Məhkəmə qərarları › İş №2(108)-176/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-176/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-176/2021 20.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Məmmədov Fəxrəddin Rüstəm oğlunun (sədrliyi və məruzəsi ilə), hakimlər Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbi barədə” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 31 mart 2021-ci il tarixdə alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(110)-10/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan 15.05.2015-ci il tarixdə doğulmuş X2 və 12.08.2016-cı il tarixdə doğulmuş X1 üçün hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində aliment alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsi (sədrlik edən S.Ə.Qarayev) ilə iddia qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-10/2020 nömrəli, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 may 2015-ci il təvəllüdlü X2 və 12.08.2016-cı il təvəllüdl ü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 04 avqust 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində hər ay 250 (iki yüz əlli) manat əmək haqqı aldığını, həmin əmək haqqının onun özünün belə tələbatlarını qarşılamadığını, bundan başqa uşaqları saxlamaq və böyütmək həm atanın həm də ananın borcu olduğunu, məhkəmə tərəfindən alimentin miqdarı dəyişdirilərkən cavabdehin maddi vəziyyətinin, onun əmək haqqı sının nəzərə alınmadığını, daha artıq aliment məbləğinin təyin edildiyini qeyd etmiş və sonda Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsinin ləğv olunmasını, 15 may 2015-ci il təvəllüdlü X2 və 12.08.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən təyin olunmuş alimentin məbləğinin əvvəlki qətnamə ilə təyin olunmuş həddə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 19 oktyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin elektron poçt ünvanına ərizə göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, alimentin azaldılmasının qəbul edilməməsini göstərərək və onun iştirakı olmadan i şə baxıb apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsinin ləğv olunmasını, 15 may 2015-ci il təvəllüdlü X2 və 12.08.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən təyin olunmuş alimentin məbləğinin əvvəlki qətnamə ilə təyin olunmuş həddə saxlanılmasıbarədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansi yası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin təmin edilməklə Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsinin ləğv olunmasını, 15 may 2015-ci il təvəllüdlü X2 və 12.08.2016-cı il təvəllüdlü X3 yetkinl ik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən təyin olunmuş alimentin məbləğinin əvvəlki qətnamə ilə təyin olunmuş həddə saxlanılması barədə qərar qəbul edilməsi barədə Cavabdeh izahatını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci madd əsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ va rdır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardı r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsindən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən adıçəkilən qətnamə qəbul olunarkən məhz qanunvericiliyin yuxarıda göstərilən tələbləri və meyarları nəzərə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsidə qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan bu normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən o lunan yaşayış minimumuna uyğun olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Beləliklə kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hü quq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbi barədə” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan i stifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı “a limentin miqdarının dəyişdirilməsi tələbi barədə” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(110)-286/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar