Məhkəmə qərarları › İş №2(108)-174/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-174/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-174/2024 24.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 13 mart 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9125.898 AZN əsas, 1167.9 AZN faiz borcu olmaqla, cəmi 10293.79 AZN pul vəsaitinin və 120.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9175,67 (doqquz min yüz yetmiş beş manat altmış yeddi qəpik) manat əsas borc, 1066,93 (bir min altmış altı manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10242.60 manat (on min iki yüz qırx iki manat altmış qəpik) borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalmış hissədə rədd edilməsi, Cavabdeh 120.38 manat (bir yüz iyirmi manat otuz səkkiz qəpik) miqdarında dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqat ının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərcinin cavabdehdən alınaraq X4 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırmaqla iddianın qismən təmini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi mövcud qətnamə ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9175,67 manat əsas və 1066,93 manat faiz borcu olmaqla, cəmi 10242,60 manat borc tutularaq İddiaçı ASC-ə ödənilməsi qət edilmiş dir. Hesab edir ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yenidən araşdırılmaqla iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki iş materiallarından göründüyü kimi İddiaçı ASC Cavabdeh 9125.89 manat əsas, 1167.9 manat faiz olmaqla, 10293.79 manat borcun və ödənilmiş 120.88 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onlar iddianı qismən qəbul edib ümumi borcla razı olmadıqlarını bildirməklə yanaşı mübahisəyə qədər kredit öhdəliyini qismən yerinə yetirilməklə əsas borcun bir hissəsini və həmin vaxta qədər əsas borca hesablanmış faizlərin ödənildiyini bildirmiş, bank isə əsas və faiz borcu üzrə ödənişləri düzgün silməyərək nəticədə real olmayan tələblə iddia qaldırmışdır. Aparılmış ekspertiza tədqiqatı nəticəsində tərtib olunmuş rəydən göründüyü kimi bank ödənişlər üzrə əsas borcla faiz borcunun silinməsini düzgün aparmamış və nəticədə 963,83 manat ödəniş ümumiyyətlə borcun silinməsinə yönəldilməmişdir. Natamam və aydın olmayan rəylə (faizin qalığının əsas borca hesablanmasını əsaslandırmayıb) razı olmadıqları üçün iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etsələr də, vəsatət təmin edilməmişdir. Məhkəmə qulluq mövqeyindən istifadə edib hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddiaya sübutlar əsasında deyil, iddiaçının əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymət vermişdi r. Məhkəmə əsas və faiz borcu ilə silinmənin düzgün aparılmadığını aradırmamış, səhv nəticəyə gəlib ətraflı araşdırma aparılmadan iddianı qismən təmin etmişdir. Apellyator sonda Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)272/2024 nömrəli qətnaməsinin ləğv edilərək və iş yenidən araşdırmaqla iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmiş, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə, 26-cı və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.1, 385-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə kollegiyanın ünvanına ərizə ilə müraciət edərək mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunmasını və qətnamənin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kol legiya ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, şikayətin məzmunundan da aydın olduğu kimi, apellyator tərəfindən şikayət verilərkən iddianın qismən təmin edilməsi (təmin olunmuş məbləğdən 963,83 manatın çıxılaraq azaldılması) xahiş olunmuşdur ki, kollegiya şikayətin dəlillərinə məhz həmin mübahisələndirilən hissədə qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. İş materiall arına əlavə olunmuş 18 may 2023-cü il tarixli, GTZK1484871B226 saylı müqavilədən (iş materialı, İ cild, səh. 4-5) "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 48 ay müddətinə 9500 manat (doqquz min beş yüz) manat məbləğində illik 23 % dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması, kredit müqaviləsinin əlavə - ödəniş cədvəlindən (iş materialı, İ cild, səh. 6) Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyinin 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 304.49 manat, sonuncu ay isə 310.26 manat məbləğində ödənişi həyata keçirmək olduğu, həmçinin 19 fevral 2024-cü il tarixli bildirişdən və siyahıdan (iş materialı, İ cild, səh. 17-18) "xxxx" ASC tərəfindən cavabdehə öhd əliyin icrası tələbi ilə xəbərdarlıq edildiyi aydın olur. İddia ərizəsinə əlavə olunmuş kredit müqaviləsindən məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardan ibarət olmuşdur: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq gündəlik tələbat məqsədilə 48 ay müddətinə borcalana 9500 manat (doqquz min beş yüz) məbləğində krediti kreditdən istifadəyə görə borcalanın illik 23 % (faktiki illik faiz dərəcəsi 23.6 %) ödəməsi şərtilə verməyi, borcalan isə həmin kreditdən istifadə etməyi, yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürür; - müqavilənin 1.1.8-ci bəndinə görə müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulu, xidmət haqları, faiz borcları və əsas borcun ödənilməsinə yönəldilir. - müqavilənin 2.1-ci bəndinə görə bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına cari hesab və kredit uçotunun aparılması üçün isə kredit hesabı açır. - müqavilənin 2.3-cü bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.8, 2.8.1-ci yarımbəndlərinə əsasən borcalan tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə vaxtından əvvəl qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. - müqavilənin 3.2.2-ci bəndinə əsasən kreditor müqavilənin müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində kreditora qaytarmalıdır; - müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir, qarşılıqlı razılıqla həll edilməyən məsələlər AR məhkəmələri tərəfindən AR qanunvericiliyinə uyğun olaraq həll olunur. - müqavilənin 5.4-cü bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir, tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək, habelə qətnamə çı xarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu və s. borclar tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 48 ay müddətinə 9500 manat (doqquz min beş yüz) manat məbləğində illik 23 % dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunmuş, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyinin 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 304.49 manat, sonuncu ay isə 310.26 manat məbləğində ödənişi həyata keçirmək olmuş, cavabdehə öhdəliyin icrası tələbi ilə xəbərdarlıq edilmiş, cavabdeh tər əfindən müqavilə öhdəliklərinə əməl olunmadığından İddiaçı Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9125.898 AZN əsas, 1167.9 AZN faiz borcu olmaqla, cəmi 10293.79 AZN pul vəsaitinin və 120.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsi ilə yuxarıda qeyd edilən qərar qəbul edilmişdir. Həmçinin tədqiq olunmuş iş materiallarından o da aydın olmuşdur ki, 22 aprel 2024-cü il tarixdə cavabdehin vəkil-nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı vəsatətdə iddianı qismən qəbul etdiklərini, tələb olunan ümumi borcla razı olmadıqlarını, cavabdehin kredit öhdəliyini mübahisəyə qə dər qismən də olsa yerinə yetirdiyini, əsas borcun bir hissəsini və həmin vaxta qədər əsas borca hesablanmış faiz borclarını ödədiyini, iddiaçının isə əsas və faiz borcunu düzgün silmədiyini, real borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmiş, Babək Rayon Məhkəməsinin e-2(079)272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə tapşırılmış, ekspert qarşısında Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 may 2023-cü il tarixli, GTZK1484871B226 nömrəli kredit müqaviləsinə müvafiq olaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixinə ayrı-ayrılıqda nə qədər məbləğdə əsas, faiz və ümumi borcu olduğuna dair sual qoyulmuş, ekspert 15 may 2024-cü il tarixli, 504 nömrəli rəyində təqdim olunmuş hesabdan çıxarış məlumatları və 18 may 2023-cü il tarixli, GTZK1484871B226 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh "xxxx" ASC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcunun 9175,67 (doqquz min yüz yetmiş beş manat altmış yeddi qəpik) manat, faiz borcunun 1066,93 (bir min altmış altı manat doxsan üç qəpik) manat olmaqla, ümumilikdə 10242.60 (on min iki yüz qırx iki manat altmış qəpik) manat təşkil etdiyi nəticəsinə gəlmiş, birinci instansiya məhkəmə si isə ekspertin rəyini borcun məbləğinə münasibətdə sübut kimi nəzərə almışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya ə sasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçir məklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün hə yata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfin kredit öhdəliyini mübahisəyə qədər qismən də olsa yerinə yetirməsi, əsas borcun bir hissəsini və həmin vaxta qədər əsas borca hesablanmış faiz borclarını ödəməsi, iddiaçının əsas və faiz borcunu düzgün silməməsi kimi dəlillərə istinad etsə də, sözügedən halları təsdiq edən sübutları istər birinci instansiya məhkəməsinə, istərsə də kollegiyaya təqdim etməmiş, birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...İddiaçı ASC-nin Cavabdeh 9125.89 manat əsas, 1167.9 manat faiz olmaqla, 10293.79 manat borcun və ödənilm iş 120.88 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, onların iddianı qismən qəbul edib ümumi borcla razı olmadıqlarını bildirməklə yanaşı mübahisəyə qədər kredit öhdəliyini qismən yerinə yetirilməklə əsas borcun bir hissəsini və həmin vaxta qədər əsas borca hesablanmış faizlərin ödənildiyini, bankın isə əsas və faiz borcu üzrə ödənişləri düzgün silməyərək nəticədə real olmayan tələblə iddia qaldırdığını, aparılmış ekspertiza tədqiqatı nəticəsində tərtib olunmuş rəydən göründüyü kimi bankın ödənişlər üzrə əsas borcla faiz borcunun silinməsini düzgün aparmadığını və nəticədə 963,83 manat ödənişin ümumiyyətlə borcun silinməsinə yönəldilmədiyini, natamam və aydın olmayan rəylə (faizin qalığının əsas borca hesablanmasını əsaslandırmayıb) razı olmadıqları üçün iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etsələr də, vəsatətin təmin edilmədiyini, məhkəmənin qulluq mövqeyindən istifadə edib hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etdiyini, məhkəmənin iddiaya sübutlar əsasında deyil, iddiaçının əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymət verdiyini, məhkəmənin əsas və faiz borcu ilə silinmənin düzgün aparılmadığını araşdırmadığını, səhv nəticəyə gəlib ətraflı araşdırma aparılmadan iddianı qismən təmin etdiyini” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsinin ləğv edilərək və iş yenidən araşdırmaqla iddianı n qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə razılaşmayaraq iş üzrə müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş ekspert rəyini tədqiq edərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tədqiqat aparılarkən iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər (kredit müqavil əsi, ödəniş cədvəli, hesabdan çıxarış və.s) əsasında geniş araşdırma aparılmış və ekspert rəyi kifayət qədər hərtərəfli əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından kollegiya belə qənaətə gəlmişdir ki, o mübahisənin obyektiv hallarını özündə əks etdirdiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 15 may 2024-cü il tarixli, 504 nömrəli rəyi mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Həmin rəyi mötəbər sübut növü kimi qəbul edərkən kollegiya həmçinin ekspertiza keçirilməsi zamanı prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəydə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suallara uyğunluğunu və rəyin əsaslandırılmış olmasını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Cavabdeh tərəfin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlərinin rədd olunmasına dair dəlilinə münasibətdə isə kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən vəs atətin rədd olunması əsaslı olmuşdur. Çünki əlavə ekspertizanın keçirilməsinin zəruriliyi ilə bağlı cavabdeh tərəfin hər hansı əsasları olmamış və buna dair dəlillər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar hərtərəfli araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edil mişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Buna görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e2(079)-272/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda da qeyd olunduğu kimi apellyasiya şikayətindən aydın olmuşdur ki, cavabdeh tərəfindən qət olunmuş məbləğin yalnız 963,83 manata dair hissədə azaldılması mübahisələndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Kapital Bank” A çıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(079)-272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar