Məhkəmə qərarları › İş №2(108)-167/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-167/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-167/2024 09.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 30 may 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 23 may 2021-ci il təvəllüdlü X4 və 13 avqust 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üç ün hər ay, hər birinə 235 manat olmaqla iki uşağın saxlanılmasına ümumilikdə 470 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 30 may 2024-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla iki uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında alimentin tutularaq 23 may 2021-ci il təvəllüdlü X4 və 13 avqust 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, qətnamənin dərhal icra olunması, iddia tələbinin qalmış hissədə rədd edilməsi, Cavabdeh 63.2 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumunun tutula raq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh 20 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsinin dəyişdirilərək bir uşağın saxlanılması üçün 100 manat olmaqla, iki uşağın saxlanılmasına 200 manat məbləğində alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə ilə razılaşmır, ona görə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məc əlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qanun əsas gətirilməklə bir uşağa 180 manat olmaqla, iki uşağın saxlanılmasına 360 manat aliment müəyyən edilmişdir. Qeyd elmək istəyir ki, 360 manat alimenti qarşılaya bilmir. Onun aylıq qazancı yoxdur. Hal-hazırda heç bir yerdə işləmir. Belə olan halda da 360 manat onun üçün çox böyük bir məbləğdir. U şaqları onunla birlikdə yaşadığı dövrdə isə bütün xərclərini anası X5 çəkmişdir. Hal-hazırda yaşa görə 220 manat məbləğində müavinət alır. İndiki vəziyyətdə bu alimenti anası ilə birlikdə ödəməsi də mümkün deyil. O da anası və atası ilə yaşayır və tək gəlir mənbəyi həmin müavinətdir. Bu ay borc alaraq 360 manatı ödəyib, amma artıq əlində heç bir pul vəsaiti qalmamışdır. Artıq öz ehtiyaclarını da qarşılaya bilmir və ay sonuna qədər necə dolanacağını bilmir. Bundan əlavə, qeyd etmək istəyir ki, qətnamənin qəbul edildiyi məhkəmə prosesində iştirak etməyi üçün ona heç bir bildiriş göndərilməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxmış və belə bir qətnamə qəbul etmişdir. Hesab edir ki, aylıq qazancının olmaması və ev şəraiti nəzərə alınmaqla öhdəsinə qoyulan aliment miqdarı azaldılmalıdır. Bildirmək istəyir ki, bir uşağın saxlanılmasına 100 manat olmaqla iki uşağın saxlanılmasına 200 manat aliment ödəyə bilər. İddianın alimentə münasibətdə qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsinin dəyişdirilərək bir uşağın saxlanılması üçün 100 manat olmaqla, iki uşağın saxlanılmasına 200 manat məbləğində alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yox layaraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş sənədlərdən və iddia ərizəsindən aydın olur ki, tərəflər rəsmi nikah qeydiyyatından keçmədən faktiki olaraq nikah münasibətlərində olmuş və tərəflərin birgə yaşadığı dövrdə 23 may 2021-ci il təvəllüdlü X8 və 13 avqust 2022-ci il təvəllüdlü X11 adlı övladları doğulmuş, tərəflərin ailə münasibətləri pozulduğundan ayrılmışlar. 23 may 2021-ci il təvəllüdlü X8 və 13 avqust 2022-ci il təvəllüdlü X11 anaları, yəni iş üzrə İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudu r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alime ntin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqı nda” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd olunan “360 manat alimenti qarşılaya bilməməsi, onun aylıq qazancının olmaması, hal-hazırda heç bir yerdə işləməməsi, belə olan halda da 360 manatın onun üçün çox böyük bir məbləğ olması, uşaqları onunla birlikdə yaşadığı dövrdə isə bütün xərclərini anası X2 çəkmiş olması, halhazırda yaşa görə 220 manat məbləğində müavinət alması, indiki vəziyyətdə bu alimenti anası ilə birlikdə ödəməsinin də mümkün olmaması, onun da anası və atası ilə yaşaması və tək gəlir mənbəyinin həmin müavinətin olması” dəlillərinə münasibətdə qeyd edir ki, belə ki, cavabdehin apellyasiya şikayətində də qeyd olunduğu kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməs i, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü yarımbəndində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu olan 220 manat uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini ödəyir. Hazırkı işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində göstərilən hallara istinad etməklə iddia ərizəsini kifayət qədər əsaslandırmış və işə baxan birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının müəyyən edilməsi hissəsinə dair gəldiyi nəticə əsaslı və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, cavabdeh tərəfin izahatında göstərdikləri və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Həmçinin kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəf alimentin miqdarını hər bir uşaq üçün 100 man at təyin olunmasını xahiş etdiyindən və Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə hər bir uşaq üçün kəsilmiş 180 manatla müqayisədə yaranmış fərq üzrə bir illik məbləğ nəzərə alındığı üçün kassasiya şikayəti verilə bilməz. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(078)-929/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar