Məhkəmə qərarları › İş №2(108)-168/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-168/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-168/2021 08.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Fəxrəddin Rüstəm oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və kredit müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsindən iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və kredit müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyirinə 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5845.9 manat əsas borc, 1088.05 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6933.95 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5624.77 (beş min altı yüz iyirmi dörd ma nat, yetmiş yeddi qəpik) manat əsas, 1088.05 (bir min səksən səkkiz manat, beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6712.82 (altı min yeddi yüz on iki manat, səksən iki qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, iddianın qalmış hissədə rədd edilməsinə, Cavabdeh 29 (iyirmi doqquz) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti 12 avqust 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 tarixli qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi nə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rasim Həsənov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə Cavabdeh əsas borcunun tutulması hissəsində qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslarla ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qətnamədən göründüyü kimi, məhkəmə cavabdehin əsas və faiz borcunun məbləğini müəyyən edərkən, mülki işin mübahisəli halının müəyyən olunması məqsədilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq məhkəməyə daxil olmuş ekspert rəyinə istinad edərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-yə 15.03.2021-ci il tarixə olan əsas borcunun məbləği 5264.77 manat əsas, 1263.38 manat təşkil edir. Halbuki, Cavabdeh bankdan 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 25 faizlə 7500 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə ödənişləri vaxtında etməmişdir. Məhkəmə qətnamədə ekspert rəyini əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul etsədə yalnız əsas borca münasibətdə ekspert rəyinə əsaslanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbinin məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etsə də, ekspert cavabdehin borcunu düzgün hesablamamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermişdir. Təkrar ekspertiza təyin edilməli və ekpert rəyi təqdim edilən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həm də təqdim edilən sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği onun bankdan götürdüyü 6000 AZN münasibətdə müəyyən edilməli idi. Lakin ekspert rəyi ilə cavabdehin əsas borcunun 5264.77 manat və faiz borcunun məbləğinin 1263.38 manat kimi m üəyyən edilməsi isə anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Göründüyü kimi, məhkəmə cavabdehin əsas borcunun məbləğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı təşkilatın nümayəndəsi şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 103.1, 385.1.1, 385.1.2, 385.1.4, və 390cı maddələrinə istinad etmiş və göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməklə Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 tarixli qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etira z daxil olmamışdır. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi ş əxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya i nstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə iddiaçı təşkilatın apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxl anılmalıdır. Kollegiya Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsinin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb аşаğıdаkı nəticəyə gəlmişdir. Belə ki, iddiaçı təşkilat İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlili olaraq “məhkəmənin qətnamədə ekspert rəyini əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul etsə də yalnız əsas borca münasibətdə ekspert rəyinə əsaslanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nə zərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbinin məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etsə də, ekspert cavabdehin borcunu düzgün hesablamamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermişdir. Təkrar ekspertiza təyin edilməli və ekspert rəyi təqdim etdiyi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həm də təqdim etdiyi sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Qeyd olunanlara əs asən, cavabdehin faiz borcunun məbləği onun bankdan götürdüyü 6000 AZN münasibətdə müəyyən edilməli idi. Lakin ekspert rəyi ilə cavabdehin əsas borcunun 5264.77 manat və faiz borcunun məbləğinin 1263.38 manat kimi müəyyən edilməsi isə anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir” göstərilənlərə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarından aydın olmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 17 sentyabr 2019-cu il tarixdə bağlanmış 11-MY-2-0-2291-19 saylı kredit müqaviləsinə əsasən 24 ay illik 30 % dərəcəsi ilə hesablanmaqla 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmiş, İddiaçı ASC-ilə Cavabdeh arasında 14.05.2020-ci il tarixli kredit müqaviləsinə əlavə saziş imzalanmış, İddiaçı ASC tərəfindən 15.03.2021-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh 15 mart 2021-ci il tarixə banka 5845.9 manat əsas, 1088.05 manat faiz olmaqla ümumilikdə 6933.95 manat, (cərimə borc üzrə qalıq məbləğin isə “0” manat) borcu olduğu göstərilmişdir. Eləcə də, iş üzrə birinci instansiya məhkəməsində iddiaçı tətəfindən ekspert rəyi hər hansı vəsatət və ya etirazla ümumiyyətlə mübahisələndirilməmiş, cərimə borcu ilə bağlı iddia tələbi irəli sürülməmiş, apellyasiya şikayətində ekspert rəyində hansı riyazi hesablamada yanlışlığa yol verilməsi əsaslandırılmamışdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Babək Rayon Məhkəməsinin qətnaməsində texniki səhvliyə yol verilərək “Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv olunsun” kimi qeyd edilmişdir. Halbuki mübahisələndirilən müqavilə "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsidir. Qeyd edilənlərə əsasən Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsinin “qət etdi” hissəsində qeyd edilmiş “Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi” sözləri "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi kimi qeyd edilməlidir. Beləliklə, kollegiya iddiaçı təşkilatın nümayəndəsinin yuxarıda göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək tələbin tam təmin olunması ü çün əsas hesab etmir. Həmçinin kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmə mişdir. Buna görə də iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və kredit müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rasim Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Re spublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və kredit müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsindən iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(079)-204/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar