələrinə əsasən Cavabdeh Culfa Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə qəbul olunan qətnamə və qərardadından şikayət vermək hüququ vardır. Lakin nəzərə alınmalıdır ki, Mülki-Prosessual Məcəllənin 47.3-cü maddəsinə görə işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. Ona görə də şikayət verilərkən Mülki-Prosessual Məcəllənin 10-1.3-cü və 361-ci maddələrinin, eləcə də Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin formasını” tənzimləyən “Əlavə 2”-nin tələblərinə riayət etmək də Cavabdeh vəzifəsidir. O isə göstəri lənlərə əməl etməmiş, nəticədə apelyasiya şikayəti haqlı olaraq geri qaytarılmışdır. Kollegiya cavabdehin şikayətində göstərdiyi “Qərardadda qeyd olunur ki, Culfa Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunur. Soruşuram, bu təkcə mənə aiddir. Niyə iddiaçıdan bunu tələb etmirlər” dəlillərinə münasibətdə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçı tərəfindən iddia ərizəsinin elektron kabinet vasitəsilə verilib-verilməməsi onun vəzifəsi deyil, hüququdur. Mülki-Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə aparılan el ektron məhkəmə icraatında apelyasiya şikayəti həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq elektron kabinet vasitəsi ilə verilməlidir. Bu qaydaya əməl olunması apelyasiya şikayəti verən şəxslərin vəzifəsidir və buna riayət edilməməsi apelyasiya şikayətinin qaytarılması üçün Mülki-Prosessual Məcəllənin 363.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biridir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin qaytarılması barədə çıxarılmış məhkəmə aktı mülki işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etməklə Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin məzmunu və təyinatına cavab verən qərardad kimi qəbul olunur. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, cavabdehin şikayətdə göstərdiyi dəl illərə görə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2(089)-254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Ona görə də iş üzrə həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh sözügedən qərardaddan 30 oktyabr 2023-cü il tarixli şikayəti də məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verməli olduğu halda bunu qanunvericiliyin tələb etdiyi qaydada həyata keçirməmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin məsələyə müvafiq hüquqi qiymət verilməmişdir. Bununla bağlı kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbay can Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında formalaşdırdığı “Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir” məzmunlu hüquqi mövqeyinə əsaslanır. Eləcə də nəzərə alınmalıdır ki, 24 oktyabr 2023-cü il tarixli qərardadda MülkiProsessual Məcəllənin 112.1.3-cü maddəsinin məzmununa istinad olunsa da, texniki səhv kimi “112.1.13” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 365, 397.2, 398.0398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası qəraraaldı: Cavabdeh şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 2(089)-254/2018 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.