Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-170/2024 24.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Ə.Əliyev) 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin olunaraq ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1500 0 manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 116.05 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15116.05 manat (on beş min yüz on altı manat beş qəpik) alınaraq Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 19000 (on doqquz min) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 147 (bir yüz qırx yeddi) manat, cəmi 19147 (on doqquz min bir yüz qırx yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-481/2024 saylı qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin qismən təmin olunmasını kollegiyadan xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı guya 2022-ci ilin aprel-may aylarında “Arzu” foto studiyasına yeni avadanlıqların alınması üçün cavabdehə 19000 manat məbləğində pul ver diyini iddia etsə də məhkəmə iclası zamanı vermiş olduğu bu məbləğin hissə-hissə və köməklik məqsədilə verildiyini bildirmişdir. Hansı ki, qanunvericiliyin tələbinə görə borc verilən 3000 manatdan artıq pul vəsaitinin yazılı müqavilə əsasında verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ərizəsində 2022-ci ilin aprel-may ayı ərzində guya 19000 manat məbləğində borcun verilməsini iddia etsə də onlar arasında hər hansı yazılı müqavilə mövcud olmamış, eyni zamanda iddiaçı vermiş olduğu hər məbləğə münasibətdə müəyyən məbləğdə əlavə haqq, gəlir əldə etmişdir. Hansı ki, aralarında rəsmi razılaşma olmasa da cavabdeh aldığı borc qarşılığında iddiaçıya əlavə pul ödəməyə məcbur olmuşdur. Belə ki, iddiaçı illər əvvəl yəni, 2015-ci ildən əvvəl cavabdehə ancaq ABŞ dolları ilə borc verirdi ki, o həmin xaric i valyutanı ucuz alaraq cavabdehə baha qiymətə satmaqla gəlir əldə edirdi. Devalvasiyadan sonra isə iddiaçı cavabdehə borcu manatla verməyə başlamış və əvvəlki borcunun ödənilməsi məcburiyyətində qalan cavabdeh aldığı pulun müqabilində iddiaçıya əlavə pul ödəməyə və ya aldığı pulu iddiaçının tələb etdiyi şərtlərlə qaytarmağa məcbur olmuşdur. Keçirilmiş məhkəmə iclaslarında isə iddiaçı qeyd edilən xüsusatları qəbul etməmiş və cavabdehə konkret olaraq nə zaman və nə qədər pul verildiyini dəqiq qeyd edə bilməmiş, verdiyi pul məbləğinin cavabdehə məxsus qeyd dəftərçəsində yazılmasına istinad edərək 19000 manat məbləğində pulun qaytarılmasını tələb etmişdir. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilən yeganə sənəd polis şöbəsində imzalanmış iltizam olmuşdur ki, həmin iltizam da polis şöbəsi ndə bilavasitə cavabdehə edilmiş təzyiq sayəsində əldə edilmişdir. Bundan başqa cavabdeh iddiaçıya borcu olduğunu etiraf etsə də bu borcun iddiaçının qeyd etdiyi məbləğdə olmadığını bildirmişdir. Lakin işə baxan məhkəmə tərəfindən qeyd edilən hallar lazımi şəkildə araşdırılmamış, borcun verilməsi, ona münasibətdə əlavə faiz məbləğlərinin ödənilməsi və eyni zamanda öhdəliyin icrası vaxtı ilə bağlı qanunvericiliyin müddəalarına riayət edilib-edilməməsinə lazımi qaydada qiymət verilməmişdir. Bu səbəbdən də Şərur Rayon Məhkəməsinin qətnaməsi qeyd edilən maddi hüquq normalarının pozulması şərti ilə qəbul edildiyindən onlar tərəfindən qanunauyğun hesab edilmir. Hazırki iş üzrə isə iddiaçı iddia ərizəsində guya cavabdehin ona 19000 manat pul borclu olduğunu iddia etsə də istinad etdiyi yeganə süb ut polis idarəsində yazılmış iltizam olmuşdur. Hansı ki, həmin iltizamın əsli mövcud deyildir və eyni zamanda işə baxılarkən onun məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qeyd edilən iltizamın isə polis idarəsində məcburiyyət qarşısında qalaraq imzalanmasını məhkəmə qəbul etməmiş və sonda həmin iltizamı borcun etirafı kimi qəbul etməklə iddia tələbini qismən təmin etmişdir. Cavabdeh iddiaçıya borcu olduğunu etiraf edib, lakin borcunun iddiaçının qeyd etdiyi məbləğdə olmaması barədə bildirdiklərinə isə məhkəmə tərəfindən məhəl qoyulmamışdır. İddiaçı öz tələbini cavabdehin qeyd dəftərçəsində aparılmış qeydlərə və bu qeydlərdən çap etdiyi kağıza əsaslandığını iddia etsə də, cavabdeh həmin qeydlərin müxtəlif vaxtlarda və iddiaçının təsir və təkidi ilə tələsik yazıldığını, həmçinin düzgün h esablanmadığını, həmin məbləğlərin əksər hissəsinin alınmış pula münasibətdə əlavə haqq olduğunu istər polis idarəsində, istərsə də məhkəmə zamanı vermiş olduğu izahatında bildirməsinə baxmayaraq qeyd edilənlər nəzərə alınmamışdır. Belə ki, cavabdeh iddiaçıya olan borcunun düzgün olmadığını və bu borcun yenidən hesablanmalı olduğunu təmin etmək üçün qeyd dəftərçəsinin borcla bağlı hissəsinin son vərəqini qaralasa da polis idarəsində həmin qeydlər cavabdehə məcburi qaydada təkrar yazılaraq iddiaçıya təqdim edilmiş, borcun yenidən hesablanması barədə cavabdeh tərəfin vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Cavabdeh məhkəmə icraatının əvvəllərində iddiaçıya 1600 manat, son hesablamalarında isə 3000-4000 manat məbləğində borcu olduğunu bildirmişdir. Qeyd etdiyi xüsusatlar məhkəmə tərəf indən dəyərləndirilməmiş, cavabdehin mənafeyi nəzərə alınmadan məhkəmə tərəfindən göstərilən prosessual normaların müddəalarının pozulması ilə müşayiət edilən qətnamə qəbul edilmişdir. İddiaçı xarici valyutanın alınıb-satılması ilə məşğul olan bir şəxs olmuşdur. Bu zaman o ucuz aldığı ABŞ dollarını baha qiymətə cavabdehə borc verərək (guya ki, yaxın münasibətləri olmuşdur) gəlir əldə edirmiş. Sonrakı mərhələlərdə isə cavabdeh müəyyən səbəblərdən aldığı bu borcun əksər hissəsini qaytarmış və əlavə pul borc istəyərkən iddiaçı ona artıq borcu manatla vermiş, bu borcu da alınan pula münasibətdə əlavə haqq qoyulmaqla cavabdehin qeyd dəftərçəsinə məcburi yazılması şərti ilə verməyi qəbul etmişdir. Artıq iddiaçıya borclu olan onun bu borc məngənəsində sıxılan cavabdeh iddiaçının bu əsassız şərtin i qəbul etmək məcburiyyətində qalmışdır ki, nəticədə cavabdeh ona qarşı hazırki tələblə iddia qaldırmalı olmuşdur. Məhkəmə tərəfindən işə baxılarkən isə iddiaçı qeyd edilən xüsusatları inkar etmiş, cavabdehə verdiyi pulu guya borc kimi yox, yaxın münasibəti ilə əlaqədar verdiyini bildirsə də, hazırda həbsdə olması ilə əlaqədar pula ehtiyacı olduğundan cavabdehə vermiş olduğu pulu məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Cavabdehə verilmiş pula əlavə haqqın hesablanması və cavabdehə məxsus qeyd dəftərçəsində aparılmış qeydlərin yenidən hesablanmasının iş üçün onlar tərəfindən mühüm əhəmiyyət daşımasına baxmayaraq, iş üçün bilavasitə yeganə sübut olan cavabdehə məxsus qeyd dəftərçəsi məhkəməyə təqdim edilsə də qeyd edilən hallar məhkəmə tərəfindən lazımi şəkildə araşdırılmamışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq cavadehdən 19000 manat pul tələb edir və iddia ərizəsinə əlavə edilən yeganə sənəd kimi polis idarəsində yazılmış iltizama istinad edir. Həmin iltizamda isə borc məbləğinin 15000 manat olması əks edilmişdir ki, iddiaçının iddia etdiyi məbləğlə təqdim etdiyi sübut arasında ziddiyyət mövcuddur. Digər tərəfdən keçirilmiş məhəmə iclasları zamanı iddiaçı gah cavabdehə avadanlıq alması, gah da guya uşaqlarının təhsil haqqının ödənilməsi ilə borc verdiyini bildirsə də, o cavabdehə konkret olaraq nə qədər borc verdiyini sübut edə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi cavabdehə məxsus qeyd dəftərçəsində iddiaçının cavabdehə yüksək məbləğlərdə borc verilməsi öz təsdiqini tapmır. Hansı ki, istər avadanlığın qiyməti istərsə də təhsil haqqı məbləği iddiaçını n verdiyi borc məbləği ilə üstüstə düşmür. İddiaçının sübut qismində təqdim etdiyi iltizamın surəti isə onlar tərəfindən sübut əhəmiyyətli sənəd kimi qəbul edilmir. Bu baxımdan da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi qənaətindədirlər. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iltizamın surətini əsas sübut qismində qəbul etmiş və bu sənədə istinad etmişdir. Hansı ki, cavabdehin qeyd edilən iltizamın polis idarəsində ona zorla, təsir altında imzaladılması barədə izahatını, bununla bağlı sübut qismində təqdim etdiyi səs yazısını məhkəmə nəzərə almamışdır. Digər tərəfdən iddiaçı iddia tələbini cavabdehə məxsus qeyd dəftərçəsində aparılan qeydlərlə tam sübuta yetirildiyini iddia etsə də, cavabdehin istər polis idarəsində, ist ərsə də məhkəmə iclasında istinad edilən qeyd dəftərçəsində hesablamaların düzgün aparılmaması və borcun yenidən hesablanmalı olması ilə bağlı tələb və vəsatətləri qəbul edilməmişdir. Belə ki, cavabdehin hər iki orqanda iddiaçıya onun tələb etdiyi məbləğdə deyil, daha az məbləğdə borcunun olması barədə etirafı nəzərə alınmamış, hansı ki, cavabdeh tərəfindən aparılmış hesablamalara əsasən onun iddiaçıya təxmini olaraq üçdörd min manat miqdarında borcu vardır və qeyd dəftərçəsindəki hesablaşmaların müvafiq mütəxəssis tərəfindən hesablanması ilə bağlı vəsatətləri, qeyd dəftərçəsinin ciddi maliyyə sənədi olmaması səbəbindən hesablanılması məhkəmə tərəfindən zəruri hesab edilməmişdir. Buna görə də göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi qənaətindədirlər. Polis idarəsində məcburiyyət qarşısında qalıb iltizama imza edilməsi ilə bağlı cavabdeh tərəfindən şahid qismində çağırılmış X5 məhkəmə icraatı zamanı qəzaya düşməsi səbəbindən o məhkəmə iclasında iştirak edə bilməmişdir. Mümkün olduğu təqdirdə apellyasiya instansiyasında Şərur rayon Çərçiboğan kənd sakini X6 şahid qismində dindirilməsini istəyirlər. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Fuad ilə şəxsi münasibətlərinin təxminən 2012-2013-cü ildən, borc münasibətlərinin isə 2015-ci ildən yarandığını, arada Fuaddan borca pul almadığını, 2016-cı ildən sonra yenidən Fuad ilə aralarında borc münasibətlərinin yarandığını, Fuaddan borca pul almaqdan savayı onun heç bir əmlakını kirayəyə götürmədiyini, son zamanlar Fuadın onu maddi olaraq ağır vəziyyətə saldığı üçün əlinə gələn pulu ona versə də borc məngənəsindən qurtara bilmədiyini, Fuadın dediyinə görə o avadanlıq almaq üçün Fuaddan 19000 manat borc pul aldığını, lakin Fuadın dediklərinin yalan olduğunu, Fuaddan aldığı borcu şəxsi məqsədləri üçün aldığını, yəni arada işi zəif olduğu üçün, həmçinin evində xəstə olan ailə üzvü olduğundan Fuaddan borca pul götürüb xəstəni aparıb müalicə etdirdiyini, sonra isə gəlib işləyərək Fuada olan borcunu qaytardığını, ancaq heç vaxt işinin böyüdülməsi üçün Fuaddan borc almadığını, Fuadın ona nə 19000 manat, nə də 15000 manat bir yerdə borca pul vermədiyini, əksinə Fuadın hər dəfə ona verdiyi borc məbləğinin təxminən 10002000 manatdan artıq olmadığını, növbəti borcu Fuaddan təxminən 10-15 gün sonra aldığını, aldığı borcu qaytarmamış ehtiyac olduqca Fuaddan ə lavə borca pul istədiyini, Fuadın isə ona borc pul verdiyini, borc kimi aldığı pulu qaytarmaq üçün gündəlik olaraq özünə çörək pulu saxlamaqla bütün qazancını Fuada verdiyini, iş yerində bir manat belə olsun pul saxlamadığını, bir müddət sonra Fuadın ona “başqa bir şəxsdən pul alıb sənə borc vermişəm, məndən aldığın borc məbləğini daha artıq yaz, pul alıb sənə borca verdiyim şəxs mənim nə qədər pulum olduğunu görməlidir, əks təqdirdə daha sənə borca pul verməyəcəm” dediyini, məcbur qalıb gündəlik Fuaddan pul götürdüyünü, ayın sonunda işlərini görməyi üçün Fuada pulu bütöv qaytaracağını bildirdiyini, o da bir müddət sonra daha Fuada pul vermədiyini, dəftərə qeyd edilmiş borc məbləğlərini oturub hesablamağı Fuada təklif etdiyini, ancaq Fuadın hər dəfə bir bəhanə gətirərək onun təklifindən imtina etdiyini, daha sonra Fuadın işlərinin dolaşığa düşdüyünü, Fuadın başqa şəxslərin pulunu alıb qaytarmamasının ona məlum olduğunu, Fuad ilə aralarında olan borc məbləğinə görə ona təzyiqlər olunmağa başladığını, bir dəfə təxminən gecə saat 01:30 radələrində onun mobil telefonuna zəng gəldiyini, telefonu açan zaman ona Dövlət Təhlükəsizlik Xidmətindən Prezident aparatının göstərişi ilə zəng vurduqlarını bildirərək İddiaçı tanıyıbtanımadığını soruşduqlarını, həmin vaxt çox narahat olduğunu, Fuada nəsə olmağından qorxduğunu, səbəbini soruşduqda ona Fuada heç nə olmadığını, Fuadın Bakı şəhərinə gələrək ona borclu olan şəxslərin borcunu qaytarmaları üçün Prezident aparatına şikayət etdiyini, oradan onlara göstəriş verildiyini, Fuada borclu olan şəxslərin arasında onun da adının olduğunu, a dının qarşısında 15000 manat yazıldığını, ancaq “+” işarəsi qoyulduğunu qeyd edərək həmin məbləğdə borcu qaytarmağını ona bildirdiklərini, o da buna etiraz etdiyini, Fuada onun şikayət ərizəsində göstərdiyi kimi 15000 manat deyil, təxminən 1800-2000 manat civarında borcunun olduğunu onlara bildirdiyini, həmin vaxt ondan iddiaçıya olan borcunun harada qeyd edilməsi barədə soruşulduğunu, o isə dəftərdə qeyd edildiyini bildirdiyini, bu zaman ona dəftərin şəkilinin çəkilərək atılmasının bildirildiyini, o isə dəftərin iş yerində olduğunu və özünün isə evdə olduğunu qeyd etdiyini, daha sonra ona Fuada olan borcun qaytarılmasının bildirildiyini, səhəri gün iş yerinə getdiyini, iş yerində 200 manat pulunun olduğunu, həmin pulu Fuadın kartına göndərdiyini, bir neçə dəqiqə sonra Fuadın Whatsapp vasi təsi ilə ona zəng vurduğunu, onun zəngini açmayıb öz Whatsappı ilə Fuada zəng vurduğunu, bu zaman Fuadın ona aralarında olan faiz məsələsini heç kimə deməməyi, özünün gələrək onunla haqq-hesab edəcəyini, Bakıda ona tez-tez pul lazım olduğundan arada onun kart hesabına 200-300 manat pul göndərməyini bildirdiyini, ən son 2023-cü ilin avqust ayının 5-də Fuada 200 manat pul verdiyini, daha sonra borc məbləğinə görə aralarında mübahisə olduğundan daha Fuada olan borcunu qaytarmağı dayandırdığını, Fuadın Naxçıvana qayıtdıqdan sonra 1-2 dəfə onun yanına gəldiyini, Fuada pul olduqca ona olan borcunu qaytaracağını dediyini, dəftərdə olan borcu oturub hesablayaraq çıxarmağı yenidən Fuada təklif etdiyini, lakin Fuadın işi olduğundan dəftərdə olan borcu daha sonra hesablamağı ona bildirdiyini, gecə va xtı zəng edilib Fuada olan borcun qaytarılması bildirilən telefon nömrəsini öz telefonunda saxladığını, bu barədə polisə məlumat verdiyini, sonradan onu polisə çağıran zaman telefon nömrəsinin iddiaçının oğluna məxsus olmasının məlum olduğunu, ataoğulun öz aralarında razılaşıb hədə-qorxu ilə Prezident aparatının və Dövlət Təhlükəsizlik Xidmətinin adından ondan pul istədiklərini, Fuadın təxminən 3-4 gün sonra yenidən iş yerinə gələrək borcunu istəyib onu təhdid etməyə başladığını, daha sonra Fuadın onun yanından çıxıb polisə şikayət etdiyini, borc məsələsinə görə polisdən onu çağırdıqlarını, borc dəftərini götürüb polisə getdiyini, orada borc dəftərinə yazılmış pul məbləğlərinin Fuadın yanında qeyd edildiyini, borc dəftərində olan məbləğlərin hesablanaraq Fuada olan borcunun müəyyən edilməs ini, həmçinin Fuadın ona şər atdığını heç bir əsas olmadan ondan 19000 manat pul istədiyini, ancaq ona borclu olan şəxslərin adını qeyd etdiyi borc siyahısında isə onun Fuada 16700-18000 manat civarında borcun olduğunun göstərildiyini, o isə həmin borc məbləğinə qəti etirazını bildirdiyini, bundan sonra onu polis şöbəsində saxladıqlarını, həmin vaxtı onun restoranda toy çəkilişinin olduğunu, nə qədər xahiş etsə də onu axşam saat 8-ə kimi polis şöbəsində saxlayaraq buraxmadıqlarını, başqa variantı olmadığından, həmçinin təcili restorana çəkilişə getməli olduğundan sonda məcbur qalıb tərtib olunmuş iltizama qol çəkib polis şöbəsindən çıxdığını, iltizamın onun tərəfindən deyil, polisdə müstəntiq Bayram müəllim tərəfindən yazıldığını, iltizamın mətni ilə tanış olduğunu, iltizamdakı imzanın ö zünə məxsus olduğunu, məcburiyyət qarşısında qalaraq həmin iltizama imza etdiyini, polisdə heç bir ciddi əsas olmadan saxlanmağı nəticədə daimi işlədiyi iki iş yerindən birini itirməyinə gətirib çıxardığını, iltizama qol çəkdiyi günün səhəri Fuadın ona zəng edərək gedib maşını sataraq pulu götürməyi bildirdiyini, o da maşını həmin dəqiqə satmağın mümkün olmayacağını, satış üçün müştəri olmasını Fuada bildirdiyini, telefonda Fuada iltizamda qeyd edilən qədər borcunun olmadığını, həmin iltizamı polis vasitəsi ilə ondan aldığını qeyd etdiyini, Fuadın ona borc verməsini onun iş yerinə yeni avadanlıq almağı ilə əsaslandırdığını, ancaq bu məlumatın yalan olduğunu, iş yerinə avadanlığı illər öncə alıb qoyduğunu, 2021-ci ilin dekabr ayının 28-də 15000 manat və 2022-ci ilin yanvar ayının 5-də 10000 manat olmaqla ümumilikdə ona Naxçıvan Bank tərəfindən 25000 manat kredit verildiyini, həmin krediti götürüb 12000 manat verərək avadanlıqları aldığını, həmin avadanlıqların satış fakturaları, ödədiyi pul məbləğinin qəbzinin bu günə kimi onda qaldığını, birinci instansiya məhkəməsində işə baxılarkən avadanlıqların satış fakturasını və Fuadın yanında tərtib edilmiş borc dəftərini məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən buna məhəl qoyulmadığını, nəticədə iltizamda qeyd edilmiş borcun onun tərəfindən iddiaçıya qaytarılması barədə qərar çıxarıldığını, həmin krediti götürdükdən sonra 7000 manat pulu əldə verməklə ən yüksək məbləğdə borcundan Fuada qaytarsa da, həmin məbləğdə pulu Fuada olan borcundan qaytarmağı barədə əlində sübutunun olmadığını, həmçinin 2021-ci ilin dekabrında ilk dəfə i ddiaçıya 6000 manat, 2022-ci ilin yanvarında isə 5000 manat pul verdiyini, Fuadın həmin pulları ondan bankın qarşısında aldığını, həmin məbləğdə pulları Fuada verməyi barədə əlində sübutunun olmadığını, borc dəftərində yazılmış məbləğləri Fuadın ona yazdırdığını, yazmadığı təqdirdə isə Fuadın ona pul verməyəcəyini bildirdiyini, həmçinin borc dəftərində olan borc məbləğinin şəkilini çəkmədən Fuadın həmin pulu ona vermədiyini, Fuadın ona nə qədər pul verməsini bilmədiyini, ümumiyyətlə 30 sentyabr 2023-cü il tarixdən bu günədək Fuada aldığı borcdan pul qaytarmadığını, Fuadın ona 800 manat borc pul verib dəftərə 1000 manat yazmağını və ya 1000 manat verib dəftərə 1200 manat yazmağını dediyini, verdiyi pulları Fuadın borca deyil faizə çıxdığını, 7600 manat pul vəsaitinin Fuad ilə aralarında tər tib edilmiş köhnə dəftərdən yeni borc dəftərinə köçürülmüş borc məbləği olduğunu, həmin köhnə dəftərin artıq mövcud olmadığını, bundan sonra da Fuad ilə aralarında borcun alınıb-verilməsinin köhnə dəftərdə olduğu kimi davam etdiyini, 7600 manat borc məbləğini qəbul etdiyini və borc dəftərinə nə yazılmasını, alınmasını və verilməsini hesablanmasını istədiyini, məhkəməyə təqdim etdiyi borc dəftəri ilə, borc dəftərinin onda olan surətində qeyd edilmiş rəqəmlərin eyni olduğunu, dəftərdə qarşısına “+” qoyulmuş pul məbləğlərinin Fuadın ona borc verdiyi pul məbləğləri, qarşısına “-“ qoyulmuş pul vəsaitlərinin isə onun Fuada qaytardığı borc məbləğləri olduğunu, Fuaddan borc aldığı və qaytardığı məbləğlərin borc dəftərində heç bir qaralama aparılmadan aydın şəkildə qeyd olunduğunu, sonuncu dəfə 05 avqust 2023-cü il tarixdə Fuad ilə danışıb borc dəftərində qeyd edilmiş pul məbləğlərini hesablayıb ümumi borc məbləğini müəyyən etməyi Fuada təklif etsə də Fuadın ona maddi vəziyyətinin pis olduğunu, ona maddi köməklik etməyini, tezliklə borc dəftərində yazılmış borcları hesablayıb razılaşacaqlarını dediyini, Fuaddan aldığı borcları qaytardığını, Fuad ilə aralarında borc münasibətinin olduğunu, bunu etiraf etdiyini, Fuad tərəfindən hissə-hissə verilmiş və onun tərəfindən Fuada hissə-hissə qaytarılmış borc məbləğlərinin dəftərdə qeyd edildiyini, həmin dəftərin özünə məxsus olduğunu, dəftərdə olan qeydləri özünün yazdığını, tərtib etdiyi borc dəftərində Fuadın hər hansı bir imzasının mövcud olmadığını, ancaq Fuad qəbul etməsə də bütün bu borc məbləğlərinin həmin dəftərlə tənzimləndiyini, hə min borc dəftərində Fuad ilə aralarında 100000 manata yaxın pulun alınıb-verildiyinin qeyd edildiyini, Whatsapp yazışmasında olan və işə əlavə edilmiş həmin yazışmanı əks etdirən foto surətlərdəki 18200 və 800 manat borc məbləğlərinə münasibətdə Fuada həmin məbləğdə borcu olmadığından dəftərdə bu məbləğlər olan hissəni qaraladığını, polisə getdiyi zaman orada onu həmin məbləğləri yenidən borc dəftərinə qeyd etməsini məcbur etdiklərini, həmin məbləğləri borc dəftərində qeyd etdikdən sonra Fuadın Whatsapp vasitəsi ilə həmin qeydin şəkilini çəkib götürdüyünü, hazırda Fuada dörd min manata yaxın borcunun olduğunu, birinci dəfə dəftərdə olan borcu hesablamadığı üçün Fuada 1800-2000 manat civarında borcu olduğunu düşündüyünü, ancaq aralarında olan mübahisədən sonra oturub Fuaddan aldığı borcu və ona borca görə qaytardığı pulu hesablayaraq Fuad ilə aralarında indiyədək hissə-hissə olmaqla 100520 manat pul dövriyyəsi olduğunu, həmin puldan onun iddiaçıya 96730 manat qaytardığını, nəticədə Fuada borc dəftərində etdiyi qeydlərə əsaslanaraq 3790 manat borcunun olduğunu müəyyən etdiyini, tələbinin borc dəftərində olan məbləğlərin hesablanması və iddiaçıya olan borcunun müəyyən edilməsi olduğunu, həmçinin borc dəftərinin səhifələrinin kənarında yazılmış məbləğlərin iddiaçıya əlavədən verdiyi pullar olduğunu, həmin məbləğləri özü üçün qeyd edərək, iddiaçıya verdiyi pulların miqdarının müəyyən edilməsini istədiyini, Fuadın ondan tələb etdiyi 15000 manatdan 2000 manat keçərsə Fuada borclu olduğu 3790 manatın üzərinə 2000 manat əlavə etməklə ümumilikdə Fuada 6000 manat ödəyə biləcəyini gö stərərək, apellyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsinin dəyişdirilərək iddianın qismən təmin edilməsinə dair ədalətli qərar çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 kollegiyadakı izahatında Fuadın təqdim etdiyi qəbzin məhkəmə tərəfindən sübut kimi qəbul edildiyini, lakin cavabdeh tərəf olaraq tərəflər arasında olan borc münasibətinin mövcudluğunun əsasını Fuada məxsus dəftərçənin olması qənaətinə gəldiklərini, həmin dəftərçəni məhkəməyə təqdim etdiklərini, birinci instansiya məhkəməsində müvafiq hesablama aparılması ilə bağlı mütəxəssisin cəlb edilməsini xahiş etsələr də, məhkəmə tərəfindən qəbul olunmadığını, son nəticədə cavabdehin polis orqanında təzyiqlər əsasında həmin iltiza ma qol çəkdiyini, cavabdehin polis şöbəsində olarkən dəfələrlə borc dəftəri üzrə borcun hesablanmasını xahiş etdiyini, hesablanacağı təqdirdə borc dəftəri üzrə iddiaçıya nə qədər borcu olarsa cavabdehin həmin borcu ödəməyə hazır olduğunu bildirdiyini, lakin borc dəftəri üzrə borcun hesablanaraq nəzərə alınmadığını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsinin dəyişdirilərək iddianın qismən təmin olunmaqla 15000 manat borcun 3790 manatla əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı kollegiyadakı izahatında Şahinlə borc münasibətlərinin təxminən 3-4 il bundan qabaq yarandığını, ilk dəfə Şahinə bütovlükdə 7000 manat borc verdiyini, daha sonra Şahinin yenidən ondan əlavə borcl ar alıb qaytardığını, Şahinin kredit götürən zaman ona 7500 manat məbləğində pul qaytarmadığını, bütün qeydiyyatlarını Whatsapp programında apardığını, borc verdiyi şəxslərdən kimsə ona olan borcunu qaytarmaq istədikdə pulun köçürülməsi üçün həmin şəxslərə kart hesabı atdığını, Şahinin ondan aldığı borcları kitabçaya qeyd etdiyini, sonuncu dəfə Şahinin Whatsapp ilə ona mesaj ataraq 19000 manat borcu olduğunu etiraf etdiyini, 19000 manat borc məbləğinin isə Şahinlə aralarında hissə-hissə yarandığını, Şahin ona borclu olduğu pulu qaytarmadığı üçün şikayəti əsasında Şahini polis şöbəsinə dəvət etdiklərini, Şahinin polis şöbəsinə təxminən saat 18 radələrində çağırıldığını, polis şöbəsində təqribən 1 saat və ya saat yarım olduqlarını, Şahin polis şöbəsinə gəldikdən sonra onunla borcun hansı for mada qaytarılacağı barədə söhbət etdiyini, söhbət zamanı Şahinin maşınını satıb ona olan borcunu bütövlükdə qaytaracağını bildirdiyi üçün o da Şahinin ümumilikdə ona olan 19000 manat borcundan 4000 manatı ona güzəşt etdiyini bildirdiyini, beləliklə Şahinlə ümumi razılığa gəldiklərini, razılığa gəlmələri barədə polis müstəntiqinə məlumat verdiklərini, daha sonra polis müstəntiqi Bayram müəllimin yanında hər ikisinin heç bir etirazları olmadan həmin iltizamı imzaladıqlarını, iltizamı imzaladıqdan sonra polis şöbəsindən deyə-gülə çıxıb getdiklərini, Şahinin ona 15000 manat borcu olması ilə bağlı verdiyi iltizamın imzalanmasına görə polisdə ona heç kimin təzyiq etmədiyini, əksinə Şahinin həmin iltizamı öz iradəsi əsasında imzaladığını, iltizam imzalandıqdan sonra Şahin tərəfindən ona 15000 man at borcun müqabilində 10000 manat pulun qaytarılmasının təklif olunması məlumatının yalan olduğunu, Şahin 15000 manatın qaytarılmasına razılıq verib iltizama qol çəksə də Şahinin maşınını satıb ona olan borcunu qaytarmadığını, hazırda Şahinin ona 15000 manat borcunun olduğunu və həmin pulun qaytarılmasını Şahindən tələb etdiyini, iddia ərizəsinə əlavə etdiyi iltizamın əslinin polis şöbəsində olmalı olduğunu, ona həmin sənədin surətinin verildiyini, Şahinin sonuncu dəfə ona olan 19000 manat borcundan qaytardığı məbləğin cəmi 200 manat olduğunu, bundan sonra Şahinin ona heç bir ödəniş etmədiyini, Şahinə verdiyi borcu şifahi olaraq razılaşmalarına əsasən verdiyini yazılı rəsmiləşdirmədiklərini, Şahinin yazdığı kitabçanın doğru olduğunu, lakin Şahinin kitabçaya faiz söhbətlərini sonradan qey d etdiyini, həmin qeydlərin onun Whatsappında mövcud olmadığını, cavabdehin tərtib etdiyi kitabçasında olan 19000 manat borcu etiraf edib həmin qeydi çəkərək onun Whatsappına göndərdiyini, həmin borcun hissə-hissə yarandığını, Şahinə etdiklərini onun doğma qardaşının belə ona etmədiyini, Şahinin artıq pulunun ona lazım olmadığını və haqqını Şahindən tələb etdiyini, Şahin kimi şəxslərin ucbatından bu vəziyyətə düşdüyünü, onsuzda Şahinə 4000 manat güzəşt etdiyini, bundan sonra Şahinlə hər hansı formada razılığa gəlmələrinin mümkün olmadığını bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Şərur Rayon Məhkəməsinin 30 iyul 2024cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil1 kollegiyadakı i zahatında məhkəmədə borcun qaytarılması ilə bağlı iddia qaldırarkən sübut növü kimi yalnız borcun etirafı haqqında iltizama istinad etdiklərini, məhkəmədə işə baxılarkən Şahin tərəfindən ümumi borcun qeydiyyatı barədə borc dəftəri tərtib edildiyini, həmin dəftərin məhkəməyə təqdim edilməsini Şahindən tələb etdiklərini, lakin Şahinin sonuncu məhkəməyədək elə bir dəftərin olmadığını və borc dəftərini yandırdığını bildirdiyini, belə olan halda onlar məhkəmədən polis şöbəsində saxlanılan Fuada məxsus telefonun məhkəməyə gətirilməsini xahiş etdiklərini, məhkəmənin təşəbbüsü ilə telefon gətirilərək Whatsappda olan yazı qeydinin ortalığa çıxdığını, daha sonra Şahinin Fuada 19000 manat borcunun olmasının dəftərdə qara və qırmızı rəngli olmaqla 2 qələmlə yazılmasının məlum olduğunu, həmin qeydin Şa hin tərəfindən polisin təsiri nəticəsində yazılmasını Şahinin iddia etməsinin absurd olduğunu, çünki polis şöbəsində Şahinə ayrı-ayrı rənglərdə yazan qələm verilməklə borc məbləğini 2 ayrı rənglə yazılmasının təklif edilməsinin inandırıcı olmadığını, onlarda surəti olan borc qeydinin kollegiyaya təqdim edilmiş borc dəftərinin səhifəsindən çıxarıldığını, Fuaddan alınmış borc məbləğlərinin hesablanaraq Şahinin 19000 manat borcu olduğunun müəyyən edildiyini, son nəticədə isə Şahinin Fuada 15000 manat borc məbləğini qaytarması ilə aralarında razılıq əldə edərək iltizama qol çəkdiklərini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)481/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəb büsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehi çoxdan tanıdığını, Şərur şəhər H.Əliyev prospekti ünvanında yerləşən İnternet və Yeni texnologiyaların tədrisi mərkəzi binasında “Arzu” foto studiyasını işlətdiyini, cavabdehlə əvvəllər hər hansı bir ədavətləri və düşmənçiliklərinin olmadığını, cavabdehin 2022-ci ilin aprel-may aylarında “Arzu” foto studiyasına yeni avadanlıqlar almaq istədiyini, lakin maddi imkanının olmadığını bildirərək yeni avadanlıqların alınması üçün ona pul verməsini xahiş etdiyini, cavabdehin ona olan borcunu tez bir zamanda qaytaracağına dair söz verdiyini, cavabdehi çoxdan tanıdığından və onun səmimiyyətinə inandığından heç bir rəsmi sənəd almadan ona 19000 (on doqquz min) manat borc pul verdiyini, həmin vaxtdan bir ildən artı q vaxt keçməsinə baxmayaq cavabdehin hələ də borcunu qaytarmadığını, ona dəfələrlə borcu qaytarmağını bildirsə də, hər dəfə pulu olmadığını bildirərək ona olan borcunu qaytarmaqdan yayındığını, məcbur qalıb bu barədə Şərur rayon Polis İdarəsinə müraciət etdiyini, cavabdehin xx.xx.2023-cü il tarixdə borcunun bir hissəsini 04 oktyabr 2023-cü il tarixdə özünəməxsus avtomobili satdıqdan sonra verəcəyini, borcun qalanını isə hər ay 1500-2000 manat aralığında verməklə 2023cü ilin dekabr ayının 15-dək tam həcmdə ödəyəcəyi barədə yazılı iltizam verdiyini, həmin vaxtan bir aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdehin borc aldığı 19000 (on doqquz min) manatı hələdə qaytarmadığını, maddi imkanının yaxşı olmadığını, bu gün həmin pula çox ehtiyacı olduğunu, ona görə də cavadeh Cavabdeh qarşı pul tə ləbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərərək 19000 manat məbləğində borcun və 147 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu di gər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçü n də belə forma tələb edilir; 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Kollegiya apellyasiya şikayətində göstərilmiş iddiaçı ərizəsində 2022-ci ilin aprelmay ayı ərzində guya 19000 manat məbləğində borcun verilməsini iddia etsə də onlar arasında hər hansı yazılı müqavilənin mövcud olmaması, iltizamın əslinin mövcud olmaması, eyni zamanda işə baxılarkən iltizamın məhkəməyə təqdim edilməsinin mümkün olmaması, qeyd edilən iltizamın polis idarəsində məcburiyyət qarşısında qalaraq imzalanmasını məhkəmənin qəbul etməməsini, məhkəmənin həmin iltizamı borcun etirafı kimi qəbul etməklə iddia tələbini qismən təmin etməsi, c avabdehin iddiaçıya borcu olduğunu etiraf etməsi, lakin borcunun iddiaçının qeyd etdiyi məbləğdə olmaması barədə bildirdiklərinə isə məhkəmə tərəfindən məhəl qoyulmaması, cavabdehə verilmiş pula əlavə haqqın hesablanması və cavabdehə məxsus qeyd dəftərçəsində aparılmış qeydlərin yenidən hesablanmasının iş üçün onlar tərəfindən mühüm əhəmiyyət daşımasına baxmayaraq, iş üçün bilavasitə yeganə sübut olan cavabdehə məxsus qeyd dəftərçəsi məhkəməyə təqdim edilsə də qeyd edilən halların məhkəmə tərəfindən lazımi şəkildə araşdırılmaması, cavabdehin qeyd edilən iltizamın polis idarəsində ona zorla, təsir altında imzaladılması barədə izahatının, bununla bağlı sübut qismində təqdim etdiyi səs yazısının məhkəmənin nəzərə almamasını, cavabdehin istər polis idarəsində, istərsə də məhkəmə iclasında isti nad edilən qeyd dəftərçəsində hesablamaların düzgün aparılmaması və borcun yenidən hesablanmalı olması ilə bağlı tələb və vəsatətlərinin qəbul edilməməsi, qeyd dəftərçəsindəki hesablaşmaların müvafiq mütəxəssis tərəfindən hesablanması ilə bağlı vəsatətlərin, qeyd dəftərçəsinin ciddi maliyyə sənədi olmaması səbəbindən hesablanılmasının məhkəmə tərəfindən zəruri hesab edilməməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş (iş vərəqə 3) iş üzrə İddiaçı Bəhlul oğlu ilə Cavabdeh tərəfindən 30 sentyabr 2023-cü il tarixində imzalanmış iltizamdan görünür ki, Cavabdeh həmin iltizamda İddiaçı 15000 manat borclu olduğunu, həmin borcun bir hissəsini 04 oktyabr 2023-cü il tarixədək özünə məxsus avtomobili satdıqdan sonra, 15000 manat borcun qal an hissəsini isə 15 dekabr 2023-cü il tarixinədək hər ay ən azı 15002000 manat aralığında verməklə ona olan borcunu tam həcmində ödəyəcəyinə söz verdiyini bildirmişdir. İşə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında onlara məxsus mobil telefonla 01 aprel 2023-cü ildə saat 12:38-də Cavabdehla İddiaçı arasında Whatsapp proqramı vasitəsilə aparılmış yazışmalardan görünür ki, İddiaçı tərəfindən ********** nömrəsi olan mobil telefondan cavabdehin ********** nömrəsi olan mobil telefonuna xx.xx.2022 qeydində 19350 m, qarşısında mənfi işarəsi ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında (8 halda) 17580, müsbət işarəsi qarşısında 1220 olmaqla xx.xx.2023 tarixinə 18800 qarşısında Fuad sözü yazılmış, 29 aprel 2023-də saat 14:05-də Cavabdeh mobil telefonuna göndərilmiş yazışmada sənin borcun 18800 manat və 500 dollar, 21 iyun 2023cü ildə 13:07-də borcun 19000 manat olmasına dair Whatsapp vasitəsilə İddiaçı tərəfindən Cavabdeh mesajlar göndərilmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə cavabdehə məxsus +**********01 və iddiaçıya məxsus +**********72 nömrəli mobil telefonlarda olan Whatsapp yazışmaları tədqiq edərkən müəyyən etmişdir ki, tərəflər arasında qeyd olunan nömrələr arasında whatsapp mesencerində qalan yazışmalar 11 yanvar 2023-cü il tarixdən 5 avqust 2023-cü il tarixədək olan dövrü əhatə etmiş, 01 aprel 2023-cü il tarixdə “Fuad 19350 m xx.xx.2022” qeydi ilə başlayan, 29 aprel 2023-cü il tarixdə “Fuad 18800 manat” qeydi ilə başlayan, 21 iyun 2023-cü il və 5 avqust 2023-cü il tarixdə “Fuad 18800 manat” qeydi ilə başlayan “sonda 19000 manat borc” yazısı olan, tərəflərin c avabdehə məxsus olduğunu təsdiq etdikləri qeyd dəftərinin vərəqinin şəkilləri vardır. Şəkil iddiaçı tərəfindən cavabdehə məxsus qeyd dəftərindən çəkilərək cavabdehin özünə göndərilmişdir. Həmçinin 21 iyun 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə “Sənin borcun 19000 m” yazısı göndərilmişdir. Cavabdeh isə iddiaçıya “kartını mənə at” səsli mesajını göndərmişdir. İddiaçı cavabdehə bank kartının şəklini göndərmiş və cavabdeh 200 manat məbləğində pulu iddiaçının adına olan həmin kartın hesabına köçürmüşdür. Həmçinin cavabdehə məxsus olduğu mübahisələndirilməyən qeyd dəftərindən çəkilmiş həmin yuxarıda sadalanan rəqəmləri əks etdirən foto görüntülər iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Kollegiyadakı izahatında Cavabdeh İddiaçıla aralarında 2021-ci ildən başlayaraq müxtəlif vaxtlard a 100520 manat pul dövriyyəsi olduğunu, aldığı pulları Fuadın təkidi ilə özünə aid dəftərdə qeyd etdiyini, aldığı pulların qarşısında müsbət işarəsi, qaytardığı pulların qarşısında isə mənfi işarəsi ilə qeyd etdiyini, özündə olan dəftərdə apardığı qeydlərinə baxarkən Fuada 3790 manat borcunun olduğunu müəyyən etdiyini, Fuad tələb etdiyi puldan 2000 manat razılaşıb güzəşt edərsə, onda o da bunun qarşılığında Fuada 3790 manat borcdan savayı 2000 manat da əlavə pul ödəyə biləcəyini bildirdi. Cavabdehin apellyasiya şikayətində və kollegiyadakı izahatında göstərdiyi qeyd edilən iltizamın polis idarəsində ona zorla, təsir altında imzaladılması ilə əlaqədar dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan hallar birinci instansiya məhkəməsində kifayət qədər yoxlanılmış, bundan əlavə mə hkəmədə şahid qismində həmin iltizam tərtib edilərkən dindirilmiş Bayram Mustafayev izahatında polis şöbəsində cavabdehə qarşı heç bir təzyiqin göstərilmədiyini, hər iki tərəfin öz aralarında razılaşaraq iltizamı imzaladıqlarını göstərmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh həmin iltizamın ona zorla, təsir altında imzaladılması ilə əlaqədar qanunla müəyyən olunmuş müddətdə heç bir orqana müraciət etməmiş və bununla əlaqədar hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili olan qeyd dəftərçəsində hesablamaların düzgün aparılmaması və borcun yenidən hesablanmalı olması ilə bağlı tələb və vəsatətlərinin qəbul edilməməsi, qeyd dəftərçəsindəki hesablaşmaların müvafiq mütəxəssis tərəfindən hesablanması ilə bağlı vəsatətlərinə ciddi maliyyə sən ədi olmaması səbəbindən hesablanılmasının məhkəmə tərəfindən zəruri hesab edilməməsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş və heç bir imza ilə təsdiq olunmayan həmin dəftərdə olan rəqəmlərin mütəxəssis tərəfindən hesablanması ilə əlaqədar vəsatətdə göstərilənlərə birinci instansiya məhkəməsi tərəfindən işdə toplanmış sübutlarla birlikdə hüquqi qiymət verilməsi təmin edilmişdir. İşin yuxarıda göstərilmiş hallarına əsasən kollegiya cavabdehin vəkilinümayəndəsinin apellyasiya şikayətində göstərilmiş qeyd olunan həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 y anvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən kollegiya cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndir mək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas lı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüq uqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan i ş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərdiyi dəlillə rinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutaraq kollegiya. qətеtdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasi
Məhkəmə qərarları › İş №2(108)-170/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-170/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver