Məhkəmə qərarları › İş №2(108)-177/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-177/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-177/2021 19.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(078)-395/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bank arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, ******* nömrəl i kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2289.57 (iki min iki yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat əsas, 161.13 (bir yüz altmış bir manat, on üç qəpik) manat faiz, cəmi 2450.7 (iki min dörd yüz əlli manat, yetmiş qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən X1) 13 iyul 2021-ci il tarixli, 2(078)395/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilmiş, 1966.99 (bir min doqquz yüz altmış altı manat, doxsan doqquz qəpik) manat əsas, 161.13 (bir yüz altmış bir manat, on üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 2128.12 (iki min yüz iyirmi səkkiz manat, on iki qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 26.05 (iyirmi altı manat, beş qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddianın digər hissədə əsaslı olmadığından rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(078)-395/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabde h İddiaçı ASC-yə olan 2289.57 (iki min iki yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat əsas, 161.13 (bir yüz altmış bir manat, on üç qəpik) manat faiz, cəmi 2450.7 (iki min dörd yüz əlli manat, yetmiş qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin iş üzrə qismən qəbul edilmiş qətnaməsi ləğv edilməklə, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud bor cun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunmuşdur, lakin məhkəmə araşdırması zamanı yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə məhkəmə cavabdeh tərəfindən çıxış edərək işə düzgün hüquqi qiymət verməmiş, bankın tələbini qismən qəbul etmişdir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında 12.06.2019-cu il tarixində 36 ay müddətinə illik faiz dərəcəsi 23% olmaqla 3000 manat məbləğində Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cədvəlinə əsasən 35 ay ərzində 116.13 manat, sonuncu 36-cı ay isə 116,08 manat ödəmək barəsində bank qarşısında öhdəlik götürmüşdür. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işə düzgün hüquqi qiymət verməmiş, bankın tələbini qismən t əmin etmişdir. Ekspertin 18.06.2021-ci il tarixli 126 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 12.06.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 27.01.2021-ci il tarixinə əsas borcu 1966.99 manat, faiz borcu üzrə 429.33 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, qətnamə qəbul edərkən ekspert rəyində olan ziddiyyəti əsaslandırmamışdır. Beləliklə, hazırda mübahisələndirilən qətnamədən də aydın olur ki, məhkəmə öz qətnaməsini səhvən 18.06.2021-ci il tarixli 126 saylı ekspert rəyinin üzərində qurmuşdur. Məhkəmə tərəfindən sadə riyazi hesablama aparılsa idi iş materiallarında olan hesabdan çıxarışdan 27.01.2021-ci il tarixinə əsas borcu 228 9.57 manat əsas borcun düzgün hesablandığı müəyyən edilə bilərdi. Ekspert tərəfindən silinmələr səhv hesablandığı üçün əsas borc iddia tələbindən göstəriləndən az, faiz borcu isə iddia tələbində qeyd olunan məbləğdən çox göstərilmişdir. Kredit Müqaviləsinin 3.2-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər bu Xidmət müqaviləsi və Bu Xidmət Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standard Şərtləri” ilə tənzimlənir. X2 2.12-ci bəndinə əsasən ödəniş sənədlərində göstərilən ödənişin təyinatından və məbləğindən asılı olmayaraq Müştərinin kredit üzrə borcunun ödənişi aşağıda göstərilən növbəliliklə həyata keçirilir; Bankın hazırki müqavilənin icrası ilə bağlı xərcləri; Kreditin və ona hesablanmış faizlərin ödəni şinin vaxtında həyata keçirilməməsinə görə hesablanmış cərimə;Kreditin istifadəsi üzrə gecikdirilmiş faizlər; Kreditin istifadəsi üzrə gecikdirilmiş əsas borc; Kreditin istifadəsi üzrə hesablanmış faizlər. Beləliklə hesab edirlər ki, Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-395/2021 saylı 13 iyul 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində sadalanan apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğuna görə faiz borcunun tutulması hissəsində ləğv edilməli, iş yenidən hərtərəfli, tam və obyektiv araşdırılaraq, faiz borcunun tutulması hissəsində iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 97.1, 88, 384.0.2-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə baxışı iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materiallarını, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin təmin olunmaması və Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(078)-395/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Belə ki, kollegiya apellyasi ya şikayətinin İddiaçı ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunması, lakin məhkəmə araşdırması zamanı yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə məhkəmənin cavabdeh tərəfindən çıxış edərək işə düzgün hüquqi qiymət verməməsi, bankın tələbini qismən qəbul etməsi, birinci instansiya məhkəməsinin işi tam, hərtərəfli və obyektiv araşdırmaması, işə düzgün hüquqi qiymət verməməsi, bankın tələbini qismən təmin etməsi, ekspertin 18.06.2021-ci il tarixli, 126 saylı rəyinə əsasən 12.06.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh 27.01.2021-ci il tarixinə əsas bor cu 1966.99 manat, faiz borcu üzrə 429.33 manat təşkil etdiyinin müəyyən edilməsi, birinci instansiya məhkəməsinin işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin etsə də, qətnamə qəbul edərkən ekspert rəyində olan ziddiyyəti əsaslandırmaması, mübahisələndirilən qətnamədən də məhkəmənin öz qətnaməsini səhvən 18.06.2021-ci il tarixli 126 saylı ekspert rəyinin üzərində qurmasının aydın olması, məhkəmə tərəfindən sadə riyazi hesablama aparılsa idi iş materiallarında olan hesabdan çıxarışdan 27.01.2021-ci il tarixinə əsas borcun 2289.57 manat olduğu, əsas borcun düzgün hesablandığı müəyyən edilə bilməsi, ekspert tərəfindən silinmələrin səhv hesablandığı üçün əsas borcun iddia tələbindən göstəriləndən az, faiz borcunun isə iddia tələbində qeyd ol unan məbləğdən çox göstərilməsi dəlilini müzakirə edərək əsassız hesab edir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bank arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2289.57 (iki min iki yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat əsas, 161.13 (bir yüz altmış bir manat, on üç qəpik) manat faiz, cəmi 2450.7 (iki min dörd yüz əlli manat, yetmiş qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sözügedən Kredit müqaviləsi üzrə borcun məbləğinin aydınlaşdırılması xüsusi bilik t ələb edən məsələ olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(078)-395/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, həmçinin məhkəmənin eyni tarixli, nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmış, 21 iyun 2021-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iddiaçı təşkilat İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə 18 iyun 2021-ci il tarixli, 126 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspert rəyinə əsasən kreditor və borc alan arasında bağlanmış 12.06.2019-cu il tarixli, ******* saylı kred it razılaşması üzrə yaranan öhdəliklərin borc alan tərəfindən tam icra edilmədiyi, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 12 iyun 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27 yanvar 2021-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə olan əsas borcunun 1966.99 (bir min doqquz yüz altmış altı manat, doxsan doqquz qəpik) manat, faiz borcunun isə 429.33 (dörd yüz iyirmi doqquz manat, otuz üç qəpik) manat təşkil etməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd edilənlərə əsasən qanuni və düzgün olaraq ekspert rəyinin iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməsi, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından sübut kimi qəbul e dilən olması barədə nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası MPMin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya apellyasiya şikayətinin müzakirə olunan dəlili ilə bağlı həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-in əlavə və təkrar ekspertiza adlanan 102-ci maddəsinin 3-cü hissənin tələbinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Halbuki iş materiallarından da aydın o lduğu kimi 21 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iddiaçı təşkilat İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə 18 iyun 2021-ci il tarixli, 126 nömrəli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, məhkəmə baxışı iclası təyin edilmiş və məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, həmçinin işdə iştirak edən şəxslər tərəfindən müvafiq məhkəmə bildirişinin alınması barədə xəbərnamə iş materiallarına əlavə edilmişdir. Lakin İddiaçı ASC məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılsa da səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbini və ya mümkü nsüzlüyünü bildirməmiş və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də müvafiq hal əsas götürülməklə qanuni və əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə istinad edilməklə məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Kollegiya icraatda olan iş üzrə ekspert rəyi ilə əsas borcun iddiaçının tələb etdiyi məbləğdən az, faiz borcunun isə iddiaçının tələb etdiyi məbləğdən artıq olması ilə bağlı apell yasiya şikayətinin dəlilinin də müzakirə edərək əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunvericiliyin sadalanan tələblərinə əsasən kollegiya birinci instansiya məhkəməsinin hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalığın mövcud olmaması, bu səbəbdən də qeyd edilən məbləğlə bağlı əsas borca münasibətdə ekspert rəyi, faiz borcuna münasibətdə isə iddia tələbinin əsas götürülməli olması barədə nəticəsi ilə razılaşmaqla nəticəni qanuni və düzgün hesab edir. Beləliklə kollegiya iş materiallarını işin həqiqi halları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir, həmçinin mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qət namə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin icraatda olan mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmaqla onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(078)-395/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(078)-3 95/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İcraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(108)-177/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndiril ən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(078)-395/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayə ti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(078)-395/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar