Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-167/2021 03.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 2(080)97/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə Ordubad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5068,28 manat əsas borc, 100,31 manat f aiz borcu, cəmi 5168,59 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 2(080)-97/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi (sədrlik edən: M.F.Məmmədov) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 5068,28 manat əsas borc, 100,31 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5198,59 (beş min yüz doxsan səkkiz manat əlli doqquz qəpik) manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 2(080)-97/2021 nömrəli, 15 iyul 2021- ci il tarixli qətnaməsinin dəyişdirilib, onun İddiaçınə olan əsas borcunun 5068,28 manatdan 2500 manat endirilərək ümumi borcunun 2630,31 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumatın verilməsi qeyd edilsə də, əslində həmin məlumat onlara verilməmiş və məhkəmə tərəfindən iddia ərizəsinə onların iştirakı olmadan baxılmışdır. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, iddiaçı "xxxx" KB ASC və onun arasında bağlanmış 25.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, ona illik 27% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmiş, o həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə bir likdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 25.07.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin qardaşı Cavabdeh2 25.07.2019cu il tarixli, 393micXRD/19-EM nömrəli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Guya o kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Baxmayaraq ki, onun tərəfindən "xxxx" KB ASC-yə ümumilikdə 11000 manata yaxın nəğd pul ödənilmiş və əsas kredit borcu 2500 manat təşkil etmişdir. Onun "xxxx" KB ASC-yə ümumilikdə 11000 manata yaxın nəğd pul ödəməyini təsdiq edən bank sənədləri də var ki, məhkəmə baxışı zamanı o həmin sənədləri məhkəməyə təqdim edə bilərdi. Həmin sənədlər onun tərəfindən apellyasiya şikayətinə baxılan zaman məhkəməyə t əqdim ediləcəkdir. Buna görə də məhkəmə tərəfindən əsassız olaraq iddia təmin edilmiş, ondan və qardaşı Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5068,28 manat əsas borc, 100,31 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5198,59 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmışdır. Ordubad Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2 (080)97/2021 saylı qətnaməsi əsassız olduğuna görə dəyişdirilməli və onun iddiaçı "xxxx" KB ASCyə olan əsas borcu 5068,28 manatdan 2500 manat endirilərək ümumi borcu 2630,31 manat hesablanmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə iddiaçı "xxxx" KB ASC-yə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclası nda tərəflər iştirak etməmişlər. Cavabdeh1 29 oktyabr 2021-ci il tarixli notarius vasitəsi ilə təsdiq olunmuş ərizə ilə kollegiyaya müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı "xxxx" KB ASC -nin nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 29 oktyabr 2021-ci il tarixli notarius vasitəsi ilə təsdiq olunmuş ərizəsində həmçinin İddiaçı ona və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair Ordubad Rayon Məhkəməsinin 2(080)-97/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin kollegiyanın icraatında olduğunu, apellyasiya şikayətindən i mtina etdiyini qeyd edib, iş üzrə apellyasiya qaydasında icraata xitam verilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Cavabdeh1 ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam v erildiyindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinə əsasən apellyasiya icraatına xitam verilən zaman apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əs asən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərard adının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 2(080)-97/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən Cavabdeh1 imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. “EXPRESSPAY” ödəniş sistemi vasitəsi ilə "xxxx" ASC-yə 16 avqust 2021-ci il tarixdə, Xidmət:Məhkəmələr-HOP olan, ********* nömrəli qəbzlə ödə nilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh1 qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-167/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-167/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver