Məhkəmə qərarları › İş №2(108)-178/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-178/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-178/2021 01.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Məmmədov Fəxrəddin Rüstəm oğlunun heyətində, Bağırova Sahilə Hümbət qızının katibliyi ilə, Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 10.09.2014 tarixli NE-206/159 saylı kredit müqaviləsi üzrə yaranmış 51319.63 manat əsas, 25849.94 manat faiz və 6000 manat dəbbə borcu olmaqla, cəmi 83169.57 (səksən üç min bir yüz altmış doqquz manat əlli yeddi qəpik) manat məbləğində borc, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 31(otuz bir) manat rüsum və xidmət haqqı, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borcun tutulması mümkün olmadığı təqdirdə tutma Cavabdeh2 məxsus, ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 133000 (bir yüz otuz üç min) manat məbləğində qiymətləndirilən Abşeron rayonu, Masazır kəndi 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 293.20 kv.m, yaşayış sahəsi 187 kv.m, yardımçı sahəsi isə 106.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılaraq əldə olunan vəsaitin Cavabdeh1 iddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında olan borcunun ödənilməsinə sərf edilməsi, aparılmış ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq MBA LTD “MMC-in” "xxxx" ASC-də olan AZ75NABZ******************** saylı müxbir hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 10.09.2014-cü il tarixli 206/159 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə 51319.63 manat əsa s, 25849.94 manat faiz, 54120.49 manat dəbbə pulu olmaqla, cəmi 131290.06 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat vəsaitin tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə (ümumi sahəsi 293.20 kv.m, yaşayış sahəsi 187 kv.m, yardımçı sahə 106.2 kv.m) yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh1 və onun vəkilinümayəndəsi Vəkil apellyasiya şikayəti verərək məhkəmənin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsini borc məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə qismən ləğv edərək, 10.09.2014-cu il tarixli NE-206/159 saylı kredit müqaviləsi üzrə 42.000 manat əsas, 8.000 manat faiz borcu olmaqla, 50.000 manat borcun tutulması və həmin məbləğin ilkin satış qiyməti 320.000 manat məbləğində olan ipoteka predmetinə yönəldilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil o lmuşdur. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən məhkəmənin elektron poçt ünvanına vəsatət göndərilməklə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kollegiyaya teleqram göndərərək mümkünlük iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əm anətlərin Sığortalanması Fondunun nümyəndəsinin, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil iştirakları olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual müddət dedikdə, qanunla müəyyən edilən və yaxud məhkəmə tərəfindən təyin edilən elə bir zaman kəsiyi nəzərdə tutulur ki, həmin müddət ər zində məhkəmə, tərəflər, prosesin digər iştirakçıları və məhkəmə qərarını icra edən orqanlar müəyyən prosessual hərəkətlər etmək hüququna malik olurlar və yaxud onları etmək vəzifəsi daşıyırlar. Azərbaycan Respublikasının MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşin materialları ilə müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsinin surəti "xxxx" MMC-in məktub və banderolların sifarişl i qəbuluna dair 6/28 nömrəli 27 avqust 2018-ci il tarixli qəbzi ilə Cavabdeh1 qeydiyyatda olduğu Şərur Rayonu Danyeri kəndindəki ünvanına göndərilmiş və həmin sifarişli məktubun ünvan sahibinə verilməməsi və ya geri qaytarılmasına dair hər hansı məlumat daxil olmamışdır. Bundan əlavə iş vərəqə 132-də olan Şərur Rayon İcra və Probasiya şöbəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış 04 oktyabr 2018-ci il tarixli, 2755 nömrəli məktubundan görünür ki, tərəflərə Şərur Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli icra sənədinin 01 oktyabr 2018-ci ildə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olmaqla icra sənədi üzrə icraata başlanılması bildirilmiş, həmin qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndə rilmişdir. Bundan əlavə işə əlavə olunmuş X2 Rayon Şöbəsinə qətnamənin yenidən alınması üçün 10 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz və Cavabdeh1 24 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, o həmin ərizəsi ilə məhkəməyə müraciət edərək 2(110)-103/2018 saylı mülki işin qətnaməsini yenidən almağına köməklik edilməsini xahiş etmişdir ( iş vər 151,153). Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən qətnamənin cavabdehə rəsmi qaydada verildiyi tarixi müəyyən etmədən, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılıb-buraxılmaması məsələsini müzakirə etmədən, bir sözlə ape llyasiya şikayətinin MPM-yə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinin tələbinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, о, qəbul olunmamış hesab edilə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, hazırda apellyasiya şikayətinə baxılması üçün prosessual əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 366.3, 366.4, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qərаra аlır: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar