Məhkəmə qərarları › İş №2(108)-173/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-173/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-173/2021 29.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, Cavabdeh və cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 adına "Araz”Elmi İstehsalat birliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(089)-160/2021 nömrəli qətnaməsindən İddiaçı, iddiaçının vəkilləri Vəkil1 və Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyy ən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7460 manat maddi ziyan, 400 manat vəkil xərci, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7890 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin (M.F.Məmmədov) 29 iyul 2021-ci il tarixli, 2(089)160/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 7460 manat dəymiş ziyan, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 400 manat vəkil xərci tələbi barədə iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkilləri Vəkil1 və Vəkil2 ilə birlikdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Cul fa Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(089)160/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X3 iddiaçıya məxsus olan “NİVA” markalı, 75-BG 157 dövlət qeydiyyat nişanlı avtomobillə 26 aprel 2021-ci il tarixində “Təsərrüfat Bazası”adlanan istiqamətdə hərəkət edərkən (Şıxmahmud kəndinə gedən yol) həmin yolun sağ tərəfində yerləşən Su idarəsi adlanan yerin ərazisindən çıxan Cavabdeh Qadir oğlu tərəfindən idarə olunan “Başak” markalı traktorla toqquşmuş və nəticədə “NİVA” markalı avtomobilə ciddi maddi ziyan dəymişdir. Həmin vaxt ilk əvvəl hadisə yerinə X10 Babək Rayon Bölməsinin əməkdaşları gəlmiş, lakin ərazi onların səlahiyyəti xa ricində olduğundan həmin idarənin Naxçıvan Şəhər Bölməsinin əməkdaşları cəlb edilmişlər. Hadisə yerində heç bir rəsmiləşdirmə aparılmamış, hadisə yerinə dair heç bir rəsmiləşdirməyə dair sənədləşmə aparılmamış, protokol və ya qərar tərtib olunmamış, hadisənin inzibati baxımdan təqsirkarı müəyyən edilməmişdir. Həmin vaxtdan etibarən iddiaçıya məxsus olan yuxarıda qeyd edilən avtomobil Naxçıvan Şəhər Polis idarəsinə aparılmış və hal-hazırda da orada saxlanılır. Sonradan iddiaçı və qardaşı avtomobilin polis idarəsindən çıxarılması ilə bağlı müraciət etsələr də, bunun bir nəticəsi olmamış, əksinə iddiaçıdan və qardaşından traktora dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi həmin vaxt hadisənin təqsrikarı rəsmi qaydada müəyyən edilməmiş və heç bir əsas olmadan həmin traktorun iddiaçı və qardaşı tərəfindən ödənilməsi tələb edilmişdir. Daha sonra iddiaçı hüquqi yardım üçün vəkillərə müraciət etmiş, vəkillər tərəfindən verilmiş sorğulardan aydın olmuşdur ki, hadisə vaxtı traktoru idarə edən şəxs “Araz” Elmi İstehsalat birliyində traktorçu vəzifəsində işləyən Cavabdeh Qadir oğlu olmuşdur. Həmçinin həmin traktorun müvafiq birliyə aid olmağı verilmiş məktubda qeyd olunmuşdur. Hadisə zamanı traktor yol hərəkət qaydalarını pozaraq yuxarıda qeyd edilən bazanın qarşısında olan dairədən düzgün şəkildə manevr etməmiş və son nəticədə “NİVA” markalı avtomobillin qarşısına çıxmış və nəticədə qəza baş vermişdir. Heç bir rəsmiləşdirilmə aparılmadığından hadisə zamanı təqsirkarın kimliyi müəyyən edilməmişdir. İddiaçı da məcbur qalaraq ona dəymiş maddi ziyanın öd ənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, vəkillər tərəfindən müvafiq birliyə sorğu göndərilmiş və verilmiş cavabdan belə aydın olmuşdur ki, hadisə vaxtı oraya polis əməkdaşları cəlb olunmuş, keçirilən baxış zamanı təsirkarın kim olması müəyyən olunmuş və buna dair akt tərtib olunmuşdur. Bu tamamilə yalandan ibarətdir. Belə bir aktdan söhbət gedə bilməz. Əksinə son 3-4 gün bundan əvvəl polis əməkdaşı Rüfət adlı şəxs qardaşını polis idarəsinə çağırmış, ona hədə-qorxu gəlmiş və tərtib etdiyi sənədə imza atmağını xahiş etmişdir. Qardaşı isə bundan imtina etmişdir. Bundan sonra yenidən həmin şəxs tərəfindən qardaşı polis idarəsinə çağırılmış, ona telefon zəngləri edilmiş, hətta imza atmaması səbəbindən onu Naxçıvan Şəhər Prokurorluğuna ç ağırmışdırlar. Baş vermiş hadisə nəticəsində traktoru idarə edən Cavabdeh Qadir oğlu tərəfindən iddiaçıya məxsus olan avtomobilə 7460 manat maddi ziyan dəymişdir. İddiaçı həmin məbləğin cavabdehdən alınıb ona ödənilməsini istəyir. Onun fikrincə hadisənin səbəbkarı həmin şəxsdir və buna görə də onun avtomobiliə dəymiş ziyan onun tərəfindən ödənilməlidir. Culfa Rayon Məhkəməsi işi düzgün, ətraflı şəkildə araşdırmamış və bir məhkəmə prosesi daxilində mülki işə baxıb qərar qəbir etmişdir. Yuxarıda qeyd olunduğu kimi hadisə baş verən günü heç bir rəsmiləşdirmə aparılmamış və heç bir protokol tərtib edilməmişdir. Sonradan iddiaçının qardaşını bir neçə dəfə polis orqanına dəvət etmiş və hətta sənədə imza atdırmaq üçün bir neçə saatlıq da olsa azadlığını belə məhdudlaşdırmışlar. Bunu məhkəmə prose si zamanı hakimin diqqətinə çatdırsa da, işə baxan hakim buna heç bir əhəmiyyət verməmişdir. Vəkillər tərəfindən baş vermiş hadisə ilə bağlı müvafiq polis orqanına və həmin polis orqanının yuxarı orqanına sorğu göndərilsə də, bu sorğulara cavab verilməmişdir. Məhkəmə baxış iclasında isə məlum olmuşdur ki iş materiallarında müvafiq protokol və qərar vardır. Hakim tərəfindən həmin sənədlər elan edilməmişdir. Yəni tərtib edilmiş protokolla iddiaçı və vəkillər məhkəmə baxış iclasında məlumatlı olmuşlar. Hadisə baş verən yerdə heç bir sxem tərtib edilməmiş, eyni zamanda həmin yerdə heç bir kamera olmamışdır. Hadisənin təqsirkarı olaraq iddiaçının qardaşının göstərilməsi və buna görə nə vaxt tərtib olunduğu bəlli olmayan protokolun tərtib olunması ciddi şübhələr doğurur. Culfa Rayon Məhkəməsi heç bir araşdırma aparmadan sadəcə izahatların alınması ilə kifayətlənərək iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Bundan əlavə, qətnamənin 4-ci səhifəsində iddiaçının qardaşı - Bayramov Vüsalın idarə etdiyi AZ-21254 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən ötmə məliyyatını düzgün etmədiyindən hadisənin baş verməsi qeyd edilmişdir. Həmçinin, müvafiq qətnamədə hadisənin Cavabdeh təqsiri nəticəsində deyil, Vüsal Bayramovun təqsiri nəticəsində baş verdiyi qeyd edilmişdir. Bildirmək istəyir ki, hadisə 26 aprel 2021-ci tarixdə baş versə də, müvafiq protokol 16 aprel 2021-ci il tarixdə tərtib olunmuşdur ki, bu da onu bir daha sübut edir ki, protokol vaxtında və düzgün tərtib edilməmişdir. Həmçinin o da qeyri-müəyyəndir ki, protokol və qərar mülki işin materiallarına hansı əsaslarla əlavə edilmişdir. Məlumdur ki, AR MPM-nin tələbinə görə sübutetmə yükü tərəflərin üzərinə düşür. Burada isə nə iddiaçı tərəf, nə də cavabdeh tərəf belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda bu protokol və qərarın mülki işin materiallarında olması aydın deyildir. Məhkəmə məhz bunlara əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Yalnız izahatların alınması və müvafiq protokol əsasında iddia rədd edilmişdir. Hesab edir ki, mülki iş apellyasiya instansiyasında ətraflı şəkildə araşdırlacaq və ədalət öz yerini tapacaqdır. Apellyasiya şikayəti əsaslandırılarkən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına və Azərbaycan Respublikası MPM-in 4.1, 8.1, 9.1, 9.3, 357.1 və 372.1-ci maddələrinə istinad olunmuşdur. Apеll yаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında iddiaçının vəkili Vəkil1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmiş, Kollegiya MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Culfa Rayon Məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Culfa Rayon Məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Culfa Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 adına "Araz” Elmi İstehsalat birliyinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Culfa Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hər tərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 045588 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Mülki işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında AP seriyalı, ******* nömrəli protokoldan, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 16 aprel 2021-ci il tarixdə X3 VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməmiş, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 01 sentyabr 2014-cü il tarixdən 03 may 2021-ci il tarixədək X11 birliyində traktorçu vəzifəsində işləmişdir. İş materiallarında olan 020443 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Başak 2073H nömrəli traktor Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Akademik H.Əliyev adına "Araz” Elmi İstehsalat birliyinin mülkiyətindədir. İşə apellyasiya qaydasında baxılması zamanı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinə sorğu göndərilərək apellyasiya şikayəti ilə bağlı keçirilən məhkəmə baxışı iclasında işin araşdırılması zamanı ziddiyyətli hallar mövcud olduğundan İddiaçı mülkiyyətində olan VAZ-21214 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə (X3 tərəfindən idarə edilərkən), Cavabdeh idarə etdiyi və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X9 adına “Araz” X5 məxsus “Başak2073H” markalı traktorun toqquşması ilə əlaqədar yol-nəqliyyat hadisəsinin baş verib-verməməsi, əgər yol-nəqliyyat hadisəsi baş vermişdirsə bunun nəticəsində tərtib edilmiş hüquqi sənədlərin, vurulan əmlak zərərinin olub-olmaması ilə bağlı araşdırma materiallarına dair rəsmi sənədlərin surətlərinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərməsi xahiş olunmuş, kollegiyanın müvafiq məktubuna cavab olaraq Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Naxçıvan şəhər Xətai məhəlləsində Vaz-21214 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Başak 2073H markalı traktorun toqquş ması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Naxçıvan Şəhər Polis İdarəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücü X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti kollegiyaya göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziya n və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə e dilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya qeyd edir ki, hazırkı işdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəyməsi halları müəyyən edilmir. Belə ki, iddiaçı məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi zərər dəyməsini iddia etsə də həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “ sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövc udluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ’’əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya apellyasiya şikayətinin iddiaçının qardaşı X1 iddiaçıya məxsus olan “NİVA” markalı, 75-BG 157 dövlət qeydiyyat nişanlı avtomobillə 26 aprel 2021-ci il tarixində “Təsərrüfat Bazası” adlanan istiqamətdə hərəkət edərkən (Şıxmahmud kəndinə gedən yol) həmin yolun sağ tərəfində yerləşən Su idarəsi adlanan yerin ərazisindən çıxan Cavabdeh Qadir oğlu tərəfindən idarə olunan “Başak” markalı traktorla toqquşması və nəticədə “NİVA” markalı avtomobil ə ciddi maddi ziyan dəyməsi, həmin vaxt ilk əvvəl hadisə yerinə X10 Babək Rayon Bölməsinin əməkdaşları gəlməsi, lakin ərazi onların səlahiyyəti xaricində olduğundan həmin idarənin Naxçıvan Şəhər Bölməsinin əməkdaşları cəlb edilmələri, hadisə yerində heç bir rəsmiləşdirmə aparılmaması, hadisə yerinə dair heç bir rəsmiləşdirməyə dair sənədləşmə aparılmaması, protokol və ya qərar tərtib olunmaması, hadisənin inzibati baxımdan təqsirkarının müəyyən edilməməsi, həmin vaxtdan etibarən iddiaçıya məxsus olan yuxarıda qeyd edilən avtomobilin Naxçıvan Şəhər Polis İdarəsinə aparılması və hal-hazırda da orada saxlanılması, sonradan iddiaçı və qardaşı avtomobilin polis idarəsindən çıxarılması ilə bağlı müraciət etsələr də, bunun bir nəticəsi olmaması, əksinə iddiaçıdan və qardaşından traktora dəymiş ziyanın ödənilməsi tələb edilməsi, halbuki yuxarıda qeyd etdiyi kimi həmin vaxt hadisənin təqsrikarının rəsmi qaydada müəyyən edilməməsi və heç bir əsas olmadan həmin traktorun iddiaçı və qardaşı tərəfindən ödənilməsinin tələb edilməsi, daha sonra iddiaçının hüquqi yardım üçün vəkillərə müraciət etməsi, vəkillər tərəfindən verilmiş sorğulardan hadisə vaxtı traktoru idarə edən şəxsin “Araz” Elmi İstehsalat birliyində traktorçu vəzifəsində işləyən Cavabdeh Qadir oğlu olmasının aydın olması, həmçinin həmin traktorun müvafiq birliyə aid olmasının verilmiş məktubda qeyd olunması, hadisə zamanı traktorun yol hərəkət qaydalarını pozaraq yuxarıda qeyd edilən bazanın qarşısında olan dairədən düzgün şəkildə manevr etməməsi və son nəticədə “NİVA” markalı avtomobillin qarşısına çıxması və nəticədə qəz a baş verməsi, heç bir rəsmiləşdirilmə aparılmadığından hadisə zamanı təqsirkarın kimliyinin müəyyən edilməməsi, iddiaçının da məcbur qalaraq ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olması, vəkillər tərəfindən müvafiq birliyə göndərilmiş sorğuya cavabda hadisə vaxtı oraya polis əməkdaşları cəlb olunması, keçirilən baxış zamanı təqsirkarın kim olmasının müəyyən olunması və buna dair akt tərtib olunmasının göstərilməsi, bunun tamamilə yalandan ibarət olması, belə bir aktdan söhbət gedə bilməyəcəyi, baş vermiş hadisə nəticəsində traktoru idarə edən Cavabdeh Qadir oğlu tərəfindən iddiaçıya məxsus olan avtomobilə 7460 manat maddi ziyan dəyməsi, iddiaçının həmin məbləğin cavabdehdən alınıb ona ödənilməsini istəməsi, onun fikrincə hadisənin səbəbkarının həmin şəxs olması və buna görə də onun avtomobilinə dəymiş ziyanın onun tərəfindən ödənilməli olması kimi dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar sübut mahiyyəti daşımayan, özlüyündə qanuni vasitələrlə sübut edilməli hallar olduğundan əsaslı sayıla və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas təşkil edə bilməz. Belə ki, iş üzrə tədqiq edilmiş, Naxçıvan Şəhər Polis İdarəsinin müvafiq müşayiət məktubu, Naxçıvan Şəhər Polis İdarəsi Dövlət yol polis bölməsinin əməkdaşı tərəfindən tərtib olunmuş AP ******* nömrəli inzibati xəta haqqında protokol və MN ******* nömrəli inzabati xəta haqqında qərardan məlum olur ki, Naxçıvan şəhər Xətai məhəlləsində Vaz-21214 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Başak 2073H markalı traktorun 16 aprel 2021-ci il tarixində toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Niva VAZ 21214 markalı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Yəni yol nəqliyyat hadisəsinin baş verməsinə görə Niva VAZ 21214 markalı avtomobilin sürücüsünün təqsirli olması müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin Culfa Rayon Məhkəməsinin işi düzgün, ətraflı şəkildə araşdırmadığını və bir məhkəmə prosesi daxilində mülki işə baxıb qərar qəbul etdiyini, vəkillər tərəfindən baş vermiş hadisə ilə bağlı müvafiq polis orqanına və həmin polis orqanının yuxarı orqanına sorğu göndərilsə də, bu sorğulara cavab verilmədiyini, məhkəmə baxış iclasında isə iş materiallarında müvafiq protokol və qərar olmasının məlum olduğunu, hakim t ərəfindən həmin sənədlərin elan edilmədiyini, yəni tərtib edilmiş protokolla iddiaçı və vəkillərin məhkəmə baxış iclasında məlumatlı olmalarını göstərmişdir ki, kollegiya həmin dəlilləri də əsaslı hesab etmir. Belə ki, iş materialları və məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə baxışı iclası baxışa dəvət olunmuş bütün şəxslərin tam iştirakı ilə keçirilmiş, iş üzrə lazımi araşdırma aparılmış, işdə iştirak edən şəxslərin, həmçinin iddiaçı tərəfin vəsatətinə uyğun olaraq şahidin izahatı alınmış, tərəflərin iştirakı ilə iş materiallarına əlavə olunmuş sənədlər, o cümlədən inzibati xəta haqqında protokol və qərar elan olunaraq tədqiq olunmuş, tərəflərin əlavə vəsatətləri olmamış, sübutların tədqiqinin tamamlanmasına etirazları olmamışdır. Eyni zamanda iş üzrə iddiaçının Azərbaycan Respublikasının MPM-in 273-cü maddəsinin tələblərinə uyğun şəkildə məhkəmə iclasının protokolu ilə tanış olaraq qeydlər vermək hüququ olduğu halda, belə qeydlər də verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunun düzgünlüyünü şübhə altına ala biləcək əsaslar yoxdur. Apellyasiya şikayətində son 3-4 gün bundan əvvəl polis əməkdaşı Rüfət adlı şəxsin qardaşını polis idarəsinə çağırması, ona hədə-qorxu gəlməsi və tərtib etdiyi sənədə imza atmağını xahiş etməsi, qardaşının isə bundan imtina etməsi, bundan sonra yenidən həmin şəxs tərəfindən qardaşının polis idarəsinə çağırılması, ona telefon zəngləri edilməsi, hətta imza atmaması səbəbindən onu Naxçıvan Şəhər Prokurorluğuna çağırmaları, sonradan iddiaçının qardaşını bir neçə dəfə polis orqanına dəvət etdiklər i və hətta sənədə imza atdırmaq üçün bir neçə saatlıq da olsa azadlığını belə məhdudlaşdırdıqları, bunu məhkəmə prosesi zamanı hakimin diqqətinə çatdırsa da, işə baxan hakimin buna heç bir əhəmiyyət vermədiyi barədə göstərilənlərlə əlaqədar kollegiya qeyd edir ki, göstərilənlər hazırki iş üzrə araşdırma predmetinə daxil olmadığından həmin halların araşdırılmasına lüzum yoxdur. Kollegiya apellyasiya şikayətinin hadisə baş verən yerdə heç bir sxem tərtib edilməməsi, eyni zamanda həmin yerdə heç bir kamera olmaması, hadisənin təqsirkarı olaraq iddiaçının qardaşının göstərilməsi və buna görə nə vaxt tərtib olunduğu bəlli olmayan protokolun tərtib olunmasının ciddi şübhələr doğurması, Culfa Rayon Məhkəməsinin heç bir araşdırma aparmadan sadəcə izahatların alınması ilə kifayətlənərək iddianın əs assız olduğu qənaətinə gəlməsi, bundan əlavə, qətnamənin 4-ci səhifəsində iddiaçının qardaşı - Vüsal Bayramovun idarə etdiyi AZ-21254 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən ötmə əməliyyatını düzgün etmədiyindən hadisənin baş verməsinin qeyd edilməsi, həmçinin, müvafiq qətnamədə hadisənin Cavabdeh təqsiri nəticəsində deyil, Vüsal Bayramovun təqsiri nəticəsində baş verdiyinin qeyd edilməsi, hadisə 26 aprel 2021-ci tarixdə baş versə də, müvafiq protokolun 16 aprel 2021-ci il tarixdə tərtib olunması, bunun da protokolun vaxtında və düzgün tərtib edilmədiyini bir daha sübut etməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər də əsaslı sayıla bilməz. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu nun müddəalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq səlahiyyətli orqan tərəfindən protokol tərtib olunmuş, və müvafiq qərar qəbul edilmiş, həmin qərar qanunla nəzərdə tutulmuş müddətdə və qaydada mübahisələndirilmədiyindən qanuni qüvvəsini almışdır. Odur ki, birinci instansiya məhkəməsinin bu barədə heç bir araşdırma aparmaması ilə bağlı göstərilən dəlillər tamamilə əsassızdır. Əlavə olaraq adıçəkilən protokol və qərarın mülki prosessual qaydada mübahisələndirilməsi və ya Mülki Prosessual Məcəlləyə uyğun aparılan məhkəmə icraatının gedişində yenidən araşdırılması qanuna ziddir. İddiaçı həmçinin apellyasiya şikayətində qeyd edir ki, o da qeyri-müəyyəndir ki, protokol və qərar mülki işin materiallarına hansı əsaslarla əlavə edilmişdir. Məlumdur ki, AR MPM-nin tə ləbinə görə sübutetmə yükü tərəflərin üzərinə düşür. Burada isə nə iddiaçı tərəf, nə də cavabdeh tərəf belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda bu protokol və qərarın mülki işin materiallarında olması aydın deyildir. Məhkəmə məhz bunlara əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Yalnız izahatların alınması və müvafiq protokol əsasında iddia rədd edilmişdir. Kollegiya həmin dəlilləri də məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsas hesab etmir. Belə ki, iş materiallarından məlum olur ki, müvafiq inzibati xəta haqqında mçateriallar məhkəmənin şifahi sorğusu əsasında birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsində məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məli olduğu göstərilir. Birinci instansiya məhkəməsi tərəfindən şifahi sorğu əsasında müvafiq materialların əldə olunması prosessual pozuntu olsa da, həmin prosessual pozuntu düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, iddia iddiaçı tərəfindən sübut olunmadığından rədd edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası da belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı iddiasını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş adıçəkilən materiallar ilə bağlı kollegiya bir daha onu da qeyd edir ki, həmin inzibati xəta haqqında materiallar mə hkəmə baxışı zamanı tərəflərin iştirakı ilə tədqiq olunmuş, tərəflər həmin sənədin iş materiallarına əlavə edilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı düzgün nəticəyə gəlmiş, qətnamənin ləğvinə səbəb ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Odur ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olduğundan apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(089)-160/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 402, 403.1, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: İddiaçı, iddiaçının vəkilləri Vəkil1 və Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(089)-160/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar