Məhkəmə qərarları › İş №2(108)-166/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-166/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-166/2024 04.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, üç uşaq üçün ümumilikdə 405 (dörd yüz beş) manat miqdarında alimentin tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X5, 18 may 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, artırılmış alimentin məbləğinin məhkəmənin hazırki iş üzrə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsi ilə müəyyən olu nmuş alimentin miqdarının dəyişdirilərək 09 aprel 2008-ci il təvəllüdlü X10, 18 may 2009-cu il təvəllüdlü X11 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı 28 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin alimentin mi qdarına aid hissədə dəyişdirilərək hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 480 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh 3 (üç) uşağa görə ödədiyi 360 (üç yüz altmış) manat aliment pulundan əlavə uşağa heç bir maddi köməklik göstərmir. O, 12 nömrəli Uşaq Bağçasında tərbiyəçi işləyir, aylıq 500 (beş yüz) manat əmək haqqı alır, uşaqlarla birlikdə kirayədə yaşayır və aylıq 250 manat olmaqla kirayə haqqı ödəyir. Əlavə olaraq 300 (üç yüz) manat sosial müavinət alır. Lakin övladlarından 2-sinin Aslan və Ayxanın səhhətlərində problemləri olduğ undan onların müayinə və müalicələrinə kifayət qədər pul xərclənir. Övladları məktəbdə yuxarı siniflərdə təhsil alır və hazırlıqlara gedirlər. Bu da əlavə olaraq vəsait tələb edir. O isə təkbaşına bunların öhdəsindən gələ bilmir. Bu səbəbdən alimentin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən yalnız əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin üzərinə 15 (on beş) manat əlavə etməklə bugünkü gün üçün uşaqların yaşayış minimumu nəzərə alınmamışdır. Hazırki vəziyyətdə hər uşağa görə 160 (yüz altmış) manat ödənilsəydi mövcud vəziyyətlə razılaşmaq olardı. Lakin məhkəmə onun vəziyyətini nəzərə almamış uşaqların dolanışıq səviyyəsinin yaxşılaşmasına demək olar ki, köməklik etməmişdi. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)72 4/2024 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 135 (yüz otuz beş) manat olmaqla, 3 (üç) uşaq üçün cəmi 405 (dörd yüz beş) manat miqdarında alimentin tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X8, 18 may 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona ödənilməsini qət etməklə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmayıb hazırki qətnaməsi ilə cavabdeh tərəfi razı salıbdır. Məhkəmə iddiaçı olaraq onun iddia tələbini nəzərə almamışdır. Onun ailə və maddi vəziyyətində, uşaqların təhsil və müalicə xərcləri ilə əsaslı dəyişikliklər olmaqla bütün hallar nəzərə alınaraq yenidən alimentin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)724/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minumumunun 235 (iki yüz otuz beş) manat müəyyən olunmasına və bunun da ata tərəfindən yaşayış minumunundan aşağı olmayan məbləğin ödənilməsi qeyd olunmasına baxmayaraq Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi ilə bu hal nəzərə alınmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 135 (yüz otuz beş) manat olmaqla, 3 (üç) uşaq üçün cəmi 405 (dörd yüz beş) manat miqdarında alimentin tutularaq 09 aprel 2008-ci il təvəl lüdlü X8, 18 may 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona ödənilməsi ilə bağlı iddianı qismən təmin etməklə məhkəmənin işin hallarını araşdırmaq vəzifəsi olduğu halda tam sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsində işə baxarkən birinci instansiya məhkəməsinə onlardan asılı olmayan səbəblərə görə təqdim edilməyən sübutlar olmamışdır. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında alimentin miqdarının hər uşaq üçün 15 manat olmaqla, cəmi 45 manat artırıldığını, bu miqdarda alimentin 3 uşağın tələbatlarının ödənməsi üçün yetərli olmadığını, qızının oğlanlarına nisbətən yaşca daha böyük olduğunu və universitetə qəbul olmaq üçün hazırlaşdığını, qızının 1 ildən sonra 18 yaşı tamam olacağına görə alimentə ona münasibətdə xitam veriləcəyini, qızının yaxşı oxuduğunu, müəlliməsinin ona “Uşaq texnikomluq deyil yaxşı oxuyur qoyun universitetə hazırlaşsın” dediyini, lakin maddi imkanı olmadığı üçün qızını hazırlıqlardan çıxarmaq məcburiyyətində qaldığını, qızının oxuyub ali təhsilli olmasını istədiyini, Pərvizdən buna görə aliment tələb etdiyini, uşaqlar üçün alimentin miqdarının 235 manat müəyyən edildiyini, hər ay qızının hazırlığa getməsi üçün 250 manat pul ödədiyini, bundan əlavə bankdan 5500 manat məbləğində kredit götürdüyünü, qızının hər gün üç dəfə avtobusla 3 fənndən, daha sonra isə 5 fənndən hazırlığa getdiyini, onun yol xərcini, yemək xərcini çatdıra bilmədiyini, əlavə olaraq qaldıqları mənzildə kirayə haqqı üçün 350 manat pul ödədiyini, məhkəmənin həmişə cavab dehin və onun xəstə uşağını nəzərə alaraq onun tələb etdiyi miqdarda alimenti təyin etmədiyini, Pərvizin xəstə uşağı olsa da həmin uşağın əlil olmasına görə pul aldığını, Pərvizin ona az əmək haqqı aldığını dediyini, Pərvizin uşaqların atası kimi aliment pulunu ödəməyə borclu olduğunu, ana kimi uşaqlarına görə öz öhdəsinə düşəni etdiyini, 2 aydır ki, sosial yardım da almadığını, maaşının məbləğinin əmək müqaviləsində 560 manat kimi qeyd olunduğunu, lakin 443 manat aldığını, aliment miqdarının artması ilə bağlı məhkəmə qətnaməsi qəbul olunduqdan sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olması ilə bağlı məlumatının olmadığını, uşaqlarının tələbatları artdığı üçün həmin qətnamə qəbul olunduğu üçün yenidən 4 ay sonra aliment miqdarının artırılması ilə bağlı iddia qaldırdı ğını, 4 ay ərzində bazar qiymətlərinin artdığını, əvvəl 10 manata ayaqqabı alırdısa, indi həmin ayaqqabını 35 manata aldığını, əvvəl avtobus qiyməti 30 qəpik idisə, bu gün avtobus qiymətinin 50 qəpik olduğunu, əvvəlcə alimentin miqdarının hər uşaq üçün 100 manat olduğunu, alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırdığını, məhkəmənin qətnaməsi ilə alimentin miqdarı artaraq bir uşaq üçün 120 manat olduğunu, sonradan məbləği az hesab etdiyini, uşaqların tələbatları yenidən artdığı üçün alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etdiyini, hazırki iddiasında da Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə bir uşaq üçün alimentin miqdarının 135 manat müəyyən edildiyini, 135 manat aliment pulunun bir uşaq üçün az olduğu üçün apellyasiya şikayəti verdiyini, hazırda apell yasiya şikayətinin qismən təmin olunmaqla hər uşağa 150 manat olmaqla, ümumilikdə 450 manat aliment təyin olunmasına da razı olduğunu göstərərək Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsinin dəyişdirilərək cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında ümumi əmək haqqısının 477 manat olduğunu, əmək haqqısından tutqular tutulduqdan sonra 402 manat əmək haqqı aldığını, 360 manat aliment pulu ödədiyini, 53 manat da kredit borcu olduğu üçün icradan tutulduğunu, kredit borcunun bitməsinə 3 ay vaxt qaldığını, 3 aydan sonra əmək haqqısının hamısını aliment pulu kimi verə biləcəy ini, başqa yerdən gəlirinin olmadığını, yenidən ailə həyatı qurduğunu, ikinci evliliyindən də iki uşağının olduğunu, uşaqlarından birinin xəstə olduğunu, 3 aydan bir həmin uşağa dəyəri 830 manata olan iynə vurdurduğunu, ikinci evliliyindən olan həyat yoldaşının da yarım oklad işləyərək 180 manat əmək haqqı aldığını, anasının da 360 manat pensiya aldığını, onların pulları ilə dolandığını, öz əmək haqqısından ona pul qalmadığını, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə imkanının olmadığını, təyin olunandan artıq miqdarda aliment ödəməyə maddi imkanının olmadığını bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. H üquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində Cavabdeh ilə aralarında 29 iyun 2006-cı il tarixdə bağlanmış nikahın Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-456/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə pozulduğunu, həmin nikahdan 09 aprel 2008-ci ildə X12, 18 may 2009-cu ildə doğulmuş X11 və 08 oktyabr 2013-cü ildə X7 doğulduğunu, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsi ilə alimentin miqdarının dəyişdirilərək hər uşağa sabit məbləğdə 120 manat olmaqla ümumilikdə 360 manat alimentin ödənilməsi qət edildiyini, uşaqları böyüdükcə onların hər birini 120 manata saxlayıb məktəb ləvazimatları ilə təmin edib oxutdurmağın günbəgün ç ətinləşdiyini, uşaqlarını saxlayıb böyütməkdə maddi cəhətdən çox çətinliklər çəkdiyini, uşaqları Ayxan Babayev və Aslan Babayevin xəstə olmalarını, onların müalicələrinə xeyli miqdarda pul xərcləndiyini, oğlu Ayxanın qanında iltihab olduğundan qollarında, ayaqlarında şiş əmələ gəldiyini, bu səbəbdən də oğlunun nəfəs almasının çətinləşdiyini, hərəkətlərində problemlər yarandığını, bunların nəticəsi olaraq uşağın hərəkət qabiliyyətini itirə bilməsini, bundan əlavə oğlu Aslanın da səhhətində problemlərin olduğunu, Sumqayıt şəhərində müayinə və müalicə olunduğunu, uşaqları böyüdüyündən onların xərclərinin artdığını, uşaqların tələbatlarını ödəməyin çətin olduğunu və müalicələrinə xeyli miqdarda vəsaitin xərcləndiyini, ona görə də alimentin miqdarının dəyişdirilməsi zərurəti yarandığını göstərə rək cavabdehdən hər ay sabit məbləğdə hər uşaqa 235 manat olmaqla 705 manat alimentin tutularaq ona ödənilnməsini xahiş etmişdir. İşə əlavə edilmiş: - Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(078)-629/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-92/2020 nömrəli 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında alimentin tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X12, 18 may 2009-cu il təvəllüdl ü X11 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi müəyyən edilmişdir. - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 may 2008-ci il tarixli, AZ-İİ № 164877 nömrəli, 22 iyun 2009-cu il tarixli, AZ-İİ № 332570 nömrəli və 18 noyabr 2013-cü il tarixli, AZ-İİİ № 076720 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, iş üzrə tərəflər 09 aprel 2008-ci il təvəllüdlü X8, 18 may 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 valideynləridir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli, 130 nömrəli arayışdan görünür ki, İddiaçı 09 aprel 2008-ci il təvəllüdlü X12, 18 may 2009-c u il təvəllüdlü X11 və 08 oktyabr 2013-cü il təvəllüdlü X3 ibarət tərkibdə ailə üzvləri vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafiz ə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud on un qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi aylıq 250 manat olmaqla kirayə haqqı ödəməsi, övladlarından Aslan və Ayxanın səhhətlərində problemləri olduğundan onların müayinə və müalicələrinə kifayət qədər pul xərclənməsi, övladla rının məktəbdə yuxarı siniflərdə təhsil almaları və hazırlıqlara getmələri ilə əlaqədar əlavə olaraq vəsait tələb olunması ilə əlaqədar dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Həmçinin həmin qərarda göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılm ası zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü yarımbəndində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmin qərarın 8.13-cü yarımbəndində müəyyən olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum Qərarının 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa ə sasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu 235 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərini ödəyir. Hazırkı işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri qida, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə veri ldiyi iddiaçının üzərinə düşür. Kollegiya işin yuхarıda şərh olunmuş hallarına əsasən iddiaçının apellyasiya şikayətində və kollegiyadakı izahatında göstərdiyi dəlillərini əsassız hesab edir. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər hallarla yanaşı, cavabdehin yenidən ailə qurmaqla yeni ailədə uşaqlarının olmasını, apellyasiya şikayətinə əsasən tutulacaq alimentin miqdarının dəyişdirilməsinin digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb olacağını, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin alimentin miqdarının üç uşaq üçün 405 (dörd yüz beş) manat müəyyən edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya işin yuxarıda şərh ol unmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməs inin 25 iyul 2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar