Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-160/2024 27.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X9 sədrliyi və məruzəsi ilə, X4 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X2 xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.201 2-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün iki uşaq üçün cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən G.K.Əliyeva) iddianın qismən təmin edilməsi, 20 may 2024-cü il tarixdən hesablanmaqla, 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməsi, Cavabdeh 60.80 (altmış manat səksən qəpik) manat miqdarında d övlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 11 İyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsində qismən dəyişiklik edərək, 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində özünün heç bir yerdə işləmədiyini, rəsmi iş yerinin olmadığını, əlavə fəaliyyət ilə məşğul olmadığını, heç bir yerdən aylıq gəlirinin olmadığını, işsizlik haqqında arayışı məhkəməyə təqdim etdiyini, özünün üçüncü qrup əlil olduğunu, əlillik vəsiqəsinin iş materiallarında olduğunu, ikinci evlilikdən yoldaşının hamilə olduğunu, onun xərclərini qarşılamaqda çətinlik çəkdiyini, ona kəsilən məbləğdə aliment ödəməyə gücünün çatmadığını, Naxçıvan Şəhər Məhkəməsində məhkəmə araşdırması dövründə iddiaçı tərəfin məhkəməyə onun qazancı barədə heç bir mötəbər sübut təqdim etmədiyini, məhkəmənin kəsdiyi alimentin heç bir hüquqi əsasının olmadığını, ozü üçün anlaşılan olmadığını, uşaqlarını saxlamaqdan boyun qaçırmadığını, məhkəmənin heç bir sübut və əsas olmadan yalnız iddiaçının istək və arzusu ilə bu qədər yüksək aliment kəsməsini qanunsuz və qərəzli saydığını, Naxçıvan Şəhər Məhkəməsinin 11 İyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsi ilə 20 may 2024-cü il tarixdən hesablanmaqla, 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməsi barədə qətnamənin qismən dəyişdirilərək alimentin miqdarının azaldılmasını istədiyini, övladlarının saxlanması üçün hər ay bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödəyə biləcəyini, bundan artıq miqdarda kəsilmiş alimentin tərəfindən ödənilməsinin imkan xa ricində olduğunu bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 11 İyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsində qismən dəyişiklik edərək, 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 76.1.1, 76.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 176 və 177-ci maddələrinə istinad etmişdir. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə Cavabdeh apell yasiya şikayətini müdafiə edərək izahatında işsizlik olduğunu, ayaqlarının anadangəlmə xəstə olduğundan əziyyət çəkdiyini, 1-2 saat ayaq üstə olan zaman ayaqlarının şişdiyini, ayaqları ağrıdığı üçün güclü işlərdə işləyə bilmədiyini, əvvəllər Radio zavodda işlədiyi üçün dolanışığının yaxşı olduğunu, bu yaxınlarda da şəkər xəstəsi olduğunun ortaya çıxdığını, 3 ildir ki, hər həftə uşaqlarına baxdığını, anasının 1-ci qrup əlil olduğunu, onun pensiyası ilə bugünə qədər aliment verdiyini, son iki aydır ki 340 manat aliment verdiyini, hazırda isə çatdıra bilmədiyini, alimentin miqdarının azaldılmasını xahiş etdiyini, uşaqlar böyüdükcə onların tələbatlarının artdığını başa düşdüyünü, lakin dolanışığı yaxşı olmadığından həmin alimenti ödəyə bilmədiyini, hazırda ikinci dəfə ailə həyatı qurduğunu, yo ldaşının hamilə olduğunu, hər həftə uşaqlarını gördüyünü, 3-cü qrup əlil olduğunu, bu yaxınlarda uşağının zəng vurararq məktəb paltarlarını ala bilmədikləri üçün pul istədiyini, onun da 100 manat pul göndərdiyini göstərərək, Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e2(078)-892/2024 nömrəli qətnaməsində qismən dəyişiklik edərək, 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşıına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşağa 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında cavabdehin uşa qlarını nə yedirdib, nə də gəzdirdiyini, məktəbli paltarın alınması üçün göndərilən 100 manat pul məbləğinin də növbəti ayin aliment məbləğindən çıxılması şərti ilə göndərdiyini, özünün uşaqların çantalarını, kitablarını, ayaqqabılarını aldığını, oğlununun inkişaf etməsi üçün kiks-boxsa qoyub 20-25 manat aylıq pul ödədiyini, uşaqların tələbatlarını çatdıra bilmədiyini, mediasiyada cavabdehin 200 manat məbləği ödəyəcəyini dediyini, hətta həmin vaxt cavabdehin pulu olmadığı barədə səs-küy etdiyini, özünün pizza bişirilən yerdə günü 20 manata işlədiyini, işə çağırılan günlərdə getdiyini, 600 manata qədər əmək haqqı aldığını, özünün də xəstə olduğunu, belində olan yırtığı həkimlərin əməliyyat etməyi məsləhət görmədiklərini, hazırda ailəli olduğunu, yoldaşının evin kirayə və yemək xərclərini qa rşıladığını və birinci yoldaşından olan uşaqlarına 400 manat aliment ödədiyini, kreditləri ödədiyini, cavabdehin isə evinin, hər şəraitinin, özünə aid torpağının olduğunu, “Xan” taksidə taksi sürücüsü işlədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu, onun hazırkı ailəsindən doğulacaq uşaq barədə düşünüb, indiki uşaqları barədə düşünmədiyindən ona alimentin məbləğində sadəcə 5 manat güzəşt edə biləcəyini, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və hər uşağa 140 manat olmaqla, 280 manat alimentin kəsilməsi təklifini qəbul etmədiyini bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2(078)-892/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbin ə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş m ateriallarında olan 175242 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 27 sentyabr 2018-ci il tarixdə X10 və Cavabdeh arasında 22 dekabr 2010-cu il tarixdə Babək Rayon İcra Hakimiyyəti Qoşadizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış 12 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan 853136 nömrəli və 507120 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən, X7 və X5 iş üzrə tərəflər X6 ilə Cavabdeh övladları olması təsdiq edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(078)-386/2017 saylı qətnaməsi ilə X10 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, 17 noyabr 2010-cu il təvəllüdlü X11 və 16 mart 2012-ci il təvəllüdlü X7 anası X6 yanında saxlanılması, Cavab deh 16 mart 2017-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 xeyrinə ödənilməsinin qət edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 23 oktyabr 2021-ci il tarixli barışıq sazişindən Cavabdeh keçmiş həyat yoldaşı X12 ilə birgə nikahdan doğulmuş övladları 17 noyabr 2010-cu il tarixdə Babək rayonu Nehrəm kəndində anadan olmuş, haliyədə Babək şəhəri Qoşadizə məhəlləsində yaşayan X5 və 16 mart 2012-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, haliyədə Babək şəhəri Qoşadizə məhəlləsində yaşayan X1 üçün hər ay X8 hər uşaq üçün 100 manat (cəmi 200 manat) məbləğində a liment ödəyəcəyini öhdəsinə götürdüyü müəyyən olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2019-cu il tarixli ərizədən, X6 Cavabdeh ilə barışdığından Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-386/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentdən imtina etdiyi və icra sənədi üzrə icraata xitam verildiyi müəyyən olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə alimentin miqdarının artırılması tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan Cavabdeh Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “ Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan orqanizmin funksiyalarının 31 -60 faiz pozulmasına görə 150 (bir yüz əlli) manat məbləğində sosial müavinət aldığı müəyyən olunmuşdur. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli arayışdan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsinin aşkar edilmədiyi müəyyən olunmuşdur. Tələbin dəqiqləşdirilməsi ilə bağlı İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə ünvanlamış olduğu 11.07.024-cü il tarixli ərizədən, Cavabdeh 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla iki uşaq üçün ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulara q ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyi müəyyən olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-892/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 20 may 2024-cü il tarixdən hesablanmaqla, 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşaqların anası İddiaçı ödənilməsi qət edilmişdir. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərə məcmu halında qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbi yə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan R espublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimenti n tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də g ələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərb aycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanun i qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsi” nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin müəyyən edilmiş hallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)892/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin ed ilməsi, 20 may 2024-cü il tarixdən hesablanmaqla, 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşaqların anası İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağ lamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqlar ı dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmçinin, qeyd edilməlidir ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik o lmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddianı haqlı olaraq qismən təmin etməklə və Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimenti 20 may 2024-cü il tarixdən hesablamaqla 17 noyabr 2010-cu il təvəllüdlü X5 və 16 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq anaları-İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsini müəyyən etməklə, düzgün və qanuni nəticəyə gəlmişdir. Beləliklə, kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)892/2024 nömrəli qətnaməsinin əsaslılığını və qanu niliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərini əsassız hesab etdiyindən qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsi nə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edil dikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənləri nəzərə almaqla kollegiya bildirir ki, barəsində şikayət verilmiş birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti t əmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmçinin, icraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasi ya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-160/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-160/2024
27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver