Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-161/2023 05.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)-403/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6832.35 (altı min səkkiz yüz otuz iki manat otuz beş qəpik) manat əsas, 1684.01 (bir min altı yüz səksən dörd manat bir qəpik) manat f aiz borcu olmaqla, cəmi 8516.36 (səkkiz min beş yüz on altı manat otuz altı qəpik) manat pulun və ödənilmiş 105.16 (bir yüz beş manat on altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)-403/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli, BBLK3341185A117 saylı kredit müqaviləsinə əsasən 6832.35 (altı min səkkiz yüz otuz iki manat otuz beş qəpik) manat əsas, 1684.01 (bir min altı yüz səksən dörd manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 8516.36 (səkkiz min beş yüz on altı manat otuz altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən X3 və ya AsanPay vasitəsilə xx.xx.2 023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 105.16 (bir yüz beş manat on altı qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)-403/2023 nömrəli qətnaməsinin ləğv edilərək, işin aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72, mənzil 369-da rəsmi olaraq qeydiyyatdadır və faktiki olaraq yaşayır. Bu səbəbdən he sab edir ki, məhkəmə qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Çünki məhkəmə aidiyyat qaydalarını pozaraq işə baxmışdır. Göründüyü kimi məhkəmə cavabdehin faktiki olaraq qeydiyyatda olduğu ünvanı araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamadığı üçün qəbul etdiyi qətnamə qanunsuzdur, buna görə də 2(078)403/2023 nömrəli qətnamə ləğv olunmalıdır. Apellyant sonda Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)403/2023 nömrəli qətnaməsinin ləğv olunaraq, işin aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı kollegiyaya etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, lakin Cavabdeh kollegiyanın ünvanına xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə göndərərək faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72, mənzil 369-da qeydiyyatda olduğunu, hal-hazırda adıçəkilən ünvanda yaşadığını və həmin ərazidə işlədiyini, bu səbəbdən 05 dekabr 2023-cü il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, göstərilənləri nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)403/2023 nömrəli qətnaməsinin ləğv olunması, işin aidiyyəti üzrə birinci instansiya məhkə məsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haq qında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya cavabdehin apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri iş materialları ilə birlikdə nəzərdən keçirib müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)-403/2023 nömrəli qətnaməsi ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, kollegiya iş üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsa s kimi göstərdiyi “...onun Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72, mənzil 369-da rəsmi olaraq qeydiyyatda olduğuna və faktiki olaraq yaşadığına, bu səbəbdən məhkəmə qətnaməsinin tamamilə qanunsuz və əsassız olduğuna, çünki məhkəmənin aidiyyat qaydalarını pozaraq işə baxdığına, məhkəmənin cavabdehin faktiki olaraq qeydiyyatda olduğu ünvanı araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etdiyinə, Naxçıvan Şəhər Məhkəməsinin mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamadığı üçün qəbul etdiyi qətnamənin qanunsuz və buna görə də 2(078)-403/2023 nömrəli qətnamənin ləğv olunmalı olduğuna” dair dəlillərini müzakirə edərək həmin dəlillərin əsaslı olduğu qənaətinə gəlir. Belə ki, iş üzrə Cavabdeh apel lyasiya şikayətinə xx.xx.2021-də ildə verilmiş özünə məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarını (iş. səh 66-67) əlavə etmiş, həmin məlumatlarda onun Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72, mənzil 369-da rəsmi olaraq qeydiyyatda olduğu öz əksini tapmışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı iş materialları tədqiq olunan zaman “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş Cavabdeh məxsus məlumatlardan-yəni xx.xx.2021-ci il tarixdə verilmiş, AA3157469 seriyalı şəxsiyyəti təsdiq edən sənəddən məlum olmuşdur ki, həqiqətən də Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72, mənzil 369-da rəsmi qeydiyyatdadır. İş materiallarından aydın olmuşdur ki, hazırki mülki iş Naxçıvan Şəhər Məhkəməsinin icraatına 15 f evral 2023-cü il tarixdə daxil olmuşdur ki, həmin tarixdə iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanı yuxarıda da qeyd olunduğu kimi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72, mənzil 369 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Respublikasının ali məhkəmə orqanı olmaqla qanunla müəyyən edilmiş qaydada ədalət mühakiməsini həyata keçirir. Naxçıvan Mu xtar Respublikasının Ali Məhkəməsi qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsidir. Yuxarıda qeyd olunan normalar baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş aidiyyət qaydalarını pozmaqla işi icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq yekun qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 385 və 402.2.5, 403.1, 404.1, 404.1.1, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)-403/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)-403/2023 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. Mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-161/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-161/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver