Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-163/2024 19.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X2 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X13 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(110)-385/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Ə.Əliyev) 11 iyul 2024-cü il tarixli, 2(110)-385/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “yaşayış evinə çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Şərur rayonu Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X3 13029,74 manat pul vəsaitin və iddianın təmin o lunmuş hissəsinə mütənasib olaraq 78,18 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13107,92 manatın (on üç min yüz yeddi manat doxsan iki qəpik) alınaraq iddiaçı Şərur rayon Çomaxtur kəndində yaşayan İddiaçı ödənilməsi, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 20 (iyirmi) manat ekspertiza xərcinin 8,69 (səkkiz manat altmış doqquz qəpik) manatının cavabdeh X3, 11,31 (on bir manat otuz bir qəpik) manatının isə İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək tikiliyə çəkdiyi xərclərin əvəzi olan 30000 (otuz min) manat pulun və ödəmiş olduğu 180 m anat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(110)-385/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı ona qarşı “yaşayış evinə çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə oğlu X14 2008-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Ailə olaraq bu evliliyi qəbul etmədikləri üçün ailə quran gündən kirayədə yaşamışlar. Çox keçmədi ki oğlunun ailəsində ailədaxili münaqişələr və dava-dalaşlar başladı. Camaatın sözünə və el qınağına görə onları özləri ilə birgə yaşamağa çağırmışlar. Bunun üçün də onlar şəxsi mülkiyyətlərində olan 3 (üç) put 600 (altı yüz) metr olan pay torpaq sahələrini satıb yarım tikili olan 1 (bir) otaqlı evi, mətbəxi, hamamı ala-yarımçıq düzəldib yaşamaq üçün oğluna vermişlər.1 (bir) otaq ümumi kv.m 4x4, mətbəxin ümumi kv.m 2x3, hamamın ümumi kv.m isə 2x2-dir. Şərur Rayon Məhkəməsinə cavabdeh İ ddiaçı qarşı ona məxsus Şərur rayonu, Çomaxtur kəndində yerləşən **********12 reyestr nömrəli torpaq sahəsi və onun üzərində tikilən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına dair iddia tələbi təmin edilib qanuni qüvvəyə minmiş qətnamə olsa da bu günə kimi qətnamə icra olunmur və o öz əmlakının olmasına baxmayaraq, ahıl çağında hələ də kirayədə qalır. Mülkiyyətçi olaraq o bildirmək istəyir ki, məhkəmə bu halları araşdırmadan əsassız qərar qəbul etmişdir. Məhkəmə qeyd edilən bütün faktiki hallara və sübutlara istinad etməlidi. Məhkəməyə xx.xx.2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnamə üzrə araşdırma aparanda niyə onun mülkiyyəti üzərində cavabdehin sərf etdiyi məbləği hardan və necə sərf etdiyinə aydınlıq gətirməyib? İddiaçı harda işləyirdi ki, ona məxsus mülkiyyətinə pul sərf etmişdi? İddiaçının pulu var idisə niyə razı olmayan qaynı qaynatanın yanında qalırdı? Gedib həmin məbləğə başqa yerdən torpaq alıb tikərdi. Ona məxsus torpaq sahəsi və üzərində tikilən evdən məcburi qaydada çıxarılmasına dair məhkəmə araşdırmasında niyə o sualı İddiaçı vermədi ki, səni evdən və torpaqdan məcburi qaydada çıxarılması qərarı verəcəm sənin iddiaçıya qarşı tələbin var ya yox? Niyə bu günə kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilmir? Niyə bu günə kimi icrasını hazırki pul tələbi ilə əsaslandırır? Məhkəmə qərarında elə qərar verilməyib axı. (məruzəçi hakim Mehdi Əliyev) Dəfələrlə vəsatətlər və etiraz etməyinə baxmayaraq, iddiaçı birinci prosesdə təqdim etməyib, sonrada təqdim etdiyi kassa mədaxil qəbzlərin necə, harda və hansı şəraitdə tərtib olunması üçün, obye ktiv araşdırma apararaq, ekspertiza təyin etməliydi. Məhkəmə iddiaçının planlı şəkildə iddia tələbini formal olduğunu bildiyi halda heç bir araşdırma aparmamış, əksinə qarşı tərəfin maraqları naminə qərar qəbul etmişdi. Belə ki, ona məxsus mülkiyyətindən İddiaçı məcburi qaydada çıxarılmasına dair hal-hazırda qanuni qüvvəyə minmiş qərar olduğunu və həmin prosesi eyni hakim (məruzəçi hakim Mehdi Əliyev) apardığından kifayət qədər araşdırması olmasına baxmayaraq, ona məxsus əmlakımın tikintisində iddiaçının sərf etdiyi məbləğ hardan və hansı sübut və dəlillərə əsaslanıbdır? Şahidlərin ziddiyyət xarakterli ifadələrinə? yoxsa məkirli iddiaçının dediklərinə əsaslanıb? Təbii ki, evdə gəlin olduğu halda ustaya da, qonağa da çayı, yeməyi gəlin gətirə bilər bu da iddaçının ona məxsus mülkiyyətinə sa hiblənmək anlamına gəlmir. İddiaçı şahidlərin öyrədilmiş formada prosesdə dindirilməsi, məhkəmənin qarşı tərəfin maraqları naminə qərar verməsi üçün sübutdur. Belə ki, məhkəmənin iddiaçının ona məxsus mülkiyyətinə sərf edilən 13107.92 (on üç min yüz yeddi manat, doxsan iki qəpik) məbləğ hansı maddi sübutlara əsaslanıb? Ümumi kv.m 4x4-ə 1 (bir) otaq (tikilmişdi sadəcə yüngül təmir edilib) Ümumi kv.m 2x3 mətbəx (santexnika qovşağı yoxdur sadəcə 2 (iki) gözlü qaz pilətəsindən başqa buna mətbəx deyilir? Ümumi kv.m 2x2 hamam kanalizasiya və istilik sistemi yoxdur vedrədə su qoyulub yuyunulur buna hamam deyilir? İddiaçının pulu harda idi ki onun mülkiyyətini tikirdi və pul sərf edirdi? İddiaçı ilə oğlunun evliliyini ailə olaraq heç biriləri razı olmadıqları halda İddiaçı qardaşının pulu ilə aldı ğı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi nə dərəcədə doğrudur? O, evi 3 (üç) put 600 (altı yüz) metr pay torpaq sahəsini satıb ev tikdiyi vaxtı el qınağına kirayə pulu verə bilmədiklərindən yarım tikili evini ala-yarımçıq təmir edib oğluna görə çağırmışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla bərabər cavabdehin də sübutlarına hüquqi qiymət verməli, qərarı ehtimalla verməməlidir Birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutların, verdiyi ifadənin heç birinə hüquqi qiymət verməyib, qətnamənin ləğv edilməsini hesab edir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil 26 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayətinə əlavə ilə müraciət edərək iddiaçı cavabdehin oğlu X14 ilə nikaha daxil olaraq cavabdehə məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən torpaq sahəsinin üzərində ev t ikərək yaşamışdır. Ailə münasibətləri pozulduğundan cavabdeh iddiaçını həmin torpaq sahəsi və üzərində olan tikilidən çıxarılmasına dair iddia qaldırmış və iddia təmin edilmişdir. Cavabdehin oğlu ilə birgə nikahda olduqları müddətdə həmin evin tikilməsinə və təmirinə iddiaçının keçmiş əri tərəfindən xərc çəkilmişdir. Həmin hallar şahid ifadələri ilə də tam təsdiq olunmuşdur. Çəkilən xərcin hesablanması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və müəyyən edilmişdir ki, evin tikintisi və təmirinə çəkilən xərcin bugünkü bazar qiyməti təqribən 26059,17 manatdır. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə çəkilmiş xərcin cavabdehdən yalnız yarısını tələb edə bilər. Cavabdehin evinə çəkilmiş xərclər iddiaçı ilə cavabdehin oğlunun birgə nikahı dövründə çəkildiyin dən iddiaçı yalnız qanunun tələbinə əsasən çəkilmiş xərcin yarısını tələb etmək hüququna malikdir. İş üzrə iddiaçı cavabdehin oğlu ilə nikahda olarkən cavabdehin mülkiyyətində olan torpaq sahəsində onun razılığı ilə lakin qanunla özbaşına tikinti sayılan fərdi yaşayış evi tikmişlər. Yaşayış sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikildiyindən məhz cavabdeh faydalanan (əsassız varlanan) şəxs hesab olunur. Buna görə məhkəmə tələbin iddiaçının keçmiş ərinə deyil, onun anası olan mülkiyyətçiyə qarşı qaldırılmasını əsaslı hesab edir. Məhkəmə sözügedən qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarının pozuntusu ilə müşayiət olunan qətnamə çıxarmışdır. Belə ki, iddiaçı məhkəmənin gedişatı sırasında məhkəməyə xx.xx.2023-cü il tarixli qətnaməni təqdim etmiş və həmin qətnamə nin mövcud tələb üzrə digər iddia tələbinə preyudisiyal əhəmiyyət daşıdığını bildirmişdir. Məhkəmə isə həmin qətnaməyə hazırda apellyasiya şikayəti verilmiş qətnamədə istinad etmişdir. Lakin, məhkəmə işi tam şəkildə araşdırmamış, iddiaçı tərəfindən verilmiş qətnamədə onun 2023-cü il tarixində baxılan mülki iş üzrə, mövcud tələblə bağlı verdiyi ifadələr arasında ziddiyətlər olduğunu və bu ziddiyətin nədə ifadə olunması, əgər həmin qətnamə iddiaçının irəli sürdüyü iddia tələbi üzrə preyudisiyal əhəmiyyət kəsb edirdisə, nə üçün həmin izahatının nəzərə alınmadığı məhkəmə tərəfindən araşdırılmamış və verilmiş izahatı əsas götürülmüşdür. Belə ki Şərur Rayon Məhkəməsinin icraatında olmuş 2(110)-730/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində İddiaçı izahatında Eldəniz Hüseynov ilə 2006-cı i l tarixindən nikaha daxil olmadan evləndikləri, torpaq sahəsinin onlara məxsus vəsait hesabına alındığı, torpaq sahəsinin alınmasında, evin tikilməsində bütün xərcləri özünün çəkdiyi, bununla bağlı sübutlarının olduğunu bildirmişdir. Həmçinin Şərur Rayon Məhkəməsinin 2(110)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində iddiaçının verdiyi izahatına nəzər yetirmiş olsaq Eldəniz ilə 2003-cü il tarixindən nikaha daxil olmadan evləndiklərini, torpaq sahəsini qardaşının pulu ilə aldığını, evin tikintisi üçün çəkilən xərclərin Eldənizlə onun pulu olduğunu və həmin halları təsdiq edəcək şahidlərin olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçının istər digər qətnamədə, istərsə də mövcud iddia tələbi üzrə verdiyi izahatlarında iddianın əsasını təşkil etmiş “birgə vəsait hesabına tikilmiş ti kiliyə çəkilmiş xərcin bölünməsi” tələbində tələbin əsasını təşkil edən hallar üzrə iddiaçının verdiyi ziddiyyətli izahatları əsas götümüş, izahatlar arasında mövcud tələbin əsasını təşkil edən hallarla bağlı kifayət qədər ziddiyyətin olmasına baxmayaraq, məhkəmə heç bir araşdırma aparmadan, sübutları doğru-düzgün qiymətləndirmədən qətnamə çıxarmışdır. Hansı ki, məhkəmə tam, obyektiv, qərəzsiz həqiqətə nail olmaq istəyərək yekun qərar qəbul etmək istəyirdisə, iddiaçının evin tikintisinə xərclədiyi vəsaitin gah Eldənizlə onun qazandıqları vəsait hesabına olduğunu, gah torpağın qardaşının vəsaiti hesabına aldığını, gah da onların öz vəsaiti hesabına alındığını bildirməsini, Eldəniz ilə hansı tarixdən faktiki olaraq nikah münasibətlərində olmasını, yəni, 2003-cü il tarixmi, yoxsa 2006-cı il t arixindənmi nikah münasibətlərində olmasını araşdırmalı idi. İşin halları da qanuni və əsaslı qətnamənin çıxarılmasında əhəmiyyət kəsb edir. Məhkəmə qətnamə çıxararkən işin obyektiv və həqiqəti hallarını nəzərə almamışdır. Belə ki, iddiaçı mövcud iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsində verdiyi izahatında torpaq sahəsinin qardaşının pulu ilə alındığını, həmin torpaq sahəsinin alındığı zaman isə Eldənizi birinci həyat yoldaşı ilə onların əmlak mübahisələrinin olduğunu və bunu bildiyini qeyd edir. İddiaçı ərinin birinci həyat yoldaşı ilə əmlak mübahisələrinin olmasını bildiyi halda, necə ola bilər ki, həmin torpağın da qaynanasının adına rəsmiləşdirilməsinə icazə vermişdir? Məgər güman etmirdimi gələcəkdə birinci həyat yoldaşı ilə yaşadığı problemləri, özü də yaşaya bilər? İddi açının verdiyi ziddiyətli izahatları, işin halları da bilavasitə onun yalan izahat verdiyini göstərir və həmin torpaq sahəsinin alınmasında və üzərində təmir-tikinti işlərinin aparılmasına belə bir qəpik vəsait xərcləməmişdir. İddiaçı və onun həyat yoldaşı Eldənizin aylıq gəlirləri sadəcə olaraq, Eldənizin aldığı 145 manat pensiya məbləği təşkil edir. Həmin vəsaitlə torpaq almaq və üzərində təmir-tikinti işləri aparmaq, aylıq dolanışıq xərcləri qarşılamaq mümkündürmü? Bu halların heç biri məhkəmə tərəfindən araşdırılmamış və mövcud sübutlara da məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. İş üzrə verilmiş şahid ifadələrinə nəzər yetirmiş olsaq, görərik ki, verilən ifadələrdə evin tikintisi üçün çəkilmiş xərclərin kim tərəfindən ödənilməsi və onların mənbəyinin konkret olaraq kimə məxs us olması müəyyən edilməmişdir. Hansı ki, iş üzrə cavabdeh tərəf öz izahatında həmin torpaq sahəsinin və üzərindəki tikilinin xərclərinin özü tərəfindən çəkildiyini bildirmişdir. Mülki iş üzrə iddia tələbində bu qədər mübahisəli halın olmasına baxmayaraq, məhkəmə şahidlərin qeyri-müəyyən ifadələrinə əsaslanaraq qətnamə çıxarması cavabdehin hüquqlarının kobud şəkildə pozuntusuna və iddiaçının əsassız olaraq varlanmasına gətirib çıxarmışdır. Verilmiş şahid ifadələrindən evin tikintisində iştirak etmiş usta X24 tikinti üçün bilavasitə Eldənizdən 1500 AZN məbləğində pul aldığını bildirmişdir. Digər şahid ifadələrinə nəzər yetirmiş olsaq, onlar pulun bilavasitə Eldənizdən deyil, onun qardaşı və atası tərəfindən pul ödənişləri olunduğunu bildirmişdirlər. Lakin, iddia tələbi iddiaçı tərəfindən mə hkəməyə verilmişdirsə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən həmin tələbi də sübut etmək yükü iddiaçının üzərinə düşürdü, lakin iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin natamam və qeyri-müəyyən ifadələrindən başqa heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, kollegiyadan Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 2(110)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə edərək Səriyyənin Eldəniz ilə ailə qurduqdan sonra sadəcə olaraq əl çantası ilə gəldiyini və Səriyyənin oğlu Eldənizlə birlikdə kiray ə mənzildə yaşadığını, camaatın sözünə və el qınağına görə onları özləri ilə yaşamağa çağırdığını, maddi gəlirləri olmadığından bir ana kimi övladına və onun ailəsinə ürəyinin yandığını, kirayə pulu verib artıq xərcləri çıxmasın deyə mübahisəli evi oğlu və Səriyyənin qalması üçün verdiyini, Səriyyənin heç bir qazancının, gəlirinin olmadığını, onun əri, yəni oğlu Eldənizin isə maşın ustalarının yanında köməkçi işləməklə ustalardan maşın təmirini aparmağı öyrəndiyini, Eldənizin qazandığı pulla ailənin maddi təlabatlarını qarşılamağa çalışdığını, maddi cəhətdən çətinlik çəkən, ailənin dolanışığını təmin etməyə maddi imkanı olmayan oğlunun Səriyyə ilə birlikdə ev tikməsini, evi təmir etməsinin mümkün olmadığını, çöl torpağını satıb ərinin əmisi qızından üzərində mübahisəli tikili inşa edilmiş torpaq sahəsini aldığını, həmin torpağın üzərində inşa edilmiş evin himini mərhum əri ilə birlikdə qazdıqlarını, ərinin dəqiq nə vaxt rəhmətə getdiyini xatırlamadığını, evin tikintisi üçün ustalara ödənilmiş pulları oğlu Eldənizə verdiklərini, Eldənizin də həmin pulları ustalara verdiyini, mübahisəli mənzili özü və mərhum ərinin pensiya pulu ilə tikdirdiklərini, evin bütün təmir-tikintisinə çəkilmiş xərci özünün ödədiyini, evin tikintisinin dəqiq hansı tarixdə apardığının yadında olmadığını, ancaq evi tikən zaman tikinti materiallarının ucuz qiymətə satıldığını xatırladığını, Səriyyənin mübahisəli mənzildə 16 il yaşadığını iddia etməsinin yalan məlumat olduğunu, torpaq sahəsinin adına olsa da onun üzərində inşa edilmiş mübahisəli mənzili səhvliyi ucbatından öz adına keçirmədiyini qəbul etd iyini, ancaq evin sənədlərini aldığını, Səriyyənin oğlu Eldənizlə savaşdığını, evin sənədlərini oğlundan aldığını, Səriyyənin həmin sənədləri kənd icra nümayəndəsinə təqdim edərək hazırda mübahisələndirilən mənzili öz adına keçirmək istədiyini, icra nümayəndəsi bundan imtina etdikdə isə Səriyyənin evin sənədlərini cırdığını, evin tikintisi zamanı Səriyyənin 3 ay müddətində Türkiyə Respublikasında olduğunu və orada yaşadığı müddətdə 5 kirayə mənzil dəyişdiyini, Səriyyənin göstərdiklərinin hamısının yalan olduğunu, torpaq şöbəsindən torpaq sahəsinin onun adına olması barədə sənəd alıb gətirərək Səriyyəyə göstərdiyini, lakin buna baxmayaraq Şərur Rayon Məhkəməsinin ondan 13000 manat pulun alınıb Səriyyənin xeyrinə ödənilməsi barədə qərar qəbul etdiyini, evin tikintisinə çəkilmiş xərc üçün S əriyyəyə qeyd edilən məbləğdə kompensasiya ödəməyə imkanının olmadığını, Səriyyənin kənddə ambulatoriyada işlədiyini, evin tikintisində işləyən ustalara çay, yemək hazırlayıb verdiyini, ancaq Səriyyənin heç vaxt evin tikintisinə pul xərcləmədiyini və evin tikintisində işləmədiyini, Səriyyənin hazırda onun pulu ilə inşa edilmiş mənzildə yaşadığını, özünün isə 7 aydır kirayə mənzildə yaşadığını və hazırda mübahisəli tikilidən əlavə yaşayış yerinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(110)-385/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil kollegiyadakı izahatında apellyasiya şikayəti vermələrinin səbəbinin birinci i nstansiya məhkəməsinin qəbul etdiyi qərarın mahiyyət etibarilə maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunduğunu, həmin qətnaməyə nəzər yetirdikdə sübutların məhkəmə tərəfindən doğru, düzgün araşdırılmadığının müəyyən olunduğunu, həmin sübutlardan əlavə mövcud sübutların belə araşdırılmadığını, düzgün hüquqi qiymət verilmədən yekun qərarın çıxarıldığını, mübahisəli mənzil tikilərkən Şərəbanının oğlunun Səriyyə ilə evli olduğunu, Şərəbanının oğlunun Səriyyə ilə kirayədə qaldıqlarını, artıq xərcləri çıxmasın deyə evi onlara həmin evdə ailə kimi yaşasınlar deyə verdiyini, Səriyyənin izahatında Eldəniz Hüseynov ilə 2006cı il tarixindən nikaha daxil olmadan evləndiklərini, torpaq sahəsinin onlara məxsus vəsait hesabına alındığını, torpaq sahəsinin alınmasında, evin tikilm əsində bütün xərcləri özünün çəkdiyini, bununla bağlı sübutlarının olduğunu bildirdiyini, həmçinin Şərur Rayon Məhkəməsinin 2(110)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində Səriyyənin verdiyi izahatına nəzər yetirmiş olsalar Eldəniz ilə 2003-cü il tarixindən nikaha daxil olmadan evləndiklərini, torpaq sahəsini qardaşının pulu ilə aldığını, evin tikintisi üçün çəkilən xərclərin Eldənizlə onun pulu olduğunu və həmin halları təsdiq edəcək şahidlərin olduğunu bildirdiyini, göründüyü kimi Səriyyənin istər digər qətnamədə, istərsə də mövcud iddia tələbi üzrə verdiyi izahatlarında iddianın əsasını təşkil etmiş “birgə vəsait hesabına tikilmiş tikiliyə çəkilmiş xərcin bölünməsi” tələbində tələbin əsasını təşkil edən hallar üzrə iddiaçının verdiyi ziddiyyətli izahatlarını əsas götürdüyün ü, izahatlar arasında mövcud tələbin əsasını təşkil edən hallarla bağlı kifayət qədər ziddiyyətin olmasına baxmayaraq, məhkəmənin heç bir araşdırma aparmadan, sübutları doğru-düzgün qiymətləndirmədən qətnamə çıxardığını, məhkəmə tam, obyektiv, qərəzsiz həqiqətə nail olmaq istəyərək yekun qərar qəbul etmək istəyirdisə, Səriyyənin evin tikintisinə xərclədiyi vəsaitin gah Eldənizlə onun qazandıqları vəsait hesabına olduğunu, gah torpağın qardaşının vəsaiti hesabına aldığını, gah da onların öz vəsaiti hesabına alındığını bildirməsini, Eldəniz ilə hansı tarixdən faktiki olaraq nikah münasibətlərində olmasını, yəni, 2003-cü il tarixmi, yoxsa 2006-cı il tarixindənmi nikah münasibətlərində olmasını araşdırmalı olduğunu, iddia ərizəsinin mahiyyətinə fikir verdikdə aydın şəkildə həmin ərizədə birgə nikah dövründə evin tikintisinə çəkilmiş xərclərdən söhbət getdiyinin müəyyən edildiyini, məhkəmənin nəyə əsaslanaraq evin tikintisinə çəkilmiş xərclərin Səriyyə tərəfindən ödənilməsini müəyyən etməsinin məlum olmadığını, iş üzrə dindirilmiş şahidlərin də ifadələrinin sadəcə olaraq qısa, lakonik və iki cümlədən ibarət olan, həmin vəsaitin kim tərəfindən xərcləndiyini təsdiq etməyən ifadələrdən ibarət olduğunu, məhkəmənin öz qətnaməsində əsas olaraq həmin şahid ifadələrinə istinad etdiyini, Səriyyənin və ya onun sabiq əri tərəfindən mübahisəli evin tikintisi üçün pul vəsaitinin xərcləndiyini təsdiq edən heç bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini, ərizə yazaraq mülki işin materialları ilə tanış olduğunu, iş materiallarında da nə iddiaçı, nə cavabdeh, nə də mübahisə predmeti barəsi ndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən mübahisəli evin tikintisinə çəkilmiş xərclərlə bağlı elə bir təsdiqedici sənədin məhkəməyə təqdim edilməsinin göstərilmədiyini, halbuki Mülki Prosessual Məcəllənin tələbinə əsasən hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, birinci instansiya məhkəməsinin mülki icraatla inzibati icraatı ayırd edə bilmədiyini, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hakimin tərəfə hüquqi yardım göstərməsi kimi vəzifə öhdəliyinin olduğunu, Şərur Rayon Məhkəməsinin qərarında isə sanki hüquqlarını müdafiə etdiyi tərəfin dövlət orqanı, iddiaçı tərəfin isə fiziki şəxs olduğunu və öhdəliyin həmin orqanın üzərinə qoyulması ilə bağlı məsələnin araşdırıldığını, Mülki Prosessual Məcəl lədə sübutların təmin edilməsi öhdəliyinin olduğunu, sübutların hakim tərəfindən hər iki tərəfə təqdim etməsinin təklif edildiyini, tərəflərin sübutların təqdim edilməsinin mümkünsüzlüyünü onlardan asılı olmayan səbəblərdən məhkəməyə sübuta yetirdiyi təqdirdə artıq iş üzrə sədrlik edən hakimin həmin sübutun təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun hüquqi addımlar atdığını, iş materiallarında birinci instansiya məhkəməsi tərəfindən tarixini dəqiq xatırlamadığı protokol tərtib edildiyini, həmin protokolda şahidlərin məhkəmə tərəfindən dəvət edilib dindirilməsinin öz əksini tapdığını, şahidlərin dəvət edilməsində iş üzrə sədrlik edən hakimin tərəflərin vəsatəti olmadan və ya şahidin məhkəməyə çağırılmasını tərəflərə təklif etmədən öz təşəbbüsü ilə şahidləri məhkəməyə çağırıb dindirdiyini, hakimin bu təşəbbüsdən çıxış etməsinin sanki hakimin Səriyyənin tələbini sübut etmək kimi vəzifəsi olduğu anlamına gəldiyini, hazırki mülki iş üzrə ekspertiza keçirilməsinin də hakimin təşəbbüsü ilə irəli sürüldüyünü, Mülki Prosessual Məcəllənin tələbinə görə ekspertizanın keçirilməsinin məhkəmənin və ya tərəflərin təşəbbüsü ilə təyin oluna biləcəyini, ancaq şahidlərin dindirilməsində sədrlik edən hakimin qətiyyətli addımlarının, daha sonra öz təşəbbüsü ilə ekspertizanın keçirilməsi barədə qərarların qəbul edilməsinin işin obyektivliyinə xələl gətirdiyini və artıq yekun qətnamənin bu formada çıxarılması ilə yekunlaşdığını, məhkəmənin qərar qəbul edərkən işin hallarını nəzərdən keçirməli olduğunu, əgər iddia tələbində mübahisəli evin tikintisinə çəkilmiş xərclərdən söhbət gedi rsə, məhkəmənin Səriyyə ilə onun sabiq ərinin birgə mülkiyyəti hesabına çəkdiyi xərcləri müəyyən etməli olduğunu, ancaq belə bir sübutun olmadığını, belə sübutların birinci instansiya məhkəməsində işə baxılarkən hazırlıq iclasında məhkəməyə təqdim edildiyini, mübahisəli evin Şərəbanı tərəfindən tikilməsinə dair dəlillərinin mövcud olmadığını, həmin dövrdə hər şeyin şifahi formada aparıldığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(110)-385/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 izahatında Səriyyə ilə nikaha düşdükləri tarixi dəqiq xatırlamadığını, ancaq hazırda aralarında olan nikahı n pozulması üçün məhkəməyə müraciət etsələr də nikahlarının pozulmadığını, mübahisəli mənzilin tikintisinə başlanıldığı müddətdə Səriyyə ilə evli olduğunu, Səriyyənin mübahisəli mənzilin tikintisinə 30000 manat xərc çəkildiyini iddia etməsinin yalan məlumat olduğunu, mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsini usta gətirdib çəpər çəkdiyini, lakin evə ərzaq qismində hər şey alıb gətirməsinə baxmayaraq Səriyyənin həyətin çəpərləmə işini aparan usta üçün yemək hazırlamadığını, məcbur qalıb ustanın yeyib-içməyini yeməkxanadan sifariş etdiyini, evdə usta işlədiyi müddətdə Səriyyəni evdə tapa bilmədiyini, həmin vaxt Səriyyənin gah Türkiyə Respublikasında, gah da Bakı şəhərində olduğunu, özünün səhhətində problemin olduğunu, xəstəlikdən əziyyət çəkdiyini, bu səbəbdən də evin tikintisinə nə zam an başlayıb, tikintini nə vaxt bitirdiyini xatırlamadığını, hazırda Səriyyənin onu mübahisəli mənzilə buraxmadığını, məcbur qalaraq evin balkonunda qoyulmuş divanın üstündə gecələdiyini, çox vaxtı isə Səriyyənin ondan polisə şikayət etdiyini, mübahisəli mənzilin tikintisini atasının qiymət danışdığı ustaların apardığını, tikinti zamanı ustaların yanında olduğunu, ustaların zəhmət haqqısını atasının verdiyini və o da həmin pulu ustalara verdiyini, mübahisəli mənzilin tikintisinə başlayan zaman orada başqa tikilinin mövcud olmadığını, həmin evi boş torpaq sahəsində tikdiklərini, Səriyyənin iddia ərizəsində 16 il mübahisəli mənzildə yaşadığını qeyd etməsinin doğru məlumat olduğunu, evin tikintisinin pulunu atasının ödədiyini, atasının isə dəqiq nə vaxt rəhmətə getdiyini xatırlamadığını, ancaq atasının 3 il öncə öldüyünü bildiyini, Səriyyənin onunla birgə yaşadığı mübahisəli mənzildə heç bir təmir-tikinti aparmadığını, ancaq ev üçün xırda işlər gördüyünü, daha sonra Türkiyə Respublikasına gedib orada 3 ay işlədiyini, Türkiyə Respublikasında işləyib qazandığı pulla Səriyyənin mağazalara olan borcunu bağladığını, hətta Səriyyəyə xərcləməsi üçün pul da verdiyini, İİİ qrup əlil kimi hər ay 150 manat pensiya aldığını, həmin pensiyadan aliment pulu ödədiyi üçün ona 45 manat çatdığını, İİİ qrup əlil kimi pensiyanı təxminən 1 il olar ki aldığını, mübahisəli mənzilin tikintisində Səriyyənin heç bir əməyinin olmadığını, atasının mübahisəli mənzili 2 otaq, 1 mətbəx və 1 salondan ibarət olmaqla inşa etdirdiyini, tikintinin aparıldığı tarixi xatırlamadığını, tikintinin tarixinin sənədlərd ə qeyd edildiyini bildirərək kollegiyadan ədalətli qərar çıxarılmasını xahiş etdi. İddiaçı kollegiyadakı izahatında Şərəbanının oğlu Eldənizlə 2003-cü ildə nikah bağlamadan faktiki olaraq ailə qurduğunu, birgə evliliklərindən 2 övladlarının doğulduğunu, ilk övladlarının 2007-ci ildə doğulduğunu, evin yerləşdiyi torpaq sahəsini sabiq əri Eldənizin və onun mərhum atasının aldığını, torpaq sahəsi alınan zaman üzərində heç bir tikilinin olmadığını, tikintini sonradan o və Eldənizin apardığını, evin tikintisinin 2021-ci ilədək davam etdiyini, torpaq sahəsini alana qədər Eldənizin atasının əmisi oğlunun evində kirayədə qaldıqlarını, mübahisəli evin tikintisinə 2008-ci ilin avqust ayında başladıqlarını, evin tikintisində qayınatasının və qayınanasının onlara maddi köməkliyinin olduğunu, onların h aqqını dana bilmədiyini, ancaq evi bütünlüklə qayınatası və qayınanasının tikdirmədiyini, qayınatası və qayınanasının digər övladlarına köməklik etdikləri kimi onlara də maddi köməklik etdiklərini, qayınatasının 2017-ci ildə rəhmətə getdiyini, Eldəniz Hüseynov xəstə olduğunu bildirsə də əslində onun heç bir xəstəliyinin olmadığını, Eldənizin yaxşı maşın ustası olduğu üçün hər yerdən maşın təmiri üçün onun yanına gəldiklərini, Eldənizin maşınlara göstərdiyi texniki qulluğa görə elə vaxtlar olub ki, günə 2000 manat pul qazandığını, Eldənizin maşın təmirindən qazandığı pulla evi tikdirdiyini, ailənin bütün tələbatlarını qarşılasa da onunla mənəvi olaraq maraqlanmadığını, bir dəfə belə olsun onlarla axşam yeməyinə oturmadığını, Eldənizin bütün günü kafe, restoranlarda yeyib içdiyini, bunun səb əbini ondan soruşduqda isə ona “nəyiniz kəsirdir” cavabını verdiyini, mübahisəli evin tikintisində Eldənizin arvadı kimi onun da əməyinin olduğunu, evin tikintisi zamanı hər gün səhər saat 6-da durub həmin gün işləyəcək ustanın və fəhlənin yeməyini hazırlayaraq həyətdə onlar üçün stol açdığını və buna usta, fəhlə və bütün qonşuların şahid olduğunu, evin tikintisi üçün hamilə vəziyyətdə palçıq qarışdırıb ustalara verdiyini, bir maşın briketi tək daşıdığını, torpağı daşıyıb evin içinə boşaltdığını, evin açıq eyvan önündə dəmir boruların quraşdırılması üçün yüklərin qaldırılmasını və zibilin daşınması işlərini özünün yerinə yetirdiyini, yəni bir sözlə evin tikintisi zamanı bacardığı bütün işləri gördüyünü, uşaqların otağının təmir xərcini çəkdiyini, evin iki yaşayış otağı və mətbəx təyinatlı tikililərin döşəməsinə laminatın alınmasının pulunu isə şəxsən özünün ödədiyini, Şərur Rayon Məhkəməsi tərəfindən işin araşdırıldığını, onun mübahisəli mənzilin tikintisində haqqı olduğu qənaətinə gəlinərək qərar qəbul edildiyini, evin hazırda tikintisinin dayandırıldığını, evin yarım tikili vəziyyətdə olduğunu, evin eşik divarının suvağını Eldənizin dayısı oğlu Hilalın vurduğunu, bu işin görülməsinə görə Hilal onlardan pul almasa da sonradan Eldəniz Hilalın onlara gördüyü işin müqabilində onun avtomobilini pulsuz təmir etdiyini, Daşqın adlı şəxsin onun evində işləyib pulunu aldığını, Eldənizin xalasının kürəkəninin evin içinə beton verərək həmin işin zəhmət haqqını onlara hədiyyə etdiyini, həmçinin Eldənizin öz maşınını satıb Finca bankdan kredit götürərək maşının pulunun üstünə qoyduğunu və evin dam örtüyünü vurdurduğunu, iddia ərizəsində mübahisəli evin tikintisinə 30000 manat xərcləndiyi qənaətinə hissə-hissə gördükləri işlərin, nisyə götürdüküləri və sonradan ödədikləri tikinti materiallarının xərclərini hesablamaqla gəldiyini, hazırda həmin mübahisəli mənzildə yaşadığını, 6 il evin bir otağında qaldığını, sonradan isə digər otaqları tikməyə başladıqlarını, arvadın heç bir yerdə işləməməsinin, onun qazancının olmamasının ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakdan arvada pay çatmamasına əsas vermədiyini, qadının ana olduğunu, evdə oturub uşaqları saxlamaqla onların qayğısına qaldığını, kişi qazanıb gətirirsə, qadınında onun qazancını hazırlayıb ortalığa çıxardığını, evin tikintisinin birgə nikah dövründə tamamilə Eldənizin qazancı əsasında aparıldığını, 2 016-cı ildən 2022-ci ilədək Şərur rayonu, Çomaxtur kənd ambulatoriyasında tibb bacısı işlədiyini, 3 il fasiləsiz aldığı əmək haqqı ilə evin bütün kommunal xərclərini ödədiyini, cavabdeh tərəflə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitini və uşaqların saxlanması üçün yığılıb qalmış aliment pulunu ödəmələri şərti ilə razılığa gələ biləcəyini bildirərək apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin təmin olunmaması və Şərur Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(110)-385/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh X5, cavabdehin vəkili-nümayəndəsi Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbər dar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh X8, cavabdehin vəkili-nümayəndəsi Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Аzərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifə lərindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X5 qarşı “yaşayış evinə çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək 2008-ci ildə Şərur rayonu, Çomaxtur kəndində yoldaşı X14 ilə birlikdə torpaq aldıqlarını, torpağı alarkən qaynanası torpağın onun adına olmasını istədiyini, buna səbəbin yoldaşının ilk evliliyində ev mübahisəsi olduğunu, sonra həmin torpaq sahəsində ev tikməyə başladıqlarını, evin himini X9 açdığını, sonra onun üzərində yavaş-yavaş otaqları tikməyə başladıqlarını, evi ilk tikməyə başlayanda orada Şərur rayonu, Çomaxtur kənd sakinləri X22, X10 və X19 işlədiyini, ilk olaraq evin bir otağını tikdiklərini, həmin bir otaqlı evdə 6 il yaşadıqlarını, həmin müddətdə digər otaqların himini açdıqlarını, beton tökdüklərini, ümumi evin təməlini qoyduqlarını, bu günkü gün ə qədər hələdə tikinti işləri gördüyünü, son vaxtlara qədər X22 usta, X19 isə fəhlə kimi evdə işlədiklərini, uşaqlarının otağının isə təmir işlərini yoldaşının dayısı oğlu Şərur rayonu, Çomaxtur kənd sakini X16 həyata keçirdiyini, mətbəxin və salonun betonunu yoldaşının xalası oğlu X4 və onun kürəkəni X20 tökdüyünü, eyni zamanda mətbəxin və hamamın suvağını Daşqının çəkdiyini və fəhlə kimi də Vəlinin işlədiyini, evin dam örtüyünün X17 vurduğunu, ümumilikdə 2008-ci ildən indiyənədək evə 30000 manata yaxın xərc çəkdiklərini, bunu yaxın qonşuları Şərur rayonu, Çomaxtur kənd sakinləri Şahid və X15 da təsdiq edə biləcəyini, məhkəmənin qərarına əsasən onun, iki övladının və qaynı oğlunun təcavüzü nəticəsində dünyaya gəlmiş günahsız körpənin evdən çıxarılmasının qət edildiyi, həmin evdə 16 ildi r ki yaşadığını, evin bütün xərclərini yoldaşı ilə biryerdə çəkdiyini, bütün kommunal çeklərinin yoldaşının adına olduğunu, evə çəkilmiş xərclərin əvəzini tələb etdiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətində və ona əlavə edilmiş şikayətdə göstərilmiş məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnamə üzrə araşdırma aparanda onun mülkiyyəti üzərində cavabdehin sərf etdiyi məbləğin hardan və necə sərf etdiyinə aydınlıq gətirməməsi, iddiaçının pulu var idisə razı olmayan qaynı qaynatanın yanında nə səbəbə görə qalması, dəfələrlə vəsatətlər və etiraz etməyinə baxmayaraq, məhkəmənin iddiaçının təqdim etdiyi kassa mədaxil qəbzlərin necə, harda və hansı şəraitdə tərtib olunması üçün obyektiv araşdırma apararaq ekspertiza təyin etmədiyini, ona məxsus əmlakının tikintisi ndə iddiaçının sərf etdiyi məbləğin hardan və hansı sübut və dəlillərə əsaslanmasını, məhkəmənin iddiaçının ona məxsus mülkiyyətinə sərf edilən 13107.92 (on üç min yüz yeddi manat, doxsan iki qəpik) məbləğin hansı maddi sübutlara əsaslanması, məhkəmənin Səriyyənin Eldəniz ilə hansı tarixdən faktiki olaraq nikah münasibətlərində olmasını, yəni, 2003-cü il tarixmi, yoxsa 2006-cı il tarixindənmi nikah münasibətlərində olmasını araşdırmalı olması, iddiaçı və onun həyat yoldaşı Eldənizin aylıq gəlirlərinin sadəcə olaraq, Eldənizin aldığı 145 manat pensiya məbləği təşkil etməsi, həmin vəsaitlə torpaq almağın və üzərində təmir-tikinti işləri aparmağın, aylıq dolanışıq xərclərini qarşılamağın mümkün olması ilə əlaqədar dəlillərini iş materialları və işin araşdırılmış halları ilə əhatəli şəkildə yo xlayaraq cavabdeh tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 4.11-ci bəndinə görə Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən öz başına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. İşin araşdırılmış halları ilə İddiaçı Cavabdeh oğlu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 ilə birgə yaşadıqları dövrdə, yəni 2008-ci ildən başlayaraq 2021-ci ilədək olan müddətlərdə cavabdehin mülkiyyətində olan torpaq sahəsində onun razılığı ilə lakin qanunla özbaşına tikinti sayılan fərdi yaşayış evi tikməklə İddiaçı və Eldəniz Hüseynovun uşaqları ilə birlikdə hazırda da həmin evdə yaşamaları müəyyən edilmiş və həmin daşınmaz əmlakın inşa olunması və təmi rinə sərf olunan vəsaitin onlar tərəfindən ödənilməsi işə baxılarkən dindirilmiş şahidlərin ifadələri, iddiaçının və iş üzrə üçüncü şəxs olan Eldəniz Hüseynovun izahatları həmçinin işdə toplanmış sübutlarla təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən həmin fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikildiyindən məhkəmə iddianın ona qarşı qaldırılmasını əsaslı hesab edir. Kollegiya belə hesab edir ki, İddiaçı ilə Eldəniz Hüseynovun nikah dövründə Şərur rayonu, Çomaxtur kəndində cavabdehin mülkiyyətində olan 0,1016 ha torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərclər onların əməyinin və xərclərinin nəticəsini ifadə edən hər ikisinin ümumi əmlakı hesabına həmin yaşayış evinin inşa edilməsinə sərf olunduğundan ü mumi çəkilmiş xərcin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 556 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Naxçıvan MR Daşınmaz Əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınan 0.1016 ha torpaq sahəsinin üzərində tikilmiş yaşayış evi bir mərtəbədən ibarət olmaqla tərkibində iki yaşayış otaqları, bağlı eyvan, mətbəx, açıq eyvan və yeni inşa edilmiş istifadə olunmayan birgə yerləşən sanitariya qovşaqları (hamam və ayaqyolu) təyinatlı tikililəri vardır. Tədqiq olunan fərdi yaşayış evinin iki yaşayış otaqlarının təyinatlı tikililərinin daxili divarlarının sement-qum və alçı məhlulu ilə suvandığı, tikililərin tavanlarına “alçıpan” təbəqələrin vurulduğu, üzləri alçı məhlulu ilə zamazkalanaraq suvandığı, perimetr boyu “paduqa” tipli lepka ilə haşiyələndiyi, çıraqaltı lepkalar vurulduğu, bir yaşayış otağının və mətbəxin döşəməsi laminat, mətbəx təyinatlı tikilinin tavanına isə plastik lambri təbəqələrin vurulduğu, birgə yerləşməsi nəzərdə tutulan sanitariya qovşaqlarının divarları və döşəməsinin sement-qum məhlulu ilə suvandığı, evə ümumilikdə elektrik xətləri çəkildiyi, evin yaşayış otaqlarının daxili qapılarının taxta materialdan, evin və ayrı-ayrılıqda yerləşən sanitariya qovşaqlarının (hamam və ayaqyolu) pəncərə və qapıları plastik (PVC) materialdan quraşdırıldığı, eyni zamanda evin xaricdən ön fasad hissəs inin ümumilikdə sement məhlulu ilə suvandığı, üzərinin mozayka ilə bəzədilərək fasad boyası ilə rəngləndiyi, evin damına dörd enişli sinklənmiş rəngsiz şifer təbəqələrin vurulduğu eləcə də evə ümumilikdə su, kanalizasiya xətlərinin və.s çəkildiyi, Şərur rayonu, Çomaxtur kəndində yerləşən X5 məxsus olan Naxçıvan MR Daşınmaz Əmlakın dövlət reyesterində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınan 0,1016 ha torpaq sahəsinin üzərində özbaşına tikilmiş yaşayış evinin tikintisinə və təmirinə ümumilikdə xərclənmiş vəsaitin 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 26059,47 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəy inə gəldikdə, qeyd edilməlidir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi fərdi yaşayış evində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmədə tədqiq оlunmuş ekspertin rəyini digər sübutlarla birgə qiymətləndirməklə gəldiyi nəticəni məhkəmənin qətnaməsində düzgün əsaslandırmışdır. Kоllegiya eyni zamanda qeyd edir ki, fərdi yaşayış evində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyərinin müəyyən оlunması ilə əlaqədar yuхarıda sadalanan ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyil. Оna görə də işin şərh оlunmuş hallarına əsasən kollegiya apellyasiya şikayətində qeyd olunan həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırılmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndind ə göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İşin araşdırılmış hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 1-ci vərəqinin 1-ci abzasında, 2-ci vərəqinin 2-ci abzasında, 3-cü vərəqinin 8-ci abzasında və 5-ci vərəqinin 11-ci abzasında Cavabdeh adı yanlışlıqla “Şərabanı” kimi göstərilmişdir. Ona görə də kollegiya cavabdeh “X8” adını “Cavabdeh” kimi qəbul edir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiy a məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Apеllyаsiyа şikаyəti təmin еdilməsin. Şərur Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(110)-385/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsm i qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-163/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-163/2024
19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver